Müharibə və qırğınlar dayanmayacaq… .....                     Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: .....                     “Benzində su olmur axı...” .....                     Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: .....                     Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... .....                     Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi .....                     Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət .....                     "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum" .....                     Əsədi devirən “türk” MOSSAD agentidir? .....                     Ərinin öldürdüyü plastik cərrahla bağlı .....                     Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... .....                     Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… .....                     Cənubi Qafqazda yeni savaş təhlükəsi .....                     Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR .....                     Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? .....                     İran Azərbaycanı təbrik etdi: .....                     Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər .....                     “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi .....                     Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” .....                     Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb .....                     AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır .....                     “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” .....                     ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib .....                     Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib .....                     “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! .....                     “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” .....                     Putin yenə darıxmağa başlayarsa... .....                     Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? .....                     KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin .....                     Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... .....                     Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? .....                     Prokuror “Kanal 11”in direktoruna cəza istəyib .....                     “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır .....                     "Bununla bağlı mənə məlumat verməlidirlər" .....                     "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" .....                     Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər .....                     "Özünə hörmət edən adam “feyk” profil işlətməz" .....                     Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır .....                 

DAHA BİR BAZARDA SAHİBKARLAR ETİRAZA QALXACAQ
Tarix: 19-11-2013, 09:23 | Çap et
DAHA BİR BAZARDA SAHİBKARLAR ETİRAZA QALXACAQ
DİA.AZ: - Bu gün Bakıda küçə ticarəti, əhalinin sız olduğu yerlərdə qanunsuz alver edilməsi paytaxtda qarışıqlıqlar yaradır, əhalinin və ictimai nəqliyyatın hərəkətinə mane olur. Küçə ticarəti ilə bağlı əvvəllər qismən tədbir görülsə də, bəzi ərazilərdə, sıxlıq olan yerlərdə hələ də bu cür biabırçılıqlar qalmaqdadır. Bu biabırçı faktlardan biri də Bakının Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən ticarət mərkəzidir. Bakıxanov Ticarət Mərkəzi uzun müddətdir ki, fəaliyyət göstərir. Bu bazardakı vəziyyət nəinki piyadaları, hətta qəsəbə boyu hərəkət edən bütün nəqliyyat vasitələrinə açıq-aşkar mane olur. Ərazidə həddindən artıq acınacaqlı şərait yaradan ticarət mərkəzi Bakıxanov və Qaraçuxur qəsəbələrini demək olar ki, tam iflic edib. Bazar qəsəbənin giriş hissəsində, yolun girişində fəaliyyət göstərdiyindən bu qəsəbəyə daxil olmaq mümkünsüzdür. On ildən çoxdur ki, bu bazarın yaratdığı problemlər qəsəbə sakinlərini cana yığıb. Qəsəbədə olarkən həmin mənzərənin şahidi olduq. Təsəvvür edin, hansısa marşrut və ya xüsusi avtomobil şəhərin ən uzaq hissəsindən Bakıxanov qəsəbəsinin girişinə qədər ən pis halda 1 saata gəlir. Amma, qəsəbənin girişindən qəsəbəyə daxil olmaq, təxminən 500 metrlik məsafəni qət etmək həmin avtomobilə ən azı iki saata başa gəlir. Bəli, nə qədər acınacaqlı olsa da, bu belədir. Təsəvvür edin ki, metronun “Neftçilər” stansiyasının yaxınlığındakı dayanacaqdan Bakıxanov qəsəbəsinin girişinə 10 dəqiqəyə gəldik. Amma girişdən başlanan tıxac bizim əsəblərimizi nə az, nə çox iki saat korladı. Səbəb isə sadədir. Girişdəki ticarət mərkəzində baş verən pərakəndəlik qəsəbəyə girişi bağlayıb. Sürücü əsəbindən sərnişinlə dava edir, sərnişin sürücü ilə. Bazar rəhbərliyini isə bu maraqlandırmır.

Nəhayət, bir-birimizlə söyüşə-söyüşə gəlib, çatdıq Bakıxanov Ticarət Mərkəzinə. Bazarın içərisi də elə qəsəbənin girişini xatırladır. Daha doğrusu, elə bazarın girişi qəsəbənin girişindən başlandığından burada tıxacdır. Bazarda elə bir şərait yaradılıb ki, hətta insanlar az qala bazara qaxil olmağa ehtiyatlanır. Yəni bazarda insanların rahat hərəkəti, təhlükəsizliyi üçün heç bir şərait yoxdur. Hələ antisanitar şəraiti demirəm.

Bazar satıcıları qan ağlayır

Bazar demək olar ki, Bakının ən böyük bazarlarındandır. Bu ticarət obyekti dəfələrlə cərimələnib, bazar rəhbərliyinə məcburi göstərişlər verilib ki, ticarət mərkəzinin təhlükəsizliyi barədə normal tədbirlər görsün, qəsəbənin və bazarın giriş-çıxışlarında hərəkət üçün normal şərait yaratsın. Amma bazar müdiri bu barədə heç bir tədbir görməyib. Bunu mənimlə bazarda söhbət edən sakinlər, müştərilər və ticarətçilər deyirlər. Onların sözlərinə görə, bazarda belə qarışıqlıq olması həmçinin ticarət mərkəzindəki alverçilərə də mənfi təsir edir: “Basabas olur, camaat saatlarla tıxaclarda qaldığı üçün bazara gəlmirlər, yaxınlıqdakı marketlərdən alver etməyə üstünlük verirlər. Nəticədə gətirdiyimiz malları həftələrlə sata bilmirik, xarab olur. Bazar rəhbərliyinə dəfələrlə müraciət etmişik ki, ərazidə səliqə-səhman yaratsın, insanların bazara normal gəlişinə şərait yaratsın. Amma, elə biz deyirik, biz də eşidirik, Heç kim səsimizi eşitmir. Əziyyət çəkən də bizik, ziyan görən də. Bazarkom bu barədə ona görə fikirləşmir ki, ona bunun dəxli yoxdu. Yerpulunu, vergini vaxtında yığır, heç bir ziyan çəkmir”.


Bazarda dəhşət, yanğın çıxışları piştasxtalarla bağlanıb!

Bazarda daha bir maraqlı fakt isə ticarət mərkəzinin yanğın çıxışlarının bağlanmasıdır. Bunu da satıcılar deyirlər. Satıcıların dediyinə görə, bazar rəhbərliyinə aidiyyəti qurumlar dəfələrlə xəbərdarlıq ediblər ki, ticarət mərkəzində bir neçə yerdən yanğın və təhlükəsizlik çıxışları yaratsın. Amma, rəhbərlik yuxarılara “hə” desə də tapşırığa əməl etməyib: “Bazarda bir dənə də olsun təhlükəsizlik çıxışı yoxdur. Bütün çıxışlar bağlanıb, həmin ərazilərdə piştaxtalar və mağazalar quraşdırılıb. Bazarın cəmi iki yerdən çıxışı var ki, onun da biri giriş, digəri isə çıxışdır. Qalan çıxışların hamısı birbaşa bağlanıb. Əgər hansısa bir qəza və ya yanğın hadisəsi baş verərsə, bazardan nə satıcılar, nə də alıcılar çıxa biləcək. Hamı elə bazarın içərisində qarışıqlıqda qalacaq. Bu balaca bazar deyil ki, iki dəqiqəyə çıxasan. Bazarın girişindən çıxışına normal halda 10-15 qəqiqəyə gedirsən. Həmin müddətdə bazarda adicə bir yanğın olsa hamı başını itirəcək. Bazar o qədər qarışıqlıqdır ki, adam bilmir hardan girib, hardan çıxsın. Getdiyin sıranı keçdinsə, qayıdıb onu tapa bilmirsən. Amma, bazar rəhbəri bu barədə düşünmür. Bu bazarın əslində hər cərgəsində minimum iki-üç çıxış olmalıdır ki, həm satıcılar, həm də alıcılar üçün rahat olsun. Elə olsa satıcılar da rahat mallarını daşıya və sata bilərlər. Təsəvvür edin, bazara girişdə tıxac saatlarla davam edir. Bu vaxtlarda bazarda hansısa bir yanğın hadisəsi baş versə, yanğınsondürənlər ticarət mərkəzinə 2-3 saata gələ bilməyəcək. Bu müddətə isə bazarda heç nə salamat qalmacaq. Heç olmasa tıxaclara carə tapa bilmirlər, bazarın giriş-çıxışlarını bağlamasınlar”.

Hacı Fərhadın qoçuları problemi necə həll edir?

DİA.AZ əməkdaşlarının öyrəndiyi məlumata görə, bazarın sahibi Hacı Fərhad adı ilə tanınan sahibkardır. Bazarkom aylarla satıcıların gözünə görsənmir. Amma gəl ki, bazarda iki nəfər etiraz etsin, həmin an Hacı Fərhad bundan xəbər tutur. Bundan sonra isə həmin adamın başı əməlli-başlı bəla çəkir: “Bazarkom adamlarına tapşırır ki, həmin narazıları susdursunlar. Onlar da gah həmin satıcının alverinə mane olur, gah mallarını oğurlayır, gah da nəsə başqa təzyiqlər edirlər. Çarəsiz qalan həmin satıcılar da tabe olurlar ki, təzyiqlər davam etməsin. Çünki, şikayət edə bilmirlər. Daha doğrusu şikayət etməyə adam tapmırlar. Ona görə də məcburuq ki, səsimizi çıxarmayaq və başımıza nə gəlirsə razılaşaq”. Sakinlər deyirlər ki, bazarda ümumiyyətlə təhlükəsizlik tədbirləri baxımından heç bir tədbir yoxdur. Bazardakılar hər gün real təhlükə qarşısındadırlar.

Üfunət, biabırçı vəziyyət və əsl xəstəlik yayıcısı

Keçək bazarın antisanitariya vəziyyətinə. Bazar rəhbərliyi elə vəziyyət yaradıb ki, burda bütün mallar antisanıtariya şəraitdə, pərakəndə halda satılır. Məsələn, bazarın girişində kartof-sogan, göy-göyərti, sarımsaq, ət, pendirlə yanaşı, həmin piştaxtaların arasında paltar, cehizlik qab-qacaq, köynək, kostyum və sair yerləşdirilib. Təsəvvür edin ki, kostyum satılan piştaxtanın sag və sol tərəfindəki piştaxtaların birində ət, digərində sarımsaq və sogan-kartof satılır. Burdan kartof al, keç o biri piştaxtadan pendir al, bu birindən ət al. Hamısı da qarışır bir-birinə. Kostyum alan yerdə şor və pendir iyindən dayanmaq olmur. Hətta iş o yerə çatıb ki, kostyum satılan piştaxtanın arxasına göy-göyərti, kartof çürükləri qalaqlanır. Satıcılar deyirlər ki, zibil atmağa yer olmadığı üçün zibillər piştaxtaların arxasında yığılır və bu zibillər günün sonunda, bazar bağlanandan sonra daşınır. Nəticədə bazarın bu ərazisinə üfunətdən, antisanitar şəraitdən girmək olmur. Bir sözlə, bazarda əməlli-başlı xəstəlik yayılır. Bu təkcə bazar adamları üçün deyil, hətta yaxınlıqda yaşayan sakinlər üçün də həddindən artıq təhlükə mənbəyi yaradır. Son olaraq isə bu biabırçılığın acısını nə bazar rəhbərliyi çəkir, nə də onun adamları. Zərər, təhlükə Bakıxanov sakinləri üçün yetişdirilir. Məncə aidiyyəti qurumlar bu barədə tədbir görməyə tələsməlidir. Yəqin ki, oxucular da Bakıxanov sakinlərinin bu dərdinə şərik olarlar.

Sakinlərin əsəbləri ilə parallel böyüyən sahibkar biznesi

DİA.AZ bildirir ki, bu bazar Bakıxanov sakinləri üçün həm əsəb, həm xəstəlik mənbəyi, həm də biabırçılıqdı. Bakının ən böyük və ən qədim qəsəbələrindən olan Bakıxanov indi bir ticarət mərkəzinin əlində əsir olub. Hansısa bir sahibkarın biznesini artırması vətəndaşların, qəsəbə əhalisinin əsəbləri və təhlükəsi bahasına başa gəlir. Rayon rəhbərliyi, İqtisadi İnkişaf Nazirliyi və digər aidiyyəti qurumlar isə minlərlə sakinin deyil, bir bazaar rəhbərinin müdafiəsindədir. Bu addım da xalqın məmurlara inamını itirməklə nəticələnir. İnsanlar fəlakətə sürüklənir ona görə ki, hansısa sahibkar biznesini artırır, gələcək nəsli üçün var-dövlət toplayır. Sahibkarın biznesi sakinlərin əsəbləri ilə paralel artır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52
Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47
“Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39
Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34
Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28
Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25
Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21
"17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19
Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14
Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08
Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00
Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57
Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37
İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32
“Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30
Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10
ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01
“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00
Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58
Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12
KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10
Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55
"Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45
"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42
Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37
Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36
"Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35
Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25
Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20
Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18
Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12
"Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08
Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru