Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... .....                     “Ege Hospital”a cərimə .....                     Mürsəlovun işçisi ÖZBAŞINA QALIB .....                     "City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                 

Xaricdə yaşayan məmur övladları: Gözqamaşdıran zənginlik, lüks həyat... - Aralarında keçmiş və indiki nazirlər də var
Tarix: 12-03-2021, 11:19 | Çap et
Xaricdə yaşayan məmur övladları: Gözqamaşdıran zənginlik, lüks həyat...
“Məmur” termini başqa ölkələrdə fərqli, biz də fərqli anlama gəlir. Biz də məmur dövlət əmlakını mənimsəmək, dövlət büdcəsini dağıtmaqla az qala ekvivalentlik təşkil edir. Ona görə də az-çox olan vicdanlı, millətə və dövlətə xidmət edən sadiq məmurlar da o birilərin, yəni dağıdanların “oduna” yanır. Təbii ki, bu düşüncəni cəmiyyətdə “məmur”ların özlərinin fəaliyyəti formalaşdırıb.

Bu səbəbdən də məmur deyəndə xaricdə mülkləri olan, böyük biznes imperiyasına nəzarət edən, övladları xaricdə yaşayan, eləcə də böyük maliyyə imkanlarına sahib olan şəxs başa düşülür. Əslində isə Prezident İlham Əliyevin dediyi kimi, məmur birbaşa xalqın xidmətçisi olmalıdır. Amma bir çox məmurlar, sabiqlər və hazırkı vəzifə sahiblərinin bəziləri xalqa deyil, şəxsi maraqlara - ciblərinə xidmət edirlər.

Təsadüfi deyil ki, əksər məmurların övladları xaricdə yaşayır və hətta bir çoxunun Azərbaycan vətəndaşlığı belə yoxdur. Çox zaman bunlar təhsil almaq adı altında edilsə də, sonradan məmur övladlarının ölkəyə qayıtmaması, Azərbaycanın vəsaiti hesabına xaricdə böyük biznes imperiyası qurmalarının şahidi oluruq.

Məsələn, ötən il məlumat yayıldı ki, sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlanları Emin və Riyad ABŞ-da yaşayır və zəngin həyat tərzi keçirirlər.

Məlumatda həmçinin bildirilirdi ki, sabiq nazirin övladları 2 və 2.5 milyon dollar dəyərində olan mənzillərdə yaşayırlar. Hətta iddialara görə, sabiq nazir və xanımı Kamilə Məmmədyarova da ABŞ-da Riyad Məmmədyarova məxsus evdə müvəqqəti qeydiyyatda olublar.

Qeyd edək ki, bu məlumatlar Elmar Məmmədyarovun nazir olduğu vaxtlara aiddir.

Sabiq Kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədovanın da xaricdə yaşadığı və hətta onun bizneslə məşğul olduğuna dair məlumatlar var.

Qeyd edək ki, Fəridə Məmmədova sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun həyat yoldaşıdır. Fəridə Məmmədova “Naz” moda evinin sahibidir.

Qeyd edək ki, moda evinin Bakıdakı təmsilçisi “NAZ Couture” modalar evidir. Anar və Fəridə Məmmədovalar rəsmi olaraq Azərbaycan vətəndaşı olsalar da, 2018-ci ildən etibarən Londonda yaşayırlar.

Heydər Əsədovun oğlu Asif Əsədzadə də Londonda yaşayır. Asif Əsədzadənin uzun zamandır Bakıya gəlməməsi ilə bağlı müxtəlif iddialar səslənir.

Keçmiş Kənd təsərrüfatı naziri İsmət Abbasovu oğlu Yunis Abbasov da xaricdə yaşayır. O, 2006-cı ildən Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli 2 mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə alması ilə gündəmə gəlmişdir. Yunis Abbasovun bu mülk üçün 1,4 milyon funt-sterlinq ödədiyi bildirildi.

“MTN işi” və Beynəlxalq Bankdakı qalmaqallarla ictimaiyyətin gündəminə gələn Eldar Mahmudov və Cahangir Hacıyevin də ailəsinin Londonda yaşadığı ilə məlumatlar var.

Qeyd edək ki, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev ölkədən milyardlarla pulu qanunsuz çıxarmaqda ittiham edilərək həbsə atılıb.

Onun xanımı Zəminə Hacıyeva Cahangir Hacıyevin həbs olunmasından qısa zaman öncə Londona köçüb və hazırda orada yaşayır. Qeyd edək ki, Zəminə Hacıyeva Londonda bahalı alış-verişlər etdiyi üçün dəfələrlə xarici və yerli KİV-lərin gündəminə gəlib.

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da xaricdə yaşayır.

Qeyd edək ki, onun xaricə getməsi kifayət qədər qalmaqallı baş vermişdi. Belə ki, İsrafil Abutalıbov sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qızı Ülkər Abbasova ilə evli ola-ola başqa bir xanıma qoşularaq Londona qaçıb. Sonradan İsrafil Abutalıbov adını dəyişdirərək “Abubəkr Abutalıbov” olub.

Sabiq nazir Əli Abbasovun oğlu Eldar Abbasov da xaricdə yaşayır.

Qeyd edək ki, Eldar Abbasov “Azərenerji” ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailəlidir. Onlar uzun zamandır Londonda yaşayır.

Qeyd edək ki, Eldar Abbasov və Dünya Pirverdiyev Londonda həm də bizneslə məşğul olurlar. Məlumata görə, Əli Abbasovun və Etibar Pirverdiyevin övladları Londonda meyvə-tərəvəzin topdansatışı ilə də məşğul olan “INFIPRO LIMITED” şirkətinin sahibləridir.

Sabiq Vergilər naziri Fazil Məmmədovun da övladlarının xarici bağları mövcuddur. Belə ki, Fazil Məmmədovun qızı Selcanxatun Məmmədova da Londonda yaşayır və orada bizneslə məşğul olur.

Qeyd edək ki, Selcanxatun Məmmədova Fazil Məmmədovun ailə şirkəti hesab olunan "Synergy Group" Şirkətlər Qrupuna da rəhbərlik edirdi.

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova da xaricdə yaşayır. Onun xaricdə şəxsi biznesi də var. Kəmalə İbrahimova "DeCamie" moda evinin sahibidir.

Sabiq məmurlarla yanaşı hazırda vəzifə sahibi olanlardan da övladları xaricə yaşayanlar az deyil. Məsələn, Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov da xaricdə yaşayır. Onun ABŞ-da yaşadığı ilə bağlı məlumatlar var.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərov da xaricdə yaşayır.

Tale Heydərov diaspor fəaliyyəti göstərən “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədridir. Tale Heydərov Azərbaycan vətəndaşı olsa da, ilboyu daha çox Avropada-İngiltərədə olur.

Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva da xaricdə yaşayan məmur övladlarındadır.

Nərmin Şirəliyeva Rusiya vətəndaşıdır və bir müddət əvvələ qədər Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində çalışırdı.

Oqtay Şirəliyevin digər qızı Nərgiz Şirəliyeva da Rusiya vətəndaşıdır və 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının (Yedinaya Rossiya) üzvüdür. O, 2012-ci ildə Rusiya prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında onun etibar edilmiş nümayəndələrindən biri olub. O, həm də "Əlaçılar" Ümumrusiya qadınlar ictimai təşkilatını yaradanlardan biridir.

Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubov da xaricdə yaşayır.

O, İngiltərə vətəndaşı olsa da, Kanadanın Ontario əyalətində daimi qeydiyyatdadır. Onun Kanadada, İngiltərədə, İsveçrə və Macarıstanda şirkətlərinin olduğu məlumdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07
“Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06
Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru