Elvin Məmmədzadəyə yeni vəzifə VERİLDİ .....                     Ramiz Mehdiyevin bankılnda rəhbərlik dəyişir .....                     İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub .....                     Yekaterinburqda saxlanılan Ayaz Səfərovun .....                     Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşüb .....                     Ruslar miqrant bazarını görün, kimlərin hesabına doldurur... .....                     Dövlət Departamentində Qarabağ müzakirəsi .....                     Rabitəsi keyfiyyətsiz olan AZERCELL-in özü ilə də əlaqə müşkülə dönüb... .....                     “166 Cargo” şirkətinin VALYUTA HOQQABAZLIĞI... .....                     "Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib" .....                     Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... .....                     Nurçuların Bakıdakı ticarət şəbəkəsi... .....                     Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... .....                     “Ege Hospital”a cərimə .....                     Mürsəlovun işçisi ÖZBAŞINA QALIB .....                     "City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                 

ŞOK İDDİA: 3 saylı xüsusi təhsil məktəbində əqli qüsurlu UŞAQ ALVERİ - Direktor isə deyir ki...
Tarix: 1-02-2022, 12:41 | Çap et
ŞOK İDDİA: 3 saylı xüsusi təhsil məktəbində əqli qüsurlu UŞAQ ALVERİ
Azərbaycanda məktəb direktorunun əqli qüsurlu şagirdləri müəllimlərə 600 manata satdığı iddia olunur. DİA.AZ xəbər verir ki, bu barədə Sonxeber.az-a müraciət edən 3 saylı xüsusi təhsil məktəbinin müəlliməsi S.Əhmədova (red. - ad şərtidir) məlumat verib.

O, qeyd edib ki, 3 saylı xüsusi təhsil məktəbinin direktoru Nüşabə Heydərova əqli qüsurlu şagirdləri müəllimlərə pul qarşılığında satır:

"Hətta bəzən bir şagirdi iki müəllimə satır. Əslində dövlət məktəblərində şagirdlərin satılmasının özü belə, biabırçılıqdır. Pul verməyəndə də valideynlərin əli ilə bizə müxtəlif oyunlar oynayır.

Belə ki, Nüşabə Heydərova əgər bizə 3 uşaq satırsa, birini elə seçir ki, 2-3 ildən sonra onun valideynini öyrədib oyunlar oynaya bilsin. Valideyni bizə qarşı öyrədib, əleyhimizə çıxarır. Sonuncu dəfə də Binə qəsəbəsində yaşayan şagirdimlə bağlı mənə problem yaratdı. Məktəbə Bakı Şəhəri Təhsil İdarəsindən yeni işçi gəlib. O, Binə qəsəbəsində yaşayan bir şagird istəyirmiş. Nüşabə Heydərova da mənim Binə qəsəbəsində yaşayan şagirdimin valideynini öyrədir ki, haqqımda şikayət ərizəsi yazsın. Nüşabə Heydərova qurduğu belə bir oyunla şagirdimi alıb Bakı Şəhəri Təhsil İdarəsindən göndərilən müəlliməyə verdi.

Bundan əlavə, Binə qəsəbəsində yaşayan digər şagirdimin valideyninə də komissiya üzvü kimi zəng edərək mənə qarşı çıxarmağa çalışıb. O valideynin öyrədilməsi ilə bağlı əlimdə sübutlar da var.

ŞOK İDDİA: 3 saylı xüsusi təhsil məktəbində əqli qüsurlu UŞAQ ALVERİ

Mən də direktorun qəbuluna gedib söylədim ki, bu şagirdi mənə pulla satıb, amma hazırda valideyni öyrətdiyinə görə mənə evə girməyə icazə vermir.

"Sən tək tərəfi dinləyib qərar vermisən. Məni dinləməmiş şagirdi məndən alıb, həmin müəlliməyə vermisən. Belədirsə, mənim 600 manatımı qaytar ki, mən yeni uşaq götürüm", - deyə etirazımı açıq şəkildə bildirdim.

Nüşabə Heydərova bizdən hər 2-3 ildən bir hər şagirdə görə 600 manat pul alır. Əvvəl 500 manata satırdı. Amma son dövrlər qiyməti 600 manata qaldırdı.

Pulumu geri istəyəndə isə direktor məni hədələməyə başladı. Nüşabə Heydərova əlindəki şikayəti Təhsil Nazirliyinə göndərəcəyini deyərək məni qorxutmaq istədi. Mən də şikayətin Təhsil Nazirliyinə göndərilməsini istədiyimi bildirdim. Söylədim ki, Təhsil Nazirliyi gəlib, şikayəti araşdırsın.

Eyni zamanda, Nüşabə Heydərova dəfələrlə qadına yaraşmayan, əxlaqsız ifadələrlə məni təhqir edib, kobudcasına otağından qovub. Ən önəmlisi isə, hər dəfə məni 18 saat dərslə saxlayacağı ilə hədələyir. Harınlamış bu insan əqli qüsurlu şagirdləri satması və müəllimələrlə qul kimi davranması ilə fəxr edir.

Nüşabə Heydərova məktəbi özünün biznesinə çevirib. Dövlətin məktəbində şagirdləri pulla müəllimlərə satır. Direktorun ətrafında olan Təranə və Zümrüd adlı müəllimlər poliklinikalarla danışıb, o uşaqları alırlar. Biz özümüz o uşaqları almaq istəsək, qiymət 600 manatdan baha çıxır. Yəni hərtərəfli biz müəllimlərin qarşısını kəsirlər.

Nüşabə Heydərova mənim dərs saatımı yarıbayarı azaltdı. Məni təhqir edir, tərbiyəsiz olduğumu bildirir. Mənim tərbiyəsiz olduğumu hardan görüb?! Mən işinə bağlı, iki uşaq anasıyam.

Nüşabə Heydərova barəsində Nizami Rayon Məhkəməsinə müraciət etmişəm. Bununla yanaşı, Bakı Şəhəri Təhsil İdarəsinə də şikayət ərizəsi göndərmişəm. Amma təəssüf ki, hələ də şikayətimə baxan yoxdur. Nüşabə Heydərova mənə heç kimdən qorxmadığını, onun arxasında, qardaşı ilə yanaşı, vəzifəli şəxslərin dayandığını və şagirdləri "əcəb edib" satdığını deyir. Mən sadəcə ədalətin bərpa olunmasını və məktəbi, şagirdləri öz şəxsi biznesinə çevirdiyinə görə direktorun qanunla cəzalandırılmasını istəyirəm. Bu gün Nüşabə Heydərova məndən başqa, digər müəllimləri də incidir, şagirdlərini əllərindən alaraq, dərs saatlarını azaltmaqla hədələyir.

Vəzifə səlahiyyətlərini aşaraq, dövlətin məktəbini özünün biznesinə çevirən Nüşabə Heydərova müəllimlərlə öz qulu kimi davranır və əqli qüsurlu şagirdlərin üzərində pul qazanır. Əqli qüsurlu şagirdlərdən bu formada istifadə etməsi və əşya kimi satması insan hüquqlarına ziddir. Dövlətin himayəsində olan uşaqların satılması yolverilməzdir!

Əminəm ki, qüsurlu uşaqlara daim xüsusi diqqət göstərən cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, eləcə də digər səlahiyyətli strukturlar təhsilimizə ləkə olan Nüşabə Heydərovanın cəzalandırılması istiqamətində xüsusi göstərişlər verəcəklər və ədalət bərpa olunacaq".



***

DİA.AZ bildirir ki, Sonxeber.az sözügedən məktəblə əlaqə saxlayaraq, direktordan məsələ ilə bağlı açıqlama alıb.

Nüşabə Heydərova səslənən iddiaların əsassız olduğunu bildirib.

O, heç kəsdən uşağını almadığını, əqli qüsurlu uşağın müəllimini valideyn şikayəti əsasında dəyişdiyini və buna dair sübutunun olduğunu deyib.

Direktor problemin sırf müəllimlə valideyn arasında olduğunu və onları dəfələrlə aralarında razılaşmağa səslədiyini, lakin müəllimin özünün həmin valideynlə işləmək istəmədiyini bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elvin Məmmədzadəyə yeni vəzifə VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:58
Ramiz Mehdiyevin bankılnda rəhbərlik dəyişir - TOPLANTI OLACAQ
Bu gün, 09:38
İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 09:28
Yekaterinburqda saxlanılan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilməyib
Bu gün, 09:26
Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşüb - TƏFƏRRÜAT
Bu gün, 09:23
Ruslar miqrant bazarını görün, kimlərin hesabına doldurur... - İlk yerləşim yeri isə...
Bu gün, 09:13
Dövlət Departamentində Qarabağ müzakirəsi - Bakıdan reaksiya
Bu gün, 09:00
Rabitəsi keyfiyyətsiz olan AZERCELL-in özü ilə də əlaqə müşkülə dönüb... - BU NƏDİ BELƏ?
Bu gün, 08:54
“166 Cargo” şirkətinin VALYUTA HOQQABAZLIĞI... - GİLEY
Bu gün, 08:50
"Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib" - REAKSİYA
Bu gün, 08:39
Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... - VİDEOMÜRACİƏT
Bu gün, 07:26
Nurçuların Bakıdakı ticarət şəbəkəsi... - İNDİ DƏ...
Bu gün, 07:16
Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07
“Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06
Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru