Türkiyə və Rusiya İdliblə bağlı danışıqlar aparır
Tarix: 1-06-2019, 10:29 |
Çap et
Türkiyə İdlibdə atəşkəs və sabitliyin təmin edilməsi üçün Rusiya ilə bu mövzuda davam edən danışıqlar da daxil olmaqla bütün lazımi addımlar atır. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.
"Baş qərargah başçımız Rusiyanın Baş Qərargah rəisi ilə danışıqlar aparıb. Onlar atəşkəs rejimini təmin etmək üçün lazım olan addımlara dair məsələləri müzakirə ediblər", Akar deyib.
Nazirin sözlərinə görə, Türkiyə Suriyada yeni bir humanitar faciənin qarşısını almaq üçün əlindən gələni edir.