Vüsal Kərimliyə yeni vəzifə verilib .....                     Novxanı bağlarında ANTİSANİTARİYA: .....                     Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... .....                     Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: .....                     Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi .....                     “Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” .....                     Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... .....                     Yeni inqilab “silah”ı işə düşdü .....                     Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq .....                     Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi .....                     Gürcüstanla quru sərhəd açıla bilər? .....                     Abbas Abbasov Rusiyadakı biznesini satıb .....                     Ermənistanda dövlət və kilsə qarşıdurması dərinləşir .....                     Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir .....                     Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır .....                     Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi .....                     "Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu .....                     "Nar" şəhid övladlarını sevindirdi .....                     Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR .....                     Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur .....                     Pakistan-Ermənistan dialoqu Bakının razılığı ilə başladı .....                     ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? .....                     “AAAF Park” sakinlərindən ETİRAZ… .....                     “iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı .....                     Bu ölkədə də səfirliyimiz təsis ediləcək .....                     Putinin əmri olmasaydı... .....                     Güclü şimal-qərb küləyi əsəcək .....                     Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə .....                     "Bir-İki dönər"dən şikayət .....                     Ət bahadır... .....                     "Hər iki valideynimin baxıma ehtiyacı var..." .....                     Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... .....                     "Səhifəmi bağlayıb, sonra məndən pul istədilər" .....                     Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı .....                     “Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... .....                     “Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” .....                     Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı .....                     Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq .....                 

Pərviz Abbasovun həbsinə sifariş verən məmurun kimliyi bəlli oldu - İLGİNC FAKTLAR
Tarix: 20-11-2021, 10:35 | Çap et
Pərviz Abbasovun həbsinə sifariş verən məmurun kimliyi bəlli oldu
“Yeni Klinika”nın keçmiş direktoru, koronaviruslu xəstələrin klinikaya yerləşdirilməsi və müalicəsi üçün onların yaxınlarından pul almaqda ittiham edilərək həbs olunan Pərviz Abbasov, eləcə də daha 4 nəfərin məhkəməsi yekunlaşmaq üzrədir. P. Abbasov və digərlərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. Artıq prokuror təqsirləndirilən şəxslərə cəza istəyib, hazırda vəkillərin çıxışları mərhələsidir.

Xatırladaq ki, Pərviz Abbasovun vəkili bildirib ki, o, təsir altına salınmış Samir Mirzəyevin ifadəsi əsasında, heç bir sübut olmadan həbs olunub.

Son məhkəmə proseslərindən sonra bizlərə bir daha aydın oldu ki, yüksək istedad sahibi olan həkim Pərviz Abbasov yüksək ranqlı məmurun sifarişi əsasında həbs edilib. Həbs hadisəsinin motivlərini araşdırdıqda buna bir daha əmin olduq.

İlkin istintaq zamanı zorakılığa məruz qalaraq P.Abbasova qarşı yalan ifadə vermiş Samir Mirzəyev də məhkəmədə etiraf etdi ki, ona qarşı ifadəni təzyiq altında verib. Bildirdi ki, ayrı-ayrı şəxslərdən pul alıb, onları klinikaya yerləşdirməyə özü söz verib. Yəni onun bu əməllərindən Pərviz Abbasovun xəbəri olmayıb. Pərviz Abbasovun ona etibarından sui-istifadə etməsinin peşmançılığını çəkdiyini də dedi…”

Pərviz Abbasov özü də təqsirsiz olduğunu deyir. Onun sözlərinə görə, saxlandığı gün axşam saat 18 radələrində əməliyyatçılar iş otağına daxil olub. Kompüterinə, telefonuna baxıblar, kabinetdə axtarış aparıblar.

“Çantamda olan qeyd dəftərimi götürdülər. Həmin dəftərdə vaxtilə tibb universitetində çalışdığım müddətdə apardığım qeydlər var idi. Əməliyyat zamanı maaş kartım, evimin açarı olan pul qabımı da açıb çəkiblər. Sonradan telekanallarda nümayiş etdirdikləri məbləğ mənim aylıq maaşımdan da az olub. Mən aylıq 7500 manat əməkhaqqı alıram. Çəkilişdə göstərilən pul 6650 manatdır. Həmin pul da əməkhaqqımdır”, – Pərviz Abbasov bildirib.

Keçmiş klinika rəhbəri deyir ki, onunla bağlı videogörüntü yayılmasından həbsinin 4-cü ayında xəbər tutub:

“Dörd ay sonra bilmişəm ki, bu video hazırlanıb və televiziyalara ötürülüb. Bununla da ictimai rəyi çaşdırıblar, məni nüfuzdan salıblar. Videoçəkilişdə deyirəm ki, bunları niyə çəkirsiniz, nə axtarırsınız? İzah edirəm ki, bunlar mənim evimin açarı, öz pulumdur. Amma bunları dinləyən olmadı”.

Pərviz Abbasov əlavə edib ki, hazırda onunla mühakimə olunanlardan yalnız Samir Mirzəyevi tanıyıb:

“Digərlərini istintaqda, məhkəmədə tanımışam, görmüşəm. Samir Mirzəyevlə yaxın tanışlıq, dostluq münasibətlərimiz olub. Mənə avtomobilimi alıb-satmaqda kömək edib. Onun özü və yaxınları da koronavirusa yoluxanda klinikada müalicə alıb. İşlə əlaqədar gün ərzində 60-70 nəfərlə telefonla danışırdım. Klinikaya xəstə yerləşdirmək üçün xeyli vəzifəli şəxslər də müraciət edirdi. Milli Məclisin üzvləri zəng edirdi, nazirliklərdən zənglər gəlirdi. “Üstümə benzin töküb yandıracam” deyən adamları da qəbul eləmişəm. Ümumiyyətlə, kim müraciət edibsə, qəbul etmişəm, maraqlanmışam, kömək eləmişəm. Heç kimi çətin vəziyyətdə qoymamışam. Bir nəfərdən də pul almamışam. Səhər saat 6-da evdən çıxıb, gecə saat 12-də qayıdırdım. Mən 40 yaşımda elmlər doktoru olmuşam. Ömrümü səhiyyəyə həsr etmişəm. 40 yaşımın tamamında 4 divar arxasında qaldım. Baş cərrah oldum, universitetdə dərs dedim, dosent oldum, amma bu günə qədər bir adamdan bir qəpik də almadım. Amma yoldan keçən bir adamdan pul aldım? Sizcə bu nə qədər inandırıcıdır? 20 ilin cərrahıyam, bir dənə ipotekada olan evim var, bir də maşınım. İndi özünüz qərar verin. 20 ilin cərrahı istəsəydi, Azərbaycanda nələr qazanmazdı? Çox təəssüf edirəm ki, bir qadın gəlib üzümə durdu. Minlərlə insanın müalicə aldığı klinikada bircə o qadın “tapıldı”. Mən tanımadığım bir adamdan pul ala bilərəmmi? Bu qədər haqsızlığın davam edəcəyinə inanmıram. Burada ədalət olmasa da, mən inanıram ki, ilahi ədalət bir gün qələbə çalacaq. Bütün bu yalanlar dağılacaq”.

İstintaqdan narazılıq edən Pərviz Abbasov ona qarşı qərəzli münasibət göstərildiyini vurğulayıb. Onun sözlərinə görə, gecə saat 2 radələrində haqqında həbs qərarı çıxarılıb: “Mən Eskobar idim? Məhkəməyə çatanda artıq danışa bilmirdim. Saatlarla istintaqda saxlanılmışdım”.

Xəstələrin “Yeni Klinika”ya necə yerləşdirilməsi haqda danışan Pərviz Abbasov bildirib ki, bununla bağlı təlimatı Operativ Qərargahdan alırdı. Təlimata əsasən, öz ayağı ilə gələn hər xəstəni qəbul etmirdi:

“Çünki icazə yox idi. Operativ Qərargahdan hər gün təlimat verilirdi ki, bu gün sərbəst qəbul et. Bəzən də deyilirdi ki, bu gün kim müraciət etsə də, qəbul etmə. İdarə rəisləri, polis rəisləri, onlarla millət vəkilləri, nazirliklərdən zəng edilirdi. Səmimi olaraq deyirəm ki, tanışım Samirin xahişilə də adam qəbul etmişəm. Özüm də dəfələrlə rəhbərliyimə demişəm ki, klinika ilə bağlı rüşvət iddiaları gəzir. Mən özüm bundan narahat idim. Rayon DTX və polis rəisləri ilə də danışığım olub. Belə söz-söhbətlərin gəzdiyini bilirdim. Deyirdim ki, ola bilər. Çünki işçilərin 60-70 faizi başqa xəstəxanalardan ezam olunmuşdu. Ona görə də belə halların ola biləcəyindən ehtiyat edirdim. Klinikaya gətirilən 5500 xəstədən cəmi 1 nəfər məndən şikayətçi olub. Təsəvvür edisiniz? Mən xətasız işləmişəm. Bu rəqəm də onu göstərir. Heç kim şikayətçi deyil. Bircə bu qadın. O da bura gəlsin, mən onu özüm başa salacam, izah edəcəm ki, vəziyyət nə yerdədir”.

Prokuror Pərviz Abbasovun 10 il, “Buta” klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinin 9 il, “Avrasiya” klinikasının əməkdaşı və “Viola” MMC-nin meneceri olan Vüsalə Əliyevanın 6 il azadlıqdan məhrum edilməsini istəyib.

BƏS PƏRVİZ ABBASOVUN HƏBS OLUNMASINA SƏBƏB NƏ OLMUŞDUR?

Əldə etdiyimiz məlumatlar və xüsusi araşdırmalar nəticəsində məlum olmuşdur ki, gənc və yüksək peşəkarlığa və fitri istedada malik P. Abbasov ona xüsusi rəğbəti olan yüksək vəzifəli şəxslər tərəfindən karyerası dəyərləndirilib. Dövlət başçısının yüksək vəzifələrə gənc kadrları yerləşdirmək siyasətindən bəhrələnərək Pərvizin də Səhiyyə naziri ola bilmə şansının yüksək olmasını müzakirə edərək onu inandırmış və bu istiqamətdə ona yaxından köməkliklər göstəriləcəyi vədləri olmuşdur. Verilən məlumatlardan o da aydın olur ki, prezidentə yaxın olan adamlar hətta cənab İlham Əliyevə Pərviz Abbasov haqqında gələcəyi perspektivli olan bir kadr kimi rəy də veriblər. Belə məlumatların sızması nəticəsində sabiq Səhiyyə naziri Oktay Şirəliyev narahatçılıq keçirməyə başlamış və heç bir halda öz yerində özündən daha savadlı, enerjili, Avropa təhsilli, nəfsitəmz, həkim kontingenti arasında xüsusi nüfuza və çəkiyə malik birisini görməyi təsəsvvür etmək belə istəmirdi. Yada salaq ki, bir neçə il öncə millət vəkili olan tanınmış cərrah həkim Rəşad Mahmudovun da Səhiyyə naziri postuna namizəd olmas ıxəbərinə də Oktay Şirəliyev kəskin reaksiya göstərmiş, lakin onun deputat toxunulmazlığı Rəşad Mahmudovu həbs olunmasından xilas etmişdir. Buna baxmayaraq ona mesaj verilmişdir ki, bir də bu barədə belə düşünməsin!. Budur, növbəti qurban cənab Pərviz Abbasov ona dəstək hər vasitə ilə vermək istəyən vəzifəli şəxslərin güdazına getdi. Gerisi bütün Azərbaycan ictimaiyyətinə məlumdur. Belə bir pak həkimə qarşı hətta televiziya kanallarından istifadə olunmaqla onun “İFŞA EDİLMƏSİ” səhnələri də peşəkarlıqla düzülüb qoşulmasa da,hər halda sadə Azərbaycan vətəndaşları arasında böyük məyusluq və nifrət yaratmışdır. Yəni, sifariş “Baltanı kökündən vurun!” formasında həyata keçirilmişdir. Lakin o da məlum olmuşdur ki, qəddarcasına verilmiş sifarişin “dozası” o qədər artıq və tünd olmuşdur ki, nəticədə sifarişçi özü də müəmmalı formada öz postunu itirməli olmuşdur.

Aktualinfo.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüsal Kərimliyə yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 15:34
Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
Bu gün, 15:21
Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... - Başçının müavini İTTİHAM OLUNUR
Bu gün, 15:19
Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: - Tender ləğv edildi
Bu gün, 15:08
Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi - TƏFƏRRÜAT
Bu gün, 15:02
“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” - Novella Cəfəroğlu
Bu gün, 15:00
Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... – Nazirliyin əndrabadi təhsil ANLAYIŞI
Bu gün, 14:55
Yeni inqilab “silah”ı işə düşdü – Azərbaycanın iki qonşusu təhlükədə
Bu gün, 14:52
Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq - Zülfüqarov
Bu gün, 14:46
Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi
Bu gün, 14:44
Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL
Bu gün, 14:42
Abbas Abbasov Rusiyadakı biznesini satıb - DETALLAR
Bu gün, 14:33
Ermənistanda dövlət və kilsə qarşıdurması dərinləşir - “The Loot” portalı
Bu gün, 14:27
Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir
Bu gün, 13:10
Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır - KİV
Bu gün, 13:08
Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi - "Nədənsə mən müraciət edəndə..."
Bu gün, 13:06
"Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
"Nar" şəhid övladlarını sevindirdi - FOTOLAR
Bu gün, 13:03
Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR - “İndiki kişilər qız kimi naz edir”
Bu gün, 12:58
Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur - Bəs bu hal nə qədər davam edəcək?...
Bu gün, 12:53
Pakistan-Ermənistan dialoqu Bakının razılığı ilə başladı -ŞƏRH
Bu gün, 12:47
ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? - İcazə verin, şübhələnək...
Bu gün, 12:44
“AAAF Park” sakinlərindən ETİRAZ… - Çıxarış problemi sakinləri ayağa qaldırdı
Bu gün, 12:38
“iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı – ABŞ-də satışlar ayın 19-u başlayır
Bu gün, 12:35
Bu ölkədə də səfirliyimiz təsis ediləcək
Bu gün, 12:29
Putinin əmri olmasaydı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25
Güclü şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub
Bu gün, 12:12
"Bir-İki dönər"dən şikayət - "İçərisindən şüşə çıxdı" (VİDEO)
Bu gün, 12:10
Ət bahadır... - Ekspert deyir ki...
Bu gün, 11:44
"Hər iki valideynimin baxıma ehtiyacı var..." - ETİRAZ VAR...
Bu gün, 11:39
Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... - Yüzlərlə söküntü barədə qərar çıxarılıb
Bu gün, 11:37
"Səhifəmi bağlayıb, sonra məndən pul istədilər"
Bu gün, 11:25
Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
“Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” - ÖZBAŞINALIQ...
Bu gün, 11:22
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - TƏFSİLAT
Bu gün, 11:10
Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... - ŞOK FAKTLAR
Bu gün, 11:09
“Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:05
Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı – MƏHKƏMƏ
Bu gün, 10:59
Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq – Azərbaycanlılar üçün çağırış
Bu gün, 10:56
Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:53
Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından - 1 MİLYON MANAT GÖTÜRÜLÜR
Bu gün, 10:49
Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
Bu gün, 10:44
Nadir Bayramlı QINADI: - “Oxumur, özünü rüsvay edir”
Bu gün, 10:42
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
Bu gün, 10:39
14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Bu gün, 10:37
Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub - VİDEO
Bu gün, 10:34
İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı - KİV
Bu gün, 10:31
Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... - bu dəfə...
Bu gün, 10:28
Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir - Restoranlarda "trend"ə çevrilən “vəhşilik”...
Bu gün, 10:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru