Tiktoker "Roşka" hakim qarşısında .....                     ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib .....                     Separatçıların “bəlkə də qaytardılar” xüslyası .....                     Azərbaycan sabitləşdirici rolu üstlənib: .....                     “Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib .....                     Peskov .....                     "Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... .....                     İranlı professordan Türkiyəyə qarşı çağırış .....                     Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü .....                     ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış .....                     244 milyonluq AZALMA .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub .....                     Rəvanədən Zaurun sualına REAKSİYA: .....                     Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? .....                     Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır .....                     Çinlə qurulan yeni münasibətlər... .....                     12 ildir evsiz qalan Xalq artisti... .....                     Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? .....                     "Evimi satıb kirayədə qalıram..." .....                     Təbrizdə polis idarəsinə silahlı hücum .....                     Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                     BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                     “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” .....                     Bakıda adam bıçaqlayan ictimai fəala .....                     "Rafaellə Coşqun mənə şok yaşatdı" .....                     Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu .....                     9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək .....                     Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb .....                     Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR .....                     İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub .....                     Şərurda vətəndaşın işi TƏRS GEDİR... .....                     Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... .....                     Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi .....                     Paşinyanın “Vatikana yürüşü” .....                     "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." .....                     Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi .....                     Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib .....                 

Rusiya niyə aqressivləşib? - TƏHLİL
Tarix: 6-04-2021, 08:16 | Çap et
Rusiya niyə aqressivləşib?
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bəyan edib ki, Ukrayna, Belarus və Qazaxıstan rus torpaqlarıdır. “Axı necə oldu ki, velikoros torpaqları Ukrayna, Qazaxıstan, hətta Belarus ərazilərinə düşdü?!” – deyə Medinski martın 30-da Federasiya Şurasında keçirilən toplantıda senatorlara üzünü tutaraq bildirib. Prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərin bu barədə sualını cavalandırarkən deyib ki, Medinskinin söylədiyi məsələ Kremlin gündəmində deyil, o, sadəcə, “elmi fikir” ifadə edib. Halbuki eyni tezisi prezident Vladimir Putin martın 18-də “Lujniki”də Krımın ilhaqının ildönümünə həsr olunmuş tədbirdəki çıxışında ölkə adı çəkmədən dilə gətirmişdi. Onun əvvəllər də dəfələrlə bu fikri səsləndirdiyi məlumdur. Yəni Medinskinin sözləri əslində Rusiya dövlətinin postsovet məkanına rəsmi baxışını əks etdirir.

Məsələn, Putin 2019-cu ilin oktyabrında “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin.” proqramına müsahibəsində demişdi ki, postsovet ölkələrində SSRİ-nin bərpası ehtimalından duyulan fobiya (qorxu) tədricən aradan qalxır və hər kəs inteqrasiyanın faydalı olduğunu anlayır, sadəcə olaraq, Qərb bu inteqrasiyaya maneçilik törədir. (Müsahibənin bu hissəsi 2020-ci ilin aprelində efirə verilmişdi.) Cənab Putinin hansı araşdırmalar və ya məlumatlar əsasında bu qənaətə gəldiyini, “fobiya aradan qaxır” deyərkən ölkə rəhbərlərinin, yoxsa xalqların fobiyasını nəzərdə tutduğunu öyrənmək mümkün olmadı.

Ümumiyyətlə, Putin SSRİ-nin dağılmasını XX əsrin böyük geosiyasi fəlakəti sayır və bunu hələ 2005-ci ildə bəyan edib. Amma insafən deyək ki, bu sözləri o, həmin vaxt SSRİ-nin bərpasının zəruriliyi kontekstində söyləməmişdi və elə həmin çıxışında Rusiya Federasiyasının azad, demokratik ölkə kimi inkişafının vacibliyini vurğulamışdı. Putin o zaman Qərblə əməkdaşlığın inkişafına inanırdı, yaxud belə deyək: səmimi olaraq inanmasa belə, bu istiqamətdə siyasət yeridirdi. Lakin neft gəlirləri artdıqca sonrakı illərdə Putin Rusiyanın beynəlxalq münasibətlər sistemindəki yerindən və rolundan məmnun olmayaraq dünya düzəninə təftişçi yanaşma ortaya qoydu. Bu mənada onun 2007-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransındakı məşhur nitqini xüsusi qeyd etmək lazımdır. Putin Münhendə təkqütblü beynəlxalq sistemi sərt tənqid edərək bunun qəbuledilməz olduğunu vurğulamış və Rusiyanın min illik dövlətçilik tarixi olan ölkə kimi “müstəqil xarici siyasət” yeritmək imtiyazına sahib olduğunu diqqətə çatdırmışdı. Bu sözlərin tərcüməsi o idi ki, Qərb çoxqütblü beynəlxalq münasibətlər sisteminə keçidi qəbul etməli və Rusiyanı bərabərhüquqlu qütblərdən biri kimi tanımalıdır. O vaxt Qərb və onun lideri ABŞ bu demarşı ya ciddiyə almadı, ya da razılaşmadığı üçün diqqətdən kənar qoydu. Belə olan halda, Putin niyyətinin nə qədər ciddi olduğunu göstərmək ehtiyacı hiss etdi və sərt gücə əl atmaq yolunu seçdi. Qərb buna tamamilə hazırlıqsız yaxalandı və hadisələrin arxasınca sürünərək reaksioner mövqedə qaldı.

2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Qərb yalnız atəşkəs üçün hərəkətə keçdi və beynəlxalq hüququn kobudcasına pozulması faktını cavabsız qoydu. Həmin il ABŞ prezidenti seçilən Barak Obama 2009-cu ildə fəaliyyətə başladıqdan sonra Rusiya ilə münasibətlərdə yeni səhifə açdı, iki ölkə xarici siyasət idarələrinin rəhbərləri mart ayında Cenevrədə şərti Reset düyməsinə basaraq münasibətlərdə “yenidən yüklənmə”nin startını verdilər. Gürcüstan unuduldu. Ümumiyyətlə, Obama əvvəlcə postsovet məkanına, daha sonra Orta Şərqə etinasız münasibət ortaya qoyaraq bu regionlarda Rusiya və İranın ekspansiyasının önünü açdı. Obamanı “dişinə vurub”, yoxladıqdan sonra Putin 2014-cü ilin fevralında bu dəfə Ukraynaya qarşı hərbi güc tətbiq etdi. Ukrayna Gürcüstan deyil, Avropa Birliyi ilə NATO-nun 4 üzv dövləti ilə həmsərhəd olan Avropa ölkəsidir. Məhz Krım və Donbasdan sonra Qərb Putinin niyyətinin ciddiliyini anlayaraq kontr-addımlar atmağa başladı.

2018-ci ildə ABŞ dövlət katibinin müavini Uess Mitçell Tiflisdə keçirilən konfransda təəssüflə etiraf etmişdi ki, “biz 2008-ci il müharibəsindən sonra ayılmadıq.” Sonradan ayılmanın baş verdiyi şübhəsizdir, amma bunun real siyasətdə nə dərəcədə özünü göstərdiyi mübahisəli məsələdir. Məsələn, 4 illik Tramp dövrünü bu baxımdan itirilmiş illər adlandırmaq olar. Düzdür, həmin dövrdə Rusiyaya qarşı Obama dövründə başlamış sanksiya siyasəti davam etdirildi, amma bu sanksiyaların nə qədər sərt və ağır olduğu şübhəlidir. Ən başda Tramp özü bu siyasətə inanmırdı və Rusiya ilə münasibətlərin istiləşdirilməsinə tərəfdar idi, lakin Konqresdə və kəşfiyyat qurumlarında güclü antirusiya konsensusu olduğu üçün buna nail ola bilmədi. Sanksiyalara nəzər salanda görürük ki, hələlik Rusiya iqtisadiyyatına dağıdıcı təsir göstərəcək tədbirlər görülməyib və rusiyalı oliqarxların, Putinin yaxın çevrəsinin aktivlərinə həbs qoyulmayıb. Putinin özünün Qərbdəki milyardlarından çox danışılsa da, bununla bağlı da hər hansı sanksiya yoxdur. Yalnız 2 oliqarxın – Deripaska və Vekselberqin digərləri ilə müqayisədə sanksiyalardan daha çox zərər çəkdiklərini söyləyə bilərik. Yəni, Qərb – xüsusən onun Avropa qanadı Putinlə anlaşmaq üçün əlyeri qoyub və münasibətlərin kəskinləşməsinə baxmayaraq, hələ də bütün körpülərin yandırılmasından danışmaq doğru olmaz.

Bəs, anlaşma niyə baş tutmur? Qərb nə istəyir, Putin nə gözləyir?

Bu barədə uzun yazmaq olar. Yuxarıda da qeyd etdiyimiz kimi, Putin istəyir ki, ABŞ ən əvvəl Rusiyanı bərabərhüquqlu tərəf-müqabil kimi qəbul etsin və bu statusda masaya otursun. Putin gözləyir ki, Qərb Rusiyanın ilk növbədə keçmiş sovet məkanındakı maraqlarını anlayışla qarşılayacaq və bu coğrafiya üzərində Moskvanın nəzarətini mübahisələndirməyəcək, buralara müdaxilədən vaz keçəcək. Bundan sonra digər beynəlxalq problemlərin həllində də tərəflər bərabər çalışa bilər. Vaşinqton isə bunu qəbul etmir, “soyuq müharibə” dövründəki kimi, dünyanı maraq zonalarına bölmək tərəfdarı deyil, Rusiyanı isə Çindən fərqli olaraq, gerçək rəqib deyil, ikinci dərəcəli güc kimi görür. Obama Rusiyanı regional derjava adlandırmışdı, Bayden də eyni fikirdədir, üstəlik, bildirir ki, bu derjavaya rəhbərlik edən şəxs qatildir. Məlumdur ki, qatili məsuliyyətə cəlb edirlər, onu masanın yuxarı başına əyləşdirmirlər. Baydenin Putinə münasibəti budur. Vaşinqton Çin dövləti ilə qlobal rəqabətə başladığı dövrdə Rusiyanı bu siyasətə mane olan, əl-ayağa dolaşan destruktiv qüvvə hesab edir. Putin isə ona ən yaxşı halda masanın kənarında ayrılan yerlə razılaşmaq fikrində deyil və qarşı tərəfin uzlaşmaz mövqeyi Kremldə qəzəb doğurur. Ukrayna ətrafındakı son gərginləşməyə də bu pəncərədən baxmaq lazımdır.

Putin Ukraynanı, yəni Avropanın şərqini yenə cəhənnəmə çevirə biləcəyini nümayiş etdirir. Ukrayna sərhədlərindəki hərəkətlilik, oraya böyük sayda hərbi texnika cəmləşdirmək ilk növbədə Baydenin diqqətini çəkməyə və onu öz mövqeyinə yenidən baxmağa vadar etməyə yönəlib. Bayden isə Ukraynanı Rusiya qarşısında tək qoymayacaqlarını bəyan etməklə bu mesajı qulaqardına vurduğunu göstərir. Bu da məsələni düyünə salır.

Rusiyanın bu aqressivliyinin, ABŞ-ın isə kompromisə meylli olmamasının hansısa nəticəsi olmalıdır, yəni “razvyazka” baş verməlidir. Hansı şəkildə?

Rusiya ya silaha əl atacaq və Ukrayna torpaqlarından növbəti hissəni qoparmağa çalışacaq, bununla Qərbə yenə öz gücünü göstərib, onu öz mövqeyini dəyişməyə məcbur edəcək; ya da ABŞ və müttəfiqləri Ukraynanın arxasında möhkəm dayanaraq Rusiyanı ya müharibə meydanında (Moskva savaşa başlayacağı təqdirdə), ya da siyasi səviyyədə geri çəkilməyə və güzəştlərə vadar edəcəklər. Amma Putin hər mənada (fiziki olaraq və ritorika səviyyəsində) o qədər irəli gedib ki, sifətini qorumadan geri çəkilməsi onun Rusiya daxilindəki mövqelərini sarsıda, saray daxilində xaos yarada bilər.

Bir sözlə, çox mürəkkəb situasiya yaranıb. Görək, “Qordi düyünü”nü kim və necə kəsəcək: Putin, yoxsa Bayden?..
Müəllif: Şahin Cəfərli
//pressklub.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 19:02
ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
Bu gün, 19:00
Separatçıların “bəlkə də qaytardılar” xüslyası
Bu gün, 18:05
Azərbaycan sabitləşdirici rolu üstlənib: - Rəsmi Bakı öz təsir dairəsini sürətlə genişləndirir
Bu gün, 18:03
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO
Bu gün, 17:55
Peskov DEYİR Kİ...
Bu gün, 17:52
"Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... - Ermənistanda SORĞU
Bu gün, 17:47
İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Bu gün, 17:43
Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü - TƏFƏRRÜAT
Bu gün, 17:40
ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış – Trampın jesti yeni era aça bilər
Bu gün, 17:30
244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Bu gün, 15:44
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:42
Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Bu gün, 13:37
Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Bu gün, 13:32
Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:23
Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Bu gün, 13:04
12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Bu gün, 12:58
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Bu gün, 12:53
"Evimi satıb kirayədə qalıram..."
Bu gün, 12:51
Təbrizdə polis idarəsinə silahlı hücum
Bu gün, 12:46
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Bu gün, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Bu gün, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Bu gün, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Bu gün, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Bu gün, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Bu gün, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Bu gün, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Bu gün, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Bu gün, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Bu gün, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Bu gün, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Bu gün, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Bu gün, 10:53
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Bu gün, 10:51
Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Bu gün, 10:48
"Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Bu gün, 10:38
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Bu gün, 10:18
“Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 10:14
Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00
Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53
Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45
"Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41
“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33
Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31
Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18
Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru