Qazaxda taxıl biçini başa çatıb .....                     Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... .....                     Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Trampla Putin ANLAŞMA YOLUNDA... .....                     Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? .....                     "Bunların gördüyü iş xidmət bundan artıq olmayacaq ki..." .....                     “Çınqıl Servis” ASC səhmdarlarının .....                     ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir .....                     Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək .....                     Qafqaza sülh Amerika saatı ilə gəlir .....                     Regionlarda otellərin qiyməti niyə bahadır? .....                     Gəncədə 10 manatla audit şirkəti quruldu .....                     Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm .....                     Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub .....                     "O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" .....                     Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər... .....                     Əmrullayevin təhsilə olan EŞQİ .....                     Araz Paşayev kimi aldadır? .....                     “Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq” .....                     'Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb" .....                     İran Azərbaycana qarşı “bulud müharibəsi”nə başladı .....                     "JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? .....                     "Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" .....                     Deputatın işçisi vətəndaşı boğmaq istədi .....                     Vaşinqtonda həlledici diplomatiya: sülh sazişi razılaşdırılıb .....                     Rusiya iflas etdi: Qafqazda yeni geosiyasi reallıq .....                     Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm .....                     Tanınmış həkimə Laçında vəzifə verildi .....                     "Təmir gedən yollarda təhlükəsizlik sıfırdır" .....                     Tovuzda daha bir dəhşət: azyaşlı qıza zorakılıq .....                     Görüşün 8 avqusta təyin olunması təsadüf deyil! .....                     ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir .....                     Vaşinqtondan Azərbaycan və Ermənistan arasında sülh və Zəngəzur dəhlizi barədə açıqlama .....                     ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq .....                     Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar .....                     Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? .....                     Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib .....                     Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi .....                     Ermənistanın dövlət borcu 13 milyardı ötüb .....                 

“Putin, öz kürsüsündə əvvəlki kimi rahat otura bilməyəcək” - TƏHLİL
Tarix: 5-02-2021, 09:22 | Çap et
“Putin, öz kürsüsündə əvvəlki kimi rahat otura bilməyəcək”
Müşahidələr göstərir ki, müxaifətçi Aleksey Navalnının 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsilə Rusiyada etirazların səngiməsi yox, daha da artması ehtimalı kifayət qədər yüksəkdir.

“AzPolitika.info” xəbər verir ki, bu mövzuyla bağlı Çexiyanın “Respekt” nəşri “Navalnı cəsarətlidir, amma Putinə qarşı daha çox rusiyalı çıxmalıdır” başlıqlı maraqlı məqalə dərc edib. Həmin məqalədə deyilir:

”Moskvadakı son küçə yürüşlərilə bağlı sosial şəbəkələrdə polislərin etirazçıları yerdə necə sürümələrini və onları yaxalayaraq “avtozaklara” doldurmalarını əks etdirən xeyli sayda videoçarx nümayiş etdirilir. Tutulanlar arasında Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da var. İkinci nümayiş zamanı dörd mindən artıq adam həbs olunub ki, onların da 82-si jurnalistdir.

Bəzi analitiklər hesab edirlər ki, Rusiyanın onlarla şəhərində cərəyan edən indiki etirazlar prezident Putinin sonunun başlanğıcıdır. Məsələn, “The Financial Times” qəzetinin siyasi icmalçısı Qayden Rahmen yazır ki, Aleksey Navalnı Putin üçün real təhlükə təşkil etsə də, ona və onun həmfikirlərinə qarşı zorakılıqla cavab verən indiki rejimin yaxın zamanlarda çökəcəyini söyləmək hələ tezdir.

Şübhəsiz ki, siyasi rəhbərliyin onu həbs edəcəyini(heç də ilk dəfə deyil) anlayan Navalnı vətənə qayıtmaqla gözlənilməz cəsarət nümayiş etdirdi. Putin təkcə həyatını riskə atmaq bahasına geri çəkilməyən müxalifətçinin varlığından narahat deyil, onu həyacanlandıran digər məqam, bu müxalifətçinin nəinki iri şəhərlərdə, hətta əyalətlərdə də dəstəklənməsidir.

Küçə yürüşlərində hələ ki, Rusiyanın yaşlı əhalisinin yalnız bir faizi iştirak edir. İctimai rəy sorğusunun nəticələri göstərir ki, hətta, iqtisadi tənəzzülə, pandemiyaya qarşı mübarizədəki bacarıqsızılığa və azadlıq istəyən vətəndaşların döyülüb həbsə atılmasına baxmayaraq, əhalinin 60%-i rejimi dəstəkləyir.

Aleksey Navalnının silahdaşı Lyubov Sobol “Qərb sanksiyaları Putini zəiflədə bilərmi?” sualına cavab verərəkən deyib ki, dəyişiklik uğrunda ilk öncə rusiyalıların özləri mübarizə aparmalıdırlar. Əlbəttə, bu sanksiyaların müzakirəsi zamanı Avropa Birliyinin zəiflik göstərməsi, yekdillik nümayiş etdirməməsi dəhşətdir. Ümumiyyətlə, Lyubov Sobol haqlıdır - qələbə yalnız daxili müqavimətlə mümkündür. Bunun üçün isə, Putinə “yox” deyənlərin sayı indikindən qat-qat çox olmalıdır.

Rusiyalı müxalifətçi Leonid Qozman deyib: ”Rejim Navalnıdan qorxur və ona görə də yaranmış mövcud vəziyyətə qarşı mümükün qədər sərt rekasiya göstərir. Çünki hələ ki, başqa bir şey düşünüb tapmayıblar.

Ona görə də hələlik Putin seçkilərdə uğursuzluğa düçar olmayacaq. Amma müəyyən vaxtdan sonra rejim daxili ziddiyətlərə görə yıxılacaq. İndiki imperiya çökən zaman, əlbəttə ki, sual meydana gələcək - bəs sonra nə olsun? Hüquqi baxımdan xaos gözlənilir, amma bunun uzun sürməyəcəyinə və onun içindən demokratik konstitusiyaya söykənəcək yeni və daha azad dövlətin doğmasına ümid bəsləmək olar”

Bunun nə zaman baş verəcəyi və həmin dövrə kimi Aleksey Navalnının yaşayıb-yaşamayacağı aydın deyil. Navalnısız isə hansısa dəyişikliklərin baş tutacağı az ehtimal olunur.”

Türkiyənin “Cumhuriyet” qəzeti də bu mövzuya toxunub. Qəzetin “Navalnı qızıl gül bağçasındakı ilk tikandır” başlıqlı məqaləsində deyilir: “Prezident Vladimir Putin tərəfindən 21 il ərzində uğurla idarə olunan və müxalifətin olmadığı “tikansız qızıl güllər bağçası” ilk dəfədir ki, xöşəgəlməz mənzərəylə üzləşib. Polis tərəfindən göstərilən zorakılığa, şaxtalı qış havasına baxmayaraq, illərdir ki, Kremlin adını söyləməkdən çəkindiyi 44 yaşlı Aleksey Navalnı hakimiyyətdən narazı olanları küçəyə çıxıra bildi.

2008-ci ildən korrupsiyaya qarşı mübarizəyə başlayan Navalnı hakimiyyətyönlü KİV-lər tərəfindən “qara siyahı”ya salınıb. Navalnı “YouTube” və “Twitter” kimi populyar kanallardan istifadə etməklə, real müxalifətin olmadığı bir ölkədə müxalifət liderinə çevrildi.

Navalnının keçən ilin avqustunda “Noviçok” adlandırılan kimyəvi maddə ilə zəhərlənməsi hakimiyyəti dalana dirədi. Xarici reaksiyanın artacağından ehtiyatlanan Kreml rəhbərliyi Rusiya xüsusi xidmət orqanlarının ittiham etdiyi gənc liderin Almaniyada müalicə almasına icazə verdi.

Navalnının zəhərlənməsində Kremlin ittiham olunması ilə bağlı jurnalistlərin ünvanladığı suallara Putin kinayə ilə cavab verib: ”O, kimə lazımdır ki! Əgər zəhərləmək istəsəydilər, bu işi axıra kimi yerinə yetirərdilər”.

Ancaq o, yenə Navalnının adını çəkməyərək, “Berlindəki pasient” haqqında fikir bildirib.

Almaniyadan qayıdan Navalnının yayımladığı iki saatlıq “Putinin sarayı: ən böyük rüşvətin tarixi” adlı filmdəki əsas tezis Rusiya liderinin 1980-ci illərin sonundan başlayaraq, öz yaxın ətrafıyla birlikdə necə rüşvət və korrupsiya şəbəkəsi qurmasından ibarətdir. Amma ən maraqlı hadisə odur ki, artıq Gəlincikdəki saray barəsindəki ittihamlara Putinin özü cavab verir. Həqiqətən də Navalnının çıxışları Rusiya liderini müdafiə mövqeyinə çəkilməyə məcbur edib. Belə ki, Putin demək olar, ilk dəfədir belə mövqedə dayanır.

Hazırda həbsdə olan və “qurbanlıq” mövqeyinə düşmüş Navalnı bu video sayəsində hakimiyyət üzərində faktiki üstünlük qazanıb. İri şəhərlərdə əsasən orta sinfin nümayəndələri və demokratiya istəyən gənclər tərəfindən dəstəklənən Navalnı Rusiya cəmiyyətinin böyük əksəriyyəti üçün elə də böyük əhəmiyyət daşımır. Küçə etirazlarının bütövlüklə onun aktivinə yazılması doğru deyil. Çünki burada qurtarmaq bilməyən iqtisadi çətinliklərdən, əhalinin güzəranına kimi müxtəlif faktorlar rol oynayır.

Navalnı hakimiyyətə real alternativ ola bilərmi? Belarusda olduğu kimi, Rusiyada da xalq üsyanı alovlana bilərmi? İctimai hadisələrin necə inkişaf edəcəyi cavabı “qəhvə falı”nda tapılmamalıdır. Lakin yaxşıca qulluq göstərdiyi “qızıl gül bağçasında ilk dəfədir tikanla qarşılaşan” Vladimir Putin, öz kürsüsündə əvvəlki kimi rahat otura bilməyəcək.

Kremlin bundan sonrakı dövrdə də tutduğu indiki səhv taktikanı davam etdirib-etdirməyəcəyini hadisələrin gedişi göstərəcək. Nəzərə alaq ki, elə məhz həmin taktika sayəsində Navalnı qəhrəmana çevrilib.”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 10:00
Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... - SANKİ QAYA PARÇASIDIR...
Bu gün, 09:59
Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı QƏRAR
Bu gün, 09:42
Trampla Putin ANLAŞMA YOLUNDA... - TƏFƏRRÜAT
Bu gün, 09:33
Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? - AKTUAL
Bu gün, 09:20
"Bunların gördüyü iş xidmət bundan artıq olmayacaq ki..." - NARAZILIQ VAR...
Bu gün, 09:10
“Çınqıl Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 09:04
ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:58
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:55
Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək
Bu gün, 08:50
Qafqaza sülh Amerika saatı ilə gəlir - GƏLİŞMƏ
Bu gün, 08:41
Regionlarda otellərin qiyməti niyə bahadır? - AXI NİYƏ?
Bu gün, 08:39
Gəncədə 10 manatla audit şirkəti quruldu
Bu gün, 08:35
Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm - deputat
Bu gün, 08:24
Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub - KİV
Bu gün, 07:02
"O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" - ANIM
Bu gün, 06:52
Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər... - AYI ADI ÜSTÜNDƏDİR...
Bu gün, 06:50
Əmrullayevin təhsilə olan EŞQİ BUDURMU?
Bu gün, 06:47
Araz Paşayev kimi aldadır? - Direktorların Avropa səfəri ilə bağlı qalmaqal böyüyür
Bu gün, 06:43
“Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq” - ÇÜNKİ...
Bu gün, 06:37
'Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb" - deputat
Bu gün, 06:05
İran Azərbaycana qarşı “bulud müharibəsi”nə başladı - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
"JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:01
"Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" - Sosioloqdan TƏKLİF
Bu gün, 05:58
Deputatın işçisi vətəndaşı boğmaq istədi - İŞƏ POLİS QARIŞDI
Bu gün, 05:54
Vaşinqtonda həlledici diplomatiya: sülh sazişi razılaşdırılıb - GƏLİŞMƏ
Bu gün, 05:44
Rusiya iflas etdi: Qafqazda yeni geosiyasi reallıq – Ermənistan nə edəcək?
Bu gün, 05:40
Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm - Tramp
Bu gün, 05:36
Tanınmış həkimə Laçında vəzifə verildi - FOTO
Bu gün, 00:06
"Təmir gedən yollarda təhlükəsizlik sıfırdır" - ETİRAZ
Bu gün, 00:00
Tovuzda daha bir dəhşət: azyaşlı qıza zorakılıq – Araşdırma başlandı
Dünən, 23:59
Görüşün 8 avqusta təyin olunması təsadüf deyil! - AÇIQLAMA
Dünən, 23:57
ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir - AKTUAL
Dünən, 23:55
Vaşinqtondan Azərbaycan və Ermənistan arasında sülh və Zəngəzur dəhlizi barədə açıqlama - DETALLAR
Dünən, 23:52
ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq - ŞƏRH
Dünən, 18:04
Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar - TƏFƏRRÜAT
Dünən, 18:00
Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? - NARAZILIQ VAR...
Dünən, 17:56
Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib - TƏFƏRRÜAT
Dünən, 17:51
Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi - 1 milyon manata
Dünən, 17:48
Ermənistanın dövlət borcu 13 milyardı ötüb
Dünən, 17:42
“Yeni Klinika”nın 15-ci mərtəbəsində əlavə təmir işlərinə 265 314 AZN xərclənəcək
Dünən, 17:40
Keşlədə evi sökülən sakinlərə nə ev, nə də pul veriləcək? - AKTUAL
Dünən, 17:32
Saakaşvili Bakıdan gələn xəbərə sevindi – Tamam başqa proses gedir!
Dünən, 17:26
Ermənistan şübhəli əraziyə çevriləcək - Danielyan
Dünən, 17:24
Sülhün altına mina qoyulub: - Ermənistanı xəritələrin taleyini düşünməyinə məcbur etməliyik
Dünən, 17:22
İcra Hakimiyyətinin 150 minlik tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 17:18
Jurnalistin mikrafonunu sındıran restoran kassiri belə CƏZALANDIRILDI
Dünən, 17:15
Nabrandakı məşhur hoteldəki “yemək davası”nın görünməyən tərəfi
Dünən, 17:13
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
Dünən, 17:10
Ayvazovskinin heykəli ətrafında süni ajiotaj və: Kremlin Bakıya mesajı - ŞƏRH
Dünən, 16:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru