Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                 

ƏCNƏBİ EKSPERTDƏN ŞOK AZƏRBAYCAN AÇIQLAMASI
Tarix: 29-10-2013, 09:20 | Çap et
ƏCNƏBİ EKSPERTDƏN ŞOK AZƏRBAYCAN AÇIQLAMASI
NƏDƏN RƏSMİ VAŞİNQTON AZƏRBAYCAN İQTİDARI İLƏ YOLLARINI AYIRIR?

DİA.AZ: - «Prezident seçkilərini uğurlu sonluqla bitirən İlham Əliyevin gedişləri əslində təkcə onun hakimiyyətinin deyil, bütünlükdə olaraq Azərbaycan dövlətinin mövqelərinin möhkəmlənməsinə gətirib çıxaracaq». Bu ilginc açıqlamanı hazırda Bakıda fəaliyyətdə olan Avropa ölkələrindən birinin diplomatı söyləyib.

Həmin anonim həmsöhbətlə olan danışığı DİA.AZ olaraq olduğu kimi diqqətinizə təqdim edirik:

- Son günlər, daha dəqiqi, prezident seçkilərindən sonra belə bir hal müşahidə olunur ki, Azərbaycan Qərbyönümlü siyasətdən imtinaya vadar edilir. Artıq belə bir təzahür var. ABŞ-dan olan basqılar sanki Azərbaycanı Rusiyaya doğru meyilləndirməyə hesablanıb. Və bu gün ABŞ-ın nüfuzlu simaları belə «artıq Amerikanın Azərbaycana olan maraqları azalıb» kimi ifadələri işlədirlər. Bu nə ilə bağlıdır?

- Bu fikirlərlə tanışam. Elə düşünülməsin ki, ABŞ artıq İranla dil tapmağa yaxın olduğundan Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz maraq dairəsindən çıxıb. Bu fikirlərə mən də tez-tez rast gəlirəm. Amma yanlışdır. Hətta Gürcüstanda Saakaşvilinin partiyasının məğlub olmasını da belə əsaslandırırlar bəziləri... bəzi analitiklər… Amma bu yanlışdır.

Amerika nə Azərbaycanla, nə də digər Cənubi Qafqaz ölkələri ilə tərəfdaşlıqdan imtina etməyib. Və bu tərəfdaşlıq hansısa yaxın məsafəli hədəflər üzərində də formalaşmayıb. Ki, kimsə İranla düzəlişməyə doğru gedən münasibətləri əsas kimi gətirsin. Belə deyil.

Məsələ ondadır ki, Amerika son zamanlar regionda, həmçinin bütün dünyada, xüsusən də müsəlman aləmində ciddi nüfuz itkisinə uğrayıb. Artıq Amerika barədə MÜSƏLMANLARIN DÜŞMƏNİ qənaəti mövcuddur. Azərbaycan da bir müsəlman ölkəsidir və eynilə digər islam ölkələrində olduğu kimi Azərbaycanda da antiAmerika ovqatı yaranmağa başlayıb.

Bunda ABŞ-ın demokratikləşmədən daha çox manevr etməsinin də payı var. Həmçinin artıq Amerika müsəlmanların gözündə ölüb. Demokratiya əvəzinə ölüm yayan bir ölkənin dünyadan geri çəkilməsi lazımdır. Sıra Avropadadır. Və bunu yaxşı başa düşən Amerika Avropa ilə yerdəyişməyə getməməsi üçün manevrlərini davam etdirəcək.

Avropa isə dayanmır. Güclənir. Amerika dünyanı kimsə ilə paylaşmaq istəmir. Amma Avropa alternativ güc kimi ABŞ-ın buraxdığı yanlışların üzərində dünyaya yeni ənənələr gətirməyi planlaşdırır. Yəni bura qədərki Amerikanın etdikləri idi, bundan sonra Avropanın etmək istədiklərinin dövranı gəlir.

- Ona görə də Obamanın hələ də qələbəsini tanımadığı İlham Əliyevi rahatlıqla Avropa ölkələrinin başçıları təbrik edirlər…

- Hərənin öz baxış prizması var. Bu gün Avropa inkişaf edir. Hətta ayrı-ayrı ölkələrdəki iqtisadi böhranlar belə «Avropa Birliyi 2010-cu ildə dağılacaq» proqnozlarını alt-üst etdi. Bu proqnozları da amerikalı analitiklər dövriyyəyə buraxırdılar. Amma olmadı. Avropa inkişaf yolundadır. Və bu gün demokratikləşmə missiyası Avropa ölkələrinin çiyinlərinə düşür.

Almaniya, Fransa kimi yeni güclər yaranıb. Bu ənənəvi güc mərkəzləri olsa da, artıq toparlanıblar və Avropa genişlənməyi düşünür. Ola bilsin ki, Azərbaycandakı prezident seçkiləri okeanın o tayından fərqli görünsün, Avropadan bir başqa… Bu təbiidir. Ümumiyyətlə, hərənin öz prizması var və get-gedə Avropa ilə Amerikanın mövqelərində ciddi fikir ayrılıqları müşahidə olunur.

- Yəqin məşhur telefon dinləmələri ittihamı da bu fərqliliyin qabardılması üçün bir fürsət oldu?..

- Təbii. Siz elə bilirsiniz ki, Avropada Amerikanı sevirlər. Bəlkə də radikal islam ölkələrində olduğundan da qat-qat artıq formada bir antiAmerika ovqatı var Avropada. Amma dövlətlərin tərəfdaşlığı xalqları uzun illər bir yerdə tutub. İndi isə Avropa xalqları Amerikanın okeanın o tayından ixrac etdiyi yanlış siyasətinin bədəlini ödəmək istəmirlər.

Ona görə də bu gün rəsmi Bakıya münasibətdə Qərbin vahid mövqeyi olmadı. Və Amerika əgər Cənubi Qafqaz ölkələrini, xüsusən də Azərbaycanı özündən itələyirsə, Avropa eyni siyasəti yürütməyəcək. Avropa Azərbaycanı özünün bir parçası hesab edir və buna görə də hansısa xırda fikir ayrılıqları Avropanı Azərbaycanı kəsib atmasına bəhanə ola bilməz.

- O zaman nədən rəsmi Vaşinqton Azərbaycanla belə kəskin davranır? Axı məntiqlə onlar Azərbaycanı itirmək istəməməlidirlər…

- Bu sualın cavabı sadədir. Artıq Amerikanın dövlət qayğıları dəyişib. Suriya kimi bir problem var. İraq, Əfqanıstan da bir ayrıca problemdir. Misirdə vəziyyət stabil deyil. Bununla yanaşı, bir çox müstəvilərdə Amerika döyüşür. Və artıq özünü toparlamış Rusiya Amerikanın qarşısında yaxşı alternativə çevrildiyindən rəsmi Vaşinqton bir sıra prizmalarda tələskən görünür və radikallığa meyil göstərir ki, bu da onların yanlışıdır. Kim iddia edə bilər ki, Amerika hər zaman doğrudur?

- Rəsmi Bakı da ABŞ-a qarşı sərt mövqedə dayandı. Bunu necə qiymətləndirirsiniz?

- Təbii ki, rəsmi Bakı bu şəkildə davranmalı idi. İlham Əliyev və onun komandası güclənir. Və bu güclənmə təkcə İlham Əliyevin hakimiyyətinin deyil, Azərbaycan dövlətinin mövqelərini gücləndirməkdədir. Hər kəs bunun fərqinə varır.

Artıq Azərbaycanla əvvəlki tonda, əvvəlki mövzuda danışmaq olmaz. Azərbaycan xeyli dəyişib. Bu dəyişikliyi görməmək, onu nəzərə almamaq isə səhv addımdır.

ABŞ-dan fərqli olaraq Avropa İlham Əliyevlə uzun yol qət etmək istəyir. Təbii ki, Azərbaycan xalqı bu birgəliyi dəstəkləyərsə…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru