Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... .....                     Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma .....                     Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir .....                     Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur .....                     “OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır .....                     Sevgilisinin maşınını icazəsiz götürdü .....                     İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb .....                     “Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” .....                     QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib .....                     Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı .....                     Daha bir tiktoker ev dustaqlığına buraxılıb .....                     2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub .....                     Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur .....                     Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır .....                     Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… .....                     Xameneiyə qarşı gizli komitə quruldu .....                     Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR .....                     Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? .....                     Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR .....                     AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir .....                     İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib .....                     Uranın zənginləşdirilməsini davam etdirəcəyik .....                     İsrail səfiri Elçibəyə hansı sirri açıb? .....                     Nigar onu polislə hədələdi .....                     ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb .....                     Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir .....                     İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb .....                     Dollarla bağlı kritik durum: vəziyyət dəyişir .....                     SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... .....                     Gəmidə çalışanlar üçün VACİB BİLGİ .....                     Naxçıvan banklarında ARTIM İDDİASI... .....                     ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ .....                     Tramp zərbədən öncə hər kəsi belə aldadıb... .....                     ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib .....                     Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ .....                     "Azəriqaz"da saxta imtahan, yoxsa... .....                     1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... .....                     “N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... .....                     Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi .....                     Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… .....                 

Eldar Mahmudovu bağ evində də tapmadılar... - FOTOLAR
Tarix: 31-10-2016, 09:03 | Çap et
Eldar Mahmudovu bağ evində də tapmadılar...
Bakıdan çıx, üz tut Pirşağıya, yaxud bir başqa şəhərətrafı qəsəbəyə, həəə, hazır ol, yol boyu ölkənin bütün əyər-əskiyini, nöqsanlarını, eyiblərini görəcəksən. Nöqsanlar isə bir deyil, iki deyil. Payız yağışlarından sonra yollar Atlantik okeanına dönüb, zirzəmiləri su basıb. Bax indi yağış qurtarıb, buluddaşıyan xəzrini gilavar əvəzləyib... amma görürsən dəəə... FHN-in işçiləri, üstü yazılı avtomaşınları hələ də küçələrdən yığışmayıblar. Yağış suyu qarışıb çirkab sularına, vəssəlam, aləmi iy götürüb. Avtobus dayanacaqlarında xalqın kasıb görkəmi xüsusən gözə girib, adamın ürəyini ağrıdıb dağlayır.

Bax, bu da səfərimizin son nöqtəsi - Pirşağının 17-ci əsrə aid qədim kənd məscidi. “Yeni Musavat” əməkdaşlarından biriylə - gülərüz Elşən Balaxanski ilə görüşümü bu qəliz ünvana təyin etmişəm. 179 saylı sərnişin avtobusundan elə təzəcə aşağı enmişdim ki, arxamca siqnal səsi gəlir. Köhnə “Jiquli”nin açıq pəncərəsindən tanış əl çıxıb mənə irəlidəki magistral yolu nişan verir.

- Nərdarana gedən bax bu yoldu. Tez elə, əyləş yanımda. Yol özü dartıb aparacaq bizi Eldar Mahmudovun bağ evinə. Səs eləmə. Gizli gedirik...

***

Bir neçə saat sürən məxfi əməliyyatımızı uğurla başa vurub geri qayıdırdıq. Fikrimiz, xəyallarımız az sonra Balaxanıda içəcəyimiz ətirli samovar çayı ətrafında qanad çalır. Əlini sükandan ayırmayan Elşən qəfil dillənir.

- Heç gözləyərdin, o yekəlikdə nazir bizim qabağımıza özü çıxsın, Həmid? Olan-keçəni bittə-bittə, xırdalıqlarına qədər, deyib-danışsın? Ölkəni vursun biri-birinə?

- Nə danışırsan, Elşən? Ağlıma gətirə bilməzdim bunu. Deyirdim, Eldar Mahmudov heç Azərbaycanda yoxdu. Qaçıb, yaxud da qaçırdıblar. Şükür... Eşitdin dediklərini... Əhvalat mətbuatda yazılan kimi deyilmiş heç. Heyif, fotosunu çəkməyə, videogörüntüsünü almağa imkan vermədilər.

Zabrat artıq arxadaydı. Balaxanaya çataçatdaydıq. Qəfil eşitdiyim bu sözlər məni əməlli-başlı özümdən çıxardı.

- Video çəkirdin ki sən? Telefonunun, özüm gördün, düyməsini basmışdın. Elşən, qorxutma məni. Şəklini də çəkmədin?

Yol boyu izlənib güdülməyimizi düşünən Elşənin ayaq pəncəsi nəhayət, qaz pedalının üstündən ayrıldı. O, əlinin bircə dəqiq hərəkətiylə döngə işığını yandırıb dedi:

- Girdik eyyy Balaxanıya. Bura kiçik vətənimdi. Kimin ağzı nədi burda məni tutub saxlasın. Ay Həmid, Eldara gəldikdə, onun videosunu da çəksəydik, lap belə canlı yayımda müsahibəsini də versəydik, xeyri yoxdur, deyəcəkdilər Eldar özü deyil, oxşarıdır. Jurnalistlər ucuz sensasiya dalınca qaçıb, bu oxşarı tapıb danışdırıblar.
Arxaya boylandım. Əmin oldum, daha bizi güdən-filan yoxdu.

***
Nardaranda Eldar Mahmudovun bağını axtara-axtara neyçünsə, özümüz də bilmədən gəlib çıxırıq pirə. Rəhimə xanımın uca dərgahına. Yeddinci imam Museyi-Kazımın qızının məzarına. Məhərrəmlik günləridi. Amma əvvəlki gur izdihamdan indi Nardaranda əsər-əlamət yoxdu. Pirin daxilində həm də hava çox soyuqdu - danışanda, yaxud dua pıçıldayanda ağzından ağ buxar sütunu çıxır. Bunu görən bir kənd balasının elə bil dərdi açılır.

- Günümüz göy əskiyə bükülüb. Bir ayda 170 kənd sakinini işığa görə cərimələyiblər. Bəhanələri də odur ki, bəs biz işıq naqillərinə qanunsuz müdaxilə edirik. İş yoxxxx...güc yoxxxx....evdə uşaqlar donur, həyət-bacada ağac-filan qalmayıb, camaat kəsib doğrayıb. İstixanaların taxta-tuxtasını kəsib basmışıq sobalara. Qış da, görürsüz, tərslikdən bu il tez gəlib. Hələ pirin ayağına 46 min borc yazıblar. Bundan danışın eyyyy...

- Mətbuat bəs yazırdı ki, prezident bu pirə gəlib? Camaatın 12 milyon manatlıq işıq borcunu sildirib... Camaat da elə bunu deyir - “İlham Əliyev gəldi, borclarımızı sildi, bəs bu borc hardan çıxdı, həəə?

Pirin həyətindəyik bu saat. Yanımızdan təpədən-dırnağacan silahlanmış hərbçi patrullar keçib biz tərəfə tərs-tərs baxırlar. Onlara uzaqdan-uzağa təbəssümlə cavab verməyi anında özümüzə borc bilirik.

Ancaq bu təbəssüm elə bizim sifətimizdədi. Kənd camaatının üzündən bu təbssüm çoxdan silinib.

- Ağsaqqalarımıza işıq idarəsində dedilər ki, bəs silinən borclar qeyri-əhalinin olub. Bu qeyri-əhali kimdi? Desinlər, bilək, bu qeyri-əhali 12 milyon borcu necə yığıb, nə vaxt yığıb? Prezident Nardaran camaatının 12 milyonluq işıq borcunu silmişdi axı...
Pirin qoşa minarələri arasında pərvazlanan ağ göyərçinlər qıy vurub yanımızdan ötürlər. Bir an bu bədii ricət diqqətimizi mövzudan yayındırır. Pirim ən yüksək nöqtəsindən Nardarana baxıb onun bu qəmli günlərini həmişəlik yaddaşımıza həkk etmək istəyirik. Sonra qayıdırıq bayaqkı mövzumuza.

- Bəlkə “qeyri-əhali” dedikləri, kəndinizdəki qırağyerli bağ sahibləridir, hə? Milyoner rəislər, korrupsioner məmurlardı? Bəlkə deyirəm Eldar Mahmudovun işıq borcuna siliblər bu 12 milyonu? Bağı burdadır da Eldarın...

- Bu kənddə kimin bağı yoxdu ki... Biz də bilirik Eldar Mahmudovun bağ evi bu ətrafdadı.

- Eldar Mahmudov nazirkən bu kəndə, bu pirə bir xeyri dəyib heç?

Sualım, qabağımdakı kənd balasını diksindirib qorxudur. O, səsini bir pillə aşağı salır.

- Nəzir-niyazı bura, bir nazir var, onun anası hər il göndərərdi. Bu il o da olmadı. Yetim-yesirə nəzir-niyaz çatmadı. Biz ancaq Eldarın adını eşitmişik. Bilirik OBXSS olandan özünə kəndimizdə bağ sahəsi alıb. Koma qaraldıb. Sonra da nazir oldu. Komanı çevirdi imarətə. Dörd tərəfi qala divarı. Üstü də ki, videokameralar. Gələni-gedəni güdür...

Həmsöhbətimiz sükuta qapıldı. Əliylə kəndin qurtaracağını nişan verib əlavə etdi.

- Bağı odey, o başdadır. Gedin irəli. Qoşa anqarlar olan yerdə burulun sağa, sallanın aşağı. Daharlıqdan sonrakı yekə, heyvərə mülk Eldar Mahmudovundu.

***

Deyildiyi kimi gəlib çıxdıq daharlığa. Sallandıq aşağı. Axır yetişdik Eldar Mahmudovun dəmir darvazasına. Darvaza bilmirəm niyə, hansı səbəbdən qara rəngə boyanmışdı. Təzəcə rəngləmişdilərmi onu, yoxsa əvvəldən rəngi beləydi, bilinmədi bu. Məncə, Eldar Mahmudov özü bilərəkdən qapısını qara rəngə boyatdırmışdı.

Mətbut yazır ki, Eldarın bağ evi dörd tərəfdən xüsusi nəzarət altındadır. Ətrafında əlisilahlılar keşik çəkərək Eldarın hər bir hərəkətini diqqət mərkəzində saxlayırlar.
Ay-hay... Heç də belə deyilmiş. Bağın ətrafında bir xeyli gəzişdik. Qarşımıza bir ins-cins çıxıb “burda nə gəzirsiz?” sualını vermədi. Videonəzarət kameralarının önündə foto çəkib içərdikələrin səbrini imtahana çəkmək qərarını verdik. Xeyri olmadı.

Axır, daha sizdən nə gizlin, cürətləndim. Qara darvazaya yaxınlaşıb, gözətçi hücrəsinin tünd şüşəsini taqqıldatdım. Gözlədim xeyli. Hay verən tapılmadı. Lap cürətlənib qara darvazaya yaxınlaşdım... Əlimi elə təzəcə qapıya tərəf uzatmışdım ki, qapı yerindən tərpəndi. Gördüm qapı öz-özünə, avtomatik açılır. Başa düşdüm ki, səs eləmə, bağda kimsə var. İki addım geriyə çəkilib görmə əhatəmi azca genişləndirdim. Bu vaxt qəfil qapı öz-özünə bağlandı. İçəridən addım səsləri gəldi. Əynində nişansız hərbi geyim, əlində ratsiyatəhər ev telefonu tutan mühafizəçi qarşımızda peyda oldu. Eldar Mahmudovla görüşə gəldiyimizi bilincə əlindəki telefonu qurdalamağa başladı. Arada bizdən xəbər sordu.

- Kimsiz? Niyə gəlibsiz bura?

Cavabımız çoxdan hazırdı.

- Köhnədən tanışıq.

- O burda yoxdu. Adınızı deyin, xəbər verərik ki, gəlmişdiz.

Suala cavab verməmək naminə “Eldar müəllim nə vaxt burda olur? Nə vaxt gəlsək onunla görüşə bilərik?” cümləsini pıçıldayırıq. Hərbiçi çiyinlərini çəkib, özünəməxsus sərt şəkildə “Bilmərəm” deyib təzədən adımızı soruşur. “Jurnalistlərik” deyib Eldar Mahmudovla müsahibəyə gəldiyimizi daha gizlətmirik. Nəzarətçi “Çıxıb gedin. O, burda yoxdur” deyərək qara qapıların arxasında gözdən itir.

Qonşuları da soraqlayıb Eldar Mahmudov barədə əlavə məlumat toplamağa çalışırıq. Qonşulardan biri “Eldar Mahmudov nazir olarkən də bağına nə vaxt gəlib-getdiyini kənar şəxslərdən kimsə bilməzdi. Maşınları bir-birinə oxşayırdı. Nömrələri 10-la başlayıb 009-la bitirdi. Bilmək olmurdu hansı maşınla glib, hansı maşınla gedir. İndinin özündə də bağı əvvəlki kimi çiraqban olur. Kim bilir burdadı, burda deyil”.

***

Nardarandan qayıdanda bizi düşündürən bir sual vardı - 12 milyon işıq borcunun Eldar Mahmudova dəxli olub? Nazir olanda ondan alınmayan işıq pulunu kim ödəyəcək?

Eldar Mahmudovu bağ evində də tapmadılar...
Eldar Mahmudovu bağ evində də tapmadılar...
Eldar Mahmudovu bağ evində də tapmadılar...
Eldar Mahmudovu bağ evində də tapmadılar...
Eldar Mahmudovu bağ evində də tapmadılar...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30
Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25
Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir HƏBS OLUNDU
Bu gün, 11:21
Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Bu gün, 11:12
“OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır - İcazə verin, şübhələnək...
Bu gün, 11:01
Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
Bu gün, 11:00
İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb - KİV
Bu gün, 10:55
“Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” - deputat
Bu gün, 10:45
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib - DETALLAR
Bu gün, 10:41
Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 10:33
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
Bu gün, 10:29
2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub - MƏRYƏM RƏCƏVİ
Bu gün, 10:27
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Bu gün, 10:25
Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - ÖZBAŞINALIQ
Bu gün, 10:23
Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… – Hüquqşünas açıqlayır
Bu gün, 10:20
Xameneiyə qarşı gizli komitə quruldu - “Ruhanini hakimiyyətə gətirmək istəyirlər”
Bu gün, 10:18
Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR - TƏFƏRRÜAT
Bu gün, 10:15
Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Bu gün, 10:13
Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR - GİLEY
Bu gün, 10:10
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 10:04
İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59
Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58
İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub
Bu gün, 09:34
Nigar onu polislə hədələdi - Fotolar
Bu gün, 09:31
ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb - FOTO
Bu gün, 09:20
Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:16
İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - TƏFƏRRÜAT
Bu gün, 09:10
Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi
Bu gün, 09:03
SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... - Bəhanə axtarırlar ki...
Bu gün, 08:57
Gəmidə çalışanlar üçün VACİB BİLGİ - Ekspert danışır...
Bu gün, 08:44
Naxçıvan banklarında ARTIM İDDİASI... - rəqəmləri şişirdirlər, ya da...
Bu gün, 08:40
ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ - BU NƏDİ BELƏ?
Bu gün, 08:20
Tramp zərbədən öncə hər kəsi belə aldadıb... - KİV
Bu gün, 07:23
ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib - "Truth Social"
Bu gün, 07:16
Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ - İLGİNC İDDİA
Bu gün, 07:13
"Azəriqaz"da saxta imtahan, yoxsa... - Kütləvi ixtisarlar başlayıb
Bu gün, 07:00
1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... - İTTİHAM VAR...
Bu gün, 06:49
“N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi - "Pul yığmaq barədə şikayət etsəniz..."
Bu gün, 06:36
Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… - AKTUAL
Bu gün, 06:23
Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub - ABŞ-nin İrana hücumunun təfərrüatı
Bu gün, 06:19
"İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Bu gün, 00:57
"Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... təkrar MİQ imtahanına girməlidir"
Bu gün, 00:52
NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər - GƏLİŞMƏ
Bu gün, 00:44
Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:41
"Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan"
Bu gün, 00:37
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32
İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru