İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib .....                     Uranın zənginləşdirilməsini davam etdirəcəyik .....                     İsrail səfiri Elçibəyə hansı sirri açıb? .....                     Nigar onu polislə hədələdi .....                     ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb .....                     Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir .....                     İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb .....                     Dollarla bağlı kritik durum: vəziyyət dəyişir .....                     SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... .....                     Gəmidə çalışanlar üçün VACİB BİLGİ .....                     Naxçıvan banklarında ARTIM İDDİASI... .....                     ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ .....                     Tramp zərbədən öncə hər kəsi belə aldadıb... .....                     ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib .....                     Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ .....                     "Azəriqaz"da saxta imtahan, yoxsa... .....                     1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... .....                     “N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... .....                     Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi .....                     Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… .....                     Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub .....                     "İmtahanda olmaya-olmaya yazıblar ki..." .....                     "Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... .....                     NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər .....                     Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? .....                     "Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan" .....                     İran malları bahalaşdı .....                     İranın xarici işlər naziri Moskvaya səfər edib .....                     İranda “Mossad”la əlaqəli casus saxlanıldı .....                     Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb .....                     "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" .....                     ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi .....                     ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub .....                     İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib .....                     Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                 

620 min manatlıq rüşvət müəmması - İDDİA
Tarix: 15-11-2016, 09:48 | Çap et
620 min manatlıq rüşvət müəmması
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov həmkarları ilə müqayisədə mətbu gündəmi zəbt edənlərdəndir. Rektor vəzifəsinin icrasına başladığı uzun müddət olmasa da (05.03.2014) onun fəaliyyəti haqqında kifayət qədər ziddiyyətli məlumatlar yazılmaqdadır. Bu yazılarda cənab Muradovun formalaşdırmağa cəhd etdiyi yarıtmaz idarəçilikdən, tədris prosesindəki qüsurlardan, rüşvətin tüğyan etməsindən və s. bəhs olunur. Maraqlıdır ki, nə universitet tərəfindən, nə də şəxsən Ədalət müəllim tərəfindən bu kimi faktlara cavab verilmir. Bu faktor isə həm də yazılanların doğruluğunu stimullaşdıran amil sayıla bilər...

Məramı bəlli olmayan xarici turlar

Ötən həftə ABŞ-ın, əsasən, elmi məlumatlar dərc edən В«USNews&WorldreportВ» qəzeti dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqladı. Siyahıda 1000 universitet sırasında qonşu ölkələrin-Türkiyə, Rusiya, İran və hətta Gürcüstanın da bir universitetinin adı var... Azərbaycandan isə heç bir ali təhsil ocağı bu sırada yer almayıb. Nə qədər təəssüfdoğurucu olsa da, təəccüblü deyil.

Bu faktı təsadüfən yada salmadım. ADİU-nin rektoru Ədalət Muradovun fəaliyyətində diqqət çəkən faktlardan biri də onun və universitet rəhbərliyində təmsil olunanların xaricə silsilə səfərləridir. Hörmətli rektorun bu iki ildə Cənubi Koreyadan tutmuş Amerika Birləşmiş Ştatlarına (ABŞ) qədər səfər etmədiyi ölkə demək olar ki, qalmayıb. Komanda üzvləri də eləcə. Ədalət müəllim son iki ildə ABŞ-a iki dəfə səfərdə olub. Şübhəsiz ki, bu səfərlər universitetin büdcəsindən maliyyələşir. Həm də az olmayan məbləğdə. Olsun, belə qəbul edək ki, bu səfərlər universitetin maraqlarına hesablanıb. Amma,.. xeberinfo.com-a bu səfərlərin bəzi gizlinləri haqqında kifayət qədər ciddi sayıla biləcək məlumatlar daxil olub...
Bu haqda qarşıdakı günlərdə yazacağıq. Hələlik isə yerində verilən bir-iki sual: qısa müddətdə bunca xarici səfərlərin nəticəsi nə? Hansı uğura imza atılıb? Və s.

Beynəlxalq Tempus layihəsi çərçivəsində ADİU-nun koordinator qismində qalib gəldiyi cavab ola bilər. Olsun, amma unutmayaq ki, bu layihəyə 2013-cü ildən start verilib. Başqa sözlə, bu uğur universitetin indiki deyil, əvvəlki rəhbərliyinin adına yazılmalıdır...
620 min manatlıq rüşvət müəmması
Xatırlayırsınızsa, bu ilin iyulunda ADİU-də 620 min manatlıq rüşvətlə bağlı məlumat yayıldı: “universitetin 9 nəfər müəlliminin tələbələrdən ümumilikdə 620 min manat rüşvət alması faktının üstü açılıb. Bunu bilən ADİU-nun rektoru Ədalət Muradov dərhal həmin müəllimləri işdən qovub.

ADİU - da 620 min manatlıq rüşvət müəmması və məqamı bəlli olmayan xarici turlar

Ədalət Muradovun idarəçilik prinsipi: Reklam, Reklam yenə də Reklam!

İşdən çıxarılanlar arasında Universitetin ümumi işlər üzrə sabiq prorektoru Elçin Əliyev, Tədris-Metodiki Mərkəzinin “Texniki və texnoloji ixtisaslar” üzrə direktor müavini Nizami Musayev, Azərbaycan Dövlət İqtisad Universitetinin indiki prorektoru Şaiq Əsgərovun yaxınları da var.
İşdən çıxarılan bu şəxslərin kəsiri olan tələbələrdən 620 min manat rüşvət alması iddia olunur.
Hazırda sözügedən məsələ ilə əlaqədar rektorun tapşırığı ilə müvafiq araşdırma aparıldığı deyilir və yaxın vaxtlarda digər müəllimlərin də rüşvətə görə işdən çıxarılacağı gözlənilir”.
Bu hadisədən 4 aya yaxın vaxt keçir. O vaxt deyildiyi kimi, əgər araşdırma aparılıbsa, nəticə nədir və nə üçün mətbuata açıqlanmır? Yox, əgər araşdırma aparılmayıbsa, nə üçün? Niyə hörmətli rektor Azərbaycan oxucusuna verdiyi sözü tutmayıb?
Bu haqda da xeberinfo.com-a maraqlı məlumatlar daxil olub. Məlumata görə bu hadisənin Ədalət Muradovun Cənubi Koreyada səfərdə olarkən baş verməsi heç də təsadüf olmayıb(?) Hadisə iştirakçıları sadəcə “mühüm tapşırığ”ı icra ediblər... Prosesin uğursuz nəticələnməsinin səbəbi isə tələbələrdən birinin yüksək rütbəli zabit atasının yuxarı dairələrə şikayəti olub.... və 9 müəllim “qurbanlıq” olub. (Hadisənin detalları ilə bağlı qarşıdakı günlərdə yazacağıq.)
Bu olayda adı hallanan Elçin Əliyev o zaman “Mülkü müdafiə” kafedrasına rəhbərlik edirmiş. Özü də rektora yaxınlığı ilə seçilib. Hətta bu gün də onların isti münasibətlərinin olduğu deyilir... Rektorun hər ay Elçin Əliyevə “salamlar” göndərməsi də verilən məlumatlar sırasındadır.

Reklam, Reklam, yenə də Reklam

Ədalət Muradovun fəaliyyəti ilə bağlı xüsusi ilə diqqəti çəkən faktlardan biri də reklam işi ilə bağlıdır. Söhbət ADİU-də tədrisdəki hansısa uğurun yerli və xarici dairələrdə reklamından getmir. Olmayan hansısa əməlin, ən yaxşı halda isə reallaşdırılması nəzərdə tutulan hansısa layihənin gurultulu reklamı Ədalət müəllimin idarəçiliyində əsas meyardır. Həm də elə ustalıqla ki, adam bu dərəcədə peşəkar reklamçılığa qibtə etməli olur.
Əsası ümumilli lider tərəfindən qoyulmuş bu təhsil ocağının adının dyişdirilib UNEC adlandırılmasına cəhd etmək, jurnalistlərin iştirakı ilə imtahan keçirmək, “Tək pencərə” təcrübəsi və s. Bütün bunlar reklam işinin kiçik bir qismidir.
Təəssüf ki, bəzi tanınmış təhsil ekspertləri, media orqanları da bu reklam işində aparıcı vasitələrə çevriliblər. Hörmətli təhsil ekspertləri bu universitetdə olmayan uğurlardan həvəslə danışırlar. Hətta o dərəcədə ki, ADİU-ni tanımayanlar Azərbaycanda ikinci Harvard Universitetinin varlığını xəyal edərlər. Mənbəmiz bu təhsil ekspertlərinin fəallığının da təsadüf olmadığını bildirir...
Hələlik bu qədər.
Qarşıdakı günlərdə aşağıdakı suallara aydınlıq gətirməyə çalışacağıq:
Professor elmi dərəcə müdafiəsində çıxışı zamanı hansı siyasi səhvi buraxıb?
ADİU-də tətbiq olunan differensial əmək haqqı nə dərəcədə qanunauyğundur?
Bu əmək haqqı hansı prinsiplərlə və kimlərə tətbiq olunur?
Məşhur FETÖ şəbəkəsinə bağlılığda kimlərin adı hallanır?
Rektor kadr seçimində hansı prinsiplərə üstünlük verir?
ADİU-nin baş kassiri Nəsimi İsmayılova tanınan xüsusi imtiyazın gizlinləri... Və s.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Xeberinfo.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59
Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58
İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub
Bu gün, 09:34
Nigar onu polislə hədələdi - Fotolar
Bu gün, 09:31
ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb - FOTO
Bu gün, 09:20
Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:16
İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - TƏFƏRRÜAT
Bu gün, 09:10
Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi
Bu gün, 09:03
SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... - Bəhanə axtarırlar ki...
Bu gün, 08:57
Gəmidə çalışanlar üçün VACİB BİLGİ - Ekspert danışır...
Bu gün, 08:44
Naxçıvan banklarında ARTIM İDDİASI... - rəqəmləri şişirdirlər, ya da...
Bu gün, 08:40
ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ - BU NƏDİ BELƏ?
Bu gün, 08:20
Tramp zərbədən öncə hər kəsi belə aldadıb... - KİV
Bu gün, 07:23
ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib - "Truth Social"
Bu gün, 07:16
Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ - İLGİNC İDDİA
Bu gün, 07:13
"Azəriqaz"da saxta imtahan, yoxsa... - Kütləvi ixtisarlar başlayıb
Bu gün, 07:00
1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... - İTTİHAM VAR...
Bu gün, 06:49
“N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi - "Pul yığmaq barədə şikayət etsəniz..."
Bu gün, 06:36
Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… - AKTUAL
Bu gün, 06:23
Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub - ABŞ-nin İrana hücumunun təfərrüatı
Bu gün, 06:19
"İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Bu gün, 00:57
"Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... təkrar MİQ imtahanına girməlidir"
Bu gün, 00:52
NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər - GƏLİŞMƏ
Bu gün, 00:44
Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:41
"Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan"
Bu gün, 00:37
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32
İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57
"Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Dünən, 17:45
ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Dünən, 17:41
ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Dünən, 17:39
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Dünən, 17:37
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Dünən, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Dünən, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Dünən, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Dünən, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Dünən, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Dünən, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Dünən, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Dünən, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Dünən, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Dünən, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Dünən, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Dünən, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Dünən, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Dünən, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Dünən, 06:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru