Mütəşəkkil cinayətkar qrupun azərbaycanlı üzvü saxlanıldı .....                     Trampın “artsax” problemi .....                     Yevlaxda açıq havada film nümayiş etdirilib .....                     Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı .....                     Ağalar Vəliyevin tikdikləri BİR-BİR SÖKÜLÜR... .....                     "Qışda qaz, yayda isə su kəsilir" .....                     "Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu .....                     İran bu pakistanlıları Azərbaycana yerləşdirib .....                     Bakıya görə Qusman getdi, növbə onundur... .....                     “Aztelekom” MMC-nin şikayəti əsasında bu şirkətə qarşı araşdırma aparılır .....                     8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb .....                     Özlərini vəzifəli şəxs kimi təqdim edib 712 minlik dələduzluq etmişdilər .....                     FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb .....                     Paşinyanın Rusiya səfərinin əsas məqsədi: .....                     Yarım milyon manatlıq qızıl oğurlayan dəstə üzvlərinin cəzaları azaldıldı .....                     Ailələr ANLAŞMALI DAĞILIR... .....                     Mülayim şərq küləyi əsəcək .....                     Vətəndaşla dövləti üz-üzə qoyan qurum: Elm və Təhsil Agentliyi... .....                     Trampın ABŞ hərbçilərini Qafqaza göndərmək niyyəti… .....                     “Referans” adı mübahisə doğurdu .....                     Daha bir fırıldaqçı satış şəbəkəsi... .....                     Bakıda bağçalara növbəyə yazılma prosesinə start verilib .....                     Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı .....                     Məhkəmə 1 milyona yaxın pul mənimsəyən "vəzifəli şəxslər"ə bu cəzanı verdi .....                     Rusiya Zəngəzur dəhlizindən UZAQLAŞDIRILDI .....                     Ermənistan səfiri ABŞ konqresmeni ilə Cənubi Qafqazı müzakirə etdilər .....                     Məhbus azərbaycanlı alim yoxa çıxdı .....                     Azər Türk Bankın rəhbərliyində təyinat olub .....                     Ukrayna üçün Qarabağ ssenarisi? .....                     Abşeronda yeni zavod tikilir, hüquqi xidmətlər satın alındı .....                     Tibbi qurumun 25 milyonluq tenderinə maraq göstərən olmadı .....                     Tanınmış iş adamı həbsdən buraxıldı .....                     Cərrahi əməliyyat otaqlarında şou: cəzalar niyə nəticə vermir? .....                     Kremlin Qusmanı repressiya etməsinə sərt reaksiya .....                     Neftçilər HARAY ÇƏKİR: “Axı bu nə vaxta qədər belə olacaq?” .....                     Başından güllə yarası alan Qarabağ qazisinə rədd cavabı... .....                     Səhiyyə Nazirliyinin 25.2 milyonluq tenderi baş tutmadı .....                     Kamil Hacıyev tutduğu vəzifəsindən AZAD OLUNDU .....                     Dili-boğazı qurumuş NAXÇIVAN... .....                     Ermənistanda daha bir Rusiya hərbçisi öldürüldü... .....                 

Britaniya-ABŞ tandemi yeni dünyanı necə görür? - TƏHLİL
Tarix: 18-03-2021, 08:09 | Çap et
Britaniya-ABŞ tandemi yeni dünyanı necə görür?
Böyük Britaniya özünün yeni müdafiə və xarici siyasət strategiyasını tərtib edib. Hələlik 100 səhifəlik sənədin tam mətni açıqlanmasa da, onun önəmli hissələri dünən – martın 16-da yerli mediaya ötürülüb. Sənəd “soyuq müharibə”nin bitməsindən bəri bu istiqamətdə hazırlanan ilk vizyon sənədi olmaqla, “Brexit”dən sonra Böyük Britaniyanın müstəqil oyunçu kimi dünyada, beynəlxalq siyasətdə öz yerini və missiyasını yenidən müəyyənləşdirmək niyyətinin ifadəsi sayıla bilər.

Strategiyada hazırda Britaniyanın təhlükəsizliyinə ən ciddi təhdid mənbəyi kimi Rusiya Federasiyası göstərilir. Yəni Rusiya faktiki olaraq, düşmən elan edilir və Moskvadan qaynaqlanan təhlükələrə bütün istiqamətlər üzrə fəal şəkildə müqavimət göstəriləcəyi və onların qarşısının alınacağı bildirilir. İlk baxışdan bu dəyərləndirmədən belə nəticə çıxarmaq olar ki, Britaniya müasir dünyada Rusiyanı 1 saylı problem kimi görür. Amma strategiya sənədindəki digər analizlərə nəzər salanda belə olmadığı, əslində 1 saylı problemin və əsas strateji rəqibin Çin Xalq Respublikası olduğu qənaətinə gəlmək mümkündür.

Çin haqqında Rusiyaya münasibətdə olduğu qədər sərt cümlələr qurulmasa da, “Britaniya və onun müttəfiqlərindən fərqli dəyərlərə malik olan bu avtoritar dövlət” (sitat sənəddəndir) Britaniyanın iqtisadi təhlükəsizliyi üçün ən böyük təhdid kimi qiymətləndirilir. Çinin qlobal hökmranlığını əngəlləmək məqsədilə Britaniya Hind-Sakit okean regionunda öz təsirini artırmağa qərar verib.

Bu istiqamətdə əməli addım da atmağa hazırlaşan Boris Conson hökuməti 2021-ci ilin sonuna qədər “Queen Elizabet” aviadaşıyıcısını müşayiətçi zərbə qruplaşması ilə birlikdə bölgəyə göndərməyə hazırlaşır. Bu, o deməkdir ki, Britaniya ABŞ-in Çinlə bağlı siyasətinə qoşulur və müttəfiqinə bu uzunmüddətli rəqabətdə fəal dəstək verəcək.

Xatırlatmaq yerinə düşər ki, Britaniya artıq özünün 5G şəbəkəsinin yaradılmasında “Huawei”in xidmətlərindən imtina edib, öz ərazisində Çinin CGTN telekompaniyasının yayım lisenziyasını ləğv edib. Uyğur məsələsində də sərt mövqe sərgiləyən London Çinin uyğurlara qarşı siyasətini soyqırıma uyğun gələn siyasət kimi qiymətləndirir, İcmalar Palatasında artıq uyğur soyqırımının tanınması barədə təkliflər gündəmə gəlib.

Təbii ki, müdafiə və xarici siyasət sahəsində hər hansı ciddi, uzunmüddətli strategiyalar gücə əsaslanmayanda istər düşmən, istərsə də dostlar tərəfindən ciddi qəbul olunmur və onun uğur qazanması da çətindir. Bu səbəbdən Britaniya özünün nüvə arsenalını 40% artırmaq qərarına gəlib. Hazırda 180 ədəd olan “Trident” qitələrarası ballistik raketlərinin nüvə başlıqlarının sayı 260-a çatdırılacaq. Silahlı Qüvvələrin modernizasiyasına qarşıdakı 4 ildə 80 milyard, 2030-cu ilə qədər isə 200 milyard funt-sterlinq xərclənəcək. Şübhəsiz ki, bunlar yetərli deyil və ABŞ-ın dəstəyi, iştirakı olmadan Britaniyanın yaxın və orta perspektivdə təkbaşına Çin və Rusiya kimi nəhənglərlə strateji mübarizəyə girişməsi mümkün deyil. Əslində ona da şübhə yoxdur ki, Britaniyanın yeni siyasət kursu məhz elə ABŞ-ın təsiri ilə formalaşmaqdadır, anqlo-sakson dünyasının bu iki lideri “soyuq müharibə”də SSRİ-yə qarşı olduğu kimi, qarşıdakı dövrdə Çinə qarşı da sinxron hərəkət edəcəklər. Britaniyanın strategiya sənədində Amerika dövləti ən vacib strateji müttəfiq kimi qiymətləndirilərək həm ikitərəfli, həm də əsas ittifaqlar və qruplar (NATO və anqlo-saks dövlətlərinin kəşfiyyat orqanlarını birləşdirən “Five Eyes”) çərçivəsində aktiv əməkldaşlığın davam edəcəyi qeyd olunur.

ABŞ-ın yeni strategiya sənədi: demokratiya vurğusu

Cozef Bayden hökuməti də martın əvvəlində milli təhlükəsizliyə dair aralıq strategiya sənədi açıqlayıb. (Yekun və geniş milli təhlükəsizlik strategiyası ilin sonuna qədər hazırlanıb, elan ediləcək.)

Sənəddə Çin yeganə rəqib adlandırılır, Rusiyaya isə dünyada destruktiv rol oynayan və qlobal təsirini artırmağa çalışan regional aktor kimi baxılır. Yeni ABŞ administrasiyası Rusiyadan və ondan qaynaqlanan təhlükələrdən çox danışsa da, Moskvanı başlıca təhlükə kimi deyil, cari mərhələdə problem yaradan ikinci dərəcəli güc kimi görür. Çinə isə uzunmüddətli rəqabət üçün resurslara malik əsas strateji rəqib kimi yanaşılır. Baydenin Çinlə bağlı ritorikası Trampın ritorikası qədər sərt və kobud olmasa da, siyasəti eynidir, hətta bu siyasətin təhlükəsizlik istiqaməti daha konkret və birmənalıdır. Yəni ABŞ-ın Çinlə bağlı vahid dövlət siyasəti var və əslində bu siyasət Trampın dövründə deyil, Barak Obamanın elan etdiyi “Asiyaya dönüş” (Pivot to Asia) konsepsiyası ilə tədricən başlayıb və illər ötdükcə konkret məzmun qazanıb.

Bayden hökumətinin ritorikasında və yazılı sənədlərində diqqəti cəlb edən əsas məqamlardan biri budur ki, daxili amilin, ölkənin demokratik və iqtisadi inkişafının, iş yerlərinin və daxili istehsalın qorunmasının önəmi xüsusi qeyd olunmağa başlayıb. Aralıq strategiya sənədində bununla bağlı çox güclü vurğu var: “…Bizim dünyadakı rolumuz öz evimizdəki vəziyyətimizdən və gücümüzdən asılıdır”. Yəni açıq bildirilir ki, ABŞ öz içərisindəki problemləri (əsasən kəskin siyasi qütbləşmə və sosial bərabərsizlikdən irəli gələn məsələlər nəzərdə tutulur) həll etməsə, qlobal çapda güclü ola bilməyəcək və mövqelərini itirəcək.

Demokratlar anladılar ki, əvvəlki dönəmlərdə bu amili gözardı ediblər və qlobalist yanaşmalara çox aludə olduqları üçün içəridə xalqı unudublar. İqtisadi qloballaşma və postindustrial dönəm ABŞ-da, xüsusən onun Orta Qərb regionları və oradan şərq sahillərinə qədər uzanan sənaye zolağında (Rust Belt) iqtisadi tənəzzülə səbəb oldu, ölkə daxilində sosial gərginliyin və bərabərsizliyin artması isə Tramp kimi populistin hakimiyyətə gəlməsi ilə nəticələndi. Demokratlar bu dərsi aldılar. Strategiyada deyilir: “Biz Çinin qeyri-qanuni və vicdansız ticarət praktikasına, Amerikanın işçilərinə zərər vuran iqtisadi siyasətinə qarşı çıxacağıq. Biz milli təhlükəsizlik və tibbi ləvazimatların istehsalı sahəsində kritik önəmə sahib texnologiyaların tədarük zəncirlərinin qorunmasını təmin edəcəyik”. Bu cümlələr Trampın “tvit”lərində və çıxışlarındakı tezislərin eynisidir və göstərir ki, qlobalist zehniyyətə sahib demokratlar da milli istehsalın, yerli fəhlə sinifini qorumağın, hətta bəzi sahələrdə proteksionist siyasət yeritməyin yeni dövrdə milli təhlükəsilik maraqları baxımından önəmini dərk ediblər.

Bayden və komandasının seçki kampaniyasından bu yana israrlı və ardıcıl demokratiya vurğusuna da bu çərçivədə baxmaq lazımdır. Çünki içəridə öz demokratiyasını qoruya bilməyən, yaxud qüsurlu demokratiyası olan bir dövlətin beynəlxalq miqyasda demokratiya çağırışları da ciddi qəbul edilə bilməz. Konqres binasına basqın göstərdi ki, ABŞ demokratiyasına və ümumilikdə ABŞ-ın qüdrətinə və qlobal hegemoniyasına əsas təhdid kənardan yox, elə ölkənin öz içindən gəlir. Bayden və çevrəsi bu təhlükəni çox ciddiyə alır və içəridəki qarışıqlığın ən müxtəlif istiqamətlər üzrə ABŞ-ı, onun beynəlxalq rolunu və təsirini zəiflətməsinin fərqindədir. Bu səbəbdən dünyada demokratiya və əsas azadlıqların dəstəklənməsi ABŞ-ın milli təhlükəsizliyə dair aralıq strategiyasının əsas elementi elan olunub. Sənəddə avtoritarizmin bütün dünyada yüksəlişdə olduğu narahatlıqla qeyd edilir, amma bu tip rejimlərlə mübarizədə hərbi gücə deyil, diplomatiya və digər yumşaq güc vasitələrinə üstünlük veriləcək. Prezident Bayden son həftələrdə dəfələrlə qeyd edib ki, bizim modelimiz (yəni demokratik sistem və dəyərlər) qətiyyən köhnəlməyib və öz effektivliyini saxlayır.

Yuxarıda Baydenin təhlükəsizlik sahəsində Trampdan daha sərt mövqe sərgilədiyini qeyd etdik. Aralıq strategiyada birmənalı vurğulanır ki, ABŞ Çinin öz ərazisi hesab etdiyi Tayvanı, eləcə də Honkonq, Tibet və Sintszyan (Doğu Türküstan) regionlarında insan haqları və ləyaqətinin təmin olunmasını dəstəkləyəcək. ABŞ-ın Hind-Sakit okean bölgəsində güclü anti-Çin qurşağı formalaşdırmaq siyasətini Bayden hökuməti də davam etdirir. Söhbət ABŞ, Yaponiya, Avstraliya və Hindistandan ibarət dördlü formatdan (Quad) gedir.

Martın 12-də ilk dəfə olaraq bu format çərçivəsində 1-ci adamlar (ABŞ prezidenti Bayden, Yaponiya baş naziri Suga, Hindistan baş naziri Modi və Avstraliya baş naziri Morrison) səviyyəsində online görüş keçirildi. Yeni administrasiyanın müdafiə və xarici işlər nazirləri Ostin və Blinken ilk xarici səfərlərini də məhz bu bölgəyə edərək Yaponiya və Cənubi Koreyada tərəf-müqabilləri ilə 2+2 formatında görüş keçirdilər. General Ostin səfərdən əvvəl Havay adalarında yerləşən ABŞ-ın Hind-Sakit okean komandanlığını ziyarət etdi, onun Hindistana səfəri də nəzərdə tutulub.

Milli təhlükəsizliklə bağlı yeni strateji prinsiplərdə qeyd olunur ki, ABŞ öz həyati maraqlarının müdafiəsi üçün lazım gəlsə, güc tətbiqində tərəddüd etməyəcək. Bu çərçivədə Yaponiyaya verilən təminat önəmlidir. Bayden prezident seçildikdən dərhal sonra Yaponiya baş naziri ilə telefon söhbətində ona bildirib ki, ABŞ-Yaponiya təhlükəsizlik müqaviləsi Şərqi Çin dənizindəkli Senkaku arxipelaqına da şamil olunur. Bu adalara Çin də iddia edir və onun buraya ehtimal olunan qəfil hücumu qarşısında Yaponiyanın müqavimət imnkanları zəifdir. Bayden çox aydın şəkildə Senkaku arxipelaqını Çin təhdidindən qoruyacaqlarını, Pekinin bölgədəki, o cümlədən Cənubi Çin dənizindəki iddialarının da qarşısına sədd çəkəcəklərini, bu regionda azad naviqasiya və gəmiçiliyi müdafiə edəcəklərini vurğulayıb.

Bayden NATO-nu gücləndirməyin, Avropa Birliyi və Britaniya ilə bərabər hərəkət etməyin, yəni Tramp dövründə zədələnmiş kollektiv Qərb anlayışını bərpa etməyin vacibliyini də dəfələrlə vurğulayıb.

Postsovet məkanına gəldikə isə, burada ABŞ, Böyük Britaniya və Avropa Birliyi üçün prioritet istiqamət Ukraynadır. Avropa coğrafiyasına aidiyyəti, AB və NATO məkanı ilə həmsərhəd olması, dənizə çıxışı, eləcə də Rusiya revanşizminə qarşı dura biləcək potensiala sahib olması baxımından bu dövlət Qərb üçün böyük önəm daşıyır. Bayden hakimiyyətə gəldikdən sonra Ukraynada çox maraqlı hadisələr baş verməkdədir, açıq hiss olunur ki, Ukraynanı nümunəvi dövlətə çevirmək niyyəti var, çünki Putin rejiminə bundan daha böyük zərbə ola bilməz. (Bu mövzunu yəqin ki, başqa yazıda geniş araşdıracağıq.) Bizim Cənubi Qafqaz subregionunda isə Gürcüstanı həm strateji əhəmiyyəti (Qara dəniz sahili), həm də birmənalı avroatlantik inteqrasiya kursu seçmiş ölkə kimi Ukraynadan sonra Qərb üçün önəm daşıyan ikinci məntəqə adlandırmaq olar. (Bu mövzuya da ayrıca yazıda toxunmağa ehtiyac var.)

Həm ABŞ-ın, həm də Britaniyanın strategiyalarında elmi-texnoloji tərəqqiyə dövlət dəstəyinin önəmi də xüsusi vurğulanıb. Hər iki ölkə öz gücünün məhz bu sahədəki liderliyə əsaslandığını yaxşı anlayır və bundan sonra da həmin istiqamətlər onların siyasətində prioritet olacaq.
Müəllif: Şahin Cəfərli
//pressklub.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mütəşəkkil cinayətkar qrupun azərbaycanlı üzvü saxlanıldı - Əsas adam idi
Bu gün, 14:48
Trampın “artsax” problemi – “Vaşinqton bataqlığı” qurudulmayınca...
Bu gün, 14:41
Yevlaxda açıq havada film nümayiş etdirilib - FOTO
Bu gün, 14:34
Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı
Bu gün, 13:09
Ağalar Vəliyevin tikdikləri BİR-BİR SÖKÜLÜR... - GİLEY
Bu gün, 13:07
"Qışda qaz, yayda isə su kəsilir" - ETİRAZ
Bu gün, 13:04
"Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu
Bu gün, 13:02
İran bu pakistanlıları Azərbaycana yerləşdirib - Sensasiya
Bu gün, 12:58
Bakıya görə Qusman getdi, növbə onundur... - KT
Bu gün, 12:55
“Aztelekom” MMC-nin şikayəti əsasında bu şirkətə qarşı araşdırma aparılır
Bu gün, 12:48
8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb – Tendersiz
Bu gün, 12:45
Özlərini vəzifəli şəxs kimi təqdim edib 712 minlik dələduzluq etmişdilər - HÖKM OXUNDU
Bu gün, 12:43
FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb - 80 minlik dələduzluq
Bu gün, 12:39
Paşinyanın Rusiya səfərinin əsas məqsədi: - Moskvanın “damarını” yoxlayacaq, sonra da...
Bu gün, 12:30
Yarım milyon manatlıq qızıl oğurlayan dəstə üzvlərinin cəzaları azaldıldı
Bu gün, 12:27
Ailələr ANLAŞMALI DAĞILIR... - Ekspertdən İLGİNC AÇIQLAMA
Bu gün, 12:17
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Vətəndaşla dövləti üz-üzə qoyan qurum: Elm və Təhsil Agentliyi... - AXI NİYƏ?
Bu gün, 12:09
Trampın ABŞ hərbçilərini Qafqaza göndərmək niyyəti… – Patrik Uolş gizlinləri açdı
Bu gün, 12:01
“Referans” adı mübahisə doğurdu – ARAŞDIRMA APARILIR
Bu gün, 11:49
Daha bir fırıldaqçı satış şəbəkəsi... - GİLEY
Bu gün, 11:44
Bakıda bağçalara növbəyə yazılma prosesinə start verilib - DİQQƏT!
Bu gün, 11:32
Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı
Bu gün, 11:24
Məhkəmə 1 milyona yaxın pul mənimsəyən "vəzifəli şəxslər"ə bu cəzanı verdi - TƏFƏRRÜAT
Bu gün, 11:16
Rusiya Zəngəzur dəhlizindən UZAQLAŞDIRILDI – Moskvadan Bakı və İrəvana göndərilən mesaj NƏ İDİ?
Bu gün, 11:13
Ermənistan səfiri ABŞ konqresmeni ilə Cənubi Qafqazı müzakirə etdilər
Bu gün, 11:10
Məhbus azərbaycanlı alim yoxa çıxdı
Bu gün, 11:05
Azər Türk Bankın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:54
Ukrayna üçün Qarabağ ssenarisi? - Rusiya niyə “humanitar fasilə” istəyir
Bu gün, 10:48
Abşeronda yeni zavod tikilir, hüquqi xidmətlər satın alındı - DETALLAR
Bu gün, 10:39
Tibbi qurumun 25 milyonluq tenderinə maraq göstərən olmadı
Bu gün, 10:25
Tanınmış iş adamı həbsdən buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:20
Cərrahi əməliyyat otaqlarında şou: cəzalar niyə nəticə vermir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:17
Kremlin Qusmanı repressiya etməsinə sərt reaksiya - “Bu, Putinin miskinliyidir”
Bu gün, 10:15
Neftçilər HARAY ÇƏKİR: “Axı bu nə vaxta qədər belə olacaq?” - NARAZILIQ VAR...
Bu gün, 10:06
Başından güllə yarası alan Qarabağ qazisinə rədd cavabı... - məhkəmələr əvvəl iddiasını təmin edib, sonra isə...
Bu gün, 09:57
Səhiyyə Nazirliyinin 25.2 milyonluq tenderi baş tutmadı - TƏFƏRRÜAT
Bu gün, 09:53
Kamil Hacıyev tutduğu vəzifəsindən AZAD OLUNDU - BUNDAN SONRA...
Bu gün, 09:47
Dili-boğazı qurumuş NAXÇIVAN... - "1 nəfər işləməli, 5 parazit qazanmalı"
Bu gün, 09:44
Ermənistanda daha bir Rusiya hərbçisi öldürüldü... - shamshyan.com
Bu gün, 09:37
Arvadını öldürmək istəyən şəxs: - “Onun sevgilisi məni görən kimi, qadını orada qoyub qaçdı”
Bu gün, 09:35
Aktyorları attestasiyadan keçirmək lazımdır - ÇAĞIRIŞ...
Bu gün, 09:25
İşdən çıxarılan Qusman Xankəndidə İlham Əliyevdən nə soruşmuşdu... - TƏFƏRRÜAT
Bu gün, 09:21
“World Telecom”: Satdıqları məhsulun ƏDV-sini də oğurlayırlar... - "Bu nə özbaşınalıqdır?"
Bu gün, 09:03
“Rusiya gedir, Azərbaycan gəlir...” - Ermənistanda təlaş
Bu gün, 08:51
İran yeni reallıqları mütləq göz önünə alacaq - ÇÜNKİ...
Bu gün, 08:49
Rusiyaya vurulan “zərbə” Qafqaza sıçradı – Putin sərt cavab verə bilər
Bu gün, 08:48
Zəngəzur “düyünü”: Dəhliz, “körpü”, yoxsa... - İNCƏLƏMƏ
Bu gün, 08:45
Yerli icra hakimiyyətləri arxivə qovuşacaq - GƏLİŞMƏ
Bu gün, 08:43
Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqları hansı ölkə pozur? - İDDİA
Bu gün, 08:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru