"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                     Azərbaycan kriminal avtoriteti Hindistana verdi .....                     Azərbaycanın regionda yeni reallıqlar yaradıb .....                     Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib .....                     2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu .....                     Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... .....                     Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı .....                     Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? .....                     170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? .....                     Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var .....                     Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir .....                     Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib .....                     Adı nə olursa olsun... BU YOL AÇILACAQ .....                     "Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" .....                     Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası .....                     İşçi məsuliyyəti... .....                     Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? .....                     "Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" .....                     “Azəriqaz” öz itkilərini belə ört-basdır edir .....                     Bu çay evi də qanunlara tabe olmur... .....                     Azərbaycanda böyük tikinti layihələrində işləmiş Türkiyə vətəndaşı niyə cəzalandırıldı? .....                     'Vurulacaq' rektorlar arasında ONUN DA ADI VAR .....                     Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı .....                     Turizm şirkətinin yeni tender müəmması .....                     AYNA şefinin tərəzisi də HARAM ÇIXDI .....                     İrəvan kəndləri də Azərbaycana qaytarır: Əks halda, sülh olmayacaq .....                     Qala hərbi şəhərciyində qadına qarşı zorakılıq: sifarişli hadisənin arxasında komandir dayanır? .....                     Minsk qrupu daha yoxdur: Son sözü Azəbaycan dedi .....                     Binəqədinin icra başçısı kimsədən qorxmur .....                     "Ermənistan vətəndaşları ancaq turist kimi Azərbaycana gəlib-gedə bilərlər" .....                     “Ölü doğulmuş layihənin” uğursuz əks-sədası .....                     Rusiyanın xof yaratma planı: Paşinyan geri addım atacaq? .....                     Azərbaycanın borcu var: dağların o üzündəki qardaşlara əl uzatmaq .....                     "Uşaqlıqdan musiqinin içində böyümüşəm..." .....                 

Eldar Mahmudovun axtarışda olan emissarları – kim harada gizlənib?
Tarix: 15-08-2018, 09:41 | Çap et
Eldar Mahmudovun axtarışda olan emissarları
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov çetesinin əsas simaları dəmir barmaqlıqlara göndərilsələr də, bu günə qədər cəzadan yayınanlar da var. Sabiq nazirin özü haqda çox yazılıb, deyilib. Onunla bağlı məsələ qeyri-müəyyəndir - bu gün əminliklə “Eldar Mahmudovu tutmayacaqlar” deyənlər çoxluqdadır. Fikirlərini əsaslandırmaq üçün də gətirdikləri dəlillər də “daşdan keçir”.

Eldar Mahmudov, onun MTN-də formalaşdırdığı komandanın əməlləri tarixdə olmuş ən qəddar mafioz cinayətkar qruplaşmalarla bəhsə girəcək qədər böyük və çoxşaxəli idi. Kimsənin ağlına belə gəlmirdi ki, 2015-ci ilin bir oktyabr günü bu mafioz qruplaşma pərən-pərən salınacaq, ən məşhur generallarını qandallayıb Bakı İstintaq Təcridxanasına göndərəcəklər. Bu baş verdi və artıq “mahmudovçu”ların əksəriyyəti məhkəmə hökmünü alıb cəza yerlərinə də göndəriliblər. Eldar Mahmudovun həbsi məsələsində də belə bir ssenari baş tuta bilər.

Eldar Mahmudovun azadlıqda qalan komanda üzvləri də yox deyil. Onlardan biri də “Akula Akif” ləqəbli Akif Mustafayev, digəri isə Ayaz Elxan oğlu Kərimovdur.

Hər 2 şəxs 3 ildir ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bütün dünyada axtarılır.

Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” şefinin “tifağı dağıdılandan” 1 gün sonra-18 oktyabr 2015-ci ildə qaçmışdı. Özünü iş adamı kimi tanıdan bu zat faktiki tikinti sektorundakı imkanlı iş adamları haqda dosye toplayıb şəxsən Mahmudova çatdırmaqla məşğul olub. Dosyelər çete üzvlərinə ötürülüb və bundan sonrası texniki məsələ olub - adamları dinləyib, izləyib və sonda “böyük cinayət törətmiş” kimi şərləyib tutublar. Bundan sonra “Akula Akif” araya girib və iş adamlarına xidmətlərini təklif edib. Çarəsiz, əli hər yerdən üzülmüş iş adamları Milli Təhlükəsizlik Nazirliyindəki çete üzvlərinin qanlı caynağından canlarını qurtarmaq üçün var-dövlətlərindən keçməklə azadlığa qovuşublar. Qazanan tərəf isə “Akula Akif”ə pay-puş şəklində pullar ötürüb. Bununla belə, “Akula Akif” vasitəsilə MTN caynağına keçmiş iş adamları elə onun özünün himayəçiliyindən istifadə etmə reallığı ilə üz-üzə qalırdılar. Ən yaxşı halda onu bizneslərinə 25-30 faiz payla şərik edirdilər.

Bu, illərlə davam edən proses olub və “Akula Akif” badə yoldaşı Eldar Mahmudovun “vurulması”ndan dərhal sonra ölkədən qaçıb. İlk vaxtlar onun sorağı Fransa paytaxtından gəlirdi. Sonralar isə İspaniyada olması haqda məlumatlar vardı. Son xəbərlərə görə, “Akula Akif” plastik əməliyyat keçirməklə üz cizgilərini, zahiri görünüşünü dəyişdirib, tanınmaması üçün müxtəlif üsullardan istifadə edir.

İnterpolun rəsmi saytında göstərilir ki, 1955-ci ildə anadan olmuş Akif Mustafayev Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib, ona qarşı “rüşvət” ittihamı var. Azərbaycanın Baş Prokurorluğunun İnterpol və Avropa ölkələrinin hüquq-mühafizə orqanları ilə qurduğu operativ təmaslar sayəsində “Akula Akif”in bank hesablarına və əmlakına həbs qoyulub. Hazırda “Akula Akif” barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. O, tapılıb istintaqa təhvil verildikdən sonra istintaq davam etdiriləcək.

Eldar Mahmudovun axtarışda olan digər emissarı isə “Rabitə işi” üzrə axtarışa verilmiş “Caspian Telecommunication LTD” şirkətinin rəhbəri və “AKEY” MMC-nin direktoru Ayaz Elxan oğlu Kərimovdur. O, Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki və dostudur. “Akula Akif” Eldar Mahmudovun “işverəni” kimi ad çıxarıbsa, Ayaz Kərimov sabiq nazirin “qulağı” hesab edilir. Eldar Mahmudovun qanunsuz dinləmələr üzrə dəstəsinin aparıcı üzvlərindən biri olub. Onun barəsində cinayət təqibi Eldar Mahmudov “vurulandan” 2 ay sonra, 2015-ci ilin dekabrında başlanıb. “MTN işi” çərçivəsində başlanan istintaq zamanı Ayaz Kərimovun barəsində Cinayət Məcəlləsinin 312.2-ci - vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə maddəsi ilə cinayət işi başlanıb. Lakin onu təqsirləndirilən şəxs qismində istintaqa cəlb etmək mümkün olmayıb. Çünki cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbsli axtarış başlanıb. 2016-cı ildə Ayaz Kərimovun cinayət əməli CM-in 179.3.1 (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələrinə tövsif edilib.

Onun barəsində CM-ın həmin maddələri ilə yenidən ittiham elan edilməsi qərarı qəbul edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Caspian Telecommunication LTD” şirkətinin faktiki olaraq, ləğv edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun dostu ilə A.Kərimovun müştərək şirkətləri olması müəyyən edilib. Həmin şəxslər “Cartburg NC” şirkətinin Azərbaycanda fəaliyyətinə rəhbərlik edib. “Cartburg NC” şirkəti tərəfindən əldə olunan aylıq külli miqdarda gəlirin qeyri-qanuni yolla “AGbank” ASC-nin Mişa adlı işçisində toplanması, onun tərəfindən əvvəlcədən müəyyən olunub. Məhkəmə A.Kərimovun mülkiyyətində olan Az 10 A 378 nömrəli “Harley Devidson” markalı motosikletinə, ona məxsus olan “AKEY” MMC-nin mülkiyyətində olan Az 10 PB 378 nömrəli “Maserati Quatroporte S Q4" markalı avtomobilinə, Az 90 AA 378 nömrəli ”Jaguar XJ" markalı avtomobillər və Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 1 hektar torpaq sahəsi üzərinə həbs qoyub. Eldar Mahmudov “vurulandan” sonra “AKEY” MMC-nin işçilərinin “Aztelekom” MMC-də, və mobil operatorlarda quraşdırıb xidmət göstərdikləri avadanlıqlara baxış keçirilib. “Aztelekom” MMC-də olan avadanlıqların “Cartburg NC” şirkətinə, digər müəssisələrdə olan avadanlıqların isə ləğv edilmiş MTN-ə məxsus olması müəyyən edilib. Həmçinin “Cartburg NC” şirkətinin “Aztelekom” MMC-nin “S-12" beynəlxalq stansiyasında quraşdırılmış avadanlıqların qiymətləndirilməsi aparılıb, həmin avadanlığın amortizasiya xərcləri nəzərə alınmaqla və avadanlığa yüklənilmiş proqram təminatı qiymətləndirilmədən dəyərinin 112 min 826 ABŞ dolları olduğu müəyyən olunub. Bu günə qədər Eldar Mahmudovun ”qulağı"nın harada gizləndiyi bilinmir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
Bu gün, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
Bu gün, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
Bu gün, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
Bu gün, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
Bu gün, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
Bu gün, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
Bu gün, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
Bu gün, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
Bu gün, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
Bu gün, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
Bu gün, 09:52
Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
Bu gün, 09:32
Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
Bu gün, 09:30
Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
Bu gün, 09:23
Adı nə olursa olsun... BU YOL AÇILACAQ - Artıq iş gedir...
Bu gün, 09:06
"Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:03
Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 08:56
İşçi məsuliyyəti... - Ekspert danışır...
Bu gün, 08:49
Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? - Görünəni odur ki...
Bu gün, 08:40
"Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" - FAKT BUDUR!
Bu gün, 08:04
“Azəriqaz” öz itkilərini belə ört-basdır edir - BU DA FAKT...
Bu gün, 07:51
Bu çay evi də qanunlara tabe olmur... - qapalı məkan olsa da...
Bu gün, 07:41
Azərbaycanda böyük tikinti layihələrində işləmiş Türkiyə vətəndaşı niyə cəzalandırıldı? - TƏFƏRRÜAT
Bu gün, 07:36
'Vurulacaq' rektorlar arasında ONUN DA ADI VAR - SİYAHI
Bu gün, 07:20
Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir
Bu gün, 07:15
Turizm şirkətinin yeni tender müəmması - TƏFƏRRÜAT
Bu gün, 07:13
AYNA şefinin tərəzisi də HARAM ÇIXDI - sürücülər deyir ki...
Bu gün, 07:07
İrəvan kəndləri də Azərbaycana qaytarır: Əks halda, sülh olmayacaq - AKTUAL
Bu gün, 07:04
Qala hərbi şəhərciyində qadına qarşı zorakılıq: sifarişli hadisənin arxasında komandir dayanır? - BU NƏDİ BELƏ?
Bu gün, 07:02
Minsk qrupu daha yoxdur: Son sözü Azəbaycan dedi - GƏLİŞMƏ
Bu gün, 06:59
Binəqədinin icra başçısı kimsədən qorxmur - Rüşvət verməyənin BAŞINA OYUN AÇIRLAR
Bu gün, 06:57
"Ermənistan vətəndaşları ancaq turist kimi Azərbaycana gəlib-gedə bilərlər" - Başqa cür ola da bilməz...
Bu gün, 06:50
“Ölü doğulmuş layihənin” uğursuz əks-sədası - İNCƏLƏMƏ
Bu gün, 06:42
Rusiyanın xof yaratma planı: Paşinyan geri addım atacaq? – “Hraparak”
Bu gün, 06:40
Azərbaycanın borcu var: dağların o üzündəki qardaşlara əl uzatmaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38
"Uşaqlıqdan musiqinin içində böyümüşəm..."
Bu gün, 06:35
Payızda bazarda gözlənilən vəziyyət: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:29
"Putinin zamanı bir az da uzadaraq sonunda tam imtina etməsi gözləniləndir" - ŞƏRH
Bu gün, 06:27
Avropada iki ölkənin birləşməsinə hazırlıq – Yeni dövlət yaradılır?
Bu gün, 06:20
Şəmkir sakini Rusiya-Ukrayna müharibəsində həlak olub - FOTO
Bu gün, 06:14
Politoloq Sergey Markov Rusiyada xarici agent elan edilib - RUSLARIN BAŞI QAÇIB
Dünən, 18:15
Prezidentin Təhlükəsizlik Xidmətinin mayoru vəfat etdi - FOTO
Dünən, 17:59
“Heç bir böhtana inanmayın’” -Məlahat İbrahimqızı yalan məlumatlara CAVAB VERDİ
Dünən, 17:49
Qusarın təzə icra başçısı da özünə tender yoldaşları müəyyən edib... - TƏFƏRRÜAT
Dünən, 17:46
İki ay əvvəl vəzifəyə təyin edilən jurnalist istefa verdi - ÖZÜ DEDİ
Dünən, 17:30
Tramp Kiyevin hərəkətindən qəzəblənib
Dünən, 17:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru