"KXCP ÜZVLƏRİNİN ƏSƏBLƏRİNDƏ PROBLEM VAR"...
Tarix: 5-12-2013, 12:06 | Çap et
“Deyəsən, həmin KXCP üzvlərinin əsəblərində problem var, bir az əsəbi insanlardırlar. KXCP üzvlərinin xüsusən Milli Şura kimi bir qurumun iclasında belə hərəkətləri, davranışları insanları üzür”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Milli Şuranın son sessiyasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvləri ilə aralarında yaşanan qalmaqal barədə danışarkən deyib. Tural Abbaslı bildirib ki, Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının çıxışı zamanı onun qarşısındakı cərgədə əyləşmiş tanımadığı KXCP üzvləri yerdən müdaxilə etməyə, çıxışa mane olmağa başlayıblar. Müsavatın Divan üzvü, KXCP üzvlərinə iradını çatdırdığını, fikirləri varsa, Arif Hacılının çıxışından sonra söz alıb danışmağa dəvət etdiyini bildirib: “Arif Hacılıya qarşı hörmətsizlik edir, yerdən söz atırdılar. Mənim bu etirazıma da onlar aqressiv cavab verdilər. Dedilər ki, özümüz bilərik, yaxşı edirik. Mən dedim ki, belə olmaz, onlar daha da aqressivləşdilər. Mən də məcbur oldum ki, səsimi bir az yüksəldim ki, sözümü onlara eşitdirə bilim. Onlar ayağa qalxdılar və bu zaman KXCP-nin digər nümayəndələri araya girdilər. KXCP nümayəndələri həmin aqressiv partiyadaşlarını tutdular, sakitləşdirdilər. Mən zatən oturmuşdum, məsələ əlbəyaxa həddə gəlib çatmadı. Belə deyək ki, aramızda söz dueli oldu, əlbəyaxa dava olmadı”. Tural Abbaslı, tanımadığı bu KXCP üzvlərinin Milli Şuranın bundan öncəki sessiyasında qurumun başqa bir nümayəndəsi ilə də aqressiv tərzdə mübahisə etdiklərini deyib. Müsavat funksioneri ilə KXCP üzvləri arasında qalmaqalın əlbəyaxa həddə çatmasının qarşısını alanlardan biri olan KXCP Ali Məclisinin sədri Bəybala Əbil APA-ya açıqlamasında bildirib ki, Arif Hacılı çıxışında Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin seçki kampaniyası və bu kampaniyada fəal iştirak edən partiyalardan söz açıb. KXCP üzvləri də Arif Hacılının bu məsələyə aydınlıq gətirməsini istəyib: “KXCP üzvləri bu istəklərini səsləndirdikləri zaman arxada oturan Müsavat Partiyasının nümayəndəsi də partiyamızın üzvlərinə etirazını bildirdi. Sonra da ayağa durdular, bir-birlərinə nə isə demək istədilər, amma sonra sakitləşdilər. Məsələnin kökü ondadır ki, Milli Şurada seçkidən öncə ciddi proseslər baş vermişdi və Liberal Partiyanın Milli Şuradan çıxmasının da özəyi orada qoyulmuşdu. Çünki Cəmil Həsənli 23 avqustda AXCP və Müsavat Partiyasının vahid namizədi kimi ortaya çıxdı və seçkiyə az qaldığı üçün müəyyən anlaşılmazlıqlar oldu. Yaxşı ki, seçki kampaniyası dövründə Cəmil Həsənlinin ağsaqqallığı ilə bu məsələlər yoluna qoyuldu. Həmin narahatlıqlar, gərginliklər Milli Şuranın bu sessiyasında üzə çıxmışdı. Ancaq seçki ilə bağlı proseslər Milli Şurada mütləq müzakirə olunacaq. Cəmil Həsənli də dedi ki, darıxmayın, seçki və seçkinin nəticələri ilə bağlı məsələ Milli Şurada bütövlükdə müzakirə olunacaq.”. Bəybala Əbil, Tural Abbaslı ilə qalmaqalda iştirak edən KXCP üzvlərinin adlarını açıqlamaq istəməyib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Bu gün, 12:00 |
|
|
|
• Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Bu gün, 11:54 |
|
|
|
• Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:51 |
|
|
|
• Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Bu gün, 11:47 |
|
|
|
• Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Bu gün, 11:41 |
|
|
|
• Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Bu gün, 11:34 |
|
|
|
• İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Bu gün, 11:32 |
|
|
|
• Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Bu gün, 11:29 |
|
|
|
• Paşinyanın növbəti hiyləsi: - “Qarabağ binası” niyə ləğv olunmur?
Bu gün, 11:27 |
|
|
|
• "Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"
Bu gün, 11:23 |
|
|
|
• Vardanyanın Paşinyanı Bakıya gətirmək planı – MƏHKƏMƏ ZALINDAN ERMƏNİSTANA ATILAN "BOMBA"
Bu gün, 11:17 |
|
|
|
• Zelenski Qərbə çağırış etdi: - “Daha çox Ukraynanı düşünün”
Bu gün, 11:01 |
|
|
|
• "Hələ də anlaya bilmirəm ki,..."
Bu gün, 10:58 |
|
|
|
• Paşinyan II Qareginin yerinə namizəd tapıb
Bu gün, 10:56 |
|
|
|
• Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA
Bu gün, 10:54 |
|
|
|
• “Qarabağ”ın Lissabon FƏTHİ – “Benfika” qalibiyyəti illüziya yaratmamalıdır”
Bu gün, 10:52 |
|
|
|
• "Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb
Bu gün, 10:47 |
|
|
|
• Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı QƏRAR
Bu gün, 10:46 |
|
|
|
• "Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• "Qarabağ"ın hər hücumu təhlükəli idi" - "Benfika"nın ukraynalı futbolçusu
Bu gün, 10:30 |
|
|
|
• Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? - Nöqsana görə işdən atılır, amma nöqsan aradan qaldırılmır...
Bu gün, 10:28 |
|
|
|
• Böyük Britaniya Cənubi Qafqaza qayıdır -ŞƏRH
Bu gün, 10:15 |
|
|
|
• Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Bu gün, 10:08 |
|
|
|
• Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Bu gün, 09:59 |
|
|
|
• Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Bu gün, 09:57 |
|
|
|
• "Axı niyə fəhləyə qul kimi baxırlar?.." - ETİRAZ VAR...
Bu gün, 09:55 |
|
|
|
• Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47 |
|
|
|
• Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40 |
|
|
|
• Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39 |
|
|
|
• Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33 |
|
|
|
• Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29 |
|
|
|
• Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20 |
|
|
|
• "Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16 |
|
|
|
• "Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14 |
|
|
|
• "Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06 |
|
|
|
• ‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34 |
|
|
|
• "Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31 |
|
|
|
• Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28 |
|
|
|
• Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:25 |
|
|
|
• Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 07:23 |
|
|
|
• Günbəgün bahalaşan dərman bazarı... - NƏ ETMƏLİ?
Bu gün, 07:18 |
|
|
|
• “Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:16 |
|
|
|
• Məmləkətin 'Azercell' boyda dərdi... - AXI NİYƏ?..
Bu gün, 07:13 |
|
|
|
• Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02 |
|
|
|
• Təhsil problemini həll etməli olanlar... təhsilimizə belə PROBLEM YARADIR...
Bu gün, 06:58 |
|
|
|
• Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:52 |
|
|
|
• Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? - AKTUAL
Bu gün, 06:41 |
|
|
|
• "Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:39 |
|
|
|
• Bahalı geyimi ilə xalqa qarışmaq istədi... - AMMA belə fərqləndi...
Bu gün, 06:36 |
|
|
|
• Barışa vurulacaq MÖHÜR... - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
|