HAKİMİYYƏTİN İSLAHATA GETMƏSİ MƏHVİNƏ SƏBƏB OLACAQ
Tarix: 14-02-2012, 15:21 | Çap et
"GÖZÜ ÇIXAN QARDAŞLARINDAN" NƏTİCƏ ÇIXARTMAQ İSTƏMİRLƏR"
ABŞ-ın Çikaqo şəhərində yerləşən AON qeyri-hökumət təşkilatı 2012-ci il üçün dünya ölkələrində siyasi risk indeksini açıqlayıb. Təşkilatın analizlərinə görə, ərəb ölkələrini bürüyən etiraz dalğası bəzi ölkələrdə analoji ehtimalları artırıb. Azərbaycan da bu ölkələrin siyahısındadır. Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən keçmiş müsavatçı İbrahim İbrahimli, suallarımızı cavablandırıb. - İbrahim bəy, sizcə Azərbaycanda siyasi risk ehtimalı nə yerdədir? Yəni AON təşkilatı tərəfindən Azərbaycanla bağlı deyilənlər nə dərəcədə realdır? - Avtoritar ölkələrdə risk həmişə böyük olubdur. Xüsusən də 2011-ci ildə başlayan qlobal demokratikləşmə proseslərini müşahidə edən, lakin yaxın ətrafda, eyni halda Yaxın Şərqdə və MDB ölkələrində baş verən prosesləri izləyib hər hansı bir nəticə çıxarmayan, islahatlar aparmayaraq siyasi repressiyaları gücləndirən, daha doğrusu "kəmərləri bərkitmək" siyasəti yeridən, nəhayət, siyasi-iqtisadi islahatlarla riskləri aradan qaldırmaq kimi addımları atmamaq, Azərbaycan hakimiyyətinin daxili siyasətinin göstəricilərindən biridir. Təbii ki, siyasi təşkilatlar Azərbaycanda gedən siyasi prosesləri yaxından müşahidə edirlər. Azərbaycan həm daxili, həm də xarici siyasətində bu tipli ciddi məqamlara vaxtında və məqamında adekvat cavablar vermir. Heç verə də bilməz. Çünki avtoritar bir rejim əgər islahatlara gedərsə məhvə məhkum olar. Hakimiyyət də bunu gözəl anlayır. Başa düşür ki, hər hansı bir islahat onun intiharına və məğlubiyyətinə səbəb olacaq. Hakimiyyət Misirdə, Liviyada və Tunisdə olan avtoritarların taktikalarını izləyərək mövqe sərgiləyirlər. Eyni halda onların ifadələrindən istifadə edirlər. Heç də təsadüfü deyil ki, Münhendə İlham Əliyev ona verilən sualın müqabilində, elə bir cavab verdi. Bu cür taktika və yanaşma ilə ölkədəki mövcud olan inqilab risklərini azaltmaq qeyri-mümkündür. Hazırda Azərbaycan iki yol ayrıcındadır. Ya sosial partlayış nəticəsində yarana biləcək üsyan və inqilab, ya da ki, islahat. Hakimiyyət bunlardan hansını seçəcək? Hadisələrini gedişi göstərir ki, hakimiyyət ətrafında baş verən bu hadisələrdən və “gözü çıxan qardaşlarından” nəticə çıxartmaq istəmir. Bunu Münhendə çıxış edən İlham Əliyevin sözlərində də açıq-aydın görmək mümkündür.
- Bildirdiniz ki, avtoritar hakimiyyətin hər hansı bir islahat aparması həmin hakimiyyətin məhvinə gətirib çıxardacaq. Azərbaycan hakimiyyətinin avtoritar idarəetmə üsulunu seçdiyini nəzər alsaq, sizcə belə olan halda hər hansı bir islahat gözləməyə dəyərmi? - Hakimiyyətdən hər hansı bir islahat gözləmək mümkün deyil. Çünki artıq neçə müddətdir ki, istər İctimai Palata, istərsə də Ziyalılar Forumu hakimiyyətə islahatla bağlı “Yol xəritəsi” təqdim ediblər. Hakimiyyət ona təqdim edilən “Yol xəritəsi”ni ironiya ilə qarşıladı. Bu ondan xəbər verir ki, hakimiyyət belə bir islahat paketi ilə çıxış edən qüvvələrin təklifini qəbul etmək istəmir. Ona görə ki, islahat bu hakimiyyətin və avtoritarizmin məhvinə gətirib çıxardacaq. Artıq korrupsiya hakimiyyətin qan damarına və nəfəs borusuna çevrilib. Ölkənin idarə edilməsi korrupsiya və avtoritarizim üzərində qurulub. Hakimiyyətin təməli elə qurulub ki, bunlar irəli getməyi məğlubiyyət, geri çəkilməyə isə siyasi intihar kimi baxırlar.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər - NİYƏ DƏ YOX?
Bu gün, 11:14 |
|
|
|
• Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış - Molla rejimi BAŞINI İTİRİB...
Bu gün, 11:08 |
|
|
|
• Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
Bu gün, 10:59 |
|
|
|
• Bakıdan Paşinyana çağırış - “Tör-töküntülərin ipini yığ!”
Bu gün, 10:52 |
|
|
|
• "Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Şirkətlərin "Premium Bank"a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
Bu gün, 10:46 |
|
|
|
• Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... - İLGİNC İDDİA
Bu gün, 10:38 |
|
|
|
• Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər - ŞƏRH
Bu gün, 10:28 |
|
|
|
• Bu quşçuluq şirkətinin direktoru dəyişir
Bu gün, 10:08 |
|
|
|
• Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... - “The Washington Post”
Bu gün, 10:00 |
|
|
|
• Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
Bu gün, 09:53 |
|
|
|
• QHT sədri dənizdə şok keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:52 |
|
|
|
• “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” - ƏKS HALDA...
Bu gün, 09:47 |
|
|
|
• HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
• Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:36 |
|
|
|
• Milli Dram Teatrının direktoruna ağır itki üz verdi
Bu gün, 09:31 |
|
|
|
• Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05 |
|
|
|
• Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59 |
|
|
|
• Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56 |
|
|
|
• “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54 |
|
|
|
• Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48 |
|
|
|
• Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46 |
|
|
|
• Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35 |
|
|
|
• 5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34 |
|
|
|
• Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29 |
|
|
|
• “FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25 |
|
|
|
• `Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52 |
|
|
|
• "Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:47 |
|
|
|
• "Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır"
Bu gün, 06:45 |
|
|
|
• AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Bu gün, 06:38 |
|
|
|
• Həmkarlar İttifaqında nə baş verir? – Yaxın qohumu Sahib Məmmədovu tərk etdi
Bu gün, 06:34 |
|
|
|
• 10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi - "Birləşin, təşkilatlanın, etiraz edin..."
Bu gün, 06:23 |
|
|
|
• ƏT BAZARINDA MÖHTƏKİRLİK... - kimlərsə məqsədli şəkildə...
Bu gün, 06:20 |
|
|
|
• “Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər - AXI NİYƏ?..
Bu gün, 06:17 |
|
|
|
• Regionla bağlı qorxunc ssenari – Gizli bomba 49 ildən sonra “partlaya bilər”
Bu gün, 06:15 |
|
|
|
• "Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" - deputat
Bu gün, 06:13 |
|
|
|
• Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? - ARAŞDIRMA
Bu gün, 06:06 |
|
|
|
• “Little Stars” uşaq bağçası, YOXSA... TƏHLÜKƏ MƏNBƏYİ?
Bu gün, 06:05 |
|
|
|
• “Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ - piyada yolu zəbt edildi
Bu gün, 06:00 |
|
|
|
• Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT - Küçə ticarəti, NARAZI SAKİNLƏR.....
Bu gün, 05:57 |
|
|
|
• Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 02:57 |
|
|
|
• Bu məşhur istirahət məkanı zibillik içərisindədir - - FOTO
Bu gün, 02:55 |
|
|
|
• Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07 |
|
|
|
• Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06 |
|
|
|
• Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58 |
|
|
|
• ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44 |
|
|
|
|