Deputatdan Prezidentə şikayət olundu .....                     Turizmin anasını özümüz AĞLADIRIQ .....                     Ruslar Qarabağda: Bunu görmüşük axı... .....                     "Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" .....                     SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır? .....                     Azərbaycan təhsilində BARMAQ HESABI... .....                     Ağ Ev Güney Qafqazda nələri planlayır? .....                     Ruslar bu istiqamətdə döyüşə girmək istəmirlər .....                     "Bu, Amerikanın qlobal gücünü göstərir" .....                     Texniki Universitetdə TƏBİİ OYUNBAZLIQ... .....                     Saleh Məmmədov varsa: BİZƏ DÜŞMƏN LAZIM DEYİL... .....                     Naxçıvandan gedənlərə RUS ZÜLMÜ .....                     "Əgər qadın yalnızlıq çəkərsə..." .....                     Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır .....                     Nazir prorektoru işdən çıxardı, Rza Məmmədovu təyin etdi .....                     İran öz agentlərini Azərbaycan həbsxanalarına doldurur: gizli və təhlükəki plan .....                     Mixail Qusman yeni vəzifəyə təyin olunub? .....                     Rusiya məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbərini qiyabi həbs edib .....                     Bakı sayı 13-ə yüksəltdi, Moskva oxları çevirdi .....                     Departament rəisləri işdən çıxarılıb? .....                     “Müəllimlərə təzyiqlər nəticəni mənfi istiqamətə aparır” .....                     “10 noyabr sənədi Ermənistan üçün həyat ipi idi” .....                     Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı? .....                     “Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” .....                     Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd .....                     “Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: .....                     Tramp-Putin görüşü Pekində reallaşa bilər .....                     Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? .....                     Şahid: Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq .....                     Mingəçevir su anbarında su səviyyəsi 1 metrə yaxın azalıb .....                     35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir .....                     Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi? .....                     İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə .....                     AZAL Türkmənistana çarter reysi təşkil edəcək .....                     Dövlət Xidməti tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzaladı .....                     Pezeşkian münasibətləri normallaşdırmağa çalışır, amma… .....                     Anar Abdullayev məhkəmə zalında həbs olunub .....                     Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir .....                     Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır? .....                     Nikol seçkilərdə qələbə qazandıqdan sonra... .....                 

İsmət Abbasovdan qalma problemlər Heydər Əsədovun karyerasını bitirə bilər - KTN şefi layiqli kadr deyilmi?
Tarix: 30-01-2015, 11:50 | Çap et
İsmət Abbasovdan qalma problemlər Heydər Əsədovun karyerasını bitirə bilər
Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün real zəmin yaradılıb. Qeyd edək ki, son illər aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad ediliblər.

Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir. Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi barədə sərəncam imzaladı. Bu sərəncam ölkə başçısının kənd təsərrüfatı sektorunun inkişafına olan diqqətinin göstəricisi idi. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, 2013-cü ilin oktyabr ayından, yəni Heydər Əsədov kənd təsərrüfatı naziri vəzifəsinə qoyulandan bu günə kimi heç bir müsbət dəyişiklik baş verməyib. Bildiyiniz kimi, yanvar ayının 26-da prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən konfransda kənd təsərrüfatı sahəsindəki bir sıra problemlər xüsusi olaraq vurğulandı. Ölkə başçısı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını bildirdi: "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır". Xatırladaq ki, 2013-cü ilin 12 fevral müşavirəsində də prezident kənd təsərrüfatına ayrılan subsidiyaların mənimsənilməsi faktlarının mövcud olmasını dilə gətirmiş, bu sahədə qayda-qanun yaradılmasını tapşırmışdı. Ancaq problem həll olunmadığından İsmət Abbasov kənd təsərrüfatı naziri vəzifəsindən çıxarıldı. Böyük ümidlərlə vəzifəyə gətirilən Heydər Əsədov isə hələ ki, özünü doğrulda bilməyib. Bir ildən artıqdır nazir işləyən Heydər Əsədov bu müddətdə kənd təsərrüfatı sektorunda mövcud olan bəzi problemləri aradan qaldırmağı bacarmayıb. Nazir həmçinin konfrans zamanı həmin problemlərin bir neçəsini qeyd etdi. Məsələn, o yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi, ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin etmək məqsədilə Toxum Fondunun yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların həcminə bir daha baxılması, tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul olunması, mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsi məsələsini qaldırdı. Əlbəttə ki, ölkə rəhbərliyi bütün sahələr üzrə inkişafın əldə olunması üçün böyük əmək sərf edir. Çox güman ki, cənab prezident nazirin qabartdığı problemlərin tezliklə aradan qaldırılmasına yardım göstərəcək. Amma hörmətli kənd təsərrüfatı naziri bilməlidir ki, rəhbəri olduğu nazirliyin fəaliyyət istiqamətinə aid olan bütün məsələlərin həll edilməsi bilavasitə onun səlahiyyətindədir. Heydər Əsədov kənd təsərrüfatı sistemindəki problemləri yoluna qoymaq üçün özü çıxış yolu tapmalıdır. Prezidentin bu konfransda da subsidiya məsələsinə toxunması təsadüfi hal kimi qəbul edilə bilməz. Deməli, hələ də subsidiyaların ünvanına çatmasında süni əngəllər yaşanmaqdadır. Ümumi götürdükdə, Heydər Əsədovun 2013-cü ilin oktyabr ayından indiyə qədər göstərdiyi fəaliyyət qənaətbəxş deyil. Belə ki, fermerlər onun gəlişindən sonra müxtəlif çətinliklə üzləşməli olublar. Bura kənd təsərrüfatı texnikalarının paylanmasında yol verilən ayrıseçkilik, subsidiyaların verilməsində şəffaflığın təmin olunmaması və sair məqamlar daxildir. Bütün bunlar Heydər Əsədovun vəzifəsinə istənilən səviyyədə məsuliyyət göstərmədiyini ortalığa qoyur. Qeyd edək ki, konfransda kənd təsərrüfatı sahəsindəki problemlərin xüsusi qabardılması Heydər Əsədovun vəzifəsindəki çatışmazlıqların daha qabarıq şəkildə görünməsinə işarədir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatdan Prezidentə şikayət olundu - NARAZILIQ VAR...
Bu gün, 07:37
Turizmin anasını özümüz AĞLADIRIQ - MÖHTƏKİR TƏFƏKKÜRÜ
Bu gün, 07:32
Ruslar Qarabağda: Bunu görmüşük axı... - Onlara sülhməramlı deyənin...
Bu gün, 07:27
"Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" - ETİRAZ VAR!
Bu gün, 07:23
SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır? - GƏLİŞMƏ
Bu gün, 07:20
Azərbaycan təhsilində BARMAQ HESABI... - MALƏSƏF...
Bu gün, 07:15
Ağ Ev Güney Qafqazda nələri planlayır? - AKTUAL
Bu gün, 07:13
Ruslar bu istiqamətdə döyüşə girmək istəmirlər - Bakulin
Bu gün, 07:09
"Bu, Amerikanın qlobal gücünü göstərir" - ŞƏRH
Bu gün, 07:07
Texniki Universitetdə TƏBİİ OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:04
Saleh Məmmədov varsa: BİZƏ DÜŞMƏN LAZIM DEYİL... - BU DA FAKT...
Bu gün, 06:46
Naxçıvandan gedənlərə RUS ZÜLMÜ - BU NƏDİ BELƏ?
Bu gün, 06:38
"Əgər qadın yalnızlıq çəkərsə..." - FOTO
Bu gün, 06:22
Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır – Təcili hərəkətə keçilməlidir
Bu gün, 06:20
Nazir prorektoru işdən çıxardı, Rza Məmmədovu təyin etdi - ƏMR
Bu gün, 00:16
İran öz agentlərini Azərbaycan həbsxanalarına doldurur: gizli və təhlükəki plan - NƏ ETMƏLİ?
Bu gün, 00:14
Mixail Qusman yeni vəzifəyə təyin olunub? - Özü açıqladı
Dünən, 20:40
Rusiya məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbərini qiyabi həbs edib
Dünən, 20:38
Bakı sayı 13-ə yüksəltdi, Moskva oxları çevirdi – “Hücum” üçün yeni bəhanə
Dünən, 19:15
Departament rəisləri işdən çıxarılıb? - "Bakı Metropoliteni"
Dünən, 19:12
“Müəllimlərə təzyiqlər nəticəni mənfi istiqamətə aparır” - ÇÜNKİ...
Dünən, 18:05
“10 noyabr sənədi Ermənistan üçün həyat ipi idi”
Dünən, 18:02
Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı? - TENDER NƏTİCƏSİ
Dünən, 17:54
“Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” - Lenin dövlət yaratmamışdı, işğal etmişdi!
Dünən, 17:45
Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd – Bu addım problemi aradan QALDIRACAQ?
Dünən, 17:40
“Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: - Regionda gərginlik artacaq
Dünən, 17:38
Tramp-Putin görüşü Pekində reallaşa bilər - “Podmoskovie seqodnya”
Dünən, 17:36
Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? – İrəvandan cavab
Dünən, 17:33
Şahid: Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
Dünən, 17:31
Mingəçevir su anbarında su səviyyəsi 1 metrə yaxın azalıb - NƏ ETMƏLİ?
Dünən, 17:18
35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:16
Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi? - AÇIQLAMA
Dünən, 17:12
İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Dünən, 17:08
AZAL Türkmənistana çarter reysi təşkil edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 17:06
Dövlət Xidməti tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzaladı - BU NƏDİ BELƏ?
Dünən, 17:03
Pezeşkian münasibətləri normallaşdırmağa çalışır, amma… - NƏ BAŞ VERİR?
Dünən, 16:17
Anar Abdullayev məhkəmə zalında həbs olunub - TƏFƏRRÜAT
Dünən, 16:07
Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir - GÖRÜNƏNİ BUDUR...
Dünən, 16:05
Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır? - AÇIQLAMA
Dünən, 16:00
Nikol seçkilərdə qələbə qazandıqdan sonra... Konstitusiyanı dəyişdirəcək!
Dünən, 15:58
İlham Əliyevin öz oyunu və ya öz qaydalarını yazan oyunçu - GƏLİŞMƏ
Dünən, 15:51
Ruslar Qarabağda tikdi, Bakı “sökülsün” dedi – Erməniləri həyəcanlandıran çağırış
Dünən, 15:49
Zelenski tezliklə ölkədən qaça bilər - “Komsomolskaya Pravda”
Dünən, 15:46
Nazirlik stadionun təmirinə 1,1 milyon manat xərcləyəcək
Dünən, 15:44
21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - RƏSMİ
Dünən, 15:40
Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər uddu - DETALLAR
Dünən, 15:35
Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdi - QALİB ŞİRKƏT
Dünən, 15:32
Krımda Rusiyanın 5 qırıcısı vurulub
Dünən, 15:25
Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti - İNCƏLƏMƏ
Dünən, 15:13
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru