"Vallah, yalan eşidəndə dözə bilmirəm..." .....                     Xankəndi zirvəsi: ZİRVƏDƏ XANKƏNDİ... .....                     Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir .....                     Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı? .....                     Pezeşkianın səfərində Zəngəzur detalı .....                     Bəstəkar Ruslan Əhmədoğlu vəfat etdi .....                     Vəkillər Kollegiyasına üzv olmaq istəyən .....                     Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək .....                     Müştərisi 'Unibank'a ÜSYAN ETDİ .....                     Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır? .....                     "Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq" .....                     İranlı ekspertdən ŞƏRƏFSİZLİK .....                     Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? .....                     Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər .....                     Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? .....                     “Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” .....                     "Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" .....                     Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA .....                     Ulvira Qarayevaya vəzifə verildi .....                     Öldüyü deyilən müğənni SAĞ İMİŞ .....                     Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir .....                     Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması .....                     71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… .....                     Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü .....                     Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi .....                     Ermənistana yeni konstitusiya lazımdır .....                     Ermənistan qətiyyətli qərar verib: .....                     Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb .....                     Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq .....                     Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib .....                     Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! .....                     Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir .....                     İşçilərin belə bir hüququ varmı? .....                     Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib .....                     Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                 

Gəncə sakini partlayışda həyat yoldaşını itirdi, oğlu yaralandı... BU DA MÜNASİBƏT... - “Xalq Sığorta” məni 2 il yarım süründürdü”
Tarix: 15-08-2024, 10:54 | Çap et
Gəncə sakini partlayışda həyat yoldaşını itirdi, oğlu yaralandı... BU DA MÜNASİBƏT...
3 il əvvəl Gəncədə - şəhərin Nəvai küçəsindəki fərdi yaşayış evlərindən birində qaz sızmasından partlayış olub. Nəticədə 44 yaşlı Sahibə Verdiyeva dünyasını dəyişib, oğlu 23 yaşlı Əli isə ağır xəsarət alıb. Onun bədəninin təxminən 40 faizi yanıb – bu gün də üzərində xəsarət izləri qalıb, əməliyyata ehtiyacı var. Verdiyevlər ailəsinin yaşadığı ikimərtəbəli ev isə partlayış zamanı dağılıb.
Bizimyol.info xəbər verir ki, hadisənin baş verdiyi ev sığortalı olub. Amma evin sahibi – partlayış nəticəsində həyat yoldaşını itirmiş Mahir Verdiyev deyir ki, buna baxmayaraq, sığorta ödənişinə görə illərlə sürünüb.

Verdiyevlər ailəsinin yaşadığı ev “Xalq Sığorta” şirkəti tərəfindən sığortalanıb. Mahir Verdiyev Bizimyol.info xəbər portalına danışır ki, hadisədən sonra ona 20 min manat sığorta ödənişi vəd olunub: “Bizim ailə elə bir zərbə alıb ki, onu heç nə ilə əvəz eləmək mümkün deyil. Həyat yoldaşımı itirmişik, oğlumun günü bu gün də əməliyyata ehtiyacı var. Bu, məsələnin mənəvi tərəfi. Elə maddi baxımdan da çox böyük ziyan çəkmişik. İkimərtəbəli ev yerlə-yeksan olub, üç ildir qohum-əqrəba evindəyik. Sığorta müqaviləsində göstərilən 20 min evin dağılması, içindəki əşyaların məhv olması nəticəsində çəkdiyimiz ziyanın az hissəsidir. Amma yenə də nəsə eləmək olardı. Amma onu da vaxtında vermədilər, sığorta şirkəti məni 2 il yarım süründürdü”.

Mahir Verdiyevin bildirdiyinə görə, bu il fevralın sonunda “Xalq Sığorta” ona 19 min 200 manat ödəyib. Deyir ki, sığorta şirkətinin onu yubandırdığı iki il yarım ərzində inşaat materiallarının da, əşyaların da qiymətləri kəskin bahalaşıb: “Hadisədən dərhal sonra versəydilər, yenə də müəyyən işlərimi görə bilərdim. Hər gün ölkədə qiymətlər bahalaşır, pul dəyərdən düşür”.

Sığorta ödənişinin gecikdirilmə səbəbinə gəlincə, şirkətdən bildirilib ki, hadisə ilə bağlı yekun məhkəmə hökmü çıxarılmalıdır.

Verdiyevlər ailəsinin evindəki partlayış, Sahibə Verdiyevanın ölümü və oğlunun xəsarət alması ilə əlaqədar hadisədən sonra Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində cinayət işi başlanıb. Mahir Verdiyevin bildirdiyinə görə, 2021-ci ilin payızında “Bakı Abadlıq” MMC Gəncədə işıqlandırma işləri apararkən onların yaşadığı Nəvai küçəsində də bu məqsədlə qazıntı aparıblar. Qazıntı zamanı traktor onların evinin qarşısından keçən qaz xəttini zədələyib. Oradan sızan qaz kanalizasiya vasitəsilə evə dolub. Hadisə günü gecə saatlarında Sahibə Verdiyeva mətbəxdə oğluna yemək qızdırarkən qazı yandıranda partlayış baş verib.

Ekspertizanın rəyinə görə, evin dağılması, əşyaların sınması nəticəsində Verdiyevlər ailəsinə 170 min manat maddi zərər dəyib. Ekspertlər 113 min manat evin tikintisi, 57 min manat isə əmtəə itkisinə görə ziyan hesablayıblar.

Hadisə ilə əlaqədar “Təmiz Qaz” QSC-nin Gəncə Regional Mərkəzinin xətt baxıcısı Kamran Bəylərov cinayət məsuliyyətinə olunub. İddia olunur ki, o, qaz xəttindəki sızmanı müəyyən etməli idi. Ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

51 yaşlı Kamran Bəylərov isə bu ittihamı qəbul etmir, 2023-cü ilin noyabrında özü haqqında çıxarılmış hökmdən də apellyasiya şikayəti verib. Onun şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılır. Bu işlə bağlı növbəti məhkəmə prosesi sentyabrda keçiriləcək.

Mahir Verdiyev deyir ki, sığorta üçün hadisədən dərhal sonra müraciət etmişdi. Lakin ona deyilib ki, hökm olmalıdır, sonra ödəniş edilə bilər: “Əvvəl nə qədər istintaq getdi, sonra məhkəmə prosesi. Hökm noyabrda çıxdı. Başa düşə bilmirəm ki, hökmün sığorta ödənişinə nə aidiyyəti var? Fakt ortadadır, hadisə baş verib, görüntülər var, müqaviləmiz var, niyə ödəmək istəmirdilər, aydın deyil. Mütəxəssislərdən də soruşmuşdum, dedilər ki, sığorta şirkəti hökmü gözləməməlidir, qısa müddətdə ödəməlidir. Sığorta şirkəti mənə deyirdi ki, hökmlə zərərçəkən müəyyənləşməlidir, biz də pulu həmin qurumdan, ya adamdan almalıyıq”.

Bu yaxınlarda Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsi sığorta hadisəsindən sonra ödənişlərlə bağlı şərh verib: “Daşınmaz əmlakın icbari sığortası üzrə hər hansı halın sığorta hadisə hesab edilməsi heç bir təqsirlə əlaqələndirilməyib. Yəni daşınmaz əmlakın icbari sığortası növündə hadisə baş verdikdə hər hansı şəxsin təqsirinin müəyyən edilməsi tələb olunmur”.

Mərkəzi Bankın bugünlərdə açıqladığı şikayət indeksində də “Xalq Sığorta” ən çox şikayət olunan sığorta şirkətlərindən biri kimi göstərilib. Bu şirkət ən çox şikayət olunan sığorta şirkətləri sıyahısında ikinci yerdədir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vallah, yalan eşidəndə dözə bilmirəm..."
Bu gün, 13:37
Xankəndi zirvəsi: ZİRVƏDƏ XANKƏNDİ... - MƏQALƏ
Bu gün, 12:30
Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir - KİV
Bu gün, 10:35
Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı? - det
Bu gün, 10:25
Pezeşkianın səfərində Zəngəzur detalı – “Dəyişilik gözlənilir”
Bu gün, 10:21
Bəstəkar Ruslan Əhmədoğlu vəfat etdi
Bu gün, 07:01
Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər bu gün imtahan verəcək
Bu gün, 06:59
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək - DİQQƏT
Bu gün, 06:57
Müştərisi 'Unibank'a ÜSYAN ETDİ - NARAZILIQ VAR...
Bu gün, 06:54
Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır? - GƏLİŞMƏ
Bu gün, 06:35
"Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq"
Bu gün, 06:16
İranlı ekspertdən ŞƏRƏFSİZLİK - “Azərbaycana qarşı döyüşməyə hazıram”
Bu gün, 06:12
Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Bu gün, 06:09
Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər - AKTUAL
Bu gün, 06:01
Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? - “Kreml günahkar axtaracaq, kimsə cəzalandırılacaq”
Bu gün, 00:45
Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? - Erməni erməniyə qarşı
Bu gün, 00:41
“Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” - Afətdən ODLU-ALOVLU AÇIQLAMALAR
Bu gün, 00:38
"Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" - deputat
Bu gün, 00:33
Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA - Zatulin deyir ki...
Bu gün, 00:27
Ulvira Qarayevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 00:22
Öldüyü deyilən müğənni SAĞ İMİŞ - AÇIQLAMA
Dünən, 23:38
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir - MƏQALƏ
Dünən, 23:33
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması - İsrafil Kərimovun yazısı
Dünən, 23:31
71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… – Bakıdan kritik qərar
Dünən, 18:33
Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü - FOTO
Dünən, 18:25
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
Dünən, 18:22
Ermənistana yeni konstitusiya lazımdır -Paşinyan
Dünən, 17:00
Ermənistan qətiyyətli qərar verib: - Rusiyasız Zəngəzur dəhlizinin açılmasına ikiəlli razıdır
Dünən, 16:54
Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb
Dünən, 16:51
Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq - AKTUAL
Dünən, 16:45
Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib
Dünən, 16:32
Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
Dünən, 16:18
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Dünən, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Dünən, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Dünən, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dünən, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Dünən, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Dünən, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Dünən, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Dünən, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Dünən, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Dünən, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Dünən, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Dünən, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Dünən, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Dünən, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Dünən, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Dünən, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Dünən, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Dünən, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru