Azərbaycanda yeni nazirlik yaradılacaq? .....                     Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? .....                     "Bu qərarı qanunsuz hesab edirəm" .....                     Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... .....                     Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı .....                     Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan .....                     Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb .....                     Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi .....                     Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif .....                     Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir .....                     Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu .....                     Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti .....                     Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir .....                     Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı .....                     Direktor təyinatında İKİLİ STANDART... .....                     Masazırda barınan oliqarx-məmur... .....                     "Uşaq bağçasına yerlər 500 manata satılır" .....                     Zirəddindən şok müharibə .....                     İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə .....                     Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI .....                     Sülhü sabotaj edən səfir .....                     Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi .....                     "Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" .....                     Musiqi məktəblərindən də narazılıq var .....                     “Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” .....                     “Ermənistanla sülh müqaviləsi imzalanacaq” .....                     "Hər bayram, hər qələbə artıq başqa dad verəcək" .....                     Kreditlərlə bağlı mühüm məsələ .....                     Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib .....                     Musiqi ruhun qidasıydı, qatili yox... .....                     Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib .....                     Alverçilərin BAZARI ÖLDÜ .....                     "Abzas Media" işi: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir .....                     Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər .....                     “Anam yanımdadır, ondan güc alıram” .....                     Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi .....                     TƏBİB-də yoxlamalar başladı .....                     “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır” .....                 

Şabranın belə bir KƏNDİ DƏ VAR... - Başçı bilmir... dövlət ki bilir!
Tarix: 30-10-2021, 10:33 | Çap et
Şabranın belə bir KƏNDİ DƏ VAR...
Şabranın dağ kəndlərindən olan Qazbabalı sakinləri sosial problemlərlə yaşayır. Kənd camaatı deyir ki, içməli sı qıtlığından əziyyət çəkirlər. Küçələr dağılmış vəziyyətdədir. Məktəblilər dördüncü sinifdən sonra təhsilsiz qalır. İşsizlik yüksək səviyyədədir.

“Axşama qədər su növbəsində dayanırıq”

Qazbabalıda son aylar içməli su qıtlığı problemlərin hamısının önünə keçib. Kənd camaatı bir bulağın ümidinə qalıb. Burada damcı ilə yığılan suyu qablara doldururlar. Kənd sakini Nəzakət Əliyeva deyir ki, əslində, problem lap çoxdan var:

“Bütün kənd gözünü bu suya dikib. Burada da su yoxdu. Axşama qədər növbədə dayanırıq. Qab-qacağı bura yığıb, gözləyirik. Su tapa bilmirik. Damcı-damcı gəlir. Özümüz də su tapmırıq, heyvanlara da verə bilmirik. Hələ indi bulaq başında az adam görürsüz. O qədər adam olur ki burada… Əksər hallarda hamıya su çatmır. Toyuq-cücəyə də su vermək lazımdı. Deyirdilər ki, meşədə artezian quyusu qazacaqlar. Amma eləmədilər. Gəlib çıxan olmadı”.

Dürdanə Əliyeva danışır ki, bəzən qaranlıq düşənə qədər su gözləmək lazım gəlir: “Ağaclarımız quruyub gedir. Adicə göyərti də əkə bilmirik”.

Bu yerdə Nəzakət Əliyeva əlavə edir ki, “adamın ağaclara yazığı gəlir”.

İradə Nağıyeva yayda susuzluqdan daha çox əziyyət çəkdiklərini bildirir.

Bulaq başına yenicə gələn Könül Heydərova bura qədər xeyli yol qət etdiyini deyir:

“Kəndin o biri başından gəlirəm bulağa. Saatlarla burda gözləyirəm. Heç bilmirəm ki, evə nə vaxt gedib çıxacam. Kənddə başqa su götürəcək yer yoxdu”.

“Uşaqlar oxumaq istəyir, məktəb yoxdur”

Prezidentin 2 fevral 2018-ci il tarixli sərəncamı əsasında Qazbabalıda 20 şagirdlik modul tipli ibtidai məktəb quraşdırılıb. Yəni kənddə uşaqlar yalnız ibtidai təhsil ala bilir. Dördüncü sinifdən sonra qonşu Əmirxanlı kəndinə getmək lazım gəlir. İctimai nəqliyyat olmadığından, uşaqların əksəriyyəti təhsildən imtina etmək məcburiyyətində qalır.

“Gedə bilmirlər. Kor olub qalır uşaqlarımız. Mən qız uşağını iki-üç kilometr piyada göndərə bilmərəm. Necə göndərim? Qabağına vəhşi heyvan çıxsa, necə olacaq?! Uşaqlarımız dördüncü sinifdən tökülüb qalır kənddə. Mənim evdə 4 nəvəm məktəbə gedə bilmir. Hamısı da oxumaq istəyir. Kənddə kifayət qədər uşaq var. Doqquzillik eləsinlər, heç olmasa. Onuncu sinif üçün nəsə fikirləşərik. Böyüyərlər, özlərini idarə eləyə bilərlər. Balaca uşaqları uzaq yola necə buraxım? Neçə dəfə canavar çıxıb kəndin uşaqlarının qabağına…”, – Nəzakət Əliyevanın sözləridir.

Dürdanə Əliyeva da o fikirdədir ki, uşaqlara 9 illik təhsil imkanı yaradıla bilərdi: “Gərək məktəb quraşdırılanda bunu nəzərə alardılar. Dördüncü sinifdən sonra uşaqlar oturur evdə. Əmirxanlı yolunda duman, yağış, canavar olur. Kənddə nə qədər uşaq görürsüz ha, əksəriyyəti məktəbsiz qalıb”.

Sonradan şikayətçilərə qoşulan Yasəmən Əliyeva deyir ki, məktəbə getməli olan 7 nəvəsi var, amma bekar qalıblar:

“Qonşu kəndə gedənə qədər qarşılarına hər cür heyvan çıxır. Özü də çayı keçib getməlidilər”.

“Kəndin böyüyü olmalıdır”

Qazbabalı küçələrində avtomobillə hərəkət etmək mümkün deyil. Yalnız nimdaş “Niva”ların, traktorların yolu geridə qoymaq şansı var. Payızda yağışlar başlayanda kənd camaatı tamamilə evinə qapılmalı olur. Palçıqlı küçələr keçilməz görünür.

Nəzakət Əliyeva deyir ki, Qazbabalıda çox çətin şərtlərlə yaşayırlar:

“Adicə sosial yardım vermirlər camaata. Kənddə gördüyünüz adamların əksəriyyəti cəmi 4 il təhsil görüb. Yəni problem lap çoxdanındı. Təhsil ala bilmirlər, buna görə iş də tapılmır. Nə vaxta qədər belə davam edəcək?! İndi hansı zamandı ki, uşaqlar 4 il təhsil alsın?!”

Yasəmən Əliyeva kəndin rəhbərinin olmadığını bildirir: “Yoxsa çox problemi həll eləmək olar. Kəndin böyüyü olsa, belə vəziyyət yaranmaz. Kəndə baxan yoxdu”.

İcra hakimiyyəti nə deyir?

Şabran Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən Meydan TV-yə bildirilib ki, Qazbabalıdakı problemlərdən yalnız kənd yollarının düzəldilməsinə ümid etmək olar:

“Həmin kənddən icra hakimiyyətinə ən çox su ilə bağlı müraciət olunur. Biz içməli su ilə bağlı vəziyyəti “Azərsu”ya çatdırırıq. Söhbət təkcə Qazbabalıdan getmir. Məsələn, Leyti kəndində vəziyyət daha acınacaqlıdır. Çünki qonşu kəndlərlə məsafə böyükdür. Artezian, subartezian quyularının vurulması cənab prezidentin sərəncamı ilə həyata keçirilir, Prezident Administrasiyasında siyahı tutulur. “Azərsu” quyuları vuranda kəndlərdə əhalinin çoxluğunu, problemin miqyasını nəzərə alır. Şabranda Prezident Administrasiyasına iki kəndin adı verilib. Qazbabalının adı nə vaxtsa ora düşsə, onda artezian quyusu vurulacaq. Yollarla bağlı bələdiyyə sədrinə tapşırıq vermişik. Yəqin ki, o işlə məşğul olacaq. Modul tipli məktəbdə yalnız ibtidai təhsilin verilməsinə gəlincə, ola bilər ki, Təhsil Nazirliyi şagird sayını nəzərə alıb. Elə məktəblər var, hətta ləğv olunmalıdır. Çünki say olduqca azdır. Biz infrastruktur layihələrinə xüsusi diqqət ayırırıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda yeni nazirlik yaradılacaq? - Görünəni odur ki...
Bu gün, 10:05
Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? - NARAZILIQ VAR...
Bu gün, 10:00
"Bu qərarı qanunsuz hesab edirəm" - VİDEOMÜRACİƏT
Bu gün, 09:41
Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... - BUNA GÖRƏ...
Bu gün, 09:36
Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı
Bu gün, 09:33
Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan - AXI NİYƏ?
Bu gün, 09:27
Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb - FOTO
Bu gün, 09:24
Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi – “Razıyıq!”
Bu gün, 09:13
Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif - DETALLAR
Bu gün, 09:01
Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir - KİV
Bu gün, 08:59
Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 08:57
Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 08:56
Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir - "Məktəb ciddi yoxlanılsın..."
Bu gün, 08:53
Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı - GƏLİŞMƏ
Bu gün, 08:47
Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26
"Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22
Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18
İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04
Sülhü sabotaj edən səfir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:01
Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59
"Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56
Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54
“Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52
“Ermənistanla sülh müqaviləsi imzalanacaq” - Yalnız bunlar olacaqsa...
Bu gün, 06:47
"Hər bayram, hər qələbə artıq başqa dad verəcək"
Bu gün, 06:44
Kreditlərlə bağlı mühüm məsələ – İlin sonuna qədər…
Bu gün, 06:40
Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib - NƏ BAŞ VERİR?
Bu gün, 06:35
Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34
Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27
"Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12
Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07
Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Dünən, 18:00
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Dünən, 17:56
“Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Dünən, 17:52
Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Dünən, 17:46
TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Dünən, 17:43
“Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Dünən, 17:41
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Dünən, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Dünən, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Dünən, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Dünən, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Dünən, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Dünən, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Dünən, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Dünən, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Dünən, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Dünən, 13:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru