Mask dövlət işinə qayıda bilər .....                     İlham Əliyev açıq və net danışdı... .....                     Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA... .....                     Nazirin dostu elə-belə yerə... və təsadüfən gəlməyib... .....                     "Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir?" .....                     GDU ilə bağlı ŞOK FAKTLAR... .....                     Naxçıvanda KTN sistemi ağlar günə qalıb .....                     "TikTok"dakı Canlı yayım qalmaqalı ilə gündəmə gələn "National Prime Hospital"ın vergi borcu var .....                     Bura elə turist gəlməsə, yaxşıdır... .....                     Rusiya səfirliyimizin həndəvərini təsadüfən vurmadı... .....                     Azərbaycan Prezidentinin fikirləri RUSİYANI DÜŞÜNDÜRMƏLİDİR... .....                     ABŞ-nin Zəngəzur marağı: İran narahatdır... .....                     Paşinyan üçün ciddi SİQNAL .....                     “Həkimlərin bir hissəsi “moşşenik” olub, pul üçün hər şey edirlər” .....                     Trampın Əliyevin çıxışını paylaşması... .....                     Tiktoker "Roşka" hakim qarşısında .....                     ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib .....                     Separatçıların “bəlkə də qaytardılar” xüslyası .....                     Azərbaycan sabitləşdirici rolu üstlənib: .....                     “Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib .....                     Peskov .....                     "Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... .....                     İranlı professordan Türkiyəyə qarşı çağırış .....                     Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü .....                     ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış .....                     244 milyonluq AZALMA .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub .....                     Rəvanədən Zaurun sualına REAKSİYA: .....                     Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? .....                     Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır .....                     Çinlə qurulan yeni münasibətlər... .....                     12 ildir evsiz qalan Xalq artisti... .....                     Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? .....                     "Evimi satıb kirayədə qalıram..." .....                     Təbrizdə polis idarəsinə silahlı hücum .....                     Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                     BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                 

Yeni “İpək yolu” ssenarisinin ilk primerası – “Ever Given” qəzasının səhnə arxası
Tarix: 29-03-2021, 09:28 | Çap et
Yeni “İpək yolu” ssenarisinin ilk primerası
Misir prezidenti Əbdəl-Fəttah əs-Sisi Süveyş kanalını bloklayan “Ever Given” konteyner gəmisinin yükünün boşaldılması haqqında sərəncam verib.

Ovqat.com “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, artıq bu istiqamətdə işlər başlayıb.

Süveyş kanalı administrasiyasının rəhbəri Usamə Rabiənin sözlərinə görə, ən son çarə kimi həyata keçirilən bu tədbir çox mürəkkəb və zəhmət tələb edən işdir.

"Biz gəmini iki yolla — dartma və dəniz dibini qazma metodlarını ilə yerindən tərpətmək üçün gecə-gündüz çalışdıq. Amma ciddi nəticə əldə etmədik. İndi isə üçüncü ssenari üzrə hazırlaşırıq — gəmidəki yükləri azaltmaq", — deyə o vurğulayıb.

Hazırda kanalın mütəxəssisləri Hollandiyanın “Smit Salvage” şirkətinin ekspertləri ilə birlikdə problemin həlli üçün gəminin hansı həcmdə boşaldılmasının zəruri olduğunu qiymətləndirirlər.

Bununla yanaşı, kanal administrasiyasının rəhbəri vurğulayıb ki, ötən günlərlə müqayisədə konteyner yükünün vəziyyətinin yaxşılaşması müşahidə olunur. Gəmi dörd metr hərəkət edə bilib. Qurtarma çalışmalarında hazırda 14 dartı gəmisi işləyir. Onlardan ikisi — “Alp Guard” və “Carlo Magno” qəza baş verən gündən hadisə yerinə göndərilib. İndiyədək “Ever Given”in burun hissəsini bir qədər yerindən tərpətmək mümkün olub. Bu, gəminin zəminə oturduğu ərazidə 20 min tondan çox torpağın çıxarılmasından sonra baş verib.

Panama bayrağı altında hərəkət edən “Ever Given” konteyner gəmisi martın 23-də Süveyş kanalının cənubunda suyun dibinə oturub. Hadisənin güclü külək nəticəsində yaşandığı təxmin edilsə də, qəsdən törədilmiş təxribat ehtimalı da istisna deyil.

Gəminin göyərtəsində Çindən Niderlandın Rotterdam limanına göndərilən 20 mindən çox ağır konteyner var. “Ever Given” dünyanın ən böyük konteyner gəmilərindən biridir: uzunluğu 400 m, eni 59 m-ə çatır.

Süveyş kanalının ümumi uzunluğu 163,3 km, dərinliyi 20 m, eni 450 m-dir. 400 metrlik gəminin yana çevrilməsi nəticəsində 450 metr enə malik olan Süveyş kanalı, demək olar ki, tamamilə kəsilib. Kanal 240 min tona qədər yük daşıyan gəmiləri Aralıq dənizindən Qırmızı dənizə (və ya əksinə) keçirmək qabiliyyətinə malikdir. “Ever Given” gəmisi qəzaya uğradığı zaman maksimum həddə yaxın - 220 min ton yük daşıyırmış.

Gəminin dünya dəniz ticarətinin mühüm keçid nöqtələrindən birini bağlaması qlobal iqtisadiyyata ciddi zərər vurur və bu prosesin uzanması qalıcı təsirlər yarada bilər. Süveyş kanalının bağlanması ticarət gəmilərini bütün Afrika qitəsinin ətrafını dövr edərək Hind okeanından Avropaya yük daşımaq məcburiyyətində buraxır ki, bu da olduqca uzun və riskli marşrut deməkdir.

Qəza xüsusilə Avropa ölkələrinin enerji resursları ilə təchizatında ciddi problemlərə yol açır. Avropanın neft və qaz tədarükünün hardasa yarısının Süveyş kanalından keçdiyini nəzərə alsaq, hadisədən ən çox “qoca qitənin” zərər görəcəyini anlaya bilərik. Hesablamalara görə, kanalının 1 gün bağlı qalması qlobal iqtisadiyyata 6-10 milyard dollar arasında zərər vurur.

Gəminin boşaldıb yüngülləşdirdikdən sonra kənara çəkilməsi də başqa risklər doğurur. Əvvəla, Süveyş kanalının administrasiyasının dediyi kimi, bu xilasetmə çalışmalarını xeyli uzada bilər. İkincisi isə, gəminin yüngülləşməsi onun kənara dartılması anında devrilməsi ilə nəticələnə bilər. Bu da problemin daha da böyüməsi anlamına gəlir.

Kanalın uzun zaman işləməməsi isə Avropanı rus qazından asılı vəziyyətə saldığı kimi, dünya neftinin 40%-ni çıxaran Yaxın Şərq ölkələrini də Çin bazarını qazanmaq uğrunda yarışa təhrik edir. Bu da nəticə etibarilə, həm Çinin enerji qaynaqlarına əlçatımlığını artırır, həm də Rusiyanı Avropanın enerji təchizatında ən mühüm tərəfdaşa çevirir. Sözügedən qəzanın ABŞ və bəzi Qərb ölkələrinin geopolitik mübarizədə hədəf taxtasına çevirərək təbii müttəfiq olmağa sürüklədikləri Rusiya ilə Çinin işinə yaradığı açıqdır.

Süveyş kanalının bağlanması qlobal ticari əlaqələrdə tarixi İpək yolunun kəsilməsinin ilk dövrlərində ortaya çıxan şəraitlə ilə faktiki eyni durumu yaradır. Xatırladaq ki, İstanbulun türklər tərəfindən fəthindən sonra alternativ yollar axtaran Avropa ölkələri gəmi daşımaçılığına önəm vermiş və Afrika qitəsinin ətrafından fırlanaraq Uzaq Şərq ölkələri ilə ticari əlaqələri davam etdirmişlər. Yeri gəlmişkən, “Ever Given” qəzası zamanı bir çox gəmilərin Afrika qitəsi ətrafında dolaşmaq marşrutunu seçdikləri barədə məlumatlar gəlməkdədir. Həmin marşrut xeyli uzun və təhlükəli olduğundan Qərb dünyası 15-ci əsrdən başlayaraq daha qısa yollar axtarışına başlamış və bu təşəbbüslərin böyüməsi yeni ərazilərin kəşfi və istismarı ilə nəticələnmişdi. Daha sonra Süveyş kanalının açılması ilə ən qısa və ucuz marşrut kəşf olunmuşdu.

Hazırda həmin qısa marşrutun müvəqqəti olaraq bağlanması dünyanı yenidən 15-ci – 16-cı əsrlərdəki marşrut xətlərinə qaytarır və Süveyş kanalının etibarlılığına ümidi azaldır. Nəzərə alsaq ki, öz dünya ağalığını dənizlərə nəzarət hegemoniyası üzərində quran ABŞ-ın bu strategiyasına qarşı Çin quru İpək yolu layihələri ilə çıxmağa çalışır, “Ever Given” gəmisinin Süveyş kanalına saplanmasını yeni ticari münasibətlərin ilkin primerası da adlandırmaq olar.

Məqalə dərcə hazırlandığı zaman Süveyş kanalından gələn son dəqiqə xəbərləri qlobal iqtisadiyyatın böyük bir böhranı atlatdığı ümidlərini artırır. Məlumata görə, “Ever Given” saplandığı dayazlıqdan artıq çıxarılıb. “Bloomberg” xəbər agentliyi “Inchcape Shipping” dəniz gəmiçiliyinə istinadən xəbər verir ki, xilasetmə qrupları Süveyş Kanalında sıxışan Ever Given konteyner gəmisinin hərəkətini qismən bərpa ediblər.

ABŞ-n “The Wall Street Journal” nəşri də Süveyş kanalı administrasiyasının rəhbəri Usama Rabiaya istinadən konteyner gəmisinin dayazlıqdan yalnız qismən çıxarıldığını, yedək gəmilərinin onun axınını düzəltməyə çalışdığını bildirir. "Bu yaxşı xəbərdir. Amma problem hələ bitmədik, sadəcə gəmi hərəkət etdi”,-Rabia nəşrə açıqlamasında belə deyib.

Şənbə gününə qədər Süveyş kanalında 320-dən çox gəminin yığıldığı və nəticədə Fransanın ən böyük nəqliyyat şirkəti “CMA CGM Group” Afrika ətrafı marşrutu üzrə Asiyaya gəmilər göndərdiyi bildirilir. Bazar gününə qədər Süveyş kanalının girişindəki tıxac 65 kilometr məsafəyə qədər uzanırmış.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mask dövlət işinə qayıda bilər - “Bloomberg”
Bu gün, 06:36
İlham Əliyev açıq və net danışdı... - nəyisə gizlətmədi...
Bu gün, 06:32
Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA... - HAMI FAYDALANACAQ...
Bu gün, 06:28
Nazirin dostu elə-belə yerə... və təsadüfən gəlməyib... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:13
"Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir?"
Bu gün, 06:07
GDU ilə bağlı ŞOK FAKTLAR... - SƏN DEMƏ...
Bu gün, 06:01
Naxçıvanda KTN sistemi ağlar günə qalıb - dövlət təcili müdaxilə etməzsə...
Bu gün, 05:57
"TikTok"dakı Canlı yayım qalmaqalı ilə gündəmə gələn "National Prime Hospital"ın vergi borcu var - FOTOFAKT
Bu gün, 05:42
Bura elə turist gəlməsə, yaxşıdır... - AXI NİYƏ?..
Bu gün, 05:37
Rusiya səfirliyimizin həndəvərini təsadüfən vurmadı... - demək istədilər ki...
Bu gün, 05:32
Azərbaycan Prezidentinin fikirləri RUSİYANI DÜŞÜNDÜRMƏLİDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
ABŞ-nin Zəngəzur marağı: İran narahatdır... - AKTUAL
Bu gün, 05:25
Paşinyan üçün ciddi SİQNAL - NƏ BAŞ VERİR?
Bu gün, 05:14
“Həkimlərin bir hissəsi “moşşenik” olub, pul üçün hər şey edirlər” - Rəşid Mahmudovdan İDDİA
Bu gün, 05:12
Trampın Əliyevin çıxışını paylaşması... - təsadüfi deyil...
Bu gün, 05:09
Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 19:02
ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
Dünən, 19:00
Separatçıların “bəlkə də qaytardılar” xüslyası
Dünən, 18:05
Azərbaycan sabitləşdirici rolu üstlənib: - Rəsmi Bakı öz təsir dairəsini sürətlə genişləndirir
Dünən, 18:03
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO
Dünən, 17:55
Peskov DEYİR Kİ...
Dünən, 17:52
"Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... - Ermənistanda SORĞU
Dünən, 17:47
İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Dünən, 17:43
Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:40
ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış – Trampın jesti yeni era aça bilər
Dünən, 17:30
244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Dünən, 15:44
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:42
Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Dünən, 13:37
Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Dünən, 13:32
Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Dünən, 13:23
Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Dünən, 13:04
12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Dünən, 12:58
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Dünən, 12:53
"Evimi satıb kirayədə qalıram..."
Dünən, 12:51
Təbrizdə polis idarəsinə silahlı hücum
Dünən, 12:46
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Dünən, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Dünən, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Dünən, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Dünən, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Dünən, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Dünən, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Dünən, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Dünən, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Dünən, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Dünən, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Dünən, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Dünən, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Dünən, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Dünən, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru