"Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                     Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                     Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                     Azərbaycan kriminal avtoriteti Hindistana verdi .....                     Azərbaycanın regionda yeni reallıqlar yaradıb .....                     Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib .....                     2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu .....                     Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... .....                     Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı .....                     Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? .....                     170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? .....                     Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var .....                 

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR... - YENİ HOQQABAZLIQ...
Tarix: 14-05-2024, 10:05 | Çap et
Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...
İndiyədək mətbu nəşrlərdə, internet xəbər portallarında Bakı şəhərinin Nizami rayonu ərazisində ağacların, yaşıllıqların məhv edilməsi ilə müşayiət olunan və yerli sakinlərin ciddi narazılığına səbəb olan qanunsuz tikililərə rəvac verilməsi barədə çoxsaylı tənqidi məqalələr dərc olunub. Məqalələrdə qeyd olunur ki, sözügedən ünvanlarda qanunvericiliyin tələbinə görə bina inşa edilməzdən əvvəl ağaclarm ərazidən köçürülməsinə dair Ekologiya Nazirliyinin Ekspertiza İnstitutu rəy verməliydi. Yəni, həmin ağaclar kəsilməli deyil, sadəcə yeri dəyişdirilərək başqa əraziyə köçürülməli, orada qulluğu davam etdirilməliydi. Lakin, yaşıllıqlar başqa əraziyə köçürülmədən məhv edilib.

Bu qəbildən olan məlumatlar, şikayətlər “Dəryaz” qəzeti redaksiyasına da daxil olmaqdadır. Belə ki, məlumatlardan birincisi Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsində şam ağaclarını çıxarılıb yerində obyekt tikilməsi ilə bağlıdır. Videogörüntülərlə qeydə aldığımız həmin yamac yerdə dağ sürüşməsinin qarşısını almaq üçün vaxtilə əkilmiş boybaboy 50-yə yaxın ağac məhv edilmiş, avtotəmir emalatxanası inşa edilmişdir. Emalatxana sırasına ən axırda əlavə edilmək üçün tikilməkdə olan iki boksun sahibinin guya Vətən müharibəsi qazisi olduğu barədə şayiə buraxılmışdır.

Qəribədir ki, yuxarı instansiyalara nə qədər şikayətlər edilsə də, bu mənfi tendensiya qarşısıalınmaz bir prosesə çevrilib. Sanki qanunun ayaq altına atılıb tapdalanmasında maraqlı olan böyük bir şər qüvvə dövlətə, cəmiyyətə meydan oxuyur, onun qarşısında yerli icra hakimiyyətləri də, hüquq-mühafizə və cinayət təqibi orqanları da, məhkəmələr də, bir sözlə, bütün aidiyyəti qurumlar, onların bir-birini əvəzləyən rəhbər vəzifəli şəxsləri də acizdirlər.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...
Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...



Qazi adı arxasında gizlənmək Nizami rayon rəhbərliyinin həmişəki sınanılmış fəndidir. Halbuki, nə qazinin, nə də şəhid ailəsinin bütün digər vətəndaşların hörmətlə yanaşdığı qanuna tüpürmək, dövlətin və cəmiyyətin maraqlarını tapdalamaq kimi bir imtiyazları yoxdur. Onu da deyirlər ki, emalatxananın əsl icarədarı etiraz edənlərə “mən pulumu vermişəm, kimin hünəri nədi mənim qabağımı kəssin?” deyərək sinəsinə döyür. Dediyi “hünərsiz, gözükölgəli kimciyəzlərin” arasında isə əlbət ki, əlaqədar vəzifəli şəxslər, o cümlədən, RİH, ŞİH-nin yaşıllaşdırma təsərrüfatı, yerli polis, ərazi ekologiya idarəsi və FHN-nin mənsubları nəzərdə tutulur.

50-yə yaxın şam ağacının məhv edilməsi barədə digər fakt Nizami rayonunun Fuad Abbasov küçəsində qeydə alınmışdır. Bildirilir ki, adı naməlum olan sahibkar həmin küçədə yerləşən “Araz Market” mağazası ilə üzbəüz nahiyədə hündürmərtəbəli bina tikmək istəyir.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Məlumata görə, tikintiyə maneə törədən ağacın kökündən çıxarılmasına “əsas” yaratmaq üçün onu sındırıb budağını altında dayanmış olan maşının damına atıblar və aidiyyəti qurumlar qarşısında “ağacın zərərsizləşdirilməsinin zəruriliyi” məsələsini qaldırmağa çalışıblar.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Lakin avtomobil sahibi əmlakına ciddi ziyan dəymədiyini, ağacın çürük olduğunu heç bir şikayətinin olmadığını deyib. Amma bu o demək deyil ki, sahibkar onun işini axsadan ağacın aradan qaldırılması üçün hiyləgər səylərini dayandıracaq. Yeri gəlmişkən, xatırladaq ki, həmin ünvanda yaşayan sakinlərin dəvəti ilə tikinti ağacların məhv edildiyi əraziyə baxış keçirmişik və qeydə aldığımız video-kadrlarda sağ qalmış həmin ağacın əsla quru olmadığını təsdiqləyən görüntülər vardır.



Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Ağaclar və yaşıllıqlar bir çox hallarda tikinti işlərinə başlamazdan əvvəl elə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitki Mühafizəsi Şöbəsinin işçiləri tərəfindən əvvəlcə budanır, daha sonra isə həmin ərazidə olan bütün ağaclar və yaşıllıqlar məhv edilir. Birliyin əməkdaşlarının tələm-tələsik üzərində budama əməliyyatı apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Məlum olur ki, “budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan sövdələşmə aparılan adamlara, əsasən tikinti şirkətlərinə satılması üçün zəmin hazırlamaq məqsədi daşıyırmış. Doğrudur, arabir olur ki, ictimaiyyətin, medianın böyük təzyiqindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tikintinin aparılmasına maneçilik törədən ağacların və kolların müvafıq rəy alınmadan götürən şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edərək Nizami rayon məhkəməsinə göndərir, məhkəmə də həmin şəxslər barəsində cinayət işi açmaq əvəzinə, onları müəyyən məbləğdə cərimələyir. Çünki həmin məhv edilmiş yaşıllıqların və ağacların konkret olaraq sayı və kəsilmə tarixləri dəqiqləşdirilmir, bilərəkdən az göstərilir. Məsələn, məhkəmə öz “humanizmini” belə əsaslandırır: “Ağacların kök qalıqları və gövdələri ərazidə müəyyən edilmədiyindən, həmin ağaclarm diametrlərinin ölçülüb qiymətləndirilməsi mümkün olmamışdır”. Qəribə məntiqdir, deyilmi? Hansı ağackəsən cinayətkar qopardığı ağacın kökünü hadisə yerində saxlayar?

Başqa bir nüansı da nəzərdən qaçırmaq olmaz: ETSN-nin də, Bakı ŞİH-nin də məsul şəxslərinin vəzifəsi yalnız ondan ibarət deyildir ki, yaşıllıqların məhv edilməsi xəbərini alandan sonra hərəkətə keçsinlər, hadisə yerinə gəlib vurulan ziyanın həcmini müəyyənləşdirməklə işlərini bitmiş hesab etsinlər. Hadisə şahidi olan vətəndaş baş verənlərə laqeyd də qala bilər. Lakin ETSN-nin aidiyyəti qurumlarının rəhbər və funksionerlərinin vəzifəsi həm də təhkim olunduqları əraziyə mütəmadi nəzarət etməkdir.

Nizami rayonunda yüzlərlə ağacın qətliamlarının birinə də Arif Mustafayev adlı sahibkara məxsus “Karaev City” tikinti şirkəti qol qoyub.



Şirkətin Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişdiyi yerdə inşa etmək istədiyi “göydələnin” tikilməsi üçün Şirin Mirzəyev 48/52 ünvandakı 3-mərtəbəli binalar sökülməlidir. Problem budur ki, 8-10 mənzilin sakinləri ilə anlaşma əldə olunmayıb. Sakinlərin sözlərinə görə, şirkət onlara ilk əvvəl vəd etdiklərinə əməl etməkdən boyun qaçırıb, cari təklifləri isə onları qane etmir. Hətta şirkət rəhbərliyinin həyasızlığı o həddə çatıb ki, sakinləri mənzillərini tərk etmədiklərinə görə məhkəməyə də verib və onlara müqavimət göstərmələrinin əbəs olduğunu bildirib: “məhkəmədəkilər bizim adamlardı, pulumu verib öz xeyrimə qərar çıxartdıracağam”.

Vətəndaşların dəvəti ilə baş verənlərin “Xəzər” televiziyasında ictimailəşdirilməsi belə vəziyyəti haqqa doğru dəyişməyib.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz Arif Mustafayevin qeyri-konstruktiv yanaşma nümayiş etdirərək söhbətdən yayınması ucbatından baş tutmadı. O və şirkətin ofisində rastlaşdığımız şəxslərin davranışlarını müşahidə edəndə bizdə elə təəssürat yarandı ki, onlar qətiyyən iş adamlarına xas olan mədəniyyətə malik deyillər.

Eləcə bizə “axır məqsədiniz nədir” sualını verib dururdular. Sanki jurnalistin vətəndaşların hüquqlarının pozulması faktlarına ictimai əhəmiyyətli hesab etməsi, heç bir təmənna güdmədən neqativ halları işıqlandırması onları təəccübləndirirdi.

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR...

Rayon rəhbərliyinin də olaylara susması, ərazidə yaşayan vətəndaşların təməl hüquqlarından olan mülkiyyət hüquqlarının pozulmasına göz yumması yalnız gözükölgəliklə izah oluna bilər. Ən nəhayət, qeyd olunan neqativ hallarla bağlı suallarımızı mesaj kimi Nizami RİH-nin başçısı cənab Coşqun Cəbrayılova göndərmişik. Cavabı hələ də özünü gözlədir.

Məqalədə adları keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq

Mövzuya qayıdacağıq

Deryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
23-08-2025, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
23-08-2025, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
23-08-2025, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
23-08-2025, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
23-08-2025, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
23-08-2025, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
23-08-2025, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
23-08-2025, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
23-08-2025, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
23-08-2025, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
23-08-2025, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
23-08-2025, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
23-08-2025, 09:52
Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
23-08-2025, 09:32
Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
23-08-2025, 09:30
Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
23-08-2025, 09:23
Adı nə olursa olsun... BU YOL AÇILACAQ - Artıq iş gedir...
23-08-2025, 09:06
"Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" - HƏQİQƏTƏN DƏ...
23-08-2025, 09:03
Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
23-08-2025, 08:56
İşçi məsuliyyəti... - Ekspert danışır...
23-08-2025, 08:49
Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? - Görünəni odur ki...
23-08-2025, 08:40
"Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" - FAKT BUDUR!
23-08-2025, 08:04
“Azəriqaz” öz itkilərini belə ört-basdır edir - BU DA FAKT...
23-08-2025, 07:51
Bu çay evi də qanunlara tabe olmur... - qapalı məkan olsa da...
23-08-2025, 07:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru