Tiktoker "Roşka" hakim qarşısında .....                     ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib .....                     Separatçıların “bəlkə də qaytardılar” xüslyası .....                     Azərbaycan sabitləşdirici rolu üstlənib: .....                     “Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib .....                     Peskov .....                     "Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... .....                     İranlı professordan Türkiyəyə qarşı çağırış .....                     Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü .....                     ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış .....                     244 milyonluq AZALMA .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub .....                     Rəvanədən Zaurun sualına REAKSİYA: .....                     Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? .....                     Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır .....                     Çinlə qurulan yeni münasibətlər... .....                     12 ildir evsiz qalan Xalq artisti... .....                     Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? .....                     "Evimi satıb kirayədə qalıram..." .....                     Təbrizdə polis idarəsinə silahlı hücum .....                     Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                     BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                     “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” .....                     Bakıda adam bıçaqlayan ictimai fəala .....                     "Rafaellə Coşqun mənə şok yaşatdı" .....                     Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu .....                     9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək .....                     Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb .....                     Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR .....                     İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub .....                     Şərurda vətəndaşın işi TƏRS GEDİR... .....                     Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... .....                     Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi .....                     Paşinyanın “Vatikana yürüşü” .....                     "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." .....                     Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi .....                     Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib .....                 

ABŞ-ın Rusiyanın Qara dənizdə bloklama siyasəti – General Ben Hodges planının hədəfləri
Tarix: 3-04-2021, 10:32 | Çap et
ABŞ-ın Rusiyanın Qara dənizdə bloklama siyasəti
ABŞ Silahlı Qüvvələrinin Avropadakı quru qoşunlarının sabiq komandanı general Ben Hodges Rusiyanın Qara dəniz sularında genişmiqyaslı mühasirəyə alınması tələbi ilə çıxış edib.

Ovqat.com xəbər verir ki, amerikalı general bu təklifini rusların Qara dəniz sularında görünən Amerika təyyarələrinə və donanmasına pis davranması ilə əlaqələndirib.

Generalın fikrincə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Qara dənizdə Rusiyaya qarşı təzyiqlərini artırması NATO-nu bölgədə əhəmiyyətli dərəcədə gücləndirəcəkdir.

“Birləşmiş Ştatlar da bunun bir hissəsi olmalıdır, Rusiyanın Qara Dəniz Donanmasını özünü çox narahat hiss edəcək tədbirlər görməliyik. Xüsusilə də Sevastopoldakı qanunsuz baza ətrafında”, - Hodges belə deyib.

Rusiyanın Avia.pro nəşrinin mövqeyini öyrəndiyi hərbi mütəxəssislərinin fikrincə, Vaşinqtonun keçmiş komandirin tələblərinə qulaq asmaq ehtimalı yoxdur. Səbəb isə çox sadədir: ABŞ-ın bölgədə belə bir gücü mövcud deyil və bu təşəbbüs Rusiyanın milli maraqlara qarşı təhdidlərə qarşı müqavimətini gücləndirəcəkdir.

Bəs, rus ekspertlərinin bu ümidləri nə dərəcədə əsaslıdır?

Qeyd edək ki, dünya hegemoniyasını əsasən dənizlərə nəzarət imkanları üzərində quran ABŞ-ın tam ələ keçirə bilmədiyi azsaylı su hövzələrindən biridir Qara dəniz. Bununla belə, son zamanlar ABŞ-ın Qara dənizdə fəallaşdığını da inkar etmək doğru olmaz. Xüsusilə bu su hövzəsində yerləşən bəzi dövlətlərlə bərabər keçirdiyi hərbi təlimlər Kremli ciddi şəkildə narahat edir və Moskva bunu heç gizlətmir də. Qara dənizdə keçirilən NATO təlimləri ilə bağlı narahatlığını ifadə edən Rusiyanın ABŞ-dakı səfirliyi bunu “özgə qapısında qılınc oynatmaq” kimi qiymətləndirmiş və Vaşinqtonu başqalarının suverenlik haqlarına sayqı göstərməyə dəvət etmişdi. Və yaxud bir neçə gün öncə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun ABŞ-ı “tərbiyəsiz məhəllə uşaqlarına” bənzətməsi də Vaşinqtonun Qara dənizdəki “qılınc oynatmaq” təşəbbüsündən irəli gəlirdi. Odur ki, rus ekspertlərinin bu arqumentləri reallıqdan daha çox, özünə təskinlik verməyə bənzəyir.

Rusiya ilə ABŞ-ın Qara dənizdə qarşı-qarşıya gəlməsi, sözsüz ki, səbəbsiz deyil. Qərblə Şərqin qovşağında yerləşən, min illər boyu Orta Asiyadan Avropaya qədər uzanan ticarət yollarının əsas keçid nöqtələrindən olan Qara dənizin 18-ci əsrdə Rusiyanın tam nəzarətinə keçməsi dünyanın iqtisadi və mədəni həyatında ciddi parçalanmalara səbəb oldu, Avrasiya qitəsinin inteqrasiya prosesinə sarsıdıcı zərbələr vurdu. Sovet imperiyasına qədər bu vəziyyət dəyişmədən qaldı və Qara dəniz ölkələrinin böyük qismini öz orbitində toplamağı bacaran Rusiya bu su hövzəsinə daxili gölü kimi baxdı, onu heç kimlə paylaşmaq istəmədi. SSRİ dağıldıqdan sonra isə keçmiş zorən müttəfiqlərini bir-bir itirən Moskva Qara dənizə nəzarət imkanlarını da tədricən əldən verməyə başladı.

Qara dənizin bir sıra sahildaş dövlətləri (keçmiş Varşava Paktının subyektləri) artıq NATO-ya üzv olublar və Rusiya ilə yollarını tamamilə ayırıblar. Bu su hövzəsində yerləşən keçmiş SSRİ əraziləri - Ukrayna, Gürcüstan, Moldova da getdikcə Rusiyadan uzaqlaşır, NATO ilə yaxınlaşır. NATO qüvvələri də artıq bu dövlətləri “tərəfdaş” adlandırırlar.

Qara dənizin NATO üçün əhəmiyyəti isə təkcə Qara dənizlə də məhdudlaşmır. Şimali Atlantika Alyansının rəsmi sənədlərində bu su hövzəsinin əhəmiyyəti bu cür ifadə olunur: “Qara dəniz bölgəsi həm vacib bir geopolitik qovşaq, həm də Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişdiyi nöqtə olduğu üçün Avropa üçün böyük əhəmiyyətə malikdir. Bir çox mütəxəssisin fikrincə, Qara dənizə kim hakimdir və ya onu idarə edirsə, Avropa qitəsini, xüsusilə Balkanları və Mərkəzi Avropanı öz nəzarəti altında saxlayır. Bundan əlavə, Şərqi Aralıq dənizi, Cənubi Qafqaz və Yaxın Şərqin şimal hissələrinə də asanlıqla təsir edir”.

NATO-nun rəsmi saytında dərc olunan bir məqalədən alınan bu sitat Qara dənizin Alyans üçün əhəmiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur. Sitatdan da göründüyü kimi, Qara dəniz Avropanın həm də Cənubi Qafqaza, Orta Asiyaya açılan qapısıdır. Bir zamanlar “İpək yolu” adlanan bu əlaqələri yenidən bərpa etmək üçün Qərb ölkələri Qara dənizdəki rus təsir gücünü azaltmalı və bu su hövzəsini qlobal iqtisadiyyata qazandırmalıdır. Rusiya isə öz dünya hegemoniyasını başqaları ilə paylaşmaq istədiyi üçün Qara dənizdəki təsir gücünü qorumağa çalışmaqla faktiki Avrasiyanı iki müxtəlif geosiyasi məkana parçalayır: bir tərəfdə inkişaf etmiş Avropa, digər tərəfdə isə Rusiyanın amansız istismarı altında əzilən Asiya.

Alyansın 30 üzvündən 28-nin Avropa ölkəsi olması, onların 22-nin Aİ-da birləşməsi Qara dənizin təkcə su hegemoniyasını tamamlamaq istəyən ABŞ üçün deyil, həm də “qoca qitə” üçün əhəmiyyətini göstərir. Avropa Birliyi öz genişləmə strategiyasına uyğun olaraq Qara dəniz hövzəsindəki ölkələri bu inteqrasiyaya cəlb etmək istəyir. Rusiya isə bu strategiyanı öz hegemoniyası və dünya gücünə çevrilmək yolunda təhdid hesab etdiyindən prosesin qarşını almağa çalışır. Elə bu məqsədlə də həmin ölkələri “5-ci kolon”ları vasitəsilə idarə edir, müxtəlif etnik qarşıdurmalar yaradaraq regional inteqrasiyanı zəiflədir, bölgə dövlətlərinin inkişafını əngəlləyərək özündən asılı vəziyyətə salır.

Yuxarıda sitat gətirdiyimiz məqalədə Rusiyanın bu siyasəti barədə deyilir: “Rus mütəxəssislərin əksəriyyəti hesab edir ki, Moskvanın bu mövqeyi ilk növbədə strateji hədəfinə - böyük güc statusu əldə etmək və imtiyazlı təsir dairələri yaratmaq istəyi ilə bağlıdır… Rusiyanın məqsədi bölgədəki əməkdaşlığın qarşısını almaq üçün NATO və Avropa Birliyi daxil olmaqla Avroatlantik qurumlara olan inamı zəiflətməklə yanaşı, keçmiş konfliktləri canlandırmaq və ya yenilərini yaratmaqdır. Nəticədə bütün bölgə və buradakı ölkələrin hər biri daha zəif, inteqrasiyadan daha uzaq və parçalanmaya daha yaxın olacaqdır”.

Acınacaqlıdır ki, postsovet dövründə sonu gəlməyən bütün konfliktlər Avropanın Asiyaya açılan qapısında - Qara dəniz bölgəsində cəmləşmişdir. Azərbaycanın Qarabağ (ölkələrin rəsmi sərhədləri ilə yanaşı, geopolitik sərhədləri də var. Əksər mütəxəssislərin fikrincə, geopolitik sərhədlər okeanlara açılan ən yaxın dənizlərə qədər uzanır. Azərbaycana ən yaxın dəniz isə Qara dənizdir və bu nöqteyi-nəzərdən, biz də sözügedən su hövzəsinə aidik), Gürcüstanın Abxaziya, Cənubi Osetiya, Ukraynanın Donbass, Krım, Moldovanın Dnestryanı problemləri məhz bu səbəbdən çıxarılmışdır. NATO ideoloqlarının fikrincə, bu qarşıdurmalar öz növbəsində mütəşəkkil cinayətkarlığı, qaçaqmalçılığı və radikallaşmanı alovlandırır, Avro-atlantik coğrafiyalarda "boz" zonalar yaradır. Təsadüfi deyil ki, Qara dəniz bölgəsindəki bu bitib-tükənməyən qarşıdurmalar Aİ-nin 2016-cı ildə qəbul etdiyi Qlobal Strategiyasında "Avropa təhlükəsizliyi üçün problem" olaraq qiymətləndirilmişdir.

Moskvanın imperialist iddiaları və bölgəyə nəzarət üçün həmin ölkələrin ərazi bütünlüyünü heçə sayan siyasətləri, xüsusilə separatizmi dəstəkləməsi və bəzi strateji məntəqələri ilhaq etməsi keçmiş müttəfiqlərini məcburən NATO-nun ağuşuna sığınmağa vadar edir. Beləcə, Rusiyanın Qara dənizdəki hegemoniyası getdikcə daralır, NATO qüvvələrinin regiondakı nüfuzu isə artır. NATO-nun mühərrikinin ABŞ olduğunu nəzərə alsaq, bu, əslində Vaşinqtonun Qara dənizdə də möhkəmlənməsi deməkdir. ABŞ ordusunun Avropadakı keçmiş komandanının sözləri göstərir ki, Pentaqon hətta bu reallıqlarla da razılaşmaq istəmir, Qara dənizin tamamilə Rusiyanın nəzarətindən çıxarılmasını hədəfləyir. Generalın açıq şəkildə Rusiyanın “qeyri-qanuni yolla ilhaq etdiyi Sevastopol” limanı yaxınlığında ABŞ hərbi gəmilərinin dayanmasını təklif etməsi də bu məntiqdən irəli gəlir.

General Ben Hodgesin irəli sürdüyü bu hədəflərinin qarşısında bir sıra problemlər dayandığını biz də qəbul edirik. Problemlərdən biri sözügedən hədəfin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır. Məsələ burasındadır ki, 1936-cı ildə Qara dəniz hövzəsi ölkələrinin bağladığı Montrö müqaviləsinə görə, başqa dövlətlərə məxsus gəmilər yalnız 21 gün ərzində bu dənizdə mövcud ola bilərlər. 21 gün tamamlandıqdan sonra Qara dənizi dərhal tərk etməlidirlər. Montrö müqaviləsinin bu tələbi ABŞ-a Qara dənizdə daimi hərbi bazalar qurmağa imkan vermir. Bununla belə, ABŞ Qara dənizdəki müttəfiq ölkələri ciddi silahlanlandıraraq, Rusiyanı zəif tərəfə çevirə bilər və Pentaqon da əslində bunu edir.

Digər bir problem isə Rusiyanın Qara dəniz hövzəsində etnik konfliktləri qızışdırmaqla qalmayıb, həm də heç bir beynəlxalq qanunları gözləmədən bəzi ölkələrin ərazisini açıq şəkildə ilhaq etməsidir. İstər Ukrayna ərazisi olan Krımı, istərsə də Gürcüstanın Abxaziya bölgəsini ələ keçirən Rusiya faktiki olaraq Qara dənizin şimalıni, deməli həm də yarısınl mütləq hakimiyyəti altına almışdır. Bu da istər isəməz Türkiyə, Rumıniya və Bolqarıstan kimi NATO dövlətlərinin Qara dəniz üzərindəki suverenlik haqlarını təhdid edir. NATO öz üzvlərinin müdafiəsindən birbaşa məsuliyyət daşıdığı üçün istər-istəməz bu təhdidi da aradan qaldırmağa çalışmalıdır.

Ekspertlərin fikrincə, Rusiyanın Qara dəniz hegemonluğunu məhdudlaşdırmağın ən qısa yolu Krımın işğaldan azad olunmasıdır. Krım yenidən Ukraynaya qaytarılarsa, Rusiya həm Qara dəniz Donanmasının əsas qərargahı Sevastopolu və Azov dənizinin qapısı sayılan Kerç boğazını itirəcək. Bu isə hərbi baxımdan Rusiyanın Qara dəniz Donanmasının Azova və Novorossiyki limanına sıxışdırılması deməkdir.

Pentaqon NATO-nun Qara dənizdəki müttəfiqlərini Rusiya ilə hərbi qarşıdurmaya cəlb etməyi bacararsa, Moskvanın Aralıq dənizinə qapısını da bağlamış olacaq. Belə ki, Montrö müqaviləsinə görə, Türkiyə yalnız müharibə şəraitində Bosfor boğazını bağlaya bilər. Rusiyanın Qara dənizdəki aqressiv siyasəti Türkiyə üçün də ciddi təhdid olduğundan Ankara bu mübarizədə əsas maraqlı tərəfə çevrilir və NATO-nun birgə tədbirlərində fəal iştirak edir.

Bosfor boğazının Rusiyanın üzünə bağlanması təkcə hərbi cəhətdən onun Qara dəniz donanmasının mühasirəyə düşməsi demək deyil. Bu, həm də Rusiyanın iqtisadi cəhətdən bloklanması anlamına gəlir. Zira, Rusiyanın dəniz ticarətinin böyük hissəsi məhz bu marşrutdan keçir. Görünür, elə bu səbəbdən də, Ukrayna ilə son günlər yaşanan böhran nəticəsində Kiyevin atdığı əsas addımlardan biri Rusiya ilə 1999-cu ildə bağladığı ticari müqavilələri ləğv etmək oldu. Bununla da Rusiya iqtisadiyyatına zərər vurmaq yolunu tutdu.

ABŞ generalının “Rusiyanı Qara dənizdə bloklayaq” deyərkən nəzərdə tutduğu addımlardan biri də budur və Ukraynanın son addımları faktiki olaraq Ben Hodgesin təklif etdiyi planın həm hərbi, həm də iqtisadi baxımdan həyata keçirildiyini göstərir.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 19:02
ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
Bu gün, 19:00
Separatçıların “bəlkə də qaytardılar” xüslyası
Bu gün, 18:05
Azərbaycan sabitləşdirici rolu üstlənib: - Rəsmi Bakı öz təsir dairəsini sürətlə genişləndirir
Bu gün, 18:03
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO
Bu gün, 17:55
Peskov DEYİR Kİ...
Bu gün, 17:52
"Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... - Ermənistanda SORĞU
Bu gün, 17:47
İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Bu gün, 17:43
Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü - TƏFƏRRÜAT
Bu gün, 17:40
ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış – Trampın jesti yeni era aça bilər
Bu gün, 17:30
244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Bu gün, 15:44
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:42
Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Bu gün, 13:37
Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Bu gün, 13:32
Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:23
Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Bu gün, 13:04
12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Bu gün, 12:58
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Bu gün, 12:53
"Evimi satıb kirayədə qalıram..."
Bu gün, 12:51
Təbrizdə polis idarəsinə silahlı hücum
Bu gün, 12:46
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Bu gün, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Bu gün, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Bu gün, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Bu gün, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Bu gün, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Bu gün, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Bu gün, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Bu gün, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Bu gün, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Bu gün, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Bu gün, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Bu gün, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Bu gün, 10:53
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Bu gün, 10:51
Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Bu gün, 10:48
"Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Bu gün, 10:38
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Bu gün, 10:18
“Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 10:14
Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00
Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53
Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45
"Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41
“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33
Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31
Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18
Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru