"Ağrıkəsici iynə vurmaq üçün Təcili Tibbi Yardım işçiləri məndən pul istədi" - Yaralı baş gizir
Tarix: 26-12-2020, 11:30 | Çap et
 İkinci Qarabağ müharibəsində yaralanan baş gizir kömək istəyir. DİA.AZ bildirir ki, Vüqar Vəliyev Əyyub oğlu 1984-cü ildə Zərdab rayonunun Alıcanlı kəndində doğulub. O, oktyabrın 5-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı yaralanıb: “Evliyəm, iki qız, bir oğlan övladım var. Hazırda Yevlax rayonu, Aran qəsəbəsində kirayədə yaşayıram. 2004-cü ildən Mingəçevirdə yerləşən N saylı hərbi hissədə işləyirəm, baş gizirəm. Bu il sentyabrın 26-da əmrə əsasən bölgəyə çıxdıq. Sentyabrın 27-də səhər döyüşə girdik. Suqovuşan alınandan bir gün sonra oktyabrın 5-də gecə yaralandım. Beş güllə yarası almışam. Sağ qolumun dirsək hissəsinə hazırda mil qoyulub, dəmir məngənə ilə sıxılıb. Sağ əlimdə iki barmağım işləmir. Sol tərəfdən, döş qəfəsi və aşağı hissə, qabırğa, bir də bud hissədən güllə yarası almışam. Dörd güllə sol tərəfimdən bədənimi yaralayıb, bir güllə isə sağ qoluma dəymişdi”.
Döyüşçü deyir ki, yaralanandan sonra heç nə xatırlamır. Huşunu itirən hərbçi gözlərini Bakıda hospitalda açıb: “Deyilənə görə, məni Naftalan Şəhər Mərkəzi Xəstəxanasına göndəriblər, orada ilk tibbi yardım göstərilib. Bir gün orada qalandan sonra Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına aparıblar. Həmin müddət ərzində koma vəziyyətində olmuşam. On yeddi gündən sonra oktyabrın 21-də “Bona Dea International Hospital”da ayılmışam. Oktyabrın 30-da Mərkəzi Hərbi Klinik Hospitalda bir həftə nəzarət altında qalmışam. Bundan sonra mənə bir aylıq ev şəraitində məzuniyyət verildi. Noyabrın 7-də xəstəxanadan çıxdım, Zərdaba, kəndimizə gəldim. Qolumda və bədənimdə ağrılar var. Əyiləndə, oturanda, duranda zülm çəkirəm. Adi hərəkət edəndə güclü ağrılarım olur. Sağ tərəfdə bağırsağım çöldədir. Sellofanla gəzirəm. Xüsusi sellofanlar var, iki-üç gündən bir, həyat yoldaşım evdə özü dəyişir. Mil olan qolumun kənarlarını dərmanlayıb, bağlamağı da həyat yoldaşım özü edir”.
Xəstəxanadan evə buraxılan keçmiş döyüşçü doğma kəndi Alıcanlıya, ata yurduna gətirilib. Dediyinə görə, bu müddət ərzində heç bir aidiyyəti qurum onunla maraqlanmayıb: “İyirmi yeddi gün kənddə yatdım. Bu müddət ərzində bələdiyyədən, icra hakimiyyətindən heç kim maraqlanmadı. Gəlib, soruşmadılar ki, nəsə yardım, kömək lazımdırmı? Qolumdakı mil sümüyə bağlıdır deyə uzananda-duranda bərk incidir. Buna görə bərk ağrılarım olur. Həmin vaxt “103”ə zəng etdim ki, gəlib, iynə vursunlar. Ağrıkəsici iynə vurmağa görə Təcili Tibbi Yardım işçiləri məndən pul istədi. Dedilər ki, axı bizim kəndə gəlib qayıtmağımız var, yol uzaqdır. Üç nəfərik, pul verin. Özlüyümdə fikirləşdim ki, bunlar üç nəfərdirsə kəndə gəlməyə görə hərəsinə on manat pul vermək lazımdır. Dedim ki, Allah canınızı sağ eləsin, gəlməyə ehtiyac yoxdur. Səhər atam rayona gedib, ağrıkəsici aldı. Sağ olsun qonşumuz, az-çox başı çıxırdı, mənə iynəni o vurdu”.
Vüqar Vəliyev yaralanandan sonra altı əməliyyat keçirib. Dediyinə görə, yeddinci əməliyyatı isə gələn ilin yanvarında nəzərdə tutulub. Hazırda hərbçinin vəziyyəti ağır orta olduğu üçün məzuniyyətini ikinci ay da artırıblar: “Həkim deyib ki, yanvarın 10-da gəl Bakıya, müayinə edək. Bağırsağım çöldədir. Buna görə yenə əməliyyat olunmalıyam. Hazırda dərmanlarımı apteklərdən özüm alıram, ev şəraitində də müalicə olunuram. Yataq xəstəsiyəm, ayağa qalxıb, harasa getməyə çətinlik çəkirəm. Bintə, yoda, “zelyonka”ya (brilliant yaşılı-red) qədər hamısını özüm alıram. Kirayə yaşadığım evdə şərait çox pisdir. Dörd qardaşıq, ata yurdunda da elə bir şəraitimiz yoxdur ki, orada qalaq. Mən hərbi formanı geyinən gündən kirayələrdə yaşamışam. Yataq xəstəsiyəm, pis vəziyyətdə qalmışam. Üç uşaqdır, atamın da maddi imkanı yoxdur. Sağ olsun, qohum-qonşu əl atır. Evə hər ay 150 manat verirəm. Evi iş yerimə yaxın kirayələmişəm. Aidiyyəti qurumların laqeyin münasibəti mənə pis təsir edir”.





|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... - VİDEOMÜRACİƏT
Bu gün, 07:26 |
|
|
|
• Nurçuların Bakıdakı ticarət şəbəkəsi... - İNDİ DƏ...
Bu gün, 07:16 |
|
|
|
• Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07 |
|
|
|
• “Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06 |
|
|
|
• Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02 |
|
|
|
• "City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57 |
|
|
|
• Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52 |
|
|
|
• "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49 |
|
|
|
• "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47 |
|
|
|
• “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44 |
|
|
|
• Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41 |
|
|
|
• “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36 |
|
|
|
• “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
• Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29 |
|
|
|
• İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26 |
|
|
|
• Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23 |
|
|
|
• “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20 |
|
|
|
• CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33 |
|
|
|
• Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29 |
|
|
|
• Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27 |
|
|
|
• Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24 |
|
|
|
• Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34 |
|
|
|
• Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12 |
|
|
|
• Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05 |
|
|
|
• "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41 |
|
|
|
• “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34 |
|
|
|
• İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29 |
|
|
|
• 2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25 |
|
|
|
• Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22 |
|
|
|
• Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15 |
|
|
|
• "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03 |
|
|
|
• Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01 |
|
|
|
• AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57 |
|
|
|
• “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56 |
|
|
|
• Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46 |
|
|
|
• Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44 |
|
|
|
• Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38 |
|
|
|
• “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34 |
|
|
|
• Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30 |
|
|
|
• Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27 |
|
|
|
• Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15 |
|
|
|
• İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12 |
|
|
|
• Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10 |
|
|
|
• Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06 |
|
|
|
• Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00 |
|
|
|
• Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58 |
|
|
|
• "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44 |
|
|
|
|