"Bakı Gimnastika Arenasınının tikintisində 6 ay işləsək də, 3 ayın maaşını verdilər" - işçilər maaş davasına qalxdı
Tarix: 26-07-2014, 17:20 | Çap et
 Xeyli vaxtdır ki,“Butastone” şirkətinin işçiləri Pərviz Rzayev və Mübariz Tağıyevin Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) şikayət ərizəsi əsasında yazılar dərc edirik. Qısa xatırlatma üçün bildirək ki, hər iki şəxs şirkətdən öz maaşlarını ala bilməməkdən şikayətlənir. Şikayətçilər bildirir ki, şirkətin rəhbərliyi Bakı Gimnastika Arenasınının tikintisində işləmək üçün onları bu ilin yanvarın 1-dən işə qəbul edib. Fəhlələrlə heç bir əmək müqaviləsi bağlanılmayıb və fəhlələri gecə saat 2-yədək işlədiblər. Bütün bunlara Mübariz Tağıyev belə aydınlıq gətirib: “Əmək müqaviləsi olmadan bizimlə birlikdə 10 nəfər işə qəbul olundu. Hərdən bizi məcbur edirdilər ki, gecə saat 2-yədək işləyək. Biz orada 6 ay işləsək də, 3 ayın maaşını verdilər, qalan ayların əmək haqqını isə bu günədək vermirlər. Biz şirkətin direktoru və təsisçisi Namiq Əsədova müraciət elədik. O, bizi kabinetindən qovdu”.
Şikayətçilərin dediyinə görə, “Butastone” şirkəti Azmeco International Finance LLC-nin tərkibinə daxildir. Azmeco International Finance LLC-nin sahibi Namiq Əsədovdur. Onu da bildirək ki, şikayətçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Dövlət Xidmətinə də müraciət ediblər və qurumun reaksiyasını gözləyirlər. Bütün bunlarla bağlı müxbirimiz şirkətin rəhbəri Namiq Əsədova müraciət edib. Namiq Əsədov bildirib ki: “ Fəhlələrin dedikləri həqiqətə uyğun deyil. Mənə məlum deyil ki, onları işə kim qəbul edib”. Namiq Əsədov onu da bildirib ki: “ Bu şirkətin aksiyalarının 50 faizi mənə məxsusdur. Bu yaxınlarda mən şirkətin direktoru Nadir İbrahimovu işindəki nöqsanlara görə işdən azad elədim və rəhbərliyi öz üzərimə götürdüm. Həmin şikayətçiləri isə Nadir İbrahimov işə qəbul edib.Və onlar bizim şirkətin imicini korlayırlar”.
Keçmiş direktor Nadir İbrahimov isə bildirir ki, “Butastone” şirkəti Bakı Gimnastika Arenasının işlərində iştirak eləməyib, bu işləri “Azmeko” şirkəti həyata keçirib və fəhlələri də məhz həmin şirkət işə qəbul edib. Baş verənlərlə bağlı Dövlət Əmək Müfəttişliyi ilə də əlaqə saxladıq. Qurumun rəisi Məhərrəm Maxarov bildirdi ki: “Biz məsələni diqqətlə araşdıracağıq. Əgər sübut olunsa ki, fəhlələri əmək müqaviləsi olmadan işlədiblər, böyük cərimə edəcəyik. Əgər fəhlələrin sayı çox olsa, onda cinayət işi qaldırılacaq”.
Bütün bu yazdıqlarımızdan sonra “Butasone” şirkətinin rəhbərliyi öz taktikasını dəyişməyə məcbur olub. Belə ki, şirkətin rəhbərliyi şikayətçi fəhlələrin əksəriyyətinin əmək haqqlarını ödəyib. Bu barədə redaksiyamıza məlumat verən Pərviz Rzayev bildirib ki, şirkətin rəhbərliyi fəhlələrin, o cümlədən şikayətçi Mübariz Tağıyevin maaşını ödəyib. Pərviz Rzayev onu da bildirib ki, Namiq Əsədov şikayətçilərin sayını azaltmaq istəyir ki, Əmək Müfəttişliyinin cəzasından yayına bilsin. Baş verənlərlə bağlı digər şikayətçi Mübariz Tağıyevlə əlaqə saxladıq. O, bildirdi ki, mən Namiq Əsədovdan tam əmək haqqımı aldım və onlar məndən yazılı təsdiq tələb elədilər ki, mən daha şikayətçi olmayacam. Şirkətin direktoru Namiq Əsədov isə müxbirimizlə söhbətində bildirib ki, mənim şirkətimlə kimin əmək müqaviləsi varsa, onların əmək haqqı ödəniləcək, əmək müqaviləsi olmayanlara isə pul ödəmək barədə düşünmürəm...       


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb - BUNDAN SONRA...
Bu gün, 14:28 |
|
|
|
• Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu - SİYAHI
Bu gün, 13:04 |
|
|
|
• Neft Fondundan 317 minlik qəribə tender: - Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…
Bu gün, 13:02 |
|
|
|
• Mədinə Bağırova təqaüdə göndərildi
Bu gün, 13:01 |
|
|
|
• Vaşinqtondan NƏ GÖZLƏYƏK? - GƏLİŞMƏ
Bu gün, 12:58 |
|
|
|
• Mixail Qusman Bakıya gəldi - FOTO
Bu gün, 12:55 |
|
|
|
• Gürcüstan BTQ-də daşınmaların artmasına çalışır
Bu gün, 12:53 |
|
|
|
• Rusiyadakı miqrantların yaxınlarının nəzərinə – Pis xəbər
Bu gün, 12:49 |
|
|
|
• Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 12:45 |
|
|
|
• SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA: - “İsrail Xudafərindən 17 km aralıda hava limanı tikib”
Bu gün, 12:33 |
|
|
|
• AMB “Viator Mikro Kredit Azərbaycan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 12:30 |
|
|
|
• Fransa Azərbaycanda səfir vəzifəsinə namizədini təqdim edib
Bu gün, 12:22 |
|
|
|
• 41 dərəcəyədək isti gözlənilir - belə deyirlər...
Bu gün, 12:20 |
|
|
|
• ABŞ ordusu Cənubi Qafqazda: - Bu bölgədə hansı proseslərin xəbərçisidir?
Bu gün, 12:19 |
|
|
|
• Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
Bu gün, 12:12 |
|
|
|
• Misir Mərdanov bahalı kostyumlarını insanlara paylayacaq? – Özü danışdı
Bu gün, 12:08 |
|
|
|
• Mərkəzi Asiyanı böyük problemlərdən xilas etməyə çalışırlar - “Nezavisimaya qazeta”
Bu gün, 12:05 |
|
|
|
• Məşhur “tender kralı” yarım milyon borca düşüb - TƏFƏRRÜAT
Bu gün, 12:01 |
|
|
|
• Azərbaycan “İbrahim sazişləri”nə qoşulmayacaq: Ona görə ki... - GƏLİŞMƏ
Bu gün, 11:57 |
|
|
|
• Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:53 |
|
|
|
• Tramp Əliyev və Paşinyanı Ağ Evdə qəbul edəcək – Vaşinqtonda sülh mesajı
Bu gün, 11:51 |
|
|
|
• Ermənilər azərbaycanlı dizaynerin geyimini öz adlarına çıxıblar - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Ərdoğan Kiyevə səfər edəcək
Bu gün, 11:41 |
|
|
|
• İrandan Azərbaycana gətirilən “Lacoste” ayaqqabıları ilə bağlı qalmaqal - Məhkəmə qərar verdi
Bu gün, 11:36 |
|
|
|
• İran “Müdafiə Şurası”nı niyə yaradıb? – ŞƏRH
Bu gün, 11:28 |
|
|
|
• Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ... - Partiya sədrlərinin yay tətili
Bu gün, 11:24 |
|
|
|
• Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir
Bu gün, 11:22 |
|
|
|
• İrandan təxribatçı iddiaya təkzib: Azərbaycanı ittiham etməmişik - TƏFƏRRÜAT
Bu gün, 11:20 |
|
|
|
• "Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb
Bu gün, 11:03 |
|
|
|
• Səhiyyə Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 11:02 |
|
|
|
• Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... - İTTİHAM VAR...
Bu gün, 10:55 |
|
|
|
• Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? - AKTUAL
Bu gün, 10:49 |
|
|
|
• “Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” - Biləsuvarın gömrük rəisi camaatın ərzağını yığır
Bu gün, 10:47 |
|
|
|
• Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, Agentlik “stop” qoydu
Bu gün, 10:40 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 575 milyon dollar azalıb
Bu gün, 10:29 |
|
|
|
• Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq - TƏFƏRRÜAT
Bu gün, 10:27 |
|
|
|
• Bakının bəyanatı Zatulini qəzəbləndirdi - “Qəbul etməyəcəyik”
Bu gün, 10:20 |
|
|
|
• Eyni adama məxsus iki şirkət bağlanır
Bu gün, 10:19 |
|
|
|
• Prezident Əliyev Rusiyaya buna görə cavab verdi – Pol Qobldan mühüm açıqlama
Bu gün, 10:17 |
|
|
|
• Reklamdan gələn pullar hara gedir? -Cahid Həsənovdan ilginc AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
• Naxçıvan Ali Məclisinin nəşriyyatı yüksək məbləğdə borca düşüb
Bu gün, 10:11 |
|
|
|
• Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi - SƏBƏB
Bu gün, 10:09 |
|
|
|
• Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ - “Eptal Group” MMC ilə şübhəli müqavilə: 776 min manata...
Bu gün, 10:04 |
|
|
|
• "Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" - ETİRAZ
Bu gün, 10:02 |
|
|
|
• Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:00 |
|
|
|
• İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti - BU NƏDİ BELƏ?
Bu gün, 09:54 |
|
|
|
• Vahid Məhkəmə Portalında növbəti çətinlik - BU DƏFƏ ŞƏXSİ KABİNET BÖLÜMÜ İŞLƏMİR
Bu gün, 09:48 |
|
|
|
• Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb - DETALLAR
Bu gün, 09:44 |
|
|
|
• Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:41 |
|
|
|
|