Yekaterinburqda həbs olunan azərbaycanlılardan birinin işi .....                     “Azərbaycan artıq Ermənistan siyasətinə təsir aləti qazanıb” .....                     Mənzil bazarında manipulyasiya .....                     İranın dərin dövləti Pezeşkianın xəttindən narahatdır .....                     Rubio Lavrovala görüşmək istəyir .....                     Yeni rəis Rəşad Əhmədov məhkumları incidir .....                     Elvin Məmmədzadəyə yeni vəzifə VERİLDİ .....                     Ramiz Mehdiyevin bankılnda rəhbərlik dəyişir .....                     İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub .....                     Yekaterinburqda saxlanılan Ayaz Səfərovun .....                     Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşüb .....                     Ruslar miqrant bazarını görün, kimlərin hesabına doldurur... .....                     Dövlət Departamentində Qarabağ müzakirəsi .....                     Rabitəsi keyfiyyətsiz olan AZERCELL-in özü ilə də əlaqə müşkülə dönüb... .....                     “166 Cargo” şirkətinin VALYUTA HOQQABAZLIĞI... .....                     "Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib" .....                     Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... .....                     Nurçuların Bakıdakı ticarət şəbəkəsi... .....                     Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... .....                     “Ege Hospital”a cərimə .....                     Mürsəlovun işçisi ÖZBAŞINA QALIB .....                     "City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                 

“Belə başa düşürəm ki, Vasif Talıbovun göstərişi ilə işdən çıxarıldım” - QALMAQAL
Tarix: 25-01-2022, 10:45 | Çap et
“Belə başa düşürəm ki, Vasif Talıbovun göstərişi ilə işdən çıxarıldım”
DİA.AZ xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının sabiq aktyoru, Azərbaycan Respublikanın Xalq artisti Həsən Ağasoy “Hürriyyət”in redaksiyasına məktub ünvanlayıb. Haqsız yerə teatrdan uzaqlaşdırıldığını bildirən qocaman sənətkarın məktubunu izləyicilərimizə təqdim edirik:

“Mən 1975-79-cu illərdə o vaxtkı M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “dram və kino aktyoru” fakültəsində təhsil almışam. Təhsilimi başa vurduqdan sonra təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına gəlmişəm. Ötən ilin iyun ayına qədər həmin teatrın aktyoru olmuşam.

Çalışdığım dövrdə doğma teatrın səhnəsində 150-yə qədər müxtəlif xarakterli obraz yaratmışam. Hüseyn Cavid dramaturgiyası yaradıcılığımın ana xəttini təşkil edir. Ölməz ədibin “İblis” faciəsində İblis , “Ana” dramında Orxan, “Şeyx Sənan” mənzum dramında Dərviş və s. kimi personajlara səhnə ömrü vermişəm. Ümumiyyətlə, Cavid yaradıcılığını çox sevirəm.

1984-cü ildə Naxçıvan MR-in Əməkdar artisti, 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1999-cu ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülmüşəm. Tərəqqi medalı ilə təltif edilmişəm, 3 dəfə Prezident mükafatçısı olmuşam. Onu da deyim ki, Naxçıvan MR-in rəhbəri Vasif Talıbov mənə hər zaman hörmətlə yanaşıb. 50 və 60 illik yubileylərimdə şəxsən özü mənə zəng vurub, təbrik edib. Bir sənət adamı kimi həmişə ondan diqqət görmüşəm.

Amma 2021-ci ilin uyun ayında vəziyyət dəyişdi. 46 il çalışdığım doğma teatrımdan uzaqlaşdırıldım. Məsələ bundadır ki, mən 2020-ci ildə koronavirus infeksiyasına yoluxdum. Gördüm ki, heç kəs mənimlə maraqlanmır, diqqətdən kənarda qalmışam, yaradıcı insanların qəlbi kövrək olur, biganəlik bizi incidir, depressiyaya salır, mən də özümə qarşı bu münasibətdən sıxılmağa başladım. Düzdür, tam sağalandan sonra Naxçıvan MR-in Mədəniyyət naziri, Aparat rəhbəri zəng vurub səhhətimlə maraqlandılar. Bəzi iş yoldaşlarım da, sağ olsunlar, xəstə olduğum müddətdə mənimlə telefonla əlaqə saxlayırdılar. Amma özümə qarşı Bakıda yaşayıb çalışan xalq artistlərinə göstərilən diqqət və qayğını görmədim.

Sağalıb, teatra qayıtdım. O zaman Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada Dədə Qorqud obrazını canlandırırdım. Tamaşanı təqdim etdik. Doğrusu, xəstəlikdən sonra yaddaşım da bir az pozulmuşdu. Həm xəstəliyin doğurduğu fəsadlar, həm də xəstəlik dövründə qarşılaşdığım biganəlik məni məyus edirdi. Düşünürdüm ki, nəyə görə Bakıda yaşayıb çalışan tələbə yoldaşlarıma göstərilən qayğı mənə, buradakı sənət yoldaşlarıma göstərilmir, 64 yaşımı haqlamışam, yarım əsrə yaxındır eyni teatrda çalışıram, peşəmə böyük sevgi və məsuliyyətlə yanaşıram, amma Prezident təqaüdü almıram? Axı, illərdir blokada vəziyyətində olan Naxçıvanda min cür əzab-əziyyətlə teatrı yaşadan sənət fədailəri dövlətin diqqət və qayğısından kənarda qalmamalıdır.

Özünüz bilirsiniz, bizim teatrdan başqa qazanc yerimiz yoxdur. Bu haqda heç vaxt açıq danışmamışam. Heç vaxt hansısa işimi aşırmaq üçün qapılar döyməmişəm. Amma təqaüd məsələsi mənimçün ağrılı məqamdır. Çünki hələ 50 illik yubileyimdə adım təqaüd almağa namizədlərin siyahısına daxil edilmişdi, amma mənə rəsmi qaydada bildirdilər ki, Ramiz Mehdiyev hələ cavan olduğumu qeyd edərək adımı siyahıdan çıxarıb. Söz verdilər ki, 60 yaşım tamam olanda təqaüd alacağam. Amma bu da vəd olaraq qaldı.

Dolanışıq günü-gündən çətinləşir, ümidimizi təqaüdə bağlamışıq, o da verilməyəndə istər-istəməz məyus oluruq. Bizim davamız hakimiyyətlə deyil, işini yarıtmayan məmurlarladır.

Onu da deyim ki, mərhum Heydər Əliyev Naxçıvanda işləyəndə onun ən çox sevdiyi aktyorlardan biri olmuşam. Bilmirəm niyə belə oldu, kim mənə badalaq vurdu... Amma, açığı, başıma gətirilən bütün bu müsibətlərdən sonra çox qırılmışam, qəlbim inciyib, həyata küsmüşəm, bundan sonra çətin ürəyim düzələ.

Giley-güzarımı vatsap durumumda ifadə etməklə təsəlli tapmaq qərarına gəldim. Birinci durumumda Bakı teatrlarında çalışan, Prezident təqaüdü alan tələbə yoldaşlarımın fotolarını paylaşıb yazmışdım ki, halal xoşları olsun, Bakıda onlara xüsusi qayğı göstərirlər. Bizdə isə...(nöqtələr qoymuşdum). Demək istədiyim o idi ki, bizdə yaşlı aktyorlara çoxdandır təqaüd verilmir. İkinci durumumda isə: “Yeyin, için, imarətlər tikdirin, camaat da bir tikə çörək qazanmaq üçün əzab çəksin. İnşallah, yediyinizi qusarsınız”, - deyə ad çəkmədən harınlamış məmurlara müraciət etmişdim.

Bədxahlarım bundan istifadə edib, Naxçıvan MR-nın Ali Məclisinin sədri Vasif Talıbova haqqımda yanlış informasiya verdilər. Belə başa düşürəm ki, onun göstərişi ilə işdən çıxarıldım. Məni Mədəniyyət Nazirliyinə dəvət etdilər. Nazir mənə bildirdi ki, vatsap durumumdakı paylaşmalara görə öz ərizəmlə işdən çıxmalıyam. Mən: “37-ci ildir bəyəm? işdən çıxmayacağam”, - deyib etiraz edəndə, nazir məni təhdid etdi, “özün çıxmasan, maddə ilə çıxararıq”, -dedi. Amma doğmalarım, ailə üzvlərim problem yaşayacağımdan, onlara da problem yaradacağımdan ehtiyat etdiklərinə görə, məni öz ərizəmlə işdən çıxmağaq razı saldılar. Nazirliyin təkidi ilə: “Xahiş edirəm, səhhətimlə əlaqədar olaraq məni işdən azad edəsiniz” məzmunlu ərizə yazıb, işdən çıxdım.

İki-üç ay gözlədim, ümid etdim ki, sədrin hirsi soyuyar və məni yenidən öz işimə qaytararlar. Dəfələrlə nazirliyə, Muxtar Respublikanın rəhbərliyinə teleqramlar vurdum, amma reaksiya olmadı. Nəhayət, nazir müavini məni qəbul etdi. Ona teatra qayıtmaq istədiyimi dedim, cavab verdi ki, çətin mümkün ola. Doğma teatrıma nədən həsrət qaldığımı indiyənədək anlaya bilmirəm.

Bir müddət Naxçıvan televiziyası üçün oxuduğum verilişlərin hamısı efirdən çıxarıldı. Mən həmin verilişlərin məhv edildiyini düşünürdüm. Amma bu yaxınlarda verilişlərin lent yazılarını mənə göstərdilər, məlum oldu ki, hamısı yerindədir. Sadəcə göstəriş alıblarmış ki, səsim efirdən gəlməsin. O üzdən sözügedən verilişləri başqa aktyorun səsində lentə alıb efirə veriblər. Mənim verilişlərim isə arxivdə qalıb. Bu günə qədər səsləndirdiyim verilişlərin, sənədli filmlərin heç biri efirə verilmir. Demək, hələ də cəzalı sayılıram.

İnanmıram ki, Ali Məclisin sədri belə bir göstəriş versin. Mənə elə gəlir ki, bütün bunları edən Vasif Talıbovun müavini Azər Zeynalovdur. Ondan şübhələnirəm, çünki bizim sahə ilə o, məşğul olur. Haqqımda neqativ fikir formalaşdıran da, zənnimcə, odur.

Başıma gələnləri ictimailəşdirdik. Heydər Oğuz sağ olsun, təsisçisi olduğu “Ovqat.com” saytında, eləcə də digər qəzet və saytlarda dəfələrlə sözügedən problemi işıqlandırdı, amma mənə rəsmi surətdə heç bir söz deyilmir, bütün müraciətlərim cavabsız qalır. Naxçıvan MR-nın Mədəniyyət naziri və indiki iş yoldaşlarımdan savayı səhhətimlə maraqlanan da yoxdur.

İndiki iş yerim isə Naxçıvan MR Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-metodiki Mərkəzdir. Sözügedən mərkəzdə metodist vəzifəsinə təyin edildim. Ailə üzvlərim məsləhət gördü ki, təklifi qəbul edim, başım işə qarışsın, əsəblərim sakitləşsin. Maaşım 281 manat idi, bu aydan artırılıb 332 manat olub. Bu da ömrünün yarıdan çoxunu teatra, incəsənə həsr edən aktyorun sonu!

Yanvarın 21-də işdə başım fırlandı, iş yoldaşlarım yerə yıxılmağıma imkan vermədilər. Təcili yardıma zəng vurdular. Təzyiqimin çox yüksək olduğu məlum oldu. Koronavirusa yoluxandan ürəyimdə aritmiyadan əziyyət çəkirəm, yaşadığım sarsıntılar vəziyyətimi daha da ağırlaşdırıb. İnanın ki, sabaha sağ çıxacağıma belə ümidim yoxdur. Xəstəxanaya aparmaq istədilər, mövcud hakimiyyətin mənə olan münasibətinə görə razılaşmadım. Düşündüm ki, xəstəxanada başıma bir iş gətirərlər. Həkim dostlarım sağ olsun, onların nəzarəti altında evdə müalicə olunuram. Bu gün işdən zəng vurdular ki, ya işə çıxmalısan, ya da öz hesabına məzuniyyət almalısan. Əslində, özümü heç də yaxşı hiss etmirəm, amma məcburən sabahdan işə çıxmalı olacağam.

Məndən sonra oğlumu da işdən azad etdilər, 7-8 aydər işsizdir. 3 övlad atasıdır. Bilmirəm, mənə görə işindən oldu, ya ixtisara düşdü, amma fakt odur ki, işsiz qalıb, iş tapa bilmir ki, işləyib, ailəsini dolandırsın.

Əslində Naxçıvanda da, Bakıda da məni sözdə müdafiə edən insanlar çoxdur. Amma nədənsə Heydər Oğuzdan başqa haqq səsimə səs verən jurnalist, sənət adamı yoxdur. Tələbə yoldaşlarımdan, uzun illər mənimlə eyni səhnəni paylaşan məsləkdaşlarımdan heç biri başıma gələnlərə reaksiya verməyi özünə borc bilmir.

Naxçıvanda üzləşdiyim repressiyalarla bağlı Prezident İlham Əliyevə müraciət ünvanladım, bu müraciəti vatsap profilim vasitəsilə paylaşdım. Ali Baş Komandan İlham Əliyevə dəfələrlə Muxtar Respublika rəhbərliyinə müraciət etsəm də, şikayətlərimə heç bir əhəmiyyət verilmədiyini bildirərək, ondan üzləşdiyim haqsızlığın qarşısının alınmasını, yenidən Naxçıvan MR Musiqili Dram Teatrında işə bərpa olunmağımı xahiş etdim. Amma hələ ki, müraciətimə heç bir münasibət bildirilməyib.

Mən faktiki olaraq repressiyaya uğramışam. Mənə qarşı çox böyük ədalətsizlik ediblər. Mən həyatım boyu bu ədalətsizliyə boyun əymərəm, qul psixologiyası mənə yaddır. Bu üzdən teatrdakı işimə bərpa olunmama, mənə dəyən maddi, mənəvi ziyanın ödənilməsinə, səsləndirdiyim sənədli filmlərin efirə qaytarılmasına nail olana qədər mübarizəmi davam etdirəcəyəm. Başaqa heç bir məqsədim yoxdur. Mən siyasətçi deyiləm, siyasətə qarışmıram, taleyini incəsənətə bağlayan, teatrla nəfəs alan sənət adamıyam. Sənətimdən uzaqda keçirdiyim hər gün, hər saat, hər an ömrümə balta çalır, ölümümü yaxınlaşdırır”

P.S. İnanırıq ki. Azərbaycan Respublikasının Xalq artisti, qocaman sənətkar, tanınmış teatr aktyoru Həsən Ağasoyun ürək ağrısı ilə yazdığı məktub onun sənət dostlarını, tələbə yoldaşlarını ən azından bizim qədər duyğulandıracaq və onlar haqsızlığa düçar olmuş məsləkdaşlarının müdafiəsinə qalxacaq. Axi, heç kəs haqsızlıqdan, ədalətsizlikdən sığortalanmayıb. “Hürriyyət” olaraq aidiyyati qurumlardan, özəlliklə də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən Xalq artistinin qarşılaşdığı problemi detallı araşdırmaqlarını, onun səsinə səs vermələrini xahiş edirik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yekaterinburqda həbs olunan azərbaycanlılardan birinin işi aşağı instansiya məhkəməsinə qaytarılıb
Bu gün, 10:17
“Azərbaycan artıq Ermənistan siyasətinə təsir aləti qazanıb” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
Mənzil bazarında manipulyasiya - Qiymətlər niyə şişirdilir...
Bu gün, 10:14
İranın dərin dövləti Pezeşkianın xəttindən narahatdır - FAKT BUDUR!
Bu gün, 10:12
Rubio Lavrovala görüşmək istəyir - “Reuters”
Bu gün, 10:08
Yeni rəis Rəşad Əhmədov məhkumları incidir - NARAZILIQ VAR...
Bu gün, 10:06
Elvin Məmmədzadəyə yeni vəzifə VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:58
Ramiz Mehdiyevin bankılnda rəhbərlik dəyişir - TOPLANTI OLACAQ
Bu gün, 09:38
İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 09:28
Yekaterinburqda saxlanılan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilməyib
Bu gün, 09:26
Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşüb - TƏFƏRRÜAT
Bu gün, 09:23
Ruslar miqrant bazarını görün, kimlərin hesabına doldurur... - İlk yerləşim yeri isə...
Bu gün, 09:13
Dövlət Departamentində Qarabağ müzakirəsi - Bakıdan reaksiya
Bu gün, 09:00
Rabitəsi keyfiyyətsiz olan AZERCELL-in özü ilə də əlaqə müşkülə dönüb... - BU NƏDİ BELƏ?
Bu gün, 08:54
“166 Cargo” şirkətinin VALYUTA HOQQABAZLIĞI... - GİLEY
Bu gün, 08:50
"Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib" - REAKSİYA
Bu gün, 08:39
Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... - VİDEOMÜRACİƏT
Bu gün, 07:26
Nurçuların Bakıdakı ticarət şəbəkəsi... - İNDİ DƏ...
Bu gün, 07:16
Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07
“Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06
Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru