Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu .....                     Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ .....                     Müğənniyə sui-qəsd İŞİ: .....                     Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb .....                     Süleyman Mikayılov Qobustanda qəbul keçirdi .....                     Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu .....                     Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? .....                     Azərbaycan nəyə və niyə hazır olmalıdır? .....                     Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb .....                     FTB Con Boltonun evində axtarış aparıb .....                     12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? .....                     Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? .....                     Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi .....                     Azərbaycanda internet tam kəsiləcək? .....                     Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ .....                     “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib .....                     Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş .....                     Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib .....                     Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? .....                     “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” .....                     Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri .....                     “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... .....                     Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək .....                     "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün .....                     İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu .....                     İran telekanalı Pezeşkianı ələ saldı .....                     Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     Moskva Paşinyanı küncə sıxdı .....                     Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat .....                     Mülayim şərq küləyi əsəcək .....                     Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? .....                     Ukraynanın taleyi ABŞ-nin masasındadır .....                     Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... .....                     Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var .....                     Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə .....                     Tofiq Cəfərli vəzifəsindən azad edildi .....                     Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” .....                     "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." .....                     “Bu pulu vermək bizi yandırır” .....                 

Beyin qanaması keçirən tibb sahəsini ayağa qaldıran olacaqmı? - İTTİHAM
Tarix: 12-04-2018, 11:38 | Çap et
Beyin qanaması keçirən tibb sahəsini ayağa qaldıran olacaqmı?
“… Bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər…”

Ölkə başçısı bu fikirləri bir neçə gün öncə bəzi hüquq-mühafizə orqanları və sərhəd xidməti əməkdaşlarını nəzərdə tutaraq söyləmişdi. Ancaq təəssüf ki, “dilənçilik edənlərin” siyahısı təkcə həmin şəxslərlə məhdudlaşmır və bu sırada ölkəmizin səhiyyə sistemində təmsil olunanlar da xüsusi yerə malikdir.

“Semaşko”da xəstənin vəziyyətilə yox, qeydiyyatı ilə maraqlanırlar

Ölkədə səhiyyənin ümumi vəziyyəti sağlamlıq durumundan asılı olmayaraq, hər birimizə məlumdur. Lakin hansısa ciddi xəstəliyə düçar olmadan, səhiyyənin insanlarımıza verdiyi əzabları tam təsəvvür etmək çətindir. Yaxınlarımdan birinin bir müddət əvvəl düşdüyü və şəxsən şahidi olduğum bir durumu anlatmaq məcburiyyətindəyəm. Həmin şəxs qonaq getdiyi rayonlarımızdan birində ağır formada beyin qanaması – anevrizma keçirmişdi. Bu diaqnoz qoyulan xəstələrin 1/3-i dərhal dünyasını dəyişir. Onu iki gün rayon xəstəxanasında saxladıqdan sonra (hansı ki, belə xəstələr üçün ilk 72 saat həyati əhəmiyyət kəsb edir və bu müddətdə əməliyyat olunması olduqca vacibdir – müəl) Bakıya yolladılar. Artıq həyati əhəmiyyət kəsb edən 3 sutkadan 2,5 sutkası keçir və nəhayət, adam axşam saatlarında “Semaşko”ya çatdırılır. Ancaq sən demə, dəhşətli ağrılar keçirən xəstəni daha böyük dəhşət burada gözləyirmiş.

Rayondan həkim müşaiyəti və rəsmi göndərişlə gələn təcili tibbi yardım maşını soyuq havada, içindəki ağır xəstə ilə birgə 1 saatdan çox xəstəxananın həyətində gözlədilir. Heç kəs nə rayondan gələn həkimin tələblərinə, nə də göndərişə məhəl qoymur. Səbəb kimi bildirilir ki, həmin şəxs Suraxanı rayonu qeydiyyatındadır və Sabunçu xəstəxanasına aparılmalıdır! Yəni bu adamları xəstənin vəziyyəti yox, qeydiyyatı maraqlandırırdı. Bu arada həkim kimi müqəddəs adı daşıyan bu şəxslərdən and içdikləri Hippokratın qeydiyyatını soruşduq, təbii ki, cavab verə bilmədilər…

“Rəhbərlik razılıq verməsə, mümkün deyil…”

Eyni zamanda, xəstəni qəbul etməkdən imtina edən həkimlər təminat vermirdilər ki, ağır vəziyyətdəki bu insan günün pik saatlarında, tıxacla dolu yollarda şəhərin bir başından digər başına sağ-salamat gedib çıxa biləcək. İsrarlı tələblər, xahişlər, eləcə də mətbuatdakı digər dostlarımızın çoxsaylı təkidlərindən sonra nəhayət, qəbul şöbəsindən xəstə içəri alındı. Xəstəyə “tez-bazar” nəzər salan həkimlər onu xəstəxananın Nevrologiya Şöbəsinə yönləndirdilər. Bu dəfə Nevrologiya Şöbəsi xəstəni qəbul etmək istəmədi və bildirildi ki, rəhbərlik şifahi razılıq verməsə, mümkün deyil. Vaxt isə gedirdi.

Uzun-uzadı çək-çevirdən sonra qəbul etdilər və məlum oldu ki, xəstə təcili olaraq, Reanimasiya Şöbəsinə yerləşdirilməlidir. Bəlkə də inanmazsınız, ancaq bu dəfə də Reanimasiya Şöbəsi “yuxarıdan” razılıq tələb etdi. Bir sözlə, ağır durumdakı xəstəni bu xəstəxanaya tam yerləşdirmək böyük bir müşkülə çevrildi, ancaq çətinliklə də olsa, buna nail olduq. Və başlandı...

2-3 gün ərzində “Semaşko”da “şirinliyə” elə adət etdik ki…

Xəstəni arabada aparandan liftin qapısını açıb-bağlayana qədər, sanitardan tibb bacısına, ondan növbətçi həkimə və tanımadığımız bir çox ağ xalatlıya qədər – uzun bir “dilənçi ordusu” ilə üz-üzə qaldıq. Xəstənin orada keçirdiyi 2-3 gün ərzində “şirinliyə” elə adət etdik ki, hətta çöldə-bayırda da dost-tanışdan “Allah şəfa versin”, “Yastığı yüngül olsun” kəlməsi eşidən kimi, əlimiz özümüzdən asılı olmayaraq, cibimizə gedirdi …

Bu yerdə parlamentin sədri Oqtay Əsədovun dollar krediti ilə bağlı dediyi “deməyək ki, “dollarla verilən kreditlər”, açıq deyin ki, dollarla alınan kreditlər. Çünki krediti dollarla almışıq, bizə məcbur verilməyib...” sözlər yada düşür. Problemli kreditlərin əhəmiyyətli bir qismi insanların öz ağır xəstələrinin bahalı əməliyyatları və müalicəsi üçün götürdükləri kreditlərdir. Oqtay müəllimin isə nəzərinə çatdırmaq yerinə düşərdi ki, əziz adamı ölüm ayağında olan insan üçün krediti dollarla, yaxud yapon yeni ilə almağın heç bir fərqi yoxdur, təki, məsələn, övladını xilas edə bilsin. Nəticədə insanlar az qala dilənərək topladığı vəsaiti bu cür xəstəxanalarda paylamalı olurlar – bir dilənçi başqa dilənçiləri yemləyir…

O aparat niyə özəl klinikada var, ancaq ölkənin bir nömrəli təcili yardım müəssisəsində yoxdur?

Sonra məlum oldu ki, xəstənin beynini daha yaxşı “görə bilən” aparatın olduğu özəl klinikaya apararaq, “yol xərci ilə birgə” 300 manata orada MRT etdirmək lazımdır. Təsəvvür edin, o aparat özəl klinikada var, ancaq milyonlarla vəsaitlər ayrılan ölkənin bir nömrəli təcili yardım müəssisəsində yoxdur – görünür bu özəl klinikanın sahibi dövlətdən daha güclü və imkanlıdır. Nə isə, həkimlər konkret bir qərara gələnə qədər, əhəmiyyətli ilk 72 saat keçdi.

Qapalı cərrahiyyə əməliyyatı 2 dəfə bahadır – 9.000-10.000 manat arası!


Daha sonra Neyrocərrahiyyə İnstitutundan həkim çağırdılar. Gənc olsa da, kifayət qədər savadlı və peşəkar mütəxəssis təəssüratı yaradan həkim, xəstənin dərhal əməliyyata götürülməli olduğunu, əks halda istənilən an təkrar qanaxmanın baş verəcəyini bildirdi. Bu isə ölüm deməkdir.

Əməliyyat həm açıq, həm də qapalı formada həyata keçirilə bilər. Açıq o deməkdir ki, xəstənin beyni sözün əsl mənasında açılır və orada əməliyyat aparılır. Qapalı isə daha müasir metoddur – qasıq nahiyəsindən xüsusi tellər vasitəsilə damarın içiylə beynə qədər yol qət edilir və orada əməliyyat aparılır.

İkinci daha təhlükəsiz və effektlidir. Qiyməti də birincilə müqayisədə 2 dəfə bahadır – 9.000-10.000 manat arası! İndi özünüz təsəvvür edin – Azərbaycanda bir gündə bəlkə də yüzlərlə insanda beyin qanaması baş verir və onların arasında gənclər də var. Sizcə onların neçə faizi bir əməliyyat üçün 9-10 min manat ödəmək iqtidarındadır? Əslində, həkimlər də etiraf etdilər ki, məhz maddi problem səbəbindən bir çoxları ya əməliyyat etdirmir, ya da gec etdirir. Bu da həmin xəstəlikdən ölən və iflic olaraq, ömürlük yataq xəstəsinə çevrilənlərin sayının kifayət qədər yüksək olmasına dəlalət edir…

Cərraha çatan pul ümumi məbləğin 20 faizindən də azdır…

Həkimlərdən bu məbləğin necə formalaşdığını soruşduqda məlum oldu ki, əməliyyatı bahalı edən istifadə olunan tibbi vasitələr, özəl klinikanın tələb etdiyi məbləğ və həkimin zəhmət haqqıdır. Belə çıxdı ki, cərraha çatan pul ümumi məbləğin təqribən 20 faizindən də azdır. Qalan vəsait özəl klinikanın hesabına və əməliyyat üçün lazım olan malzəmələri gətirən işbazların cibinə gedir. Və əsas məsələlərdən də biri həkimlərin əməliyyatları dövlət deyil, məhz bahalı özəl klinikalarda etməsidir.

Nə isə, əvvəl qohum-əqrəba ilə vəsait topalayıb, qapalı əməliyyat üçün razılaşdıq. Adını çəkmək istəmədiyimiz və nazirlərdən birinə məxsus olduğu iddia edilən klinikada əməliyyat etdirmək qərarına gəldik. Həmin klinikada isə Azərbaycanın beyin cərrahiyyəsi sahəsindəki uzman həkimlərindən biri çalışır. Burada daha bir acınacaqlı məqamı nəzərinizə çatdıraq – bəlli oldu ki, sözügedən əməliyyatda istifadə olunan malzəmələr birdəfəlik olmalıdır, yəni təkrar istifadəsi qadağandır.

Klinikalar birdəfəlik istifadə olunmalı malzəmələrdən təkrar istifadə edirlər
Sən demə, bəzi hallarda klinikalar və həkimlər daha çox qazanmaq üçün həmin avadanlıqları sterilizasiya edərək, təkrar istifadə edirlər. Bu isə xəstə üçün ölümcül nəticə riski yaradır və belə hallar da olub. Bir sözlə, bu riskdən də yayınmaq üçün daha çox “əziyyət çəkməli olduq” və istifadə olunmamış avadanlıqların tətbiqilə əməliyyat keçirilməsinə nail olduq.

Nəhayət, əməliyyatın uğurla keçdiyi bildirildi və həkimin də peşəkarlığına, öz işinə vicdanla yanaşdığına heç bir şübhəmiz qalmadı. Ümumiyyətlə Türkiyədə, Avropada təhsil alan gənc və istedadlı həkimlərimiz az deyil. Amma nə yazıq ki, səhiyyəmizdəki mühit bu gənc kadrların var güclərilə işləməsinə və inkişafına heç də münbit şərait yaratmır.

Təbii ki, məşhur “uzman Qılman hoca” personajını xatırladanlar da az deyil. Belələri qulaq ağrısı ilə müraciət edənləri qara ciyərin müayinəsinə aid qan analizləri verməyə göndərəcək qədər “uzağa” gedə bilirlər – təki müxtəlif lazımsız bəhanələrlə müştərini soysunlar. Şükürlər olsun ki, söhbət açdığımız beyin əməliyyatı yerinə yetirən həkim belələrindən deyildi və ona yalnız təşəkkür etmək və hətta qarşısında baş əymək düşür.

Reanimasiyanın 1 sutkası 200 manat və üstəgəl istifadə olunan preparatların qiyməti


Bir sözlə, əməliyyat uğurla yerinə yetirildi. Ancaq əməliyyatdan sonrakı proses gözlənildiyi kimi olmadı. Xəstənin vəziyyəti ağırlaşmağa başladı. Həkimlər bunu müxtəlif səbəblərlə izah etdilər və xəstə sahibləri də bunu təbii qarşıladılar. Lakin məlum oldu ki, xəstənin reanimasiya və palatada keçirəcəyi günlərin sayı əvvəlcədən razılaşdırıldığı kimi 5 yox, 15, 25 və daha çox ola bilər. Bu isə əməliyyat pulunu min bir zillətlə ərsəyə gətirən xəstə yaxınları üçün böyük vəsait deməkdir.

Belə ki, reanimasiyanın 1 sutkası 200 manat və üstəgəl istifadə olunan preparatların qiyməti. Bu məbləği 20-yə vuranda əlavə 6.000- 7.000 manat pul edir. İndi xəstənin və yaxınlarının vəziyyətini təsəvvür edin. Adamı xəstəxanadan çıxarsaq, öləcək. Qalmasına isə vəsait yoxdur. Nə isə, çox çək-çevirdən sonra bir təhər ortaq rəqəmə gəlindi. Yenə həkimə təşəkkür düşür – özünə çatacaq məbləğdən demək olar ki, imtina etdi…

Səhiyyədəki xidmət qiymətlərə, qiymətlər isə əhalinin imkanlarına uyğun deyil

Nə isə, klinika bir təhər xəstəni və yaxınlarını, necə deyərlər, “yola verdi”. Çətinliklə də olsa, xəstəmizi ayağa qaldıra bildik, yaradan bütün xəstələrə şəfa versin. Ancaq bu, ümumilikdə problemin həlli deyil. 1, 2, uzağı 5 nəfəri bu cür “yola vermək” olar. Lakin bu problem kütləvi xarakter alıb – səhiyyədəki xidmət qiymətlərə, qiymətlər isə əhalinin imkanlarına uyğun deyil.

Bu sahədə də müəyyən monopoliyaların olduğu və bir sıra məmur-oliqarxların “at oynatdığı” hər kəsə məlumdur. Elə bu monopolist oliqarxların səyləri nəticəsində nə həkimlər layiq olduqları qonorarı ala bilir, nə də xəstələr şəfa tapa bilirlər. Və nə qədər ki, bu sahəyə nazirlər, iri ranqlı məmurlar nəzarət edəcək, səhiyyə nazirinin dəyişdirilməsi belə, heç nəyi dəyişməyəcək. Yeri gəlmişkən, özəl klinikası olan nazirlər sırasında səhiyyə nazirinin özünün də olduğuna dair mətbuatda ara-sıra yazılar dərc olunub...

Səhiyyəmiz də ciddi beyin qanaması –anevrizma keçirir

Qədim bir bolqar nağılında iki həkimdən söz açılır. Onlardan yaşlı olanı çox varlı, eyni zamanda kinli, xəsis, təkəbbürlü və pulgir, onun tələbəsi olan gənc həkim isə əksinə, xeyirxah, vicdanlı və kasıb olur. Bir gün tələbəsinin biliyinə görə onu üstələdiyini və insanlar tərəfindən daha böyük rəğbətlə qarşılandığını görən yaşlı həkim kinini gizlədə bilmir və krala bildirir ki, sarayda və həyatda iki həkimdən biri qalmalıdır. Mərc tələb edir və bu mərcin şərtinə görə, təbiblər bir–birinə özlərinin ayrı-ayrılıqda hazırladıqları zəhəri verməli olurlar. Sağ qalan sarayın baş həkimi olacaqdı. Əvvəlcə yaşlı həkimin verdiyi zəhəri gənc təbib içir, lakin üstündən özünün hazırladığı dərmanı qəbul edərək, ölümdən qurtulur. Yaşlı həkimin də zəhərə qarşı dərmanı olur. Ancaq buna baxmayaraq, gəncin verdiyi mayeni içən kimi, həyatla vidalaşır. Tələbədən müəllimini hansı zəhərlə öldürdüyünü soruşanda, bildirir ki, ona verdiyi “zəhər” adicə sudur. Yaşlı təbibi öldürən isə gəncin verdiyi su yox, qocanın özünün içindəki “zəhər” – təkəbbür, kin, var-dövlət hərisliyi imişвЂ¦

Təəssüf ki, müasir səhiyyəmizin vəziyyəti həmin qoca təbibin durumundan az fərqlənir. Bəzən dilənçilik səviyyəsinə qədər enən rüşvətxorluq, intizamsızlıq, qeyri-peşəkarlıq, məmur-oliqarxların bu sahədə yaratdıqları çirkli biznes mühiti və humanistlikdən çox-çox uzaq davranışlar adi hala çevrilir. Və sadaladığımız eybəcərliklərdən ibarət tərkibə malik “zəhər” də səhiyyəmizi ölümcül hala salır.

Nə isə, başımıza gələn bu hadisə göstərdi ki, barəsində danışdığımız xəstə kimi, ümumilikdə səhiyyəmiz də ciddi beyin qanaması –anevrizma keçirir. Və bu xəstəlik onu iflic edərək, yataq xəstəsinə çevirib. Biz çətinliklə də olsa, xəstəmizi ayağa qaldıra bildik, ancaq səhiyyəmizin ayağa qalxması çox müşkül görünür…

Allah bütün xəstələrimizə şəfa, bu sahəyə nəzarət və yiyəlik edənlərə isə azacıq insaf versin…
Mənbə: AzPolitika.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu - detallar
Bu gün, 16:52
Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ – Yeni səfir münasibətləri xilas edə BİLƏCƏK?
Bu gün, 16:50
Müğənniyə sui-qəsd İŞİ: - AST Telmanın mühafizəçisi bəraət qazanır
Bu gün, 16:45
Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb
Bu gün, 16:37
Süleyman Mikayılov Qobustanda qəbul keçirdi - FOTO
Bu gün, 16:17
Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu - TƏFƏRRÜAT
Bu gün, 16:13
Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? - AÇIQLAMA
Bu gün, 16:08
Azərbaycan nəyə və niyə hazır olmalıdır? - AKTUAL
Bu gün, 16:01
Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb
Bu gün, 15:59
FTB Con Boltonun evində axtarış aparıb - “New York Post”
Bu gün, 15:54
12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? - İDDİA
Bu gün, 15:49
Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? - İcra başçısı Coşqun Cəbrayılovun nəzərinə...
Bu gün, 15:44
Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - ƏMR
Bu gün, 15:20
Azərbaycanda internet tam kəsiləcək? - AÇIQLAMA
Bu gün, 15:18
Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ - Prezidentə MÜRACİƏT
Bu gün, 15:06
“Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 14:48
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 14:39
Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Bu gün, 14:30
“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Bu gün, 14:17
Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Bu gün, 14:11
“Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Bu gün, 13:55
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Bu gün, 13:46
"SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Bu gün, 13:44
İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:41
İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Bu gün, 13:11
Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Bu gün, 13:05
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 13:01
Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Bu gün, 12:48
Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20
Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15
Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10
Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01
Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57
Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54
Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52
Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50
Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49
“7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru