İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər .....                     Öz istədiklərini necə istəyirlərsə... .....                     Dövlətin müəyyən etdiyi pula qalsa... .....                     İsrail razılıq verdi, o siyahı yayıldı: ilk sırada Türkiyə var! .....                     Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər .....                     Bu karqo şirkəti müştəriləri bezdirib .....                     Nizami rayonunda hər kəs özbaşına qalıb .....                     ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi .....                     Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? .....                     Rəqsanəyə neçə il İŞ DÜŞÜR? .....                     Pezeşkian Ermənistan yolunda .....                     Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası .....                     Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək .....                     Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq .....                     Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj .....                     Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm .....                     "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" .....                     Rəqsanə İsmayılovanın vəkili DANIŞDI .....                     AzTV Rəqsanə ilə bağlı süjet hazırladı .....                     Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... .....                     İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... .....                     Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir .....                     Tramp bu ittifaqı dağıda biləcəkmi? .....                     Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu .....                     Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib .....                     DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib .....                     Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin .....                     Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU .....                     Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... .....                     Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb .....                     Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi .....                     AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib .....                     Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib .....                     Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək .....                     “CDC Klinik”də işçilərin hüququ POZULUR .....                     İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? .....                     Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... .....                     Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? .....                     "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" .....                     Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: .....                 

Bu adamlar Azərbaycanın bayrağının rənglərini də dəyişirlərsə... - Xəyanətin başqa adı olmur
Tarix: 15-04-2017, 12:08 | Çap et
Bu adamlar Azərbaycanın bayrağının rənglərini də dəyişirlərsə...
Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin qurulduğu Azərbaycan milli-mənəvi dəyərləri, tolerantlığı, multikulturalizm ənənələri ilə bərabər, zəngin mümarlığı ilə də dünyada tanınır. Demək olar ki, ölkəmizdə tariximizin hər bir dövrünə aid memarlıq nümunələri mövcuddur. Həmin memarlıq nümunələri bu günümüzə qədər qorunub saxlanılıb. Paralel olaraq, dövrün tələbinə uyğun olaraq, zaman-zaman müasir memarlıq nümunələri də yaradılıb, özündən əvvəlkilərin sırasında yer tutub.

Ümummilli lider Heydər Əliyevin həm sovetlər birliyi dövründə, həm də müstəqilliyimizin ikinci dəfə bərpasından sonra Azərbaycana rəhbərlik etdiyi illərdə biz bu proseslərin şahidi olmuşuq. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən başlayaraq isə paytaxt Bakı ilə yanaşı, regionlar da geniş tikinti-quruculuq meydanına çevrilib, yeni-yeni memarlıq nümunələri yaradılıb. Təbii ki, yeni, müasir tikililər həyata vəsiqə alarkən, məşhur tarixi memarlıq nümunələri də əsaslı təmir edilib, gələcək nəsillər üçün qorunub saxlanılıb.

Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, adət-ənənələrinə bağlı olan, müsəlman kimi müqəddəs Kəbəni ziyarət edən dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkə ərazisindəki ibadət evlərinin, məscidlərin təmir-bərpasına, daha böyük və müasir məscidlərin inşaasına diqqətlə yanaşıblar. Konkret faktlara əsaslanaraq deyə bilərik ki, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstəribsə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatdırılıb. Bu vaxta qədər Şamaxı Cümə Məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir, İçərişəhər Cümə, Həzrət Məhəmməd, Əjdərbəy məscidləri, Gəncə "İmamzadə” kompleksi, eləcə də digər dini abidələr, məscidlər dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Eyni zamanda paytaxt Bakıda Qafqazın ən böyük məscidi – Heydər Məscidi tikilib. Bu gün bu ibadət evində sünni və şiə məzhəbinin nümayəndələri vəhdət namazı qılır, müsəlman həmrəyliyi, mömin birlik-bərabərliyi barədə bütün dünyaya mesaj verirlər. Bu gün Azərbaycanda 306 məscid isə dövlət tərəfindən tarixi abidə kimi qorunur.

Belə gerçəkliklərin yaşandığı Azərbaycanda bütün dinlərin nümayəndələrinə normal münasibət sərgilənir, hər kəsin din, etiqad, vicdan azadlığı qanunla təmin olunur. Lakin təəssüflər olsun ki, hansısa səbəblərdənsə xarici dairələrin əlində alətə çevrilən bəzi qüvvələr bu reallıqları görməzlikdən gəlir, "qaşınmayan yerdən qan çıxarmağın ustaları” kimi İslam dini pərdəsi altında süni narazılıq yaratmağa, ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər. Son günlər dini təəssübkeşlik adı altında "Sovetski” adlandırılan ərazinin abadlaşdırılmasına etiraz edənləri də bu qəbildən saymaq olar. Halbuki, "Kubinka”, "Papanin” kimi, "Sovetski” ərazisindəki köhnə tikililərin sökülməsi, onların yerində daha müasir, yaraşıqlı binaların, parkların və sair xidmət obyektlərinin inşası paytaxt Bakının simasını daha da gözəlləşdirməklə yanaşı, sakinlərin də rahatlığına xidmət edir. "Sovetski” ərazisində Hacı Cavad məscidi kimi təqdim edilən binanın da sökülməsi qərarı bu məqsədə xidmət edir. Bu məscid məhəllə məscidi kimi inşa edilsə də, hazırda burada məhəllə sakinləri, demək olar ki, ibadət etmir. Hacı Cavad məscidi kiçik məhəllə məscidi olduğu üçün hətta onun minarəsi də yoxdur. Ümumiyyətlə, həmin ərazidə aparılacaq inşaat işlərinin miqyası və ətrafın gələcək görünüşü belə kiçik və qəzalı məscidin orada saxlanılmasını qeyri-mümkün edir.

Acınacaqlı haldır ki, bu cür qəzalı binanın sökülməsindən bəzi "dindarlar” şou düzəltməyə, az qala özlərini İslamın, müqəddəs ibadət yerlərinin hamisi kimi qələmə verməyə çalışırlar. Hətta bu məsələni bir qədər də şişirdərək elə təəssürat yaratmağa çalışırlar ki, guya qəzalı vəziyyətdə olan Hacı Cavad məscidi söküldüyü təqdirdə, dindarlar ibadət etməyə məkan tapmayacaqlar. Halbuki, sözügedən qəzalı binanın ətrafında dindarların ibadət etməsi üçün kifayət qədər məscid var. Ölkənin mərkəzi məscidi sayılan Təzəpir məscidi isə lap yaxınlıqdadır. Bundan başqa, yaxınlıqda tarixi və böyük məscidlər olan "İmam Hüseyn”, "Qasım bəy”, "Hacı Sultanəli” və "Xanım Zəhra” məscidləri də var. Namaz vaxtlarında bu məscidlərdə hər hansı sıxlıq müşahidə olunmur.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev də hesab edir ki, "Sovetski” adlanan ərazinin sökülməsi Bakının abadlaşdırılması, gözəlləşdirilməsi istiqamətində həyata keçirilən böyük layihənin davamıdır. Deputatın sözlərinə görə, Azərbaycan son 20 ildə bu cür çoxsaylı layihələrə imza atıb. M.Quliyev söküntüyə süni narazılıq yaradılması məsələsinə də toxunub. Qeyd edib ki, Prezident İlham Əliyev həmin ərazidə yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətə dərhal reaksiya verib və sözügedən məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. Millət vəkilinin qənaətinə görə, bu qərar insanların etimadını artırıb və onlar görüblər ki, dövlət başçısı həmişə əhalinin yanındadır, insanların istənilən kiçik narahatlıqlarını hər zaman nəzərə almağa hazırdır: "İnsanlar Prezidentin bu addımını çox böyük məmnunluq hissi ilə qarşıladılar. Bu həm də xalq-lider birliyinin əyani bir təcəssümüdür. Əslində icra hakimiyyətinin nümayəndələri izahat verirlər ki, bu bina heç bir tarixi əhəmiyyət daşımır və məscid kimi də qeydiyyatda deyil. Amma buna baxmayaraq, əhalinin istəyini nəzərə alaraq Prezident İlham Əliyev bu məsələnin araşdırılması ilə bağlı göstəriş verdi”.

M.Quliyev vurğulayıb ki, belə vəziyyətdən istifadə etmək istəyən qüvvələr də var. Onun fikrincə, həmin qüvvələr istəyərdilər ki, bu məsələ şişsin, siyasi don alsın və yaxud da ölkədə bir qarşıdurma, ictimai sabitliyin pozulmasına gətirib çıxarsın. Millət vəkili deyib ki, belə qüvvələrə qarşı ən yaxşı cavabı elə Azərbaycan ictimaiyyətinin özü verir.

Bütün bunlar bir daha onu sübut edir ki, "dindarlar”ın başlatdığı bu kampaniyanın heç bir əsası yoxdur və onların davranışı hansısa məscidin sökülməsi ilə əlaqədar deyil. Hacı Cavad məscidi ilə bağlı gərginlik yaradanlar əsasən kənardan gəlmiş, xarici dini mərkəzlərdə təhsil almış və hazırda həbsdə olan Tale Bağırzadənin tərəfdarları, qondarma "Müsəlman Birliyi Hərəkatı”nın təəssübkeşləridir. Onlar məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək gərginliyi artırmağa, dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar. Bu isə xalqımızın çoxəsrlik tolerantlıq, dözümlülük, multikulturalizm ənənələrinə, Azərbaycanın dövlət siyasətinə, qanunlarına zidd addımlardır. Ona görə də İslam libasına bürünərək insanların dini inancından sui-istifadə edən, xarici dairələrin sifarişi ilə vətəndaşları qarşıdurmaya, narazılığa sürükləməyə cəhd edən belə şəxslərin əməllərinin qarşısı qanunla alınmalıdır.
\\ kaspi.az\\

Bu adamlar Azərbaycanın bayrağının rənglərini də dəyişirlərsə...

DİA.AZ-dan: Yuxarıdakı fotodan da görünür ki, bu adamlar hətta Azərbaycanımızın dövlət rəmzi olan - toxunulmaz atributumuz MİLLİ BAYRAĞIMIZIn rəngləri ilə belə oynama cəsarəti və ən əsası XƏYANƏTİ də nümayiş etdirilər ki, bu faktın özü də məsələni tam çılpaqlığı ilə ortaya qoymuş olur.

Bizlər adətən İran və Azərbaycanı istəməyən ünvanlarda bu cür hallara rast gəlmişik. Yəni onlar dövlət bayrağımızı tərs asmaqla, rənglərinin yerini dəyişməklə izçlərindəki çirkabı ortaya qoyublar ki, belə görmüşük. İndi isə özlərini "dindar" kimi təqdim edən və realda təxribatçı olduqları şəkk doğurmayan bu şəxslər də eyni cür davranırlar.

Amma yanılırlar. Əgər onlar əslində sökülməsi belə normal olan bir məscidlə bağlı dövlətimizin məlum planı qarşısında "halalımıza toxunublar" deyərək iddia qaldırıb, aranı qatmaq istəyirdilərsə, bilsinlər ki, bu dövlətin sahibləri olan Azərbaycan türklərinin HALALI - DÖVLƏT BAYRAĞIMIZI bu şəkildə aşağılayanları millət heç bir zaman normal qəbul edə bilməz və dövlətdən onların cəzalandırılmasını təbii haqqı və hüququ olaraq tələb edəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər – Dəhşətli ssenari
Bu gün, 06:47
Öz istədiklərini necə istəyirlərsə... - Elə də satırlar...
Bu gün, 06:45
Dövlətin müəyyən etdiyi pula qalsa... - ARAŞDIRMA
Bu gün, 06:39
İsrail razılıq verdi, o siyahı yayıldı: ilk sırada Türkiyə var! – Azərbaycan isə…
Bu gün, 06:36
Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər - Tramp BELƏ DEYİR
Bu gün, 06:34
Bu karqo şirkəti müştəriləri bezdirib - NARAZILIQ VAR...
Bu gün, 06:31
Nizami rayonunda hər kəs özbaşına qalıb - FOTOFAKT
Bu gün, 06:24
ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi - İNCƏLƏMƏ
Bu gün, 01:40
Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:35
Rəqsanəyə neçə il İŞ DÜŞÜR? - TƏFƏRRÜAT
Bu gün, 01:32
Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi
Bu gün, 01:30
Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası - NƏ BAŞ VERİR?
Dünən, 10:34
Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək - ETİRAZ
Dünən, 10:32
Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA
Dünən, 10:28
Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj - KİV
Dünən, 10:24
Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Dünən, 02:53
"Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Dünən, 02:51
Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Dünən, 02:49
AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Dünən, 02:45
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
16-08-2025, 13:17
İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
16-08-2025, 13:12
Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
16-08-2025, 13:03
Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
16-08-2025, 13:00
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
16-08-2025, 12:41
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
16-08-2025, 12:38
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
16-08-2025, 12:37
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
16-08-2025, 12:26
Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
16-08-2025, 12:17
Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
16-08-2025, 12:13
Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
16-08-2025, 12:00
Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
16-08-2025, 11:57
AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
16-08-2025, 11:53
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
16-08-2025, 11:51
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
16-08-2025, 11:48
“CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
16-08-2025, 11:43
İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
16-08-2025, 11:33
Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
16-08-2025, 11:29
Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
16-08-2025, 11:25
"Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
16-08-2025, 11:23
Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
16-08-2025, 11:17
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
16-08-2025, 11:14
Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
16-08-2025, 11:08
Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
16-08-2025, 11:03
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
16-08-2025, 10:56
Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
16-08-2025, 10:43
Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
16-08-2025, 10:36
Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
16-08-2025, 10:01
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
16-08-2025, 09:59
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
16-08-2025, 09:47
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
16-08-2025, 09:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru