Əliyevdən Moskvaya sərt mesaj .....                     Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? .....                     ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı .....                     "Bizim vaxtımızda belə şey olmayıb" .....                     Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr .....                     Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... .....                     Balaxanı Əməliyyat Şirkətində nə baş verir? .....                     Əkrəm Əylisli deyir ki... .....                     "Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" .....                     İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək .....                     Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... .....                     "İstismara yararsız oturacağa niyə bilet satılır?" .....                     Zelenski Donbasla bağlı kompromisə hazırdır .....                     Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub .....                     Binəva turist buralara NİYƏ GƏLSİN AXI... .....                     Nazir müavininə itki üz verib .....                     `Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? .....                     Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... .....                     Əməyin mühafizəsi üzrə işçilər... .....                     "Niyə yalan, yarımçıq məlumat verirlər?" .....                     Burda bir səhv ən azı 90 manatını aparır... .....                     Fars-molla rejiminin ABSURD DAVASI... .....                     Davudoğlu DÜZMÜ BUYURUR?.. .....                     “Azəriqaz”da QAZ İTKİSİ: Getdikcə... ARTACAQ! .....                     Zelenski Trampla görüşmək üçün ABŞ-dədir .....                     İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər .....                     Öz istədiklərini necə istəyirlərsə... .....                     Dövlətin müəyyən etdiyi pula qalsa... .....                     İsrail razılıq verdi, o siyahı yayıldı: ilk sırada Türkiyə var! .....                     Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər .....                     Bu karqo şirkəti müştəriləri bezdirib .....                     Nizami rayonunda hər kəs özbaşına qalıb .....                     ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi .....                     Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? .....                     Rəqsanəyə neçə il İŞ DÜŞÜR? .....                     Pezeşkian Ermənistan yolunda .....                     Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası .....                     Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək .....                     Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq .....                 

Vergilər Nazirliynin əməkdaşları Natiq Əliyevin və Mahir Xudiyevin böyük rüşvət ruleti - ŞOK FAKTLAR
Tarix: 1-05-2017, 09:56 | Çap et
Vergilər Nazirliynin əməkdaşları Natiq Əliyevin və Mahir Xudiyevin böyük rüşvət ruleti
“Maddi baxımdan çətin vəziyyətdə olduğumuzdan Vergilər Nazirliyində işləyən Əliyev Natiq Əli oğlu və onun bizimlə tanış etdiyi Xuduyev Mahir Bilman oğlu adlı şəxslər dövlət orqanlarında yaxşı əlaqələrinin olduğunu, tikinti işlərinin tamamlanması və aidiyyatı orqanlara bütün ödənişlərlə bağlı müvafiq razılaşmaların əldə edilməsi və sənədləşmə işlərinin həyata keçirilməsi mövzusunda bizə kömək edə biləcəklərini təklif etmişdilər. Bunun müqabilində bizimlə ortaq olacaqlarını bildirmişdilər. Həmin anda ağır vəziyyətdə olduğumuza görə bu şəxslərin təklifi ilə razılaşdıq”.

Bu sözləri “OMAKS-3” MTK tikinti şirkətinin rəhbəri Hüseynova Alidə Bəhman qızı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, I Vitse-prezident Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətnin rəisi Mədət Quliyevə və Vergilər Naziri Fazil Məmmədova ünvanladığı müraciətdə yazıb.

Xatırladaq ki, son zamanlar vəzifəli şəxslərin öz vəzifə səlahiyyətlərindən istifadə edərək Bakıda aparılan tikintilərə qanunsuz şəriklikləri ilə bağlı bir çox məlumatlar mətbuata çıxarılmaqdadır. Məmurların qurbanlarına çevrilən vəzifəli şəxslərin bəzilərinin uzun müddətə həbs olunmaları haqqında nümunələr də artıq var.

Məmur özbaşınalığının və vəzifə səlahiyyətlərindən sui-istifadənin növbəti qurbanlarından biri isə ““OMAKS-3” MTK tikinti şirkətinin rəhbəri Hüseynova Alidə Bəhman qızıdır. Dövlət rəhbərlərinə və PİA.AZ saytına müraciət edən Alidə Hüseynova Vergilər Nazirliynin yüksək çinli əməkdaşları Əliyev Natiq Əli oğlunun və Xuduyev Mahir Bilman oğlunun dələduzluqlarının və vəzifə səlahiyyətlərindən istifadə edərək “OMAKS-3” MMC-yə milyonlarla manat ziyan vurduqlarını iddia edirlər. Bu da azmış kimi, yüksək çinli bu məmurlar tikilməkdə olan yaşayış binasının tamamını qeyri-qanuni yolla Hüseynova Alidə Bəhman qızından tələb edirlər. Hazırda 12 mərtəbəli yaşayış binasının tikintisi isə bu üzdən yarımçıq qalıb.

Vergilər Nazirliynin əməkdaşları Natiq Əliyevin və Mahir Xudiyevin böyük rüşvət ruleti
Alidə Hüseynova

“Möhtərəm prezidentimiz cənab İlham Əliyevə!

Çox hörmətli I Vitseprezidentimiz Mehriban xanım Əliyevaya!

Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova!

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə!

Azərbaycan Respublikasının Vergilər naziri Fazil Məmmədova!

Çox çətin vəziyyətdə bu müraciəti Sizlərə ünvanlayaraq bildirirəm ki, mən Hüseynova Alidə Bəhman qızı Vergilər Nazirliyinin vəzifəli əməkdaşları tərəfindən dələduzluğa məruz qalmışam və hazırda bizə çox böyük maddi ziyan dəydiyi halda, həmçinin ailə üzvlərimlə birlikdə günahsız yerə həbs təhlükəsi ilə üzləşmişəm. Vergilər Nazirliyinin vəzifəli şəxsləri olan Əliyev Natiq Əli oğlu və onun bizimlə tanış etdiyi Xuduyev Mahir Bilman oğlu adlı şəxslər mənim təsisçisi olduğum ““OMAKS-3” MTK tikinti şirkətinin direktoru, qardaşım oğlu Emil Namaozovu aldadaraq bizə külli-miqdarda maddi ziyan vurmaqla yanaşı, hazırda mənim və ailə üzvlərimin həbs olunması üçün haqqımızda cinayət işinin açılmasına nail olublar. Halbuki bu işdə bizim heç bir günahımız yoxdur və Vergilər Nazirliyinin işçiləri olan olan Əliyev Natiq Əli oğlu və Xuduyev Mahir Bilman oğlunun dələduz əməllərinin qurbanı olmuşuq”.

Qeyd edək ki, Alidə xanımın iddia etdiyi dələduzluq məsələsi doğurdan ağılmaz bir hadisədir və məmurların bu şəkildə sahibkarları aldatmaları artıq tendensuiya halını almaqdadır. Bu halların qarşısını almaq üçünsə artıq dövlət qurumlarının ölkə prezidentnin sahibkarlarla bağlı məlum tapşırıqlarını diqqətə alaraq vəzifə borclarını yerinə gətirmələri vacibdir.

Aşağıda “OMAKS-3” MTK tikinti şirkətinin rəhbəri Hüseynova Alidə Bəhman qızının başına gələn ağlasığmaz dələduzluq hadisəsini sahibkar xanımın müraciətində olduğu kimi oxuğularımızın diqqətinə cəlb edirik.

Vergilər Nazirliyinin yüksək çinli əməkdaşları “OMAKS-3” MTK-ni hamiliyə götürüblər

Saytımıza ünvanladığı müraciətdə Alidə Hüseynova bildirir ki, Bakı Şəhər İcra Hakimiyətinin 26 aprel 2012-ci il tarixli, 170 saylı sərəncamı ilə Bakı Şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi 593-cü məhəllə ünvanında “OMAKS-3” MMC tikinti şirkətinə hündürmərtəbəli binaların inşası üçün torpaq sahəsi ayırıb. Həmin sərəncam əsasında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 12631 saylı İnşaat Pasportu tərtib edilib və inşa olunacaq binanın eskiz layihəsi razılaşdırılıb.

Layihə sənədlərinə əsasən 12 mərtəbəli yasayış binasının təməli qazılmış və 6 mərtəbəsi inşa olunub. Bu mərhələdə aidiyatlı orqanlara müvafiq ödənişlərin həyata keçirilməsi zərurəti bəzi maliyyə problemlərinin meydana çıxmasına səbəb olub. Vergi yoxlaması aparmaq adı altında “OMAKS-3” MTK tikinti şirkətinə gələn Əliyev Natiq Əli oğlu şirkətin direktoru Emil Namazova təklif edib ki, müvafiq ödənişlərin həyata keçirilməməsi səbəbi ilə ortaya çıxan problemləri və inşaatın davam etdirilməsinə icazə verilməsi üçün o yardımçı ola bilər. Natiq Əliyev bu işə həmçinin digər həmkarı Mahir Xudiyevi də cəlb edib və bu ikili Emil Namazova bildiriblər ki, tikilməkdə olan evdən onlara pay ayrılacaqları halda bütün adminstrativ əngəlləri ortadan qaldırmağa hazırdırlar.

Alidə Hüseynova bildirir ki, maddi baxımdan çətin vəziyyətdə olduqlarından və bəzi idarələrin tələb etdikləri məbləğləri verə bilmədiyinə görə gənc Emil Namazov onlara inanıb və onları da inandırıb. Və nəticədə Natiq Əliyevin və Mahir Xudiyevin təklifini qəbul ediblər. Razılaşmaya əsasən Natiq Əliyev və Mahir Xudiyev bina ilə bağlı bütün sənədləşmə işlərini həll edəcəklərini və bununla bağlı ortaya çıxa biləcək bütün xərcləri üzərlərinə götürüblər. Bunun müqabilində, Natiq Əliyev və Mahir Xudiyev Alidə Hüseynovadan ortaqlığın təminatı olaraq Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 593-cü məhəllə ünvanında inşa olunmaqda olan binadan 26 mənzil istəyiblər və həmin 26 mənzil formal olaraq onların yaxın qohumlarına, adamlarına satılmış kimi rəsmiləşdirilib. Həmin mənzillərin məhz Natiq Əliyevin və Mahir Xudiyevin aidiyyatlı orqanlara həyata keçirəcəyi ödəniş və binanın tikintisinin tamamlanması zamanı bütün sənədləşmə işlərini üzərilərinə götürdüklərinə görə verilib. Əslində Natiq Əliyev və Mahir Xudiyev mənzillərə görə heç bir ödəniş etməyiblər və ortada ödəniş etmələləri ilə bağlı heç bir kassa ödəniş sənədi yoxdur. Eyni zamanda sözü gedən mənzillər bazar qiymətindən və ümumiyyətlə mənzilin maya dəyərindən də aşağı hesablanmaqla, (kv.m.470 manat), rəsmiləşdiriləşdirilib.

Natiq Əliyev və Mahir Xudiyev qanunsuz yolla əldə etdikləri mənzilləri satıblar

Qısa müddətdən sonra Vergilər Nazirliyinin əməkdaşları qanunsuz yolla əldə etdikləri binaları satışa çıxarıblar. Alidə Hüseynovanın müraciətdə bildirdiyinə görə ortaqlıq qarşılığında Natiq Əliyevə və Mahir Xudiyevə verilən mənzillərdən birini Mahir Xuduyev Binə Ticarət Mərkəzində obyektə dəyişdirib. Daha bir mənzili Alidə xanımın tanımadığı hansısa bir futbolçuya satıb. Öz növbəsində Natiq Əliyev isə Akademik Həsən Əliyev küçəsində 1 milyon manata ticarət obyekti alıb, həmin pulun 500.000 manatını nəğd olaraq ödəyib, qalan 500.000 manatının əvəzində isə məlum binadan 3 mənzil verib. Həmin mənzillər əvəzləşdirilərkən 1 kv.m. 1000 manatdan hesablanıb sənədlənləşdirilib. Daha bir mənzili isə Natiq Əliyev 1 kv.m.1100 manatdan olmaqla Neft Şirkətində çalışan hansısa bir qadına satıb. Başqa bir mənzili isə Natiq Əliyev 1 kv.m.1200 manata öz iş yoldaşına satıb.

Yəni hər iki vergi işçisi onlara verilən mənzilləri tikinti başa çatmadan sataraq külli miqdarda gəlir əldə ediblər.

Mənzillərin müqabilində Vergilər Nazirliyi və FHN ilə problemlər həll ediləcəkmiş

Alidə Hüseynova bildirir ki, əslində həmin şəxslərə verdiyimiz mənzillərin müqabilində Natiq Əliyev və Mahir Xudiyev binanın Vergi və FHN ilə olan problemini həll etməli idilər. Bir müddətdən sonra Natiq Əliyev və Mahir Xudiyev Alidə xanıma bildiriblər ki, Vergi məsələlərini həll etmək üçün guya 200.000 manat kiməsə “şapka” verdilər. Bu ödəniş də onunla əsaslandırılıb ki, guya işi ümumi hesabata göstərilən məbləğdən daha aşağı məbləğə həll edəcəklər.

Böyük rüşvət ruleti

Belə ki, Vergilər Nazirliyndən yoxlama gəlir və Natiq Əliyev və Mahir Xudiyev bildiriblər ki, yoxlamanı aparan Namiq adlı şəxsə 200 min manat rüşvət veriblər. Bundan başqa Alidə Hüseynova iddia edir ki, Vergilər Nazirliyində ya şöbə rəisi və ya Auditin rəisi kimi təqdim etdikləri Habil adlı şəxsə guya hissə-hissə 50.000 manat, 30.000 manat, 80.000 manat olmaqla 160.000 min manat rüşvət veriblər. Daha sonra vergilərdən Emil Namazov “OMAKS-3” MTK şirkətinin vergi borcu bağlı məlumat aldıqda onlara bildirilib ki, birinci dəfə açılan vergi yoxlanması bağlanıb. Lakin ümumi vergi borcu kifayət qədər çoxdur.

Dələduzluğun panoraması

Alidə xanımın Vergi Nazirliyindən əldə etdiyi məlumatdan belə bir qənaət formallaşıb ki, sanki istənilən an yeni vergi yoxlaması keçirib, iri vergi borclusu kimi “OMAKS-3” MTK hesablarına həbs qoyula bilər. Nəticədə belə məlum oldu ki, Natiq Əliyev və Mahir Xudiyev “OMAKS-3” MTK-ya məxsus mənzilləri heç bir ödəniş etməməklə “krışa”-lıq etmək adı ilə kvm-i 470 manatdan öz adamlarının adına rəsmiləşdirərək qalan hissəni isə kvm-i 1000 manatdan yuxarı olmaqla başqa şəxslərə satmaqla külli miqdarda gəlir əldə ediblər.

Natiq Əliyev və Mahir Xudiyevdən açıqlanma tələb olunluqda isə onlar üzərilərinə düşən öhdəliklərdən yayınmağa və Vergilər Nazirliynin əməkdaşları vasitəsi ilə Alidə Hüsyenovaya təzyiqlər etməyə başlayıblar. Natiq Əliyev və Mahir Xudiyev hər dəfəsində müxtəlif bəhanələrlə maliyyə problemlərinin olduğunu və bu səbəblə vəd etdikləri işi daha sonra həyata keçirəcəklərini bildiriblər. Zamanla aydın olub ki, bu şəxslərin vəd etdikləri işləri yerinə yetirməyəcəklər. Elə bu səbəbdən də tikinti işləri durudurulub.

Alidə Hüseynova mənzillləri geri tələb edib və …

Dələduzluqla üzləşdiyndən tamamilə əmin olduqdan sonra Aliydə Hüseynova Natiq Əliyev və Mahir Xudiyevdən 26 mənzili geri tələb edib. Çünki Natiq Əliyev və Mahir Xudiyev ona verdikləri vədlərin heç birini yerinə yetirməyiblər. Lakin bundan sonra maraqlı bir mənzərə ilə üzləşiblər. Natiq Əliyev və Mahir Xudiyev sahibi olduqları 22 mənzilin vaxtında onlara təhvil verilmədiyini əsas gətirərək onlara dəyən “ziyanın” əvəzinə bütün binanı tələb ediblər. Yəni faktiki olaraq qohumlarının adına sənədləşdirdikləri 26 mənzili qaytarmaq əvəzinə indi də bütün binanı ələ keçirmək istəyirlər və binadan mənzil alan digər şəxslərə bildirirlər ki, onlar bütün bina üzərində nəzarətə sahib olduqları halda ən qısa müddətdə tikintini bitirib binanı təhvil verəcənlər.

Alidə Hüseynovanın ailə üzvləri şərlənir, özünə cinayət işi açılır…

Bununla da kifayətlənməyən Natiq Əliyev və Mahir Xudiyev Alidə Hüseynovanı şantaj etməyə başlayıblar. Belə ki, 26 mənzili “alan” mənzillərin Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət ediblər ki, onlar mənzillərin pulunu ödədikləri halda “OMAKS-3” MTK onların mənzillərini verməkdən imtina edir. Xanım Hüseynova bildirir ki, Natiq Əliyev və Mahir Xudiyev dövlət orqanlarındakı əlaqələrindən istifadə edərək bütün binanın onlara verilməsi üçün onun qardaşı və qardaşıoğluna qarşı saxta yolla cinayət işi açılmasına nail olublar. Yasamal rayonunda mülki qaydada məhkəmə prosesi getdiyi bir vaxtda Alidə Hüseynovanın qardaşına və “OMAKS-3” MTK-ya Korrpusiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb. Məsələnin absurd tərəfi ondan ibarətdir ki, Alidə Hüseynovanın qardaşının bu məsələ ilə heç bir ələaqəsi yoxdur. Yalnız qardaşı oğlu Emil Namazov “OMAKS-3” MTK-nın direktoru vəzifəsini tutub və Natiq Əliyev və Mahir Xudiyevə inanaraq dədlduzuğun qurbanı olub. Lakin buna baxmayaraq Emil Namazovun atası da şərlənərək haqqında cinayət işi açılıb.

Məsələnin digər bir maraqlı nüansı ondan ibarətdir ki, Natiq Əliyev və Mahir Xudiyevin qanunsuz əməlləri ilə bağlı Alidə Hüseynova tərəfindən məhkəmədə mülki qaydada iddia qaldırılmasına və bu iş üzrə cinayət işinin başlanılmasının məhkəmə qərarı ilə rədd edilməsinə baxmayaraq cinayət işi hələ də davam etdirilir.

Paralel olaraq Vergilər Nazirliyinin vəsatəti ilə məhz Natiq Əliyev və Mahir Xudiyevə verilən 26 mənzilin vergisi ödənilmədiyinə görə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb və hazırda istintaq aparılmaqdadır. Təbii olaraq istintaqçılar yuxarıda göstərilən şərtlər altında həmin mənzillərin Natiq Əliyevə və Mahir Xudiyevə əvəzsiz olaraq verildiyini rəsmi olaraq qəbul etmirlər və bu durumda həm Natiq Əliyev, həm də Mahir Xudiyev işin içindən təmiz çıxırlar. Halbuki həmin aşağıdakı müqavilə sənədlərindən də göründüyü kimi qeyd olunan 26 mənzil Natiq Əliyevin və Mahir Xudiyevin ən yaxın qohumlarının adına rəsmiləşdirilib.

Ortaya təbii olaraq sual çıxır, əgər 26 mənzili doğurdanda Natiq Əliyevin və Mahir Xudiyevin qardaşları və qardaşı uşaqları bu iki vəzifəli şəxsdən kənar şəkildə öz pulları ilə alıblarsa, o zaman milyonlarla manat pulun mənbəyini göstərə bilərlərmi və bu pulların gəlir vergisi dövlətə ödənilibmi? Bu sualın cavabını həm Vergilər Nazirliyi, həm də istintaq müəyyənləşdirməlidir. Əgər Vergilər Nazirliyi və istintaq bu suala cavab tapmaq istərlərsə, o zaman təbii olaraq həqiqət özü-özünə ortaya çıxacaq.

Və o da qeyd olunmalıdır ki, əgər Alidə Hüseynovanın ittihamları həqiqəti əks etdirirsə, o zaman öz işçilərin dələduzluğuna görə Vergilər naziri Fazil Məmmədov da məsuliyyət daşıyır. Çünki əgər nazirin öz işçilərinin bu dələduzluqlarından xəbəri yoxdursa belə, vergi sistemində bu cür kirli işlərin baş verməsinə görə Vergilər Nazirliyinin rəhbərliyi məsuliyyət daşıyır. Və təbii ki, Vergilər Nazirliyi sahibkar xanımın ittihamlarına aydınlıq gətirmək üçün ictimaiyyətə açıqlama verməyə borcludur.

Daha sonra Alidə Hüseynova öz müraciətində bildirir:

“Möhtərəm prezidentimiz!
Çox hörmətli I Vitse-prezidentmiz Mehriban xanım Əliyeva!

Siz hər zaman əzilənin haqqını qorumusunuz. Sizdən çox xahiş edirəm üzləşdiyimi dəhşətli dələduzluq qarşısında mənim haqqlarımın müdafiəsi üçün və vəzifələrindən sui-istifadə edərək dələduzluq yoluyla mənim malımı və mülkümü ələ keçirən Natiq Əliyevin və Mahir Xudiyevin haqq etdikləri cəzanı almaları üçün bui şin obyektiv araşdırılması üçün g.stəriş verəsiniz.

Əslində Natiq Əliyevin və Mahir Xudiyevin icra etmədikləri öhdəliyə görə mənə, qardaşıma və onun oğluna qarşı cinayət işi başlanılması bir çox məməurlar tərəfindən qanunların açıq şəkildə tapdanılmasıdır. Belə ki, Natiq Əliyevin “məmur dostları” sayəsində öz cinayət əməllərini gizlədilməsi üçün hüquq mühafizə orqanlarına təzyiq olunması yolu ilə mənə, qardaşıma və qardaşım oğluna qarşı cinayət işi açılıb. Biz həm əmlakımızı və itirmişik və indii də azadlığımızı itirmək təhlükəsi ilə üz-üzə qalmışıq. Eyni zamanda Natiq Əliyevin və Mahir Xudiyevin dələduzluğu ucbatından sözü gedən binanın tikintisi yarımçıq qalıb, buna görə isə bir çox insanlar ziyana düşməkdədirlər.

Cənab prezident və xanım I Vitse-prezident!

Biz hal-hazırda çox köməksiz vəziyyətdəyik və düşdüyümüz vəziyyət elədi ki, bu vəziyyətdə bizə ancaq Siz kömək edə bilərsiniz. Sizdən çox xahiş edirəm, açıq haqqsızlığa məruz qalan bir qadına köməyinizi əsirgəməyin.


Çox böyük hörmətlə: Hüseynova Alidə Bəhmən qızı”

Redaksiyadan: Yazıda gedən ittihamlarla bağlı Natiq Əliyevin və Mahir Xudiyevin mövqelərini öyrənmək üçün onlarla əlaqə yaratmaq imkanına sahib ola bilmədik. Bu üzdəndə həm Natiq Əliyevin, həm Mahir Çudiyevin, eyni zamanda Vergilər Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.

Aşağıda Natiq Əliyevin və Mahir Xudiyevin qardaşlarına və qardaşları uşaqlarına “satılan” evlərin müqavilə səənədlərini təqdim edirik:


Vergilər Nazirliynin əməkdaşları Natiq Əliyevin və Mahir Xudiyevin böyük rüşvət ruleti
Vergilər Nazirliynin əməkdaşları Natiq Əliyevin və Mahir Xudiyevin böyük rüşvət ruleti
Vergilər Nazirliynin əməkdaşları Natiq Əliyevin və Mahir Xudiyevin böyük rüşvət ruleti
Vergilər Nazirliynin əməkdaşları Natiq Əliyevin və Mahir Xudiyevin böyük rüşvət ruleti
Vergilər Nazirliynin əməkdaşları Natiq Əliyevin və Mahir Xudiyevin böyük rüşvət ruleti
Vergilər Nazirliynin əməkdaşları Natiq Əliyevin və Mahir Xudiyevin böyük rüşvət ruleti
Vergilər Nazirliynin əməkdaşları Natiq Əliyevin və Mahir Xudiyevin böyük rüşvət ruleti
Vergilər Nazirliynin əməkdaşları Natiq Əliyevin və Mahir Xudiyevin böyük rüşvət ruleti









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əliyevdən Moskvaya sərt mesaj – “Vaxt azalır”
Bu gün, 10:45
Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:41
Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? - TƏFƏRRÜAT
Bu gün, 10:39
ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı - TENDER LƏĞV OLDU
Bu gün, 10:38
"Bizim vaxtımızda belə şey olmayıb"
Bu gün, 10:33
Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr - NƏ ETMƏLİ?
Bu gün, 10:27
Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... - FAKT BUDUR...
Bu gün, 10:25
Balaxanı Əməliyyat Şirkətində nə baş verir? - Cərimə, torpaq alveri, yeyinti...
Bu gün, 10:16
Əkrəm Əylisli deyir ki... - "Hətta xarici ölkələrdə çıxışlarımda demişəm ki..."
Bu gün, 10:06
"Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" - Partiya sədri
Bu gün, 10:04
İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək - SƏFƏR VAR...
Bu gün, 09:57
Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... - DİQQƏT!
Bu gün, 09:53
"İstismara yararsız oturacağa niyə bilet satılır?" - ETİRAZ!
Bu gün, 09:47
Zelenski Donbasla bağlı kompromisə hazırdır
Bu gün, 09:35
Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub - UNİAN
Bu gün, 09:29
Binəva turist buralara NİYƏ GƏLSİN AXI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Nazir müavininə itki üz verib
Bu gün, 09:13
`Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? - FAKT BUDUR!
Bu gün, 09:04
Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... - VİDEO
Bu gün, 08:59
Əməyin mühafizəsi üzrə işçilər... - Ekspert danışır...
Bu gün, 08:51
"Niyə yalan, yarımçıq məlumat verirlər?" - ETİRAZ
Bu gün, 08:47
Burda bir səhv ən azı 90 manatını aparır... - GİLEY
Bu gün, 08:39
Fars-molla rejiminin ABSURD DAVASI... - HEÇ DƏXLİ VAR?..
Bu gün, 08:20
Davudoğlu DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 08:16
“Azəriqaz”da QAZ İTKİSİ: Getdikcə... ARTACAQ! - BU HƏLƏ HARASIDIR...
Bu gün, 08:11
Zelenski Trampla görüşmək üçün ABŞ-dədir
Bu gün, 08:00
İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər – Dəhşətli ssenari
Bu gün, 06:47
Öz istədiklərini necə istəyirlərsə... - Elə də satırlar...
Bu gün, 06:45
Dövlətin müəyyən etdiyi pula qalsa... - ARAŞDIRMA
Bu gün, 06:39
İsrail razılıq verdi, o siyahı yayıldı: ilk sırada Türkiyə var! – Azərbaycan isə…
Bu gün, 06:36
Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər - Tramp BELƏ DEYİR
Bu gün, 06:34
Bu karqo şirkəti müştəriləri bezdirib - NARAZILIQ VAR...
Bu gün, 06:31
Nizami rayonunda hər kəs özbaşına qalıb - FOTOFAKT
Bu gün, 06:24
ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi - İNCƏLƏMƏ
Bu gün, 01:40
Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:35
Rəqsanəyə neçə il İŞ DÜŞÜR? - TƏFƏRRÜAT
Bu gün, 01:32
Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi
Bu gün, 01:30
Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası - NƏ BAŞ VERİR?
Dünən, 10:34
Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək - ETİRAZ
Dünən, 10:32
Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA
Dünən, 10:28
Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj - KİV
Dünən, 10:24
Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Dünən, 02:53
"Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Dünən, 02:51
Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Dünən, 02:49
AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Dünən, 02:45
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
16-08-2025, 13:17
İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
16-08-2025, 13:12
Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
16-08-2025, 13:03
Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
16-08-2025, 13:00
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
16-08-2025, 12:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru