ŞOK: YENİ MÜDAFİƏ NAZİRİNİN XÜSUSİ MİSSİYASI VAR
Tarix: 23-10-2013, 09:01 | Çap et
ZAKİR HƏSƏNOV HƏR ÜÇ GÜC NAZİRLİYİNİN İMKANLARINA YAXŞI BƏLƏDDİR
DİA.AZ: - Britaniyanın Oxford Analitica Araşdırma Mərkəzinin hələ iki il əvvəl verdiyi proqnozlarına görə, Azərbaycan 2014-cü ildə Qarabağın savaş yolu ilə azad edilməsi üçün hərbi əməliyyatları bərpa edəcək. Hətta araşdırma mərkəzinin ekspertləri bu yolda rəsmi Bakının tədarükləri ilə yanaşı, ilk əvvaəl cəbhənin hansı xəttində hərəkətə keçəcəyini də təxmini olaraq açıqlamışdı.
Bildirək ki, Azərbaycanın müharibə tədarükündə olması son illərdə ölkəmiz tərəfindən silah potensialının və keyfiyyətinin yaxşılaşdırılması üçün atılan ciddi addımları da ekspertlər xüsusi faktor kimi önə sürürlər.
Və nəhayət 2014-cü ilin astanasındayıq. Bu günə qədər proqnozları nadir hallarda özünü doğrultmayan (onlar daha çox faktlar və kəşfiyyat məlumatları əsasında qənaətlərini irəli sürürlər -red.) britaniyalı ekspertlərin dediyi dönəm ərəfəsində Azərbaycanda - HƏRB NAZİRİ dəyişdirilir. Sülh dövrünün naziri kimi tanınan Səfər Əbiyev vəzifəsindən alınır.
Məlum olduğu kimi, prezident İlham Əliyev oktyabrın 22-də Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib. Yeni nazirlərin sırasında Səfər Əbiyev yoxdur. Onu Daxili Qoşunların komandanı, general-polkovnik Zakir Həsənov əvəz edib.
Məlumat üçün bildirək ki, yeni Müdafiə naziri Zakir Həsənov 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib. 1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib. Daha sonra isə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsində çalışıb. 2003-cü il yanvarın 17-də prezident Heydər Əliyev tərəfindən Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı vəzifəsinə təyin edilib. Müdafiə naziri təyin olunan gün prezident İlham Əliyevin fərmanı ilə Zakir Həsənova ona general-polkovnik rütbəsi verilib.
Beləcə hər şey aydın kimi görünür. MTN-dən DİN-ə, DİN-dən də MN-ə rəhbər gətirilən Zakir Həsənov güc strukturlarının hər birində çalışıb. Həm də MTN-də sərhəd qoşunlarında görəvli olub. Deməli, bütün döyüş potensiallı qüvvələrin imkanlarını xırıd etməsi üçün yetərli biliyə malikdir.
Belə yerdə biz heç nə əlavə etmirik. Sadəcə olaraq bir məsələni xatırladırıq: britaniyalı ekspertlərin nişan verdiyi 2014-cü il qapıdadır…
Yeri gəlmişkən, yeni müdafiə naziri Zakir Həsənovun mətbuatda ən yaddaqalan fikri belədir: "Ermənistan ordusu Azərbaycan silahlı qüvvələrinin qarşısında 1 gün də tab gətirə bilməz"…
Bəlkə də bu təyinat müdafiədən hücuma keçməyin zamanı olduğuna bir işarədir. HÜCUM NAZİRİMİZ GƏLDİ…
Azər - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
11-01-2025, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
11-01-2025, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
11-01-2025, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
11-01-2025, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
11-01-2025, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
11-01-2025, 13:58 |
|
|
|
|