Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                     Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... .....                     "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." .....                     MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı .....                     Baş direktor işdən çıxarıldı .....                     Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? .....                     Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... .....                     Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək .....                     Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır .....                     Birdəfəlik “stop” qoyuldu .....                     Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: .....                     Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU .....                     Dövlət Agentliyi baş verən faciəyə görə .....                     Bu dəfə Yeni Yasamalda yol çökdü .....                     İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi .....                     Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... .....                     "Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" .....                     “Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... .....                     Şeyx Əbdüldən şok ittiham: .....                     "Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." .....                 

"Soruşurdular ki, inəyin varmı? Mənim yaşamağa yerim yoxdu heç..." - GİLEY
Tarix: 8-10-2019, 11:05 | Çap et
"Soruşurdular ki, inəyin varmı? Mənim yaşamağa yerim yoxdu heç..."
Göyçayın 9 yaşlı sakini Xədicə Yusifovaya həkimlər vərəm meningiti diaqnozu qoyublar. Uşağın anası Fəxriyyə Fətullayeva bununla razılaşmır.

Xədicənin xəstəliyə iki ay əvvəl yoluxduğu məlum olub. Temperaturu çox yüksəlib, valideynləri onu Göyçay Mərkəzi Xəstəxanasına çatdırıblar. Vəziyyətin ağır olduğunu biləndə uşağı Respublika Kliniki Xəstəxanasına gətiriblər. Fəxriyyə Fətullayeva orada Xədicəyə həm düzgün diaqnoz qoyulmadığını, həm də həkimlərin onları böyük xərcə saldıqlarını iddia edir.

“Respublika xəstəxanasında 1800 manat xərclədik. Bahalı iynələr, dərmanlar yazırdılar. Yevlaxda rəhmətlik atamdan qalma torpağımız vardı. İki dəfə ucuza – 1500 manata satdıq. Müalicənin heç xeyri də olmadı“, – Fəxriyyə belə deyir.

Həkimlər Xədicəyə xəstəliyin anasından keçdiyini bildirir. Fəxriyyə iddianın çox məntiqsiz olduğunu deyir. Həm də hesab edir ki, qızı tamam başqa xəstəlikdən əziyyət çəkir: “Həmişə başağrısından şikayət eləyir. Hiss eləyirəm ki, müalicəni düz aparmırlar”.

Xədicə Fəxriyyənin ilk nikahdan doğulan övladıdır. İki qız dünyaya gətirən qadın 9 il əvvəl həyat yoldaşından ayrılıb. Amma indiyə qədər aliment ala bilmir. Göyçay Rayon Məhkəməsi 2015-ci ilin iyulunda alimentlə bağlı qərar versə də, Fəxriyyə bunun nəticəsini görə bilməyib. Heydər Əliyev Fonduna göndərmək üçün hazırladığı məktubda həm Göyçay Rayon Məhkəməsinin sədri Zəfər Quliyevdən, həm də Göyçay Rayon İcra və Probasiya Şöbəsinin rəhbəri İlqar Abdurrahmanovdan şikayəti olduğunu yazıb.

“Doqquz ildir uşaqlara tək baxıram. İlk həyat yoldaşım aliment ödəmir. Bu illər ərzində bir manat da verməyib. Məhkəmə icraçıları da yubadır. Gah bir yerə yollayırlar, gah başqa yerə. Gedib-gəlməkdən yorulmuşam. Aldadırlar. Hakim o vaxt dedi ki, iki uşağa görə 212 manat düşür. Mən dedim, 150 manat bəsdir, amma 20 qəpik də görməmişəm”, – Fəxriyyə danışır.

Fəxriyyə bir neçə il əvvəl ikinci dəfə ailə həyatı qurub. Dediyinə görə, qayınanası onu qəbul etmir, əri ilə daimi birlikdə yaşaması heç cür alınmır. Bu nikahdan bir oğlu dünyaya gəlib. Uşağın məktəb yaşı çatıb, amma imkansızlıqdan göndərə bilmirlər.

Fəxriyyə danışanda məlum olur ki, son illər məşəqqətli həyat sürüb. Deyir ki, fermalarda qul həyatı yaşayıb. Ağcabədidə, Ağdaşda, Zərdabda, Kürdəmirdə ayrı-ayrı fermerlərin təsərrüfatında qalmalı olub. Dediyinə görə, axırıncı dəfə Kürdəmirdəki təsərrüfatda əri ilə 300-dən çox mal-qaraya qulluq edirmiş. Fermer onlara yalnız gecələməyə yer verirmiş, o da rütubətli.

“Ayda 300 manat alırdıq. Mal-qaranı göz bəbəyimiz kimi qoruyurduq. Uşaq da fermada xəstələndi. Gölməçə suyu içirdik. Sonradan həkim dedi ki, uşağa mikrob keçib. Qızım xəstələnəndə başımız çox qarışıq oldu, qoyunlardan 10-u itdi. Fermanın sahibi dedi ki, 5-ni uşağına görə keçirəm, 5-nin pulunu verəcəksiz. İndi ona 1600 manat borcumuz qalıb. Əşyalarımızı girov saxlayıb. Hətta uşaqların sənədləri də ordadır. Neyləyim, yay tətilində uşaqları da özümlə aparmalı olurdum. Mal-heyvanın yanında yatırdıq. Qardaşım da fermada yaşayır”, – Fəxriyyə acınacaqlı həyatlarından danışır.

Fəxriyyənin həyat yoldaşı Dəyanət Fətullayev indi valideynlərinin yanında – Göyçayın Türkmən kəndindədir. Xədicə isə anası ilə xəstəxanaları gəzir, dərdinə əlac axtarır. Fəxriyyə ciddi aclıq çəkdiklərini, xəstəxanalarda başqalarının verdiyi yeməklərlə qidalandıqlarını bildirir.

“Bir manat pulumuz yoxdu. Fermadan borcla ayrıldıq. Sosial yardım üçün də getdim. Deyirlər, get iş yerindən kağız gətir. Soruşurdular ki, inəyin varmı? Mənim yaşamağa yerim yoxdu heç. Uşaq ət yemək istəyir. Ona cavab verə bilmirəm. Özüm ac qalıram, uşağa verirəm. Xəstəxanaları gəzdiyimizdən aylarla çimmirik. Yazıb-oxumağı bacarmıram. Bir gəlin kömək elədi, Heydər Əliyev Fonduna yazdıq. Amma ordan gələn məktubu Göyçayda açıb götürmüşdülər. Mən təkcə qəbzi gördüm”, – Fəxriyyə danışır.

Fəxriyyə məktəbə göndərməyə gücü çatmadığından, qızlarını Göyçaydakı inteqrasiya təlimli internat tipli gimnaziyaya verib. Xədicə xəstələndiyindən, dördüncü sinfə başlaya bilməyib. Fəxriyyənin böyük qızı Səbinə altıncı sinifdə oxuyur. Anası deyir ki, uşağı bayramdan-bayrama görür: “Ağlayır, deyir, sizinlə yaşamaq istəyirəm”.

Fəxriyyə deyir ki, ilk həyat yoldaşı gəlib uşaqlarıyla görüşmür. Bir az Xədicə ilə söhbət edirik. Saçlarını kəsiblər. Güclü başağrıları ona rahatlıq vermir, məcbur qalıblar. Kəsməyə qoymurmuş. Yenə saçlarının uzanmasını gözləyir. Deyir, uzanacaq, az qala yenə dizlərinə çatacaq, amma daha heç vaxt kəsməyəcəklər…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Bu gün, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Bu gün, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Bu gün, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Bu gün, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Bu gün, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Bu gün, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Bu gün, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Bu gün, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Bu gün, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Bu gün, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Bu gün, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Bu gün, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Bu gün, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Bu gün, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Bu gün, 11:10
Miri Yusifə ağır itki - FOTO
Bu gün, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Bu gün, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Bu gün, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06
Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58
Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56
Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47
İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33
Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31
"Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24
“Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22
Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17
"Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." - "CityNet" müştərisi OD PÜSKÜRDÜ
Bu gün, 09:15
Dövlətə xəyanət ittihamı ilə həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:09
Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Bu gün, 09:07
BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... BİZİ GÖZLƏYİR!
Bu gün, 09:03
İşçilərin ƏMƏK HÜQUQU... - Ekspert danışır...
Bu gün, 08:59
SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... - HƏLƏ DƏ GEC DEYİL...
Bu gün, 08:53
Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45
“BTB” Bank bağlanır? - GƏLİŞMƏ
Bu gün, 07:29
Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! - BİZƏ NƏ?
Bu gün, 07:25
Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR - VİDEOFAKT
Bu gün, 07:11
Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... - İTV-dən isə deyirlər ki...
Bu gün, 07:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru