Nizami rayonunda kommunal iflas... - Bu rayon rəsmən ədlən gedir...
Tarix: 15-07-2015, 12:33 | Çap et
 Bir neçə müddət bundan əvvəl qəzetimizdə dərc etdiyimiz tənqidi materiallardan birində, mənzil-kommunal təsərrüfatlarının yarıtmaz fəaliyyətlərinə dair paytaxt sakinləri tərəfindən redaksiyamıza təqdim olunmuş şikayətlər və ciddi iradlar öz əksini tapmışdı. Materialda biz qeyd etmişdik ki, mürəkkəb idarəçilik strukturuna malik mənzil-kommunal təsərrüfatlarının tərkibinə yaşayış evləri və onların mühəndis avadanlıqları, ictimailəşdirilmiş bağ fondu, mənzil fonduna xidmət edən və mənzil fondunun idarəetmə sisteminin maddi-texniki bazası olan təmir-tikinti, istehsal, təchizat və digər kommunal təşkilatları daxildir. Həmçinin mənzil fondunun mənsubiyyətindən asılı olmayaraq, texniki və sanitariya vəziyyətinə ümumi nəzarət şəhər və rayon icra hakimiyyətlərinin mənzil-kommunal birliklərinin nəzdində yerləşən mənzil-kommunal istismar sahələrinə həvalə olunmuşdur. Lakin son illər Bakıda fəaliyyət göstərən mənzil-kommunal istismar sahələrinin səlahiyyətlərinin bir qədər məhdudlaşdırılması səbəbindən bu qurumların işi də bir qədər ictimai diqqətdən kənarda qalmışdır. Belə vəziyyət isə bu sahədə çalışan bəzi məmurlara məhz şəxsi mənfəətləri baxımından fəaliyyətlərini daha da genişləndirmək üçün əlverişli şərait yaratmış oldu.Məhz bu səbəbdən də son zamanlar əksər Mənzil Kommunal Təsərrüfat Birliklərinin (MKTB) fəaliyyəti vətəndaşlar tərəfindən tamamilə qeyri-qənaətbaxş kimi qiymətləndirilir. Belə ki, bu təsərrüfatlar öz üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün kifayət qədər səy göstərmir, bir çox hallarda isə aşkar məsuliyyətsizlik nümayiş etdirirlər. Məlumdur ki, yuxarıda sadalana vəzivələrin effektiv icrası üçün hər bir rayonun Mənzil Kommunal Təsərrüfatı öz tabeliyində bir neçə Mənzil Kommunal İstismar Sahəsinə (və yaxud da Mənzil Kommunal İstismar İdarəsinə) malikdir. Həm də bu gün səlahiyyət və imkanları bir qədər məhdudlaşdırılmış kommunal təsərrüfüt strukturları, əslində heç də göründüyü qədər “zəif və imkansız” qurumlar deyillər. Sadəcə olaraq, məhz funksional vəzifələrinin icrasındakı qüsurları pərdələmək məqsədilə bəzi təsərrüfat rəhbərləri “acizlik” donunu geyinməyə üstünlük verirlər. O cümlədən, redaksiyamıza son zamanlar daxil olan məlumatlarda, Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin fəaliyyəti ilə bağlı şikayətlərə tez-tez rast gəlmək olur. Bu xüsusda aldığımız şikayət ərizələrində vətəndaşlar MKTB-nin sədri Həsən Sadıxovun fəaliyyətindən narazılıq edirlər. İlk növbədə şikayətçilər Həsən Sadıxovun qəbula gələn vətəndaşlara qarşı davranışında etik qaydalara riayət etmədiyini vurğulayırlar. Açıqlamalarda bildirilir ki, ümumiyyətlə bu və ya digər problemlə bağlı MKTB sədrinin qəbuluna düşməyin özü olduqca çətin bir məsələdir. Lakin vətəndaş hətta buna nail olduqda belə, kobudluğu və qabalığı ilə diqqəti cəlb edən Həsən Sadıxov istənilən şikayətçini qəbula düşdüyünə peşman da edə bilər. Digər tərəfdən isə, bizə verilən məlumatlara görə Nizami MKTB-nin sədri birliyin məsrəfləri üçün ayrılan dövlət vəsaitlərinin də məqsədyönlü xərclənməsini təmin edə bilmir, müxtəlif maliyyə maxinasiyalarına və mənimsəmələrə şərait yaradır. Bu isə təbii ki, müxtəlif problemlərin yaranmasına və günü-gündən artmasına yol açır. Sakinlər bildirirlər ki, aylıq kommunal ödənişlərin vaxtı çatan zaman, MİS əməkdaşları evlərə zəng vurub bunu xatırlatmaqda heç zaman gecikmələrə yol vermirlər. Amma həyətlərin süpürülməsində, zibil tullantılarını vaxtı-vaxtında daşınmasında və digər vəzifə borclarının icrasında bu operativliyi nədənsə müşahidə etmək olmur. Mənbələrin dediyinə görə, artıq rayon sakinləri birliyin sədri Həsən Sadıxovun fəaliyyətsizliyindən bezərək, bu problemi ictimailəşdirmək yolu ilə həll etmək üçün mətbuata üz tutublar...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12 |
|
|
|
• Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04 |
|
|
|
• "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51 |
|
|
|
• "Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38 |
|
|
|
• Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35 |
|
|
|
• Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32 |
|
|
|
• Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47 |
|
|
|
• “Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44 |
|
|
|
• Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40 |
|
|
|
• Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37 |
|
|
|
• Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30 |
|
|
|
• Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12 |
|
|
|
• DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09 |
|
|
|
• Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52 |
|
|
|
• Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49 |
|
|
|
• Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45 |
|
|
|
• Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43 |
|
|
|
• Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03 |
|
|
|
• Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02 |
|
|
|
• Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00 |
|
|
|
• Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56 |
|
|
|
• Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49 |
|
|
|
• Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47 |
|
|
|
• Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39 |
|
|
|
• Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32 |
|
|
|
• Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16 |
|
|
|
• Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12 |
|
|
|
• Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Dünən, 17:11 |
|
|
|
• Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Dünən, 17:04 |
|
|
|
• Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Dünən, 16:55 |
|
|
|
• Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Dünən, 16:50 |
|
|
|
• Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Dünən, 16:45 |
|
|
|
• Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Dünən, 16:43 |
|
|
|
• Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:41 |
|
|
|
• İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Dünən, 16:38 |
|
|
|
• Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Dünən, 16:32 |
|
|
|
|