“Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır” - Dövlət başçısı
Tarix: 25-11-2017, 11:33 | Çap et
 “Bizim üzləşdiyimiz əsas çağırış torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışı zamanı deyib. “BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir. XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır”, - deyə, dövlət başçısı vurğulayıb.
***
“Enerji siyasəti bizim Avropa təsisatları ilə yaxından əməkdaşlıq etdiyimiz məsələlər arasındadır. Genişmiqyaslı enerji layihəsi olan Cənub Qaz Dəhlizi uğurla inkişaf edir. Bu layihənin dəyəri 40 milyard ABŞ dollarından artıqdır və bizə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək. 3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir, çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir və bu, qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq: “Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi təşəbbüsünü irəli sürdü və biz layihəyə verdiyi davamlı dəstəyə görə Avropa Komissiyasına minnətdarıq. Bu dəstək və layihənin Avropa maliyyə institutları tərəfindən maliyyələşdirilməsi onun uğurla həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın qonşuları ilə birgə həyata keçirdiyi daha bir əhəmiyyətli təşəbbüs ötən ay açılışı olmuş Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən, bununla da Asiya ilə Avropa arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və bir çox ölkələrə bu layihəyə qoşulmağa imkan verəcək ən qısa nəqliyyat marşrutu olacaq. Beləliklə, Azərbaycan Avropanı Asiya ilə dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, iqtisadi inkişaf - bütün bunlar bizim üçün vacib maraq kəsb edən və əsas prioritet olan sahələrdir. Eyni zamanda, Azərbaycan insan kapitalına böyük sərmayə yatırıb. Savadlılıq səviyyəsi 100 faizə yaxındır və təhsilli insanlar bizim islahatlarımız üçün əsas aparıcı qüvvə, radikalizmə və dini ekstremizmə qarşı əsas qarantdır. Azərbaycan dünyada tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Bu gün, 17:45 |
|
|
|
• Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Bu gün, 17:42 |
|
|
|
• YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Bu gün, 17:32 |
|
|
|
• "Görün, nə qədər qadın bloger va..,"
Bu gün, 17:14 |
|
|
|
• “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04 |
|
|
|
• Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57 |
|
|
|
• "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56 |
|
|
|
• Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46 |
|
|
|
• Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45 |
|
|
|
• Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44 |
|
|
|
• Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42 |
|
|
|
• Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18 |
|
|
|
• Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13 |
|
|
|
• Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04 |
|
|
|
• ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58 |
|
|
|
• "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53 |
|
|
|
• Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39 |
|
|
|
• Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34 |
|
|
|
• Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25 |
|
|
|
• Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• “Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18 |
|
|
|
• Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14 |
|
|
|
• “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57 |
|
|
|
• Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54 |
|
|
|
• FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50 |
|
|
|
• Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33 |
|
|
|
• Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02 |
|
|
|
• Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00 |
|
|
|
• FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44 |
|
|
|
• "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36 |
|
|
|
• Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14 |
|
|
|
• “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11 |
|
|
|
• Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08 |
|
|
|
• TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02 |
|
|
|
• Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00 |
|
|
|
• Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58 |
|
|
|
• Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54 |
|
|
|
• Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44 |
|
|
|
• Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27 |
|
|
|
• Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23 |
|
|
|
• SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16 |
|
|
|
• Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13 |
|
|
|
• İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04 |
|
|
|
• Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02 |
|
|
|
• BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00 |
|
|
|
• Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57 |
|
|
|
|