Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... .....                     Nurçuların Bakıdakı ticarət şəbəkəsi... .....                     Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... .....                     “Ege Hospital”a cərimə .....                     Mürsəlovun işçisi ÖZBAŞINA QALIB .....                     "City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                 

İki qurum arasında süqut edən səhiyyə sistemimiz... - FAKTLAR
Tarix: 2-12-2020, 10:37 | Çap et
İki qurum arasında süqut edən səhiyyə sistemimiz...
Covid19 pandemiyası Azərbaycan səhiyyəsinin hansı “virus”a yoluxduğunu günbəgün bizə dərimizdə hiss etdirməkdədir.
Anaxeber.info-nun verdiyi məlumata görə, əhali gözəgörünməz düşmən olan mikrobla mübarizə apardığı vaxtda iki qurum arasında qalıb.
Vətəndaşların etibarlı, güvənəcəyi səhiyyə xidməti olmadığı üçün hər ağızdan bir hava eşidir. Belə desək, millət Allahın ümidinə buraxılıb.
Çünki çoxdan nüfuzunu itirmiş Səhiyyə Nazirliyi ilə yeni bəlaya çevrilmiş TƏBİB vətəndaşların başına elə oyun açırlar ki, hər gün çətinləşən vəziyyət daha da qəlizləşir.
Əslində monolit və vahid bir tibb mərkəzi fəaliyyət göstərməliydi, insanlar Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında qalmamalıydılar.
Bu, çoxşaxəli mövzudur və problemlər bir deyil, beş deyil, xirtədəyə qədərdir; əvvəla, Səhiyyə Nazirliyi irinləmiş, çiban kimi partlaması yetişmiş qurumdur.
Onun ya demontajı reallaşmalıdır, yəni ləğv olunmalıdır, ya da yeni nazir təyin olunmalı, qarşısında hədəflər qoyulmalı, nazirliyin tibb sektorunda funksionallığı artırılmalıdır.
Hazırkı nazir Oqtay Şirəliyevlə isə bu işlər heç cür mümkün deyil. Ona görə nazirliyin səlahiyyətləri tamamilə TƏBİB-ə tabe olunmalıdır, sədr Ramin Bayramlıdan real fəaliyyət tələb olunmalıdır.
Lakin deyilənlərin heç biri olmadığı üçün əhali Şirəliyevlə Bayramlının rəhbərlik etdiyi iki yarıtmaz orqanı arasında dəhşətli bir məşəqqət çəkir.
Birincisi, bir çox regionlarda xəstəxanalar TƏBİB-in tabeliyinə keçirilsə də, sözügedən qurum tərəfindən onların fəaliyyəti yaxşılaşdırılmayıb.
Və nəinki TƏBİB xəstəxanalarla maraqlanmır, ümumiyyətlə, rayonlarda baş həkimlər köhnə “üsul”larla işləyir, onlara heç bir nəzarət mexanizmi tətbiq olunmur, sanki yiyəsizlikdir.
Tibb işçiləri və yaxud pasientlər bilmirlər ki, şikayətlərini Səhiyyə Nazirliyinə, yoxsa TƏBİB-ə çatdırsınlar. Bu dərəcədə xaotik vəziyyət!
Məsələn, tibb işçiləri və həkimlər sertifikasiya imtahanı verirlər. İmtahanı götürən nazirlikdir, xəstəxanalar isə TƏBİB-ə bağlıdır.
Bu da nəticədə tibb xidməti göstərənlərin işində qarmaqarışıqlığa, sahibsizliyə, böyük intizamsızlığa gətirib çıxarıb. Əlavə olaraq deyək ki, hər hansı problem yarandıqda nazirliklə TƏBİB bir-birinin üstünə atır.
Eyni zamanda TƏBİB tabeliyində olan xəstəxanalarda rüşvətin yığışdırılmasında heç bir addım atmayıb, irəliləyişə nail olmayıb.
Digər bürokratik əngəl sənədlərin, arayışların alınmasındadır. Bu məsələdə də hər iki qurum əhalinin nifrətini, qəzəbini qazanıb.
Əslində TƏBİB-in tabeliyində olan xəstəxanalarda tibbi sığorta xidməti tətbiq edilməliydi. Amma bu da olmayıb. Ona görə bu qurum özünü doğrultmur.
Anaxeber.info məlumat verir ki, bir ilə yaxındır pandemiya şəraitində yaşayan əhaliyə göstərilən xidmətlərin keyfiyyəti bərbaddır.
Son vaxtlarda yoluxmanın artması səbəbindən tibbi ləvazimatlara tələbatın çoxalması ciddi çatışmazlığa da səbəb olub.
Xəstəxanalarda oksigen balonlarının təminatında, pereparatların verilməsində probemlər meydana gəlib. Bu prosesdə Səhiyyə Nazirliyi tamamilə ofsayd vəziyyətində saxlanılıb, heç bir iştirakı yoxdur.
TƏBİB isə demək olar ki, virus aşkarlanan xəstələri palatalara yerləşdirməkdən imtina etməyə başlayıb. Hazırda testi pozitiv çıxanlar kütləvi şəkildə evdə müalicəyə göndərilirlər.
Bu isə nəzarətsizlik, vətəndaşı yardımsız şəraitdə qoymaqdır. Çünki ərazi üzrə poliklinikaların işçiləri evlərə ya getmir, ya da çox baha qiymətə sistem vururlar, xəstələr heç bir dərmanla təmin olunmurlar.
Taleyin ümidinə buraxılan xəstələr özü-özünü müaliə etməyə məcbur qalır. Nəticədə aralarında məsuliyyətsiz xəstələr olur ki, icazə olmadığı halda yaşayış yerini tərk edirlər.
Onlara isə ciddi bir təsiri olmayan “Arbidol” dərmanı tövsiyə olunur və TƏBİB tərəfindən heç bir köməklik göstərilmir, başdı-başına buraxılır.
Habelə, bu günlərdə guya koronavirusun dərmanı olduğu deyilən “Selen L” məhsulunun saxta olması iddiası meydana çıxıb.
“Selen” məhsullarının Azərbaycandakı rəsmi distributoru “Vita” Şirkətlər Qrupunun nümayəndəsi bildirib ki, onlar Azərbaycana “Selen L” adda məhsulu gətirmirlər.
Sitat: “Bizim TƏBİB-ə verdiyimiz məhsulun adı “Selen”dir və 110 mikroqramdır. Burada isə kimsə “L” hərfini əlavə edib və eyni dizayn, eyni loqo ilə gətirib verib, guya fərqli məhsuldur”.
Göründüyü kimi, nəticə etibarı ilə bugünkü acınacaqlı vəziyyət hökm sürür: yoluxma artır, TƏBİB yalnız ağır vəziyyətdə olan covid19 xəstələrinə çarpayılar ayırır, evlərdə müalicə düzgün getmir, virusa tutulanların yaxınları yoluxur, minlərlə imkansız ailələr borc-xərc edərək iynə-dərmanla sağ qalmağa çalışırlar.
Bütün bunlar ölkədə kabusa çevrilən Səhiyyə Nazirliyi ilə TƏBİB-in pərakəndə, sistemsiz, xaotik fəaliyyətlərinin nəticəsidir.
Səhiyyə Nazirliyi kimi nəhəng strukturun kənara atılması və epidemiya ilə mübarizə kimi çox ağır, məsul bir işin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində yenicə yaradılmış publik hüququ şəxsə həvalə olunması Azərbaycanın müasir tarixinin ən uğursuz qərarlarından biridir.
Səhiyyə Nazirliyi çox bərbad idarə olunsa belə belə durumlarda ən azından necə davranmaq, hansı minimal tədbirləri görmək lazım olduğunu, məsələnin metodologiyasını bu nazirlikdə, onun strukturlarında bilənlər var.
Təsəvvür edin, TƏBİB sədri heç prezident tərəfindən də təyin olunmur. O, agentlik nəzdindəki publik hüquqi şəxsin sədri bütöv xalqın sağlamlığına, virusla mübarizə işinin təşkilinə cavabdeh şəxs kimi müəyyənləşdirilib.
Anaxeber.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... - VİDEOMÜRACİƏT
Bu gün, 07:26
Nurçuların Bakıdakı ticarət şəbəkəsi... - İNDİ DƏ...
Bu gün, 07:16
Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07
“Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06
Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru