ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? .....                     Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI .....                     İlham Əliyev Türkmənistana .....                     Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb .....                     ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... .....                     "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." .....                     Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR .....                     İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? .....                     Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... .....                     Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? .....                     İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... .....                     Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? .....                     İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... .....                     Bu qida məhsulları BAHALAŞACAQ... .....                     Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir .....                     Vüqar Əsgərov gömrük sistemini qarışdırır .....                     Bülletendə olanların pulu aylardır ödənilmir .....                     Əbülfəz Elçibəyin vəfatından 25 il ötür .....                     Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir .....                     Gələcəyin sahibləri .....                     İmtahan, yoxsa tələ? .....                     Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək .....                     "Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." .....                     Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı .....                     ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib .....                     Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili .....                     Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür .....                     Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini .....                     GİN-dən “zerkalnı” tender: .....                     Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir .....                     YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                 

"Evinin sahəsi az olan köçmək istəmir" - GİLEY
Tarix: 10-01-2018, 10:31 | Çap et
"Evinin sahəsi az olan köçmək istəmir"
Bakının “Sovetski” kimi tanınan məhəlləsində 2014-cü ildən etibarən başlanan köçürmə işlərinin artıq ikinci mərhələsi başlanır. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə Komissiyasının sədri Səməd İslamov APA-ya açıqlamasında bildirib ki, 2018-ci ilin yanvarından Bakının “Sovetski” kimi tanınan məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək.

Onun bildirməsinə görə, yeni mərhələdə köçürmə işləri ilə bağlı sənədləşdirmə işləri aparılır. Daha 2 min evin köçürülməsi prosesi həyata keçiriləcək.

“Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Bildirilib ki, bəzi ailələr verilən kompensasiyanın məbləğinə etiraz edərək dirəniş göstəriblər. Həmin ərazidə hər kvadratmetrə 1500 manat ödənildiyi də icra hakimiyyəti tərəfindən söylənilib.

“Yeni Müsavat”ın əməkdaşı olaraq “Sovetski” ərazisində olub, aparılan işlərlə maraqlandıq. Müşahidə etdik ki, hazırda ərazidə çoxsaylı ustalar, texnikalar çalışır, qızğın iş gedir. Lakin söylənildiyi kimi, söküntü deyil, tikinti işləri aparılır. Belə ki, ötən il boşaldılan 26 hektarlıq park və yaşıllıq salınması üçün nəzərdə tutulan ərazinin ətrafına dəmir hasar çəkilib, tikinti ilə bağlı bütün təhlükəsizlik tədbirləri nəzərə alınıb. Ərazidə texnikalar işləyir, kanalizasiya sistemi çəkilir və digər bu kimi müvafiq tikinti işləri görülür. Orada çalışan ustalar bildirdilər ki, ilin sonuna qədər tikintilərin tam başa çatacağı gözlənilir. Plana görə ümumilikdə 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılmalıdır. Həmin küçələrə Balababa Məcidov, Abdulla Şaiq, Mirzağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələri daxildir. Hazırda isə bu küçələrin əksəriyyətində piyadaların hərəkəti üçün səki belə mövcud deyil. Mirzağa Əliyev küçəsində isə ümumiyyətlə, iki avtomobil yan-yana hərəkət edə bilmir. Belə bir şəraitdən sakinlər də narazıdırlar və köçürüləcəkləri günü gözləyirlər. Söhbət etdiyimiz Mirzağa Əliyev küçəsinin sakinləri bildirdilər ki, onların mənzillərini iki-üç il bundan öncə ölçüblər: “Doğrusu, bizə 2015-ci ilin sentyabr ayında deyirdilər ki, qışa kimi bu ərazilər söküləcək. Əvvəl deyirdilər ki, bu əraziləri ərəblər alıblar və hansısa obyektlər tikəcəklər. Camaat da sevinirdi ki, ərəblər alıbsa, yəqin kompensasiya da yaxşı olacaq. Həmin ərəfələrdə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib, mənzilləri ölçdülər. Bildirdilər ki, kvadrata 1500 manat kompensasiya ödəyəcəklər. 2016-cı ildə də deyirdilər ki, payızda buralar söküləcək. 2017-ci il başlayanda dedilər ki, yazda burada bir dənə də ev qalmayacaq. Kirayə qalanların da hamısı başqa evlərə köçdülər ki, ərazi sökülür. İndi də 2018-ci ildir və deyilənə görə, bu ayın axırına qədər bizə konkret söz deyəcəklər”.

Sakinlərlə söhbətimiz zamanı onlar kompensasiyanın azlığından da şikayətləndilər. Söylədilər ki, tikinti materialları bazarında qiymətlər 2014-cü ildəki kimi deyil, bahalaşıb. Ona görə də ən azı 2 min manat kompensasiyanın verilməsi arzusundadırlar.

Plana görə, ikinci mərhələdə Nərimanov prospektindən yuxarı, İsmayıl Qutqaşınlı küçəsinə qədər olan hissə köçürüləcək. Üçüncü mərhələ isə köçürülmə Murtuza Muxtarov və Nərimanov prospektini, Süleyman Tağızadə küçələrinədək olan ərazini əhatə edəcək.

Hazırda “Sovetski”nin söküntü aparılmayan hissələrində yaşam normal qaydada davam edir. İşlərin aparıldığı əraziyə yaxın yerləşən Çingiz Mustafayev küçəsinin bir hissəsində söküntü aparılsa da, digər hissələrdə sakinlər gözləmə mövqeyindədirlər. Bildirdilər ki, yaxınlıqda tikinti başlanan zamanlarda kommunal xətlərində ciddi problemlər olurdu. Hazırda isə bu barədə problem yoxdur. Küçənin 74 yaşlı sakini Əzizağa Qəmbərov bildirdi ki, onlara konkret söz deyən yoxdur: “Axşam məhəllədə elə bu barədə söhbət edirdik. Hələ camaat bilmir ki, hansı küçəni sökəcəklər. Süleyman Rəhimov küçəsinin camaatı deyir ki, bizim küçəni sökəcəklər, bizimkilər də hesab edir ki, söküntü onlar tərəfdən başlayacaq. Ona görə də biz ikinci mərhələnin başlanmasından, işlərin necə gedəcəyindən məlumatsızıq. Ancaq eşitmişik ki, bu ayın axırına qədər nə isə deyiləcək. Başçını da çıxarıblar, daha əvvəlki kimi buralara gedib-gələn də yoxdur. İbrahim Mehdiyev başçı olanda, tez-tez gəlirdi söküntü aparılan yerlərə. Kim evindən çıxmaq istəmirdisə, kompensasiya ilə razılaşmırdısa, onu qışqırda-qışqırda evindən çıxarırdılar, evini də sökürdülər. Bizi də yəqin ki, elə günlər gözləyir. Evinin sahəsi az olan köçmək istəmir. Ev balaca olsa da şəhərin mərkəzindədir. Aşağı düşürük, istədiyimiz idarəyə 10 dəqiqəyə çatırıq. Sizə deyim ki, bu dəqiqə Qobunun əksəriyyəti ”Sovetski" camaatıdır. Evini söküblər, kvadratı az olduğu üçün kompensasiyanı da az alıb, məcbur qalıb Qobuda ev tikib. Sahəsi böyük evdə yaşayanlar üçün fərqi yoxdur. Bir qisim də evini kirayə verənlərdir burada. Onlar da söküntü işləri ilə maraqlanmırlar".

Onu da qeyd edək ki, Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyev prezidentin sərəncamı ilə 1 iyul 2017-ci ildə vəzifəsindən azad edilib. Yasamal rayonu artıq 6 aydır ki, icra başçısız qalıb. İbrahim Mehdiyev yuxarıda qeyd etdiyimiz Çingiz Mustafayev küçəsində yerləşən “Hacı Cavad” məscidinin sökülməsini “özbaşına həyata keçirdiyinə görə” vəzifəsindən azad edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17
Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12
İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06
Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02
ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... - Ümumiyyətlə, imtina etməz...
Bu gün, 08:59
"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52
Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45
İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37
Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31
Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31
İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30
Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? - GƏLİŞMƏ
Bu gün, 07:26
İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... - FAKT BUDUR!
Bu gün, 07:25
Bu qida məhsulları BAHALAŞACAQ... - GÖZLƏNTİ
Bu gün, 07:22
Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir - “Biz qorxurduq ki...”
Bu gün, 07:06
Vüqar Əsgərov gömrük sistemini qarışdırır - İTTİHAM VAR...
Bu gün, 07:04
Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir
Bu gün, 06:59
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür - ANIM
Bu gün, 06:52
Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:46
Gələcəyin sahibləri - Eltən Törəçi yazır...
Bu gün, 06:44
İmtahan, yoxsa tələ? - AKTUAL
Bu gün, 06:40
Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38
"Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." - FOTO
Bu gün, 06:35
Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı – Həmin şəxslər ölkəmizə gələrsə…
Bu gün, 06:31
ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib - CBS telekanalı
Bu gün, 06:26
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Dünən, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Dünən, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Dünən, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Dünən, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Dünən, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Dünən, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Dünən, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Dünən, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünən, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Dünən, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Dünən, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Dünən, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru