Müğənni Zaur Mikayılovdan şikayətləndi .....                     Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? .....                     "Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" .....                     "Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" .....                     ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər .....                     "Sevdiyim adamın hər şeyini görmək istəyirəm" .....                     Zibil məsələsi də “zibilə” dönüb .....                     GDU-da nə işlər çevrilir... .....                     Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... .....                     "Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." .....                     3 illik zəmanət vermişdilər... .....                     Xalq artisti görün, nədə ittiham olunur .....                     Bu bank müştərilərinin DÜŞMƏNİDİR? .....                     'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? .....                     "Xarici Münaqişələr Nazirliyi" .....                     Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq .....                     Siqaret əvəzinə başqa ZƏHƏR .....                     Litva Rusiyaya nota verib .....                     Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var .....                     “Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” .....                     Putin Polşaya niyə hücum etdi? .....                     Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ .....                     Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? .....                     Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar .....                     Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı .....                     Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır .....                     Ağalarov biznesini Rusiyadan ÇIXARIR? .....                     Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur .....                     Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır .....                     Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib .....                     Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən .....                     Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI .....                     LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı .....                     Taksilər aeroporta buraxılmayacaq? .....                     Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... .....                     “Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” .....                     Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə .....                     Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək .....                     TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi .....                     Azərbaycanda əməkhaqqı 80 qəpik artdı .....                 

Ali Məclisin “daimi deputat”ı Naxçıvan “xan”ına ilişdi... - “İllərdir “Uzunoba” restoranını yoxlamırlar?”
Tarix: 22-03-2022, 11:48 | Çap et
Ali Məclisin “daimi deputat”ı Naxçıvan “xan”ına ilişdi...
YAP-ın Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli maraqlı status paylaşıb.

Ovqat.com-un məlumatına görə, Elman müəllim facebook statusunda ailəsi ilə birlikdə Uzunoba su anbarının qoynunda fəaliyət göstərən eyni adlı restorana getdiyini və obyektin antisanitar vəziyyətindən ürəyi bulanıb yemək yemədən oranı tərk etmək məcburiyyətində qaldığını ürək yanğısı ilə bildirmişdi.

Ali Məclisin “daimi deputat”ı Naxçıvan “xan”ına ilişdi...

Soruşa bilərsiniz: Burda nə var? YAP sədrinin bu statusunu niyə bu qədər dəyərə mindiririk?

Statusu dəyərli edən bir neçə səbəbi var: Əvvəla, Elman Cəfərli elə-belə adam deyil. O, Naxçıvan şəhər YAP-nın sədri olmaqla yanaşı, həm də Muxtar Respublika Ali Məclisinin “daimi deputatı”dır. Naxçıvan “xanı” ona Muxtar Respublika əhalisi adından 4 dəfə mandat verib, türklər demişkən, millət vəkili “yapıb”. Sözsüz ki, bir “deputat”ın sözünün çəkisi adi insanların dedi-qodularından daha dəyərlidir.

Elman Cəfərli həm də alimdir. 2000-ci ildən Naxçıvan Dövlət Universitetində işləyir. Bu 22 il ərzində alnının təriylə suvardığı elm bağçası ona dosentlik statusu qazandırıb. İndiyədək 4 kitab, 60-dan çox elmi məqalə qələmə alıb. Tarix elmləri üzrə fəlsəfə doktorudur. Hazırda NDU-nun “hüquq fənləri” kofedrasının dosentidir. Başqa sözlə desək, yazmaq sahəsində xüsusi təcrübəyə malik olan Elman müəllim qələmindən çıxan hər kəlmənin ağırlığını bilən, 100 fikirləşib, 1 deməyi bacaran adamdır və bir söz xiridarı kimi o, xırda quşlara daş atmaz. Yəqin razılaşarsınız ki, peyğəmbərimizin “alim öldü – aləm öldü” deyərək öydüyü bu cür insanların sözləri yabana atılmamalıdır, biz sadə insanlar tərəfindən paylaşılmalıdır ki, hər kəs qızıldan qiymətli fikirlərdən yararlansın.

Ali Məclisin “daimi deputat”ı Naxçıvan “xan”ına ilişdi...

Ən əsası isə Elman Cəfərlinin ilişdiyi obyekt də sıradan bir yeməkxana, hansısa məktəbin bufeti deyil. Söhbət Naxçıvan “xanı” Vasif Talıbovun şəxsi mülkiyyətindən gedir. Təbii ki, alim və Ali Məclisin “daimi deputatı” olan Elman Cəfərli ilk baxışdan bu statusu ilə “Uzunoba” restoranının gerçək sahibinə ilişmək niyyəti güdməyib. Onun tənqid oxu restoranı işlədən kollektivə yönəlib. Bununla belə, “Uzunoba” restoranın işlətməçiləri məhz arxalarında dağ kimi dayanıb yarpaq kimi əsən Vasif Talıbov həzrətlərinə güvəndiklərindən obyektin antisanitar vəziyyəti ilə maraqlanmır, 6 nəfərlik ailəyə 4 stul ayarlayır, müştəriləri ilə etik normalara sığmayacaq şəkildə rəftar edir, heç kimdən, hətta Naxçıvan MR Ali Məclisinin “daimi deputat”ından belə çəkinmir. Təsəvvür edin; hörmətli deputat “Uzunoba” restoranının işlətməçilərindən o qədər çəkinir ki, hətta yemədiyi xörəklərin pulunu ödəyib oranı tərk edir. Müəllif öz statusundakı “Adicə qab-qacağı yudurtmağı belə özünə rəva bilməyən Uzunoba restoranı, güman edirəm ki, müvafiq dövlət qurumları tərəfindən çoxdandır yoxlanılmır” sözləri ilə bu obyektin “fövqəlbəşər” qüvvələr tərəfindən himayə edildiyinə eyham vurur. Bu baxımdan sözügedən Facebook statusunu Naxçıvan ziyalılarının “xan” üsul-idarəsinin özbaşınalıqlarına qarşı üsyanı kimi də dəyərləndirə bilərik.

Ali Məclisin “daimi deputat”ı Naxçıvan “xan”ına ilişdi...

Sözü daha çox uzatmadan barəsində danışdığımız bu cəsarətli statusu olduğu kimi nəzərinizə çatdırırıq:

“Dostluğumda olan hamı bilir ki, mən heç vaxt bu tip status paylaşmamışam. Amma bu gün qarşılaşdığım mənzərə tam fiasko idi deyə, məsələyə münasibət bildirmədən keçməyəcəm. Bu gün həm bayramdır, həm də ailəmiz üçün özəl bir gündür deyə, qərara aldıq ki, şəhərdən kənarda bir yerdə ailəvi yemək yeyək. Hava soyuq olduğundan, düşündüm ki, çox da uzağa deyil, Uzunoba gölünün kənarındakı yeməkxanaya getsək yaxşı olar. Bir neçə saat əvvəl sifariş verdik və getdik. Getdiyimizdə ilk andan biabırçı bir mənzərə ilə qarşılaşdıq. Sifariş etdiyimdə 6 nəfərlik dediyim otağı 4 nəfər üçün hazırlamışdılar. Ailəvi gəldiyimizi və bir neçə saat əvvəl sifariş verdiyimi nəzərə almadan çöldəki temperaturun eyni olan bir otağa dəvət olunduq. Stolun üzərindəki servis qab-qacağı bərbad vəziyyətdə, çəngəllər qapqara, içləri yemək qırıntısı dolu.

Ali Məclisin “daimi deputat”ı Naxçıvan “xan”ına ilişdi...

Otağın soyuqluğundan şikayət etsəm də, yalnız oranı tərk etdikdə, ortalıqda gəzənlər anladılar ki, ciddi şəkildə narazıyıq və getmək istəyirik, başladılar elektrik plitəsi və başqa bir otaq təklif etməyə. Halbuki 10 dəqiqə əvvəl başqa bir otaq istədikdə, bütün otaqların dolu olduğunu söyləmişdilər. Qarsonların donuq və etikasız davranışını xüsusi qeyd etməyə ehtiyac yoxdur, çünki o çirkin ortamda başqa cür olmazdı yəqin ki. Bir sözlə, Uzunoba restoranından iyrənib çıxdım. Yenə öz etik səviyyəmi qoruyub, sifariş etdiyim yeməkdən imtina etmədim, pulunu ödəyib, paketlədib götürdüm. Amma mənə aydın oldu ki, harınlıq insanları başqalarına münasibətdə hansı simasızlığa qədər sürükləyir. Adicə qab-qacağı yudurtmağı belə özünə rəva bilməyən Uzunoba restoranı, güman edirəm ki, müvafiq dövlət qurumları tərəfindən çoxdandır yoxlanılmır. Ona görə də, onun sahiblərinə pul qazandırmaq və müqabilində istirahət etmək istəyən vətəndaş bu gün mənim qarşılaşdığım iyrənc və ürək bulandıran mənzərə ilə qarşılaşmış olur. Sonunda isə qazandığı korlanmış əhval və məhv olmuş plan olur. Onlarda isə adi bir utanc hissi də olmur, çünki irad bildirdikdə adi bir üzr istəmək mədəniyyəti də yoxdur”.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18
ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14
"Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01
"Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." - Naxçıvanda ETİRAZ
Bu gün, 06:58
3 illik zəmanət vermişdilər... - GUYA...
Bu gün, 06:45
Xalq artisti görün, nədə ittiham olunur - NARAZILIQ VAR...
Bu gün, 06:31
Bu bank müştərilərinin DÜŞMƏNİDİR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:28
'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? - MÜRACİƏT
Bu gün, 06:09
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59
Litva Rusiyaya nota verib
Dünən, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Dünən, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Dünən, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Dünən, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Dünən, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Dünən, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Dünən, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Dünən, 17:19
Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Dünən, 17:16
Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Dünən, 17:08
Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır - Mirzoyan
Dünən, 16:55
Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib
Dünən, 16:53
Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən AÇIQLAMA
Dünən, 16:48
Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
Dünən, 16:42
LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı - Şirkət haqqında maraqlı iddialar var
Dünən, 16:38
Taksilər aeroporta buraxılmayacaq? - AÇIQLAMA
Dünən, 16:35
Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... - KİV
Dünən, 16:27
“Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Dünən, 16:26
Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə
Dünən, 16:23
Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək
Dünən, 16:19
TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi - "Fitili" Hesablama Palatası çəkib
Dünən, 16:06
Azərbaycanda əməkhaqqı 80 qəpik artdı – Rəsmi
Dünən, 16:04
"DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Dünən, 15:59
“Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Dünən, 15:48
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Dünən, 15:45
Nazirlik və komitələrin birləşdirilməsi... - həm də büdcə QƏNAƏTİDİR...
Dünən, 15:41
Vüsal Kərimliyə yeni vəzifə verilib - BUNDAN SONRA...
Dünən, 15:34
Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
Dünən, 15:21
Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... - Başçının müavini İTTİHAM OLUNUR
Dünən, 15:19
Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: - Tender ləğv edildi
Dünən, 15:08
Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 15:02
“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” - Novella Cəfəroğlu
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru