Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ... .....                     Cəlilabad sakini ACINACAQLI DURUMDA .....                     Kredit götürmək istəyənlər oxusun .....                     Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? .....                     Pentaqon ABŞ müdafiə büdcəsinin Çinin cilovlanmasına yönəldiyini bildirib .....                     Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” .....                     Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinun işi də alaylarımçıqdır .....                     İşdən çıxarılmış direktor Prezidentdən kömək istədi .....                     İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar .....                     Ən aşağı məhsuldarlığın olduğu Samux “Ərik Festivalı”na necə ev sahibliyi edir? .....                     Yeni direktor məktəbi telefonla idarə edir .....                     Ermənistan KTMT-yə üzvlüklə bağlı şərtlərini açıqladı .....                     Müharibə bitməyib .....                     Kamran Əsədovdan sertifikasiya ilə bağlı ŞOK İDDİA .....                     İranda müharibə: Azərbaycanda bahalaşma .....                     “Erməni kilsəsinin siyasi iddiaları mövcuddur” .....                     "O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi" .....                     Trampdan İrana yeni “barışıq paketi”: 30 milyard dollar yardım, yeni nüvə obyektinə yaşıl işıq .....                     Bakıda güclü partlayış baş verib .....                     “Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” .....                     Bakıda məktəb direktoru işçilərinə maşın yudurur .....                     Ermənistan və Çin XİN başçıları görüşdü .....                     “Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” .....                     AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib .....                     Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? .....                     Goranboyda bayrağımız niyə dalğalanmır? .....                     "Bununla bağlı bir məlumatım yoxdur" .....                     “Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” .....                     "Adam neçə dəfə sübut edər ki, dəvə deyil?" .....                     Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? .....                     Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb .....                     Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq .....                     Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır .....                     Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir .....                     “Pezeşkianla danışdım, inanmıram ki…” .....                     Xamenei: İran ABŞ üzərində qələbə qazandı .....                     ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib .....                     Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                 

Qalmaqala düşən "Drakon" faktları açıqladı və... - Prezidentə müraciət etdi
Tarix: 6-02-2018, 11:55 | Çap et
Qalmaqala düşən "Drakon" faktları açıqladı və...
Azərbaycanın tanınmış aktyoru, sevimli "Drakon" obrazının oyunçusu Rza Rzayev prezident İlham Əliyevə müraciət edib. AFN 220 saylı məktəbdə baş verən neqativ olaylarla bağlı müraciəti olduğu kimi təqdim edir:

Bəlkə də nə vaxtsa belə mətn yazacağımı heç vaxt təsəvvürümə gətirməzdim. Bu sətirləri yazdıqca qələm əlimdə ən ağır yükə çevrilir. Məcburiyyət qarşısında qalıb belə gərgin iş rejimində, vaxt azlığında sizə müraciət edirik, sizin vaxtınızı alırıq, bu bizi çox incitsə də, başqa yol qoymadılar, buna görə üzrlü sayın. 90-cı ildən bu tərəfə dövlət üçün hər zaman öndə olmuşam, tanıyanlar tərəfindən və mətbuat səhifələrində qatı ƏLİYEVÇİ kimi təqdim olunmuşam. Nəzərinizə çatdırım ki, bir müddət dövlət məmuru kimi çalışmışam, sonra öz istəyim və xahişimlə işdən azad olunmuşam. Yəni heç vaxt vəzifə tutmaq iddiam olmayıb. Sonra rejissorluq təhsili almışam - rejissorluq edirəm və çox məmnunam işimdən. Sizi narahat etmə səbəbim tam başqadır.
Ailə üzvlərimizin ən yaxınlarından biri 220 nömrəli məktəbdə 9 ilə yaxındır ki, ibtidai siniflər üzrə direktor müavini vəzifəsində çalışır, neçə illərdir işini ləyaqətlə yerinə yetirir, kollektivin sevimlisidir, bu illər ərzində məktəbdə dövlətçiliyin əleyhinə təbliğat aparanlara qarşı mübarizə aparıb. Bu da bir çoxlarının marağı ilə üst-üstə düşməyib. Son bir ildə yenə də məktəbdə dövlət əleyhinə aparılan təbliğatın üstünü açıb, etirazını bildirib. (X adlı milli mənşəyi bilinməyən ədəbiyyat müəlliməsi: - “20 yanvar qırğınını yaxşı ediblər, onlar niyə küçəyə çıxırdılar ki, onları da qırsınlar. Sarı Gəlin ermənilərin mahnısıdır” – müəllimə şagirdlərə dərsdə bunları təbliğ edirmiş və burada yaza bilmədiyim başqa məsələləri) həmin müəllimə yuxarı siniflər üzrə direktor müavini olan Aybəniz Mirzəliyeva tərəfindən iclasda dəstəklənsə də, dövlət orqanlarına keçmiş direktor tərəfindən bu barədə məlumat veriləndən sonra həmin müəllimə işdən uzaqlaşdırılıb. Aybəniz Mirzəliyeva əxlaqsız davranışları və mənəviyyatsız hərəkətləri ilə məktəbdə ad çıxarmış birisidir, məktəbdə işləyən siyasi və milli mənşəyi bəlli olmayan bir neçə müəllimlə "xüsusi", yaşına və başına yaraşmayan hərəkətlərlə ad çıxarıb, (bu adamların siyasi və milli mənşəyi dövlət orqanları tərəfindən yoxlansa, onların neçə illərdir apardıqları təbliğat üzə çıxar və təsdiqini tapar) dövlətçilik əleyhinə təbliğat aparanları dəstəkləyib, əxlaqsız hərəkətlərinə dözməyən bir neçə müəllimə tərəfindən hətta döyülüb də. Şagirdlər zarafatla stolların üstünə Aybəniz + X yazırlar (bugün keçirilən iclasda onun böhtançı ittihamlarına qarşı yuxarıda söylədiyim əməlləri fakt ilə üzünə deyilib və susdurulub) Və 6 ay öncə 220 saylı məktəbin direktoru işdən çıxarılıb, yerinə əvəzedici kimi Tural Mirzəliyev təyin olunub. Yeni direktor əvəzedicisi heç bir idarəetmə qabiliyyətinə malik olmayan, adi etik qaydaları və danışıq qaydalarını bilməyən 35-37 yaşlı birisidir (deyilənə görə Fetoçudur - əməllərindən də görünən budur) və orta məktəbdə əsas qadın müəllimlərin çalışdığını nəzərə alsaq, onun qüsurlu danışığı və hərəkətləri ciddi problemlər yaratmağa başlayıb. Məsələn, direktor əvəzi qadın müəllimələri tək-tək otağına çağırır, stolu çəkib müəllimələr ilə üz-üzə oturur, məktəbə aidiyyatı olmayan suallar verir: məsələn – “Sən adının mənasını bilirsən? Bilmirsən, mən deyim”, sonra kompüterə girib adın mənasına baxıb, “Sənin adının mənası – gözündən atəş, od yağan deməkdir”. Və yaxud başqa birilərini çağırıb yenə mətləbə dəxli olmayan suallar verir – “fılan şeyə münasibətiniz necədir?” (burada yaza bilməyəcəyim məzmunda) Müəllimələr direktor əvəzedicisinin hərəkətlərindən direktor müavini çalışan yaxın ailə üzvümüzə şikayət ediblər və deyiblər bir də direktor əvəzedicisi onları çağırsa, onun otağına getməyəcəklər. O da direktor əvəzedicisinə “Belə olmaz, cavan qadınlardır, etik davranışlara riayət etmək lazımdır, sizin kimə iş ilə bağlı sözünüz varsa mənim vasitəmlə deyə bilərsiniz” – deyib. Sonra direktor əvəzedicisi direktor müavininə hazırlıq pulu yığmaq tapşırığını verib, o da bunun qanunsuz olduğunu deyib, yığmayıb, başqa birinə tapşırıb, özü ilə yeni gətirdiyi və təsərrüfat müdiri təyin etdiyi Gülşən adlı xanıma - (əslində hazırlıq pulları üçün valideynlər ilə müqavilə bağlanmalı və məktəbin hesabına keçirilməlidir, bunlar pulu nəqd qaydada yığırlar, pullar guya məktəbə xərclənir, müəllimələrin öz imzaları ilə nə qədər pul verdiklərinin siyahısı var, valideynlərin içində isə təbliğat aparır ki, “Mənim restoranım və moykam var, oradan gələn gəlirin bir hissəsini məktəbə xərcləyirəm”. (Əslində görkəmi və əməlləri direktor əvəzedicisindən daha çox, moyka işlədənə oxşayır)
Gülbəniz adlı psixoloq isə öz işi ilə məşğul olmaq əvəzinə məktəbəqədər hazırlıq kursuna gələn uşaqlara dərs keçir və direktor əvəzinin tapşırığı ilə adam başına 40 manatdan pul yığır, əslində bu kurs pulsuzdur.
Bunları etmədiyinə görə, Tural Mirzəliyev keçmişdəki, yəni siyasi və milli mənşəyi bilinməyən (əslində bilirik) xüsusi vaxtlarda dövlətçiliyin əleyhinə çıxan yuxarı siniflər üzrə direktor müavini Aybəniz Mirzəliyeva (bu zatın qardaşı 210 saylı məktəbin keçmiş direktoru olub, rüşvət üstündə işdən çıxarılıb) ilə birləşib – təxribatçı hərəkətlər edirlər, onların sözünə baxmayan, hərəkətlərini təqdir etməyən ibtidai siniflər üzrə direktor müavinini cəzalandırmaq fikrinə düşüblər.
İbtidai siniflərin korpusu ayrıdır. Gah “Niyə gətirib sizin korpusda elan paylayıblar?” bəhanələr gətirirlər, (yuxarı siniflər üçün korpusda da paylanır və qapıçı yad adamları içəri buraxmasın, əgər icazəsizdirsə) əslində buna direktor əvəzi özü icazə verib və bu gün də bəzi şirkətlər dərsi pozaraq bu işlərini davam etdirirlər. Direktor əvəzedicisinə dedikdə, tədbir görmək əvəzinə deyir ki, bunları Bakı Şəhər Təhsil İdarəsindən tapşırıblar. Sonra ibtidai sinif uşaqlarının bilik səviyyəsini yoxlamaq üçün monitorinq keçiriblər, cavabları yenə Aybəniz və dəstəsi yoxlayıb, göstərici aşağı olub, valideynlər və müəllimlər narazılıq ediblər, qiymətləndirmə ilə razılaşmayıblar. Müəllimələr testləri alıb yenidən özləri yoxlayıblar – təkrar yoxlamanın nəticəsindən bəlli olub ki, bilərək 50 faiz şagirdin cavabları səhv dəyərləndirilib, testin cavabları aşağı qiymətləndirilib. Fakt qarşısında qalandan sonra, monitorinqin cavablarını direktor əvəzedicisi ləğv edib. Və sonra yaxın ailə üzvümüz olan direktor müavinini direktor əvəzedicisi yanına çağırıb deyib – “Mən deyənləri etmirsən, müəllimlərini müdafiə edirsən, səni işdən çıxarıram, yerinə X adlı müəlliməni təyin edirəm” (X adlı müəllimə məktəbdə neçə illərdir ki, pul sələmə verir, bir neçə müəllim sələmi qaytara bilmədiyi üçün evini satıb). İbtidai siniflərin Müəllimə Kollektivi bu addımdan narazı qalıblar və etiraz ərizəsi yazıblar, sonra direktor əvəzedicisi deyib, “İşdən çıxarmıram, işini dəyişirəm” və heç bir səbəb göstərmədən. Məsələni araşdırmaq üçün özüm şəxsən direktor əvəzedicisi Tural Mirzəliyevin yanında oldum. Deyirəm – “İnsanların heç də hamısı anasının-bacısının yanında olmur, ətraf, cəmiyyət onları qorumalıdır, sən hələ məktəb direktorunu əvəz edirsən, bu nə hərəkətlər və danışıq tərzidir”. Cavabında deyir - “Mən filoloqam, necə istəyirəm danışa bilərəm”. Biz tərəfdən istənilən cavabını aldı. Başa saldıq ki, “Filoloq kimi evində anan və bacınla danış, bura məktəbdir, sən də məktəb direktorunu əvəz edirsən. Burada özünü filoloq kimi yox, məktəb direktorunu əvəz edən şəxs kimi aparmalısan”.
Yanvar ayının 31-də iclas keçirilib, direktor əvəzedicisinin tapşırığı ilə Aybəniz və dəstəsi işlənmiş reseptlər ilə şantaja keçiblər və dəqiq cavabla susdurulublar, əməlləri üzlərinə deyilib, daha danışmayıblar. Etiraz edən müəllimlərə təzyiqlər olub, Gülşən adlı köməkçisi, yəni Turalın pul yığanı bir-bir sinifləri gəzib, deyib – “Biz deyənə kim etiraz etsə, işdən çıxarılacaq, bu Bakı Şəhər Təhsil İdarəsinin tapşırığıdır” və s.
Tural Mirzəliyev və Aybəniz Mirzəliyevanın soyadları eynidir, qohum olub-olmadıqlarını bilmirəm, amma eyni təbiətli olduqları ortadadır. Amma, bunlar bir şeyi unudublar, ümummilli liderimiz Heydər Əliyevin qurduğu dövlətdə haqq əvvəl-axır öz yerini tapır və tapacaq. Dünyada gedən gərgin proseslərin fonunda, cəmiyyətimizin həssas dönəmində belə əxlaqsız, düşünülməmiş hərəkətlər hər an dövlətçiliyimiz üçün təhlükə yaradır və bir fərdin qüsurlu bir hərəkəti bütün hakimiyyətin ifadəsi kimi başa düşülür.
Cənab Prezident, bu məsələ təcili öz haqlı həllini tapmasa, daha böyük faciələrə gətirib çıxara bilər. Belə danışığın, hərəkətlərin fərdi cavabına! Sizdən xahişimiz budur ki, bu məsələnin qərəzsiz, tərəf tutulmadan yoxlanıb ciddi tədbir görülməsi üçün əmr və tapşırıq verəsiniz. Bu məsələ haqlı həllini tapmasa, “Bütün qatı ƏLİYEVÇİLƏRİN sonu budur!” – kəlməsini eşitməmək üçün – Azərbaycan vətəndaşlığından imtina edəcəyəm.

Rejissor, aktyor, yazar Rza Rzayev

Qalmaqala düşən "Drakon" faktları açıqladı və...
Qalmaqala düşən "Drakon" faktları açıqladı və...
Qalmaqala düşən "Drakon" faktları açıqladı və...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ... - GƏLİŞMƏ
Bu gün, 08:42
Cəlilabad sakini ACINACAQLI DURUMDA - kömək istəyir...
Bu gün, 07:16
Kredit götürmək istəyənlər oxusun – Bunu mütləq bilməlisiniz…
Bu gün, 07:04
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? - Serbiyada küçələrdə qalmışıq
Bu gün, 06:59
Pentaqon ABŞ müdafiə büdcəsinin Çinin cilovlanmasına yönəldiyini bildirib
Bu gün, 06:56
Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” - NƏ ETMƏLİ?
Bu gün, 06:55
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinun işi də alaylarımçıqdır - GİLEY
Bu gün, 06:43
İşdən çıxarılmış direktor Prezidentdən kömək istədi - MÜRACİƏT
Bu gün, 06:39
İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar - AHİK-də saxtakarlıq
Bu gün, 06:30
Ən aşağı məhsuldarlığın olduğu Samux “Ərik Festivalı”na necə ev sahibliyi edir? - BU NƏDİ BELƏ?
Bu gün, 06:22
Yeni direktor məktəbi telefonla idarə edir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:18
Ermənistan KTMT-yə üzvlüklə bağlı şərtlərini açıqladı - KİV
Bu gün, 06:12
Müharibə bitməyib – hər an dəhşətli proses başlaya bilər
Bu gün, 06:09
Kamran Əsədovdan sertifikasiya ilə bağlı ŞOK İDDİA - "Əvvəlcədən razılaşdırılmış müəllimlərə cavab ötürülür"
Bu gün, 06:06
İranda müharibə: Azərbaycanda bahalaşma - AKTUAL
Bu gün, 02:01
“Erməni kilsəsinin siyasi iddiaları mövcuddur” - NƏ BAŞ VERİR?
Bu gün, 01:59
"O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi"
Bu gün, 01:55
Trampdan İrana yeni “barışıq paketi”: 30 milyard dollar yardım, yeni nüvə obyektinə yaşıl işıq - ŞOK GƏLİŞMƏ
Bu gün, 01:53
Bakıda güclü partlayış baş verib
Dünən, 23:50
“Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” - Ekspertdən ŞOK SÖZLƏR
Dünən, 23:25
Bakıda məktəb direktoru işçilərinə maşın yudurur - "Hər şeyin qiyməti var - verirsən, işin həll olunur"
Dünən, 23:22
Ermənistan və Çin XİN başçıları görüşdü
Dünən, 18:08
“Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” - İlahiyyatçıdan sərt mesaj
Dünən, 18:02
AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib - FOTO
Dünən, 17:59
Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? - AÇIQLAMA
Dünən, 17:51
Goranboyda bayrağımız niyə dalğalanmır? - AXI NİYƏ?
Dünən, 17:45
"Bununla bağlı bir məlumatım yoxdur" - O QAYIDIR?
Dünən, 17:42
“Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” - Paşinyan
Dünən, 17:37
"Adam neçə dəfə sübut edər ki, dəvə deyil?"
Dünən, 17:31
Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 17:20
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Dünən, 17:14
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Dünən, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Dünən, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Dünən, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Dünən, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Dünən, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Dünən, 14:34
Xameneyi xalqa müraciət edəcək
Dünən, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Dünən, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Dünən, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Dünən, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Dünən, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Dünən, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Dünən, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Dünən, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Dünən, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Dünən, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Dünən, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Dünən, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Dünən, 11:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru