Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                 

BİLƏCƏRİDƏ VƏTƏNDAŞLARA "TOBANI" NECƏ TİKİRLƏR?
Tarix: 25-11-2013, 11:17 | Çap et
BİLƏCƏRİDƏ VƏTƏNDAŞLARA "TOBANI" NECƏ TİKİRLƏR?
Son zamanlar Bakının yaşadığı ən problemli məsələlərdən biri də qanunsuz evlərin tikintisidir. Hələ sovetlər dövründə elə “Xutor”, “Papanin” kimi məhələlər məhz qanunsuz tikililərdən təşkil olunmuşdu. Tia.Az xəbər verir ki, o zaman bu cür qanunsuzluqların qarşısını almaq üçün Bakıya əyalətlərdən gəlib qeydiyyata düşmək qadağan edilmişdi. Amma sovetlərin süqutu və Azərbaycanın müstəqilliyindən sonra qanunsuz tikinti bumu vüsət almağa başladı. Öncə qərbi Azərbaycandan qaçqın düşən yüz minlərlə insan, daha sonra isə Dağlıq Qarabağdan qovulan insanların böyük əksəriyyəti Bakı və Bakı ətrafında yerləşməli oldu. İlk qanunsuz məhəllələrin salınması prosesi də məhz bundan sonra başladı.

Bələdiyyə toru

Bakıda ikinci tikinti bumu bələdiyyələrin formalaşmasından sonra başladı. Və ilk dalğa Biləcəri və Sulutəpə qəsəbəsini əhatə etdi. Həmin vaxt bələdiyyələr 1200 manatdan 5000 min manat civarında torpaq satışına start verdilər. Heç bir hüquqi əsas olmadan bələdiyyələr torpaq sahələrinin bölgüsünə başladılar. Bu o zamana qədər davam etdi ki, nəticədə Milli Məclis səviyyəsində bu məsələ nəzarətə götürüldü və torpaq satışına müəyyən qadağalar qoyuldu. Ən azından qərarlaşdırıldı ki, torpaq satışı hərrac yolu ilə həyata keçirilsin. Amma artıq gec idi və yalnız Sulutəpə və Biləcəri massivində 300 minə qədər ailə məskunlaşıb. Hazırda Nazirlər Kabineti bu tikililərin gələcək taleyini belə müəyyənləşdirməkdə çətinlik çəkir. Amma Bakının müxtəlif yerlərində tikilən qanunsuz evlərdən fərqli olaraq Biləcəridə ki, tikililərin başqa bir problemidə var. Problem isə budur ki, əhalinin məskunlaşdığı bu ərazilər Azərbaycan Dövlət Neft Şirkətinin balansındadır və ARDNŞ məhkəmə yolu ilə bu torpaqlara bələdiyyənin verdiyi sənədləri ləğv etdirib. Nəticədə anlaşılmaz durum yaranıb. Bütün bunları nəzərə alaraq Biləcəridə qanunsuz tikililərin mövcud olduğu ərazilərdə reyd keçirtdik.İlk getdiyim yer isə 1-ci mədən 3-cü sahə adlanan yer oldu.

Neft içərisində saraylar

Adı çəkilən ünvanda yaşayış evləri və çeşidli mağazalar bir-birini əvəzləyir. “Ağsu” kafesi, “RF” mini marketi yerli sakinlərin xidmətindədir. Sakinlərlə söhbət zamanı məlum oldu ki, buradakı tikililərin bir hissəsi illər öncə tikilib. Amma indinin özündə də tikinti işləri davam edir. Bəs hansı sənədlərlə? Yerli sakinlərlə söhbət zamanı məlum oldu ki, bir neçə mənzilin bələdiyyədən sənədi olsada əksəriyyəti sənədsizdir. Amma dediklərindən məlum oldu ki, həm torpağı alanda, həm də tikintiyə başlayanda lazımi qədər pul ödəyiblər. Dediklərinə görə torpağın sotu ən ucuz yerdə 2000 manatdır. Amma torpağa pul ödəməklə iş bitmir. Çünki tikinti aparmağı ARDNŞ-in mühafizə xidməti qadağan edib və demək olar ki, gün ərzində bir neçə dəfə bu məhəllələr mühafizə xidməti tərəfindən izlənilir. Tikinti aparılmasının qarşısı alınır. Yaxşı bəs bu tikintilərin qarşısı alınırsa, hər gün yeni mənzillər necə hazır olur? Sakinlərin TİA.AZ-a deməsinə görə bununda çıxış yolu var. Sadəcə olaraq ARDNŞ-in səlahiyyətli şəxslərinə pul ödəməklə qanunsuz tikintini aparmaq olar. Məsələn, bir mərtəbəli kürsülü mənzilin sahibi iddia edir ki, tikintiyə başlamaq üçün 5 min manat pul ödəyib. Onun sözlərinə görə iki mərtəbəli mənzilin tikintisi isə daha bahadır. Onun sözlərinə görə pul qeyri-rəsmi qaydada verilir və tikinti sona çatana qədər heç kəsin onlarla işi olmur. Bunu da bildirdi ki, tikintini daha rahat aparmaq istəyirsənsə ARDNŞ-in mühafizə xidmətinin rəsmiləri ilə yanaşı, başqa təşkilatlara da görüm-baxım etmək vacibdir. Beləcə məlum oldu ki, hər şey burda “dədə-baba” qaydası ilə həyata keçirilir.

Su boruları üzərində villalar

Olduğumuz ərazilərdə diqqəti cəlb edən başqa bir məqam isə 1-ci mədən 3-cü sahədə su borularının az qala üzərində evlərin tikilməsi idi. Halbu ki, mənzillər hətta qanuni şəkildə belə tikiləndə də su və qaz borularından ən azı 20 metr kənarda olmalıdır. Amma su borularına yaxın ərazilər nisbətən ucuz satıldığından sakinlər daha çox bu sahələrdən torpaq əldə etməyə çalışırlar.Olduğumuz ərazilərdə başqa maraqlı bir yer isə 1-ci Mədən 4-cü korpus deyilən sahə idi. Bu sahədə ARDNŞ-in balansındadır və bu ərazidə daha böyük mənzillərə və ticarət mərkəzlərinə rast gəlmək olar. Yerli sakinlərin deməsinə görə bu sahədə evlərin əksəriyyəti məhz son iki ildə tikilib. Halbu ki, artıq 3 ildən çoxdur ki, ARDNŞ-i rəsmən bu ərazilərdə tikintiləri yasaqlayıb. Maraqlıdır, bəs Rövnəq Abdullayevin bir başa nəzarətinə götürdüyü və yasaq qoyduğu bu sahələrdə tikintini kimlərin vasitəsi ilə həyata keçirirlər Bir müddət öncə yeni mənzilinə köçən sakinin deməsinə görə torpaq sahəsini başqa bir şəxsdən alıb və heç bir sənədi yoxdur. İlk dəfə tikintiyə başlayanda isə ARDNŞ-in mühafizə xidməti tikintinin qarşısını alıb və hörülən hasarı anındaca söküblər. Bundan sonra çıxış yolu axtaran sakinlərin köməyinə qonşuları çatıb. Bildiriblər ki, tikintiyə başlamaq istəyirsənsə mütləq ARDNŞ-in Mühafizə Xidməti ilə razılıq əldə etməlisən. Məlum olub ki, bu işlərlə 5-ci bölmənin rəis müavini Rauf Məmmədov məşğul olur. Belə ki, tikintiyə başlamaq üçün onunla əlaqə qurmalı, bir mərtəbəli yığcam mənzil tikintisi üçün 5 min manat pul ödəmək lazımdır. Bu pul ödəniləndən sonra tikintiyə başlayır və ARDNŞ-in mühafizəçiləri tikintiyə mane olmaq istəyəndə Rauf Məmmədovun adını verməklə işini davam etdirə bilərsən. Məhz Rauf Məmmədovun bu bacarığı nəticəsində son bir ildə bu ərazidə minə yaxın mənzilin tikintisi həyata keçirilib. Hətta iş o yerə çatıb ki, Rauf Məmmədov torpaq alqı-satqısını dayandırıb və bu ərazilərdə özü və özünə yaxın şəxslər mənzillər tikir və sonradan vətəndaşlara satılır. Yerli sakinlərin dediyinə görə diqqəti cəlb etməyən bu ərazilərdən Rauf Məmmədov və yaxın ətrafı milyonlar qazanır. Çox maraqlıdır ki, bu tikililərdən yuxarı dairələrində xəbəri olduğu söylənilir. Ən azından ARDNŞ-in mühafizə idarəsinin rəisi Rəşad Əliyev bu işdən xəbərsiz olmaya bilməz. Çünki mühafizə sahəsində çalışanların deməsinə görə bu idarədə az qala hamı bir-birinə belə nəzarət edir. Belə olan halda Rauf Məmmədovun milyonlar qazanmasından mümkün deyil ki, yuxarı dairələrin xəbəri olmasın. Buda qeyd olunur ki, Rövnəq Abdullayevin qəzəbinə tuş gəlməmək üçündə çıxış yolu tapılıb. Belə ki, yeni tikilən mənzillərin bir neçə il öncədən tikildiyi göstərilir və bununla da real təhlükədən xilas olurlar.

Biləcəri bəlası

Beləliklə yol boyu olduğumuz bütün məhlələrdə eyni səhnələrlə qarşılaşdıq. Bütün mənzillər qanunsuzdur və nə zamansa “gecəqondu” adı ilə bu mənzillərin uçurulacağı qaçılmaz olacaq. Bəs onda bu insanları aldadıb on minlərlə pullarını əllərindən alan Rauf Məmmədovlar nə cavabı verəcək? Əgər bu ərazilərdə tikinti qadağandırsa onda hansı arqumentlə bu tikililərə razılıq verilir. Elementar bir rəqəmə baxaq. Bu sahədə ən ucuz torpağın sotu 4 min manatdır. 6 sot torpaq üçün vətəndaşdan 24 min manat pul alınır. Daha sonra 5 min manat tikintiyə icazə üçün pul alınır. Nəticədə 29 min manat hansısa Rauf Məmmədovların cibinə gedir. Yəqin ki, bir o qədərdə pul tikintiyə sərf olunur və nəticədə bir vətəndaş zülümlə qazandığı 50 min manatdan çox pulu demək olar ki, küçəyə atırlar. Bunun qarşısını isə alan yoxdur. Bunu da qeyd edək ki, eyni bəla Sulutəpədə, Balaxanıda,Suraxanıda da təkrarlanır. Hətta belə fikir səsləndirilir ki, ARDNŞ-in mühafizə sistemində bir şəbəkə yaradılıb və onların funksiyası neft ərazisi hesab edilən yerlərdə qanunsuz tikililərin reallaşması ilə məşğul olmaqdır. Bu isə milyonlarla manat pul deməkdir. Amma bunu da unutmayaq ki, bu gün Bakıda və Bakı ətrafında bu cür mənzillərdə yaşayan insanların sayı milyona çatıb və sabah bu mənzillər sökülərsə hansısa Rauf Məmmədovlara görə milyonlarla insan bir tərəfdən evsiz qalacaq, bu biri tərəfdən isə ölkədə sözün həqiqi mənasında bir sosial partlayış, xaos baş verəcək. Görünür “Biləcəri bəlası”nı vaxtında həll etmək mümkün olmasa sonra həm gec olacaq, həm də kütləvi narazılıqlar pik həddə çatacaq. Unutmayaq ki, “Xutor”da evlər söküləndə, kompensasiyalar belə verilsədə ciddi narazılıqlar oldu. İndi təsəvvür edin ki, milyondan çox insan heç bir kompensasiya almadan evsiz qalacaqlar.

BİLƏCƏRİDƏ VƏTƏNDAŞLARA "TOBANI" NECƏ TİKİRLƏR?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Bu gün, 18:09
Qazaxda abadlıq işləri aparılır
Bu gün, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Bu gün, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Bu gün, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Bu gün, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Bu gün, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Bu gün, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Bu gün, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Bu gün, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru