Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur .....                     İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı .....                     Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… .....                     Əliyev və Paşinyan Rusiyaya qarşı... .....                     Ukrayna Donetskdən geri çəkilərsə... .....                     Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi .....                     Avropa könüllülər koalisiyası döyüşdən qaçır .....                     Bakı bunları əldə etdi, İrəvan isə… .....                     ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! .....                     Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? .....                     Neft Daşlarında QANUNSUZ BALIQ OVU... .....                     Okeanın o tayından Qafqaza .....                     Vaşinqtonda gorbagor olan iki “miras”: .....                     Zəngəzur coğrafiya deyil, .....                     “Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? .....                     "Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" .....                     Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... .....                     Tramp Zelenskinin də .....                     Xızının icra başçısı da qanunları ayaqlar altına atır... .....                     Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... .....                     Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? .....                     Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... .....                     Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? .....                     Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb .....                     İrəvan razılaşdı, Azərbaycana yeni status verildi .....                     Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? .....                     “Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... .....                     Qafqaz evi ideyası yenə gündəmdə .....                     Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? .....                     Füzuli DAİM-də DAİMİ PROBLEM... .....                     Etalon Hospitalda daha bir qalmaqal .....                     Ukraynanın dərinliklərinə doğru irəliləmək... .....                     Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır .....                     Vaşinqton zirvəsinin əks-sədası .....                     Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? .....                     Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq .....                     Nazirlik əməkdaşı yol qəzasında öldü .....                     "Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı" .....                     "Allah heç bir vətəndaşımızı yoxsul etməsin!" .....                     Ərindən ayrılan qadının sevinci gündəm oldu .....                 

Gədəbəy sakini ədalət axtarışında... - Ədliyyə nazirinə şikayət...
Tarix: 11-06-2015, 09:49 | Çap et
Gədəbəy sakini ədalət axtarışında...
Azərbaycanda məhkəmə sisteminin inkişafı istiqamətində dövlət səviyyəsində müxtəlif tədbirlərin həyata keçirilməsinə baxmayaraq, hələ də bilərəkdən ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxaran hakimlər var. Əksər məhkəmələrdə bu problem aradan qaldırılsa da, bəzi hakimlər hələ də əvvəlki əməllərindən əl çəkmir.

Redaksiyamıza daxil olan Gədəbəy rayonunun Arıxdam kənd sakini Məmmədov Məhərrəm Kərim oğlunun Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova ünvanlı müraciətində də bu cür özbaşınalıqlardan şikayət edilir. M.Məmmədov Gədəbəy Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovdan şikayətçi olduğunu bildirir. M.Məmmədov yazır ki, o, vaxtilə Gədəbəy rayonundakı 5 saylı Körpü Tikinti İdarəsində işləyib. Həmin idarənin göstərişi və Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə Ağdamdan Şınıx bölgəsinin cəbhə xəttinə silah-sursat dasıyarkən avtomobil qəzasına düşüb və 60 faiz sağlamlığını itirib: “Qəzadan sonra 5 saylı Körpü Tikinti İdarəsinin verdiyi xəsarət aktına əsasən, sağlamlığımı itirdiyim üçün əmək xəsarətinə görə 3 il doqquz ay idarə tərəfindən mənə kompensasiya ödənilib. Eyni zamanda iş yoldaşlarımın şahidliyi ilə sübuta yetirilib ki, mən Ağdam rayonundan Gədəbəy rayonunun Şınıx bölgəsinə və Başkəndə silah-sursat gətirərkən Gədəbəy rayonunun Qaradağ ərazisində avtomobil qəzasına düşərək, 60 faiz sağlamlığımı itirmişəm.
Vaxtilə mənə verilən aktı “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi Tomiyev İsaq Səməd oğlu iddia qaldırdı ki, həmin akt etibarsız sayılsın. Sual olunur, əgər 22 il əvvəl tərtib olunaraq idarə tərəfindən mənə verilən akt saxta idisə, nə üçün mənə 3 il doqquz ay kompensasiya ödənilib?
Mən “Gəncə Körpü Tikinti-2” ASC-yə qarşı istehsalatla bağlı əmək xəsarəti nəticəsində əmək qabiliyyətimin itirilməsi ilə əlaqədar aylıq və birdəfəlik ödənişlərin xeyrimə tutulması tələbi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim.
Hakim Emin Əliyevin icraatında olan mülki işin məhkəməsi səkkiz ay çəkdi. Uzun süründürməçilikdən sonra iddiam rədd edildi. E.Əliyevin 5 avqust 2013-cü il tarixli 2(043)-71/2013 saylı qanunsuz qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdim. Eyni zamanda, “Gəncə Körpü Tikinti-2” ASC mənə qarşı istehsalatda bədbəxt hadisə haqqında aktın etibarsız hesab edilməsi tələbi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verdi.
Bu səbəbdən də hakim Rəhman Muradov qərara aldı ki, “iş üzrə icraat Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan “Gəncə Körpü Tikinti-2” ASC-nin Məmmədov Məhərrəm Kərim oğluna qarşı istehsalatda bədbəxt hadisə haqqında aktın etibarsız hesab edilməsi tələbinə dair işin həll edilməsinə qədər dayandırılsın. Bundan əlavə, istehsalatda bədbəxt hadisə bas verdiyinə görə Gədəbəy Rayon Məhkəməsinin hakimi Maarif Kazımov mənə verilən aktın doğru olması barədə qərar çıxardı”.
M.Məmmədovun fikrincə, Gədəbəy Rayon Məhkəməsinin hakimi işi obyektiv araşdırsa da, ikinci instansiya məhkəməsi ona qarşı tam qərəzli mövqe tutub. Belə ki, İsaq Tomiyevlə münasibəti olan hakim zərərçəkmişi günahkar çıxarıb: “Gəncə Apellyasiya Məhkəməsinin hakimi Fikrət Mehdiyev Gədəbəy Rayon Məhkəməsinin hakimi Maarif Kazımovun ədalətli qərarını ləğv etdi. Gəncə Şəhər Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov və hakim Fikrət Mehdiyev öz hüquq səlahiyyətlərini icra etmədilər. Azərbaycan Konstitusiyasını, qanunlarımızı maddi maraqları üzündən pozdular. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə və Azərbaycan Konstitusiyasının 68-ci maddəsinə əsasən, mənə dəyən zərər ödənilməlidir”.
Şikayətçi yazır ki, Gəncə Apellyasiya Məhkəməsi qərarı ləğv edəndən sonra iş baxılmaq üçün yenidən Gədəbəy Rayon Məhkəməsinə göndərilib. Amma bu dəfə iş digər hakimə verilib: “Həmin hakim isə əvvəlcədən “razılaşdırılmış işə” imza atdı. Belə ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən hakim Ceyhun Əhmədov 2 may 2014-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsində kecirilən prosesdə “Gəncə Körpü Tikinti-2” ASC-nin xeyrinə ədalətsiz qərar verdi. Və bununla da Gədəbəy Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədov öz “oyununu” basa vurdu. Sağlamlığımı itirməyimə, bütün sənədlərimin qaydasında olmasına baxmayaraq, idarənin özü verdiyi aktı sonradan etibarsız hesab etməyə çalışması və bu oyuna məhkəmə hakimlərinin də cəlb edilməsi haqsızlıq, eyni zamanda cinayətdir”.
Şikayətçi hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edərək, bilərəkdən Azərbaycan dövləti adından ədalətsiz qərar çıxarması, Şəmkir rayon Mərkəzi Xəstəxanasından və Kür qəsəbəsindən verilən xəstəlik kağızlarının onun tərəfindən etibarsız edilməsi, Ağdamdan Gədəbəy rayonunun Şınıx bölgəsinə strateji əhəmiyyətli avadanlıq daşıyarkən qəzaya uğramağıma görə mənə istehsalatdan verilən aktın etibarsız hesab edilməsi, Gəncə şəhər “Körpü-Tikinti-2” ASC-nin nümayəndəsi İsaq Tomiyevin məhkəmə prosesində açıq-aşkar “bizim idarə 21 nəfərə aiddir” deməsini diqqətdən qaçırması, digər məhkəmə hakimlərinin verdiyi qərarlarla “oyun” oynaması və s. vəzifə səlahiyyətlərindən sui-istifadə etməsidir.
Əlavə olaraq onu da qeyd edim ki, Gəncə Şəhər Apellyasiya Məhkəməsinin hakimi Zərbəli Zərbəliyev apellyasiya şikayətimə əsasən Gədəbəy Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun mənə qarşı çıxartdığı ədalətsiz qərarı ləğv etdi. Ancaq buna baxmayaraq, “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi İ.Tomiyev mənə hədə-qorxu gələrək bildirirdi ki, guya onun işlədiyi ASC-nin sədr müavini Aqibət Məmmədov Baş prokuror Zakir Qaralovun qohumudur, ona görə də boş yerə yuxarı təşkilatlara şikayət vermə: “Çünki Baş prokuror Zakir Qaralov bizim adamdır. Hətta mənim əmim oğlu Fərman Rzayev hal-hazırda Baş Prokurorluğun elm-tədris mərkəzində işləyir. Ali Məhkəmədə güclü dostlarımız və tanışlarımız var”.
Ancaq “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi Tomiyev İsaq Səməd oğlu tərəfindən Ali Məhkəmənin Məhkəmə Kollegiyasına verilən kassasiya şikayətinə baxılarkən onun hədə-qoxuları təsirsiz qaldı. Belə ki, Ali Məhkəmənin Məhkəmə Kollegiyası 12 fevral 2015-ci il tarixli 2(102)-431/2015 saylı qərarı ilə “Gəncə Körpü Tikinti-2” ASC-nin kassasiya şikayətini təmin etmədi və Gəncə Şəhər Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2014-cü il tarixli 2(104)-1194/2014 saylı qətnaməsini dəyişdirmədən saxladı”.
Onu da qeyd edək ki, M.Məmmədov “Gəncə Körpü Tikinti-2” ASC-yə qarşı istehsalatla bağlı əmək xəsarəti nəticəsində əmək qabiliyyətimin itirilməsi ilə əlaqədar aylıq və birdəfəlik ödənişlərin xeyrinə tutulması tələbi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Emin Əliyevin 5 avqust 2013-cü il tarixli 2(043)-71/2013 saylı qanunsuz qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdi. Apellyasiya şikayətimə 1 may 2015-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsində hakim Rəhman Muradovun sədrliyi ilə baxılıb. Ancaq apellyasiya şikayəti təmin edilməyib.
M.Məmmədov ədliyyə naziri F.Məmmədovdan hüquqlarının pozulmasında Gədəbəy Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun birbaşa rolu olduğunu bildirərək, onun barəsində müvafiq tədbir görülməsini xahiş edir.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
\\ tezadlar.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:35
İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı
Bu gün, 14:32
Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… – İoannisyandan İLGİNC ETİRAF
Bu gün, 13:06
Əliyev və Paşinyan Rusiyaya qarşı... - Zatulin ŞƏRH EDİR
Bu gün, 13:04
Ukrayna Donetskdən geri çəkilərsə... - BÖYÜK TƏHLÜKƏ
Bu gün, 11:48
Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 11:46
Avropa könüllülər koalisiyası döyüşdən qaçır - "Heç kim Ukraynada ölənlər sırasına qatılmaq istəmir"
Bu gün, 11:41
Bakı bunları əldə etdi, İrəvan isə… – Erməni politoloq ŞƏRH EDİR
Bu gün, 11:39
ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? - İLGİNC
Bu gün, 11:08
Neft Daşlarında QANUNSUZ BALIQ OVU... - BU NƏDİ BELƏ?
Bu gün, 11:00
Okeanın o tayından Qafqaza SALINAN KÖRPÜ...
Bu gün, 10:30
Vaşinqtonda gorbagor olan iki “miras”: - Əliyev onları necə ləğv etdirdi?
Bu gün, 10:27
Zəngəzur coğrafiya deyil, gələcəyin dizaynının kod adıdır
Bu gün, 10:24
“Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? - İNCƏLƏMƏ
Bu gün, 09:46
"Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" - deputat
Bu gün, 09:45
Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... - “Böyük xəyanət”: Hörmüz boğazı bağlansın...
Bu gün, 09:40
Tramp Zelenskinin də Alyskaya getməsinə İCAZƏ VERDİ
Bu gün, 09:37
Xızının icra başçısı da qanunları ayaqlar altına atır... - BU DA FAKT...
Bu gün, 09:19
Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... - İTTİHAM VAR...
Bu gün, 09:16
Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... - AXI NİYƏ?..
Bu gün, 09:08
Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? - AKTUAL
Bu gün, 09:00
Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb - The Washington Post
Bu gün, 08:59
İrəvan razılaşdı, Azərbaycana yeni status verildi – “Ermənilər bunu da itirir”
Bu gün, 08:56
Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? - NƏ ETMƏLİ?
Bu gün, 08:53
“Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... - Sabir Rüstəmxanlı yazır...
Bu gün, 08:51
Qafqaz evi ideyası yenə gündəmdə - Görünəni odur ki...
Bu gün, 04:21
Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? – Politoloq bütün detalları AÇIQLADI
Bu gün, 04:18
Füzuli DAİM-də DAİMİ PROBLEM... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 04:15
Etalon Hospitalda daha bir qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 04:10
Ukraynanın dərinliklərinə doğru irəliləmək... Rusiyaya böyük pullar hesabına başa gəlir
Bu gün, 04:03
Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır - REZUME
Bu gün, 03:55
Vaşinqton zirvəsinin əks-sədası – Rusiya və İranın cavabı necə olacaq?
Bu gün, 03:54
Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? - AKTUAL
Bu gün, 03:51
Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq - GƏLİŞMƏ
Bu gün, 03:48
Nazirlik əməkdaşı yol qəzasında öldü - FOTO
Bu gün, 03:45
"Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:41
"Allah heç bir vətəndaşımızı yoxsul etməsin!" - ÇAĞIRIŞ
Bu gün, 03:39
Ərindən ayrılan qadının sevinci gündəm oldu - VİDEO
Bu gün, 03:30
Zəngəzur dəhlizi böhranı: Tehran “mane olacağıq” deyir, amma PLAN yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 03:28
“İran Zəngəzuru o döyüşdə itirdi” - “Reuters”:
Bu gün, 03:26
İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim - Berset
Bu gün, 03:23
Putin Krım ssenarisini təkrarlamağa çalışır - Zelenski
Bu gün, 03:21
Müğənni Əminə Zeynalova imkanlı şəxslərin etibarından su-istfadə edərək dələduzluq edib?
Dünən, 15:41
Ermənistandan sülh mesajı: - Bayram günüdür
Dünən, 12:51
Müəllimlər üçün gizlədilən vakant yerlər - Bunu kim edir?
Dünən, 12:28
“Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” – Verdyandan SENSASİON AÇIQLAMA
Dünən, 11:53
Bakının küçələrində təmizlik işləri həyata keçirilib - FOTO
Dünən, 11:44
BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... - ÖNƏMLİ OLANI DA BUDUR!
Dünən, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru