"İndiyədək travma almağım haqqında arayış əldə edə bilməmişəm" - GİLEY
Tarix: 15-04-2021, 10:51 | Çap et
 Ötən gün redaksiyamıza müraciət edən İkinci Qarabağ müharibəsinin qazisi, Bakı şəhəri, Yasamal rayon sakini, 1996-cı il təvəllüdlü Nurlan Sail oğlu Məmmədov 44 günlük savaşdan sonra üzləşdiyi problemlə bağlı məlumat verib.
Belə ki, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdiyini deyən Nurlan Məmmədovun sözlərinə görə, o, ötən ilin oktyabr ayının ortalarında Füzuli istiqamətində yalanıb: “Yaralandıqdan sonra bir neçə kilometr arxada yerləşən səhra tipli səyyar tibb məntəqəsinə yollanmışam. Orada belə uyğun görülüb ki, hospitala getməyim. Qeyd edim ki, ümumilikdə 4 qəlpə yarası almışam, 3-ü sıyırıb, 1-i isə sol ayağıma girib. Tibb məntəqəsində qəlpəni çıxardılar, sarğı qoydular və 2 gün sonra yenidən taborun tərkibinə qatılmışam. Daha sonra döyüş yolum Cəbrayıl, Xocavənd və Şuşaya qədər uzantı. Lakin müharibədən sonra belə bir məsələ ortaya çıxdı ki, hospitalda olmadığım, yəni ordan sənədim olmadığım üçün mənə heç kim travma, yəni döyüşdə xəsarət almağım haqqında arayış vermir”.
Üzləşdiyi problemlə bağlı Müdafiə Nazirliyinə, “Papanin” hospitalı kimi tanınan Silahlı Qüvvələrin Baş Klinik Hospitalına, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinə (keçmiş Salyanski kazarma-red.) müraciət etdiyini vurğulayan qazi bildirib ki, bunun da müsbət nəticəsi olmayıb: “Nəzərinizə çatdırım ki, “Salyanski kazarma”da müharibədən gələn könüllülərlə bağlı bir heyət təyin olunmuşdu ki, problemlər həll olunsun. Orada müraciət etmişəm, amma heç bir müsbət nəticəsi olmayıb. Hərbi hissənin həkimləri deyirlər ki, sənə Forma 11, yaxud travma haqqında arayış vermək üçün bizə hospitaldan sənəd lazımdır. Eyni zamanda, hospital da həmin hərbi hissənin sənədini tələb edir. Məhz buna görə də mən indiyədək travma almağım haqqında arayış əldə edə bilməmişəm. Qeyd edim ki, bu proses təxminən, 4 aydır davam edir. Ancaq hələ də nəticə əldə olunmayıb”.
Sonuncu dəfə bir neçə gün öncə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət etdiyini deyən Nurlan Məmmədovun bildirdiyinə görə, bu dəfə də onu hərbi hissəyə yönəldiblər: “Hərbi hissədən isə deyirlər ki, yenidən “Papanin” hospitalında (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı-red.) tibbi ekspertizaya düşmək lazımdır. Bu üçün də bugünlərdə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə müraciət edəcəm. Çox güman, orada ərizə yazdıracaqlar və bir həftə gözləyəcəm ki, mənə göndəriş versinlər. Bundan sonra isə artıq “Papanin” hospitalında nə deyəcəklər, özləri bilərlər. Onu da qeyd edim ki, “Papanin” hospitalına gedəndə cərrah demişdi ki, mən nə bilim sən “kravat”dan yıxılıbsan, yoxsa bu qəlpə yarasıdır. Mənim faktiki olaraq, Qarabağ müharibəsində qanım axıb, ancaq buna baxmayaraq, hərbi biletimə “döyüş ərəfəsində yaralanıb” cümləsini yazdıra bilmirəm”.
Sonda qəzetimiz vasitəsiylə ölkə başçısına müraciət edən İkinci Qarabağ müharibəsinin qazisi Ali Baş Komandan üzləşdiyi problemin həllində yardımçı olmasını xahiş edib: “Biz məhz Ali Baş Komandanın əmri ilə döyüşlərə qatılmışıq və bu səbəbdən də ümid edirəm ki, ölkə başçısı sadə bir sənədə görə bu qədər əziyyət çəkməyimə biganə qalmaz”. //hurriyyet.az//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanın üzünə qapanan SİYAHI - ARAŞDIRMA
Bu gün, 18:01 |
|
|
|
• Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir -AÇIQLAMA
Bu gün, 17:57 |
|
|
|
• Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib - Dəhşətli cinayətin təfərrüatı
Bu gün, 17:56 |
|
|
|
• Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51 |
|
|
|
• Dini Komitə 800 min manata portal açır - "Amin"
Bu gün, 17:46 |
|
|
|
• Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... - deputat
Bu gün, 17:35 |
|
|
|
• “İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...”
Bu gün, 17:32 |
|
|
|
• Bu Regional Təhsil İdarəsindən 58 müəllim işdən çıxarılıb
Bu gün, 17:27 |
|
|
|
• Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi – İsraili narazı salan məqam
Bu gün, 17:25 |
|
|
|
• Mərkəzi Bank dövlət dilinin normalarını pozub – Fotofakt
Bu gün, 17:18 |
|
|
|
• Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb
Bu gün, 17:14 |
|
|
|
• Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? - BU NƏDİ BELƏ?
Bu gün, 17:12 |
|
|
|
• Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib
Bu gün, 17:06 |
|
|
|
• Əməkdar artistdən qalmaqallı AÇIQLAMA - "Qadın idarəçi olan yerdə bərəkət olmaz"
Bu gün, 17:05 |
|
|
|
• Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 17:03 |
|
|
|
• Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
Bu gün, 17:00 |
|
|
|
• İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır
Bu gün, 16:55 |
|
|
|
• SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... - Yayın günü işçinin supulunu kəsdi...
Bu gün, 16:53 |
|
|
|
• Paşinyan tələsməlidir ki... - AKTUAL
Bu gün, 16:41 |
|
|
|
• Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR - "Iran International"
Bu gün, 16:37 |
|
|
|
• Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
Bu gün, 16:35 |
|
|
|
• Flora İbadovaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 16:34 |
|
|
|
• İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib - “Channel 12” kanalı
Bu gün, 16:31 |
|
|
|
• Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ
Bu gün, 16:27 |
|
|
|
• Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? – Dəstə üzvü 11 il sonra Bakıda tutulub
Bu gün, 16:24 |
|
|
|
• Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 15:17 |
|
|
|
• Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
Bu gün, 15:14 |
|
|
|
• Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar - FAKT BUDUR!
Bu gün, 15:12 |
|
|
|
• Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur - Paşinyan
Bu gün, 15:01 |
|
|
|
• Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... - BU NƏDİ BELƏ?
Bu gün, 14:53 |
|
|
|
• Ermənistan Aİ-yə üzv olmaq istəyir - Paşinyan AÇIQLADI
Bu gün, 14:49 |
|
|
|
• Səhər verilişlərini "reytinqsiz" adlandırdı
Bu gün, 14:48 |
|
|
|
• Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir - Paşinyan
Bu gün, 14:40 |
|
|
|
• İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir
Bu gün, 14:37 |
|
|
|
• ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? - "Hürriyət" qəzeti
Bu gün, 13:01 |
|
|
|
• Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib
Bu gün, 12:59 |
|
|
|
• Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib
Bu gün, 12:47 |
|
|
|
• DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Bu gün, 12:45 |
|
|
|
• Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... - İTTİHAM VAR...
Bu gün, 12:40 |
|
|
|
• "Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." - Etibar Məmmədov
Bu gün, 12:31 |
|
|
|
• Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır - Paşinyan
Bu gün, 12:26 |
|
|
|
• İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub?
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan hökuməti "qondarma rejim"in binasını geri tələb edir
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan rusiyalı aparıcılardan İMTİNA ETDİ
Bu gün, 12:16 |
|
|
|
• DSX generalı vəzifədən azad edilib? - İlham Mehdiyev kimdir?
Bu gün, 12:13 |
|
|
|
• Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub - Foto
Bu gün, 12:11 |
|
|
|
• “Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq konsensus yarada bilib” - İrəvanda etiraf
Bu gün, 12:09 |
|
|
|
• Tramp əslində istəyir ki... - İNCƏLƏMƏ
Bu gün, 12:05 |
|
|
|
• “Elmi Bərpa” Xocavənddə 1,8 milyonluq sifarişi qazandı
Bu gün, 11:59 |
|
|
|
• Rusiyada antimiqrant dalğası: milyonların taleyi sual altında - NƏ BAŞ VERİR?
Bu gün, 11:55 |
|
|
|
|