İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü .....                     Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     ADAU ŞƏLALƏSİ... .....                     Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... .....                     `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` .....                     Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? .....                     Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI .....                     Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... .....                     Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! .....                     ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? .....                     İrəvan əslində Bakının gedişlərini təkrarlayır... .....                     "Mənim evimə bir qəpik pul girmir..." .....                     İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi .....                     Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? .....                     Yevlaxda həkimlər sağaltmır, öldürür... .....                     İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb .....                     Zirəddin ən qorxunc proqnozlarını açıqladı .....                     UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ .....                     Sağlamlıq haqqında arayış BİZNESİ... .....                     Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi .....                     ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? .....                     Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? .....                     Ermənistan: Qərbin “Troya atı” .....                     Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib .....                     Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi .....                     Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                     İran və Rusiya gizli danışıqlar aparır .....                     Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası .....                     İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                     Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? .....                     Ermənistan dörd qonşunun hədəfinə çevrildi .....                     Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər .....                     Bu holdinqin maliyyə problemləri bitmir .....                     Xəstəxanada səs-küy salan həkim .....                     Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                     Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                     Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib .....                 

Türkiyəyə qurulan böyük tələ: - “kürd oyunu”
Tarix: 26-09-2017, 08:55 | Çap et
Türkiyəyə qurulan böyük tələ:
Dünən İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. Bölgə dövlətlərinin böyük əksəriyyəti bu referenduma qarşı çıxıblar. Bəzi ölkələr, xüsusilə İran və Türkiyə bu referendumu Yaxın Şərq üçün təhdid saydıqlarını bildiriblər.

Bəzi ekspertlər isə bu referendumdan sonra hətta Türkiyənin bölgəyə müdaxilə edə biləcəyini gündəmə gətiriblər. Ankara, Lozanna və Sevr müqavilələrini önə çəkən ekspertlər buna Türkiyənin hüquqi əsası çatdığını bildirirlər.

Bu fikirlərə qarşı çıxan siyasi analitiklər də az deyil. Onlar isə Türkiyənin keçmiş Mosul vilayəti – Mosul-Kərkük ərazilərinə heç bir səlahiyyəti qalmadığını vurğulayırlar.

Bütün bu polemikanı nəzərə alaraq, Axar.az olaraq türkiyəli tarixçi, sözügedən dövr və hallanan tarixi sazişlərlə bağlı əsaslı araşdırmaların müəllifi, həmçinin siyasətçi Enes Mərd Dəmirə müraciət etdik:

- Enes bəy, İraq Kürd Muxtariyyətindəki müstəqillik referendumu bölgə üçün hansı təhdidlər yarada bilər?

- Bu referendum bildiyiniz kimi təktərəfli, hüquqi olmayan zəmində icra edilir. Kürd referendumu İraq Konstitutsiyasına ziddir. Türkiyənin İraqla imzanlamış bir neçə beynəlxalq razılaşmaları var. Dolayısı ilə burada həyata keçiriləcək təktərəfli referendum Türkiyə-İraq sərhədindəki anlaşmanın hüquqi qüvvəsini itirməsinə səbəb olacaq. Hüquqi olmayan bu şey bölgədəki sıxıntılara şərait yaradacaq. Ayrıca bu bölgədə böyük türkman əhalisi var. Təxminən onlar 1,5 milyon nəfərdir. Bu türkmanların yaşadığı bölgələrin bir hissəsinin də bu referenduma daxil edilməsinə çalışırlar. Təbii ki, bu, tamamilə hüquqi bir şey deyil və eyni zamanda bu bölgədəki ərəblər də, digər qeyri-müsəlman ünsürlər də bu referenduma qarşı çıxırlar.

- Bu referendumun nəticəsi Türkiyədə daha çox “ikinci İsrail” kimi təqdim edilir. İran da artıq rəsmən bu referendumu “ikinci İsrail”in yaradılması istiqamətində atılmış addım kimi dəyərləndirir. Sizcə, bu referendum nəticəsində yaradıla biləcək kürd dövlətini həqiqətən “ikinci İsrail” adlandırmaq olarmı?

- Bildiyiniz kimi, 1916-cı ildə imzalanmış Sayks-Pikot, daha sonra isə San-Remo anlaşmaları ilə İngiltərə və Fransa bölgəni dizayn edib, yenidən formalaşdırmağa çalışırdılar. Böyük Kürdüstan layihələsi əslində İraq və Suriyanın şimalını alıb, sonra da Türkiyənin cənubundan və İrandan torpaq əldə etməklə burada nəsə yeni qurum yaratmaq xəyalıdır. Bütün ictimaiyyət tərəfindən bilinir ki, bu, İsrail layihəsidir. Suriyanın şimalının böyük hissəsi PYD-YPG terror təşkilatının əlindədir. İraqın şimalının bir hissəsi PKK-nın əlindədir, digər hissəsində isə Bərzani müstəqillik referendumu keçirir və İsrail bunu dəstəkləyir. Bildiyiniz kimi, dünən beş İsrail təyyarəsi hətta kürdləri qorumaq məqsədi ilə Ərbilə də gəldi. Burada ən önəmli məsələ Türkiyənin Yaxın Şərqdə gücünün yox edilməsidir. Yəni Türkiyəyə təhdidlər yaradaraq Türkiyənin gücsüz buraxılmağa çalışılmasıdır. Türkiyənin sərhədlərində federal qurum və ya müstəqil dövlət yaratmaqla onun Yaxın Şərqdə gücünü sındırıb daha sonra özünün birbaşa hədəfə çevrilməsinə çalışırlar. Bu həmlələrin hamısı buna hesablanıb. Bunu İsrail özəlliklə bölgədə özü etməsə də, Amerikanın əliylə reallaşdırır.

- Lakin Amerika son açıqlamalarında bölgədə müstəqil Kürdüstan istəmədiyini bəyan etdi. Hətta bu məsələdə bir qədər Türkiyənin mövqeyini müdafiə etmiş kimi də göründü...

- Amerika müstəqil Kürdüstanın əleyhinə digər dövlətlər kimi qarşı çıxmadı. Sadəcə, referendumun ertələnməsi ilə bağlı açıqlama verdi. Digər dövlətlər “qarşıyıq” deyirlər, onlar isə bunu söyləmirlər. Referendumun ertələnməsi demək, 5 ay və ya 1 il sonra yenidən keçirilməsi anlamına gəlir. İkincisi, Amerikanın “burada referendum olarsa, biz buradakı proseslərə nəzarət edə bilmərik” deməsi, bu referendumu altdan-altdan dəstəklədiyini göstərir. Bir də Amerikanın açıqlamaları ilə hərəkətləri bir-birinə uyğun deyil. Məsələn, Amerika “Türkiyə müttəfiqimizdir” deyir, amma PYD-yə 100 TIR-lıq silah yardımı edir. Digər tərəfdən, PYD-ni terror təşkilatı qəbul etmədiyi kimi, ona 4000 TIR-lıq silah da göndərir. Amerikanın açıqlamaları yox, onun hərəkətləri önəmlidir. Amerika hərbçilərinin İraq Kürd Muxtariyyətində olması və PYD-yə gedən silahların Bərzaninin nəzarətindəki bölgələrdən keçərək aparılması onlar arasındakı ortaq hərəkətin sübutudur.

- ABŞ həm də Türkiyənin hərbi və siyasi müttəfiqidir. Digər tərəfdən ən önəmli məqamlardan biri də Rusiya ilə bağlıdır. Son günlər Türkiyə ilə yaxınlaşan Rusiya bu referendumdan bir neçə gün öncə Bərzani ilə böyük neft razılaşmasına imza atdı. Bir sözlə, bölgə üzərində eyni anda bir neçə böyük gücün marağı kəsişir. İllərdir latent formada toqquşmaların yaşandığı bu bölgə niyə görə bu qədər dəyərli hesab olunur?

- İlk olaraq türk, kürd, ərəb və digər qeyri-müsəlmanların hamısı bu bölgədə cəmləşib. İkincisi, bura strateji baxımdan önəmlidir. Üçüncüsü. coğrafi baxımdan çox önəmlidir. Üstəlik, burada gündəlik 900 min barrel neft hasil edilir və hasil olunan qara qızıl dünyanın ən keyfiyyətli neftlərindən sayılır. Dolayısı ilə buranın neft bölgəsi olması digər dövlətlərin də buraya marağını cəlb edir.

Rusiyanın burada mövqeyi digər dövlətlərə görə səssiz və daha əlaqəsizdir. Sadəcə Rusiya ABŞ-a mesaj göndərir ki, mənə Suriyada ilişmə, mən də sənin İraqdakı mənfəətlərinə qarışmayacağam. Əslində Rusiya kürd referendumu məsələsində bir az səssizdir.

Dolayısı ilə Türkiyənin burada gerçəkləşdirəcəyi ən böyük həmlə həm İran, həm İraq, hətta İngiltərə ilə diplomatik işbirliyi ilə bu məsələni beynəlxalq hüquq çərçivəsində BMT Təhlükəsizlik Şurasına, Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə çıxara bilməsi olacaq. Burada əsas məsələ bu referendum və bu qurumun beynəlxalq aləmdə leqallaşdırılmadan öncə ortadan qaldırılmasıdır. Dolayısı ilə Türkiyənin bura ilə bağlı tarixi haqları da var. Burası Türkiyənin Misaki-Milli sərhədləri çərçivəsindədir. Bu ərazilər Birinci Dünya savaşında Osmanlı imperiyasının itirmədiyi, amma ingilislər tərəfindən qanunsuz işğal olunan yerlərdir. 1926-cı il Ankara razılaşması ilə Türkiyə buranı İraqda qalmaq şərti ilə tərk etdi. Burada yeni bir qurum ortaya çıxsa, Türkiyənin bu şərti ortadan qalxdığı üçün Ankaranın buraya müdaxilə haqqı da beynəlxalq hüquq çərçivəsində ortaya çıxa bilər. Hərbi əməliyyatlar da gündəmə gələ bilər. Dolayısı ilə həm diplomatik, həm iqtisadi, həm də hərbi məqamları Türkiyə dəyərləndirəcək. Bu planda gərəkli qərarlar uyğun şəraitə görə alınacaq.

- Prezident Rəcəb Tayyib Ərdoğan da Türkiyənin “Misaki-Milli” sərhədləri ilə bağlı sərt açıqlamalar verir. Siz bundan öncə bəyan etdiniz ki, kürd dövləti yaranacağı təqdirdə Türkiyənin İraqa müdaxilə haqqı yaranır. Əslində, 1926-cı il Ankara anlaşmasında burada hər hansı dövlətin yaranacağı təqdirdə Türkiyənin İraqa girib Misaki-Milli sərhədlərini bərpa etməsi haqqında heç bir maddə yoxdur. Bütün bunlar olmadığı halda Türkiyə İraqın şimalında necə hərbi əməliyyatlar keçirə bilər?

- Ankara anlaşmasının 5-ci maddəsi tam aydın şəkildə yazılıb. Burada deyilir ki, Türkiyə və İraq sərhədi Millətlər Cəmiyyəti tərəfindən müəyyənləşdirilmiş Brüssel Sərhəd Xəttidir, bu sərhəd beynəlxalq aləm tərəfindən təsdiqlənmiş sərhəd xəttidir və iki dövlət bu sərhədin pozulmazlığına əməl etmək məcburiyyətindədir. Bilirsiniz ki, İraq onsuz da İŞİD-lə mübarizə ucbatından parçalanmış vəziyyətdədir. Hələ təzəlikcə bu ölkə özünə gəlməyə başlayır. İndiki zamanda müstəqil kürd dövləti yaransa, Türkiyənin İraqla heç bir quru sərhədi qalır. Bütün sərhədi avtomatik türk-kürd sərhədinə çevrilir. Türkiyə İraqla sərhəd anlaşmasını imzalayıb və Mosulu İraqda qalması şərti ilə tərk edib. Bu, beynəlxalq sənədlərdə yer alan ifadədir. Burada kürd dövləti yaranacağı halda keçmiş statusa dönmə vəziyyəti yaranacaq və Türkiyə dolayısıyla beynəlxalq hüquqdan doğacaq haqları ilə buraya müdaxilə edə biləcək. Yəni Türkiyə deyəcək ki, mən bu sərhəd razılaşmasını İraqla imzalamışam və burada yeni bir dövlət yaransa, mənim onunla sərhədim ortadan qalxır. Başqa sözlə, imzalanan müqavilə qüvvədən düşür və burada istənilən həmləni həyata keçirmək gücünə sahib olursan. “Türkiyənin hərbi əməliyyat keçirmək haqqı yoxdur” deyə bir şey yoxdur. Ankara anlaşmasında həmçinin “Türkiyə kürd dövləti yaransa, Şimali İraqa girə bilər” kimi bir maddə də yoxdur. Burada ən önəmli olan Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş haqlardır. Əgər Türkiyə-İraq sərhədi məcburi şəkildə dəyişdirilirsə, o zaman Ankaranın da burada avtomatik haqları ortaya çıxır. 1926-cı il Ankara anlaşması, 1946-cı il II Ankara anlaşması Türkiyənin haqqıdır və bunun təktərəfli dəyişdirilməsinə səssiz qalmaq olmaz.

- Türkiyədə kifayət qədər kürd yaşayır. Onların yaşadığı bölgələr də məhz Şimali İraqla sərhəddir. Türkiyənin bura müdaxiləsi həm də ölkə daxilində narahatlıq yaratmazmı?

- Türkiyənin Şimali İraqda problemi kürdlərlə deyil. Türkiyə Bərzaninin bölgəsindəki kürd xalqını çox sevir. Buradakı kürdlər onsuz da keçən əsrin əvvəllərindən Türkiyəyə bağlıdırlar. Türkiyə Habur sərhəd-keçid məntəqəsini bağlamadığına görə bu insanların ticarətləri inkişaf edib. Türkiyə zamanla buradakı kürdlərə çox yardım edib. Xalqın da Türkiyəyə qarşı böyük sevgisi var. Burada Ankaranın problemi tam Bərzani ilə əlaqədardır. Buradakı xalq Türkiyə düşməni deyil, əksinə, onlar Türkiyə heyranıdırlar. Məsələn, bunu Azərbaycanla müqayisə edin. Azərbaycanlılar Türkiyəni necə sevirlərsə, oradakı kürdlərin də əsas qismi eyni hislərlə yaşayır. Türkiyə sayəsində bu bölgənin insanı zənginləşməyi bacarıb.

- Enes bəy, müsahibədən öncə sizin Feysbuk səhifənizdə maraqlı bir ifadə ilə qarşılaşdım. İngilis agent Mark Sayksa aid olan bu ifadədə Ermənistanın təhlükəsizliyi üçün kürdlərin müstəqil olması gərəkdiyi söylənilir. Digər məqam isə həm Bərzani, həm də Qərbdə bir sıra tarixçilərin Sevr müqaviləsini yenidən dilə gətirmələridir. Sizcə, bu gün Türkiyə üzərindən həm Sayksın ifadə etdiyi bu təhdid, həm də Sevrin təkrarlanması təhdidi qalxıbmı?

- Burada əsas məqsəd Türkiyənin bölgədəki gücünü zəiflədib və yekunda torpaqlarını hədəf almaqdır. 1918-1919-cu illərdə edilmiş açıqlamanın günümüzdə qarşılığının olmadığını söyləyə bilmərik. Bir tərəfdə Ermənistan dövləti var, cənubumuza da Suriya, İraqdan alınaraq bütünlənmiş Kürdüstanı qursan, Türkiyəni tam əhatələmiş olacaqsan. Bu, Ankara üçün sıxıntılara səbəb olacaq. Bununla da Türkiyənin strateji, siyasi, coğrafi, iqtisadi gücünü qırmağa çalışırlar. Bu da ingilis agenti Mark Sayksın 1919-cu ildə verdiyi açıqlamanı təsdiq edir. Bu referendum Yaxın Şərq və Türkiyənin çevrəsindəki sıxıntıları artıracaq addımdır. Əslində, referendum bölgədəki sükunətə və sülhə vurulacaq böyük zərbədir. Bu məsələ hər şeydən öncə Türkiyəni maraqlandırır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28
Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25
Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20
ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12
İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10
"Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06
İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02
Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00
Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28
Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23
Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru