Mərdanovun “dondurduğu Mərkəz”in donu açılmır ki, açılmır... - İlginc iddialar
Tarix: 19-09-2016, 08:54 | Çap et
Yeni dərs ili öncəsi Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfrasına mən də dəvətli idim. Konfransın işində Nazirdən tutmuş sıravi müəllimə qədər təhsil işçilərindən ibarət böyük bir heyyət təmsil olunurdu. İstər-istəməz diqqətimi bir məqam cəlb etdi. Nümayəndələr içərisində Bakı təhsilinin böyük bir strukturu olan Metodik Mərkəzin bir nümayəndəsi belə gözə dəymirdi. Bakı şəhəri üzrə təhsil idarəsinin müdirinin hesabat məruzəsində də bu qurumla bağlı bir kəlmə belə danışılmadı.
Səhəri gün nə baş verdiyini aydınlaşdırmaq üçün Bakı şəhəri üzrə təhsil idarəsinin Metodik Mərkəzinin rəhbəri Vahid Qurbanovla əlaqə saxladım. Onlardan heç birinin konfransa dəvət almaması, ümumiyyətlə bu struktur bölməsinin bütün proseslərdən təcrid olunması aydınlaşdı.
Nə baş verir?
Deyəsən, biz iki qitənin qovşağında yerləşən bir ölkə kimi qərb və şərq sivilizasiyasının arasında qalmışıq. Qərbə inteqrasiya etməklə bərabər şərq psixologiyasından da imtina edə bilmirik. Təhsilimizdə fərdiyyətçilik meylləri getdikcə güclənir. Əksər dərsliklər kollektiv əməyin bəhrəsi kimi deyil, ayrı-ayrı qeyri-peşəkarlar tərəfindən yazılır, hər özəl məktəb tədris planı və proqramlarında ıstədiyi dəyişıkliyi aparır, universitetlərimız korporativ maraqlarından çıxış edib, özlərinə sərf edən qaydalar tətbiq edir, uşaqlarımızın lazımı biliklərə yiyələnməsində daha çox fərdi müəllimlərə-repetitorlara bel bağlayırıq, buraxılış və qəbul imtahanları bir əldə cəmləşdirilib və s.
Bu hal metodiki xidmətə münasibətdə özünü daha qabarıq göstərir. Metodistlərin xidmətindən yararlanmağa ehtiyac duymuruq, tez-tez fərdi standartların tətbiqindən danışırıq. Unuduruq ki, bir vaxtlar sivilizasiyanın beşıyi olan şərqdə elm və təhsilin getdikcə tənəzzülə uğramasının bir və ən başlıca səbəbı də məhz ifrat fərdiçiliyə qapanmaq olub.
Başqa sözlə təhsilimiz mübahisəli fikirlərdən, ziddiyətli yanaşmalardan heç cür azad ola bilmir ki, bilmir.Uğurlarımız uğursuzluqlarımızla paralel inkişaf edir. Uğurlarımızı qəbul edənlər də var etməyənlər də. Uğursusluqlarımızda səbəb və bəhanə axtarıb, bir birimizı günahlandırırıq. Bir qismimiz uğurları, digər qismimiz qüsurları qabardırıq. Təhsilimizin problemlərində bəzən təhsil alanları, bəzən də təhsil verənləri hədəfə alırıq, təhsildə tətbiq olunan və müasir hesab edilən yanaşmalar kiminsə tərifinə, kiminsə tənqidinə tuş gəlir. Kimlərsə, artıq zamanın sınaqlarından çıxmış təhsil ənənələrimizi qoruyub saxlamağı və tədricən inkişaf etdirməyi, kimlərsə tərəddüd etmədən qərb təhsilinə inteqrasiya etməyi inkişafın əsas amili hesab edir.
Son zamanlar təhsilimiz xarici texnologiya və innovasiyalardan o qədər təcrübə idxal edib ki, hətta təhsilin hansı formasını seçəcəyimizlə bağlı çaşıb qalmışıq. Fərdi təhsil, fasiləsiz təhsil, formal təhsil, açıq tipli təhsil, əlavə təhsil, elitar təhsil, distant təhsil, informal təhsil, öz-özünə təhsil, sərbəst təhsil, valeoqolik təhsil-bunlar hələ hamısı deyil. Digər tərəfdən müəllimlərə köməkçi verilməsi, məktəb direktorlarının idarəetmə prosesində menecer xidmətinə ehtiyaclarının olması, metodistlərin mentorlarla əvəzlənməsi, şagirdlərə ev tapşırığının qadağan edilməsi və ya kompüter vasitəsilə icra olunmasl, əllə yazının ləğv edilməsi, ali təhsilə girişdə bal məhdudiyyətinin qoyulması, qəbul planının ləğv edilməsi, təhsilin əlçatan edilməsi, hər istəyənə ali təhsil almaq hüququ verilməsi və digər bu kimi təklif və təşəbbüslərin nə intervalı nə də ki, limiti var. Gətirdiyimiz yeganə arqument də ondan ibarətdir ki, dünyanın filan ölkəsində belə bir çey var.
Indi də təhsilin idarə edilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə “Məktəb müşavirləri xidməti” pilot layihəsi üzrə qeydiyyata başlamışıq. Deyilənlərə və yazılanlara görə məktəb müşavirinin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Bununla yanaşı, məktəb müşavirləri hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər.
Nə isə... Yaşayarıq, bunun da müsbətini, mənfisini görərik. Keçək mətləbə.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.05.2010-cu il tarixli,717 nömrəli qərarına əsaslansaq, Respublikanın 70-dən artıq şəhər və rayonunda təhsil şöbələrinin (idarələrinin) nəzdində fəaliyyət göstərən metodik kabinetlərdə və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan Metodik Mərkəzdə 700-dən artıq metodist və 100-dən artıq texniki işçı calışıb.
«Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər haqqında” kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirliyinin müvafiq əmrində isə deyilirdi ki, hazırda təhsil sahəsində köklü şəkildə islahatların aparıldığını, xüsusilə məzmun islahatının keçirildiyini nəzərə alaraq, ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin müasir pedaqoji texnologiyalara, tədris resurslarına ehtiyacını ödəmək üçün rayon (şəhər) təhsil şöbələrinin nəzdindəki metodik kabinetlərin (mərkəzin) gələcəkdə resurs mərkəzlərinə çevrilməsi və bu sahədə fəaliyyəti tənzimləyən nümunəvi Əsasnamənin işlənib hazırlanması məqsədəmüvafiq hesab edilsin. Rayon (şəhər) təhsil şöbələri (idarələri) metodik kabinetlərinin resurs mərkəzlərinə çevrilməsinin zəruriliyi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırılsın.
Qərarın nətıcəsi nə oldu? Bir vaxtlar “öyrədənlər” adlandırılan metodistlərin birdə-birə tədqiqatçılıq, yaradıcılıq, istiqamətvericilik fəaliyyəti məhdudlaşdırıldı, “inspektor”lar “məsləhətçi”yə çevrilərək məsləhət verməli olanlar məsləhət vermək hüququndan məhrum edildilər. Məktəblər metodistlərin üzünə qapadıldı. Təkcə paytaxt “Mərkəz”ində116 nəfərlik ştat vahidi 70 endirildi. Halbuki, xüsusilə müəllim peşəsi üçün son dərəcə zəruri olan metodik xidmətin təşkili sahəsində mövcud təcrübəyə əsaslanaraq zamanın tələblərinə cavab verə biləcək, nisbətən məqbul variantı müəyyənləşdirmək,metodik xidmətin səmərəli təşkili üçün yeni mexanizmlər işləyib hazırlamaq, metodik xidmət sahəsinin normativ-hüquqi bazasını yaratmaq, bu qurumları ixtisaslı, yaradıcı, peşəkar kadrlarla möhkəmləndirmək, metodiki sahəyə diqqət və qayğını gücləndirmək olardı.
Əgər, dünya təcrübəsinə istinad edirdiksə, metodiki xidmət bütün ölkələrdə bu və ya digər formalarda tətbiq edilib və edilməkdədir. Deyək ki, məsələn ABŞ və Avstraliyada Kurikulum Departamentləri, Hollandiyada Qiymətləndirmə Mərkəzləri, qonşu Türkiyədə Təlim və Tərbiyə Qurumları, Litvada Təlimin İnkişaf Mərkəzləri, Gürcüstanda Resurs Mərkəzləri və s. bilavasitə ölkə və şəhər səviyyəsində metodiki xidmətin təmin olunmasına yönəlmişdir. Təkzib olunmaz faktdır ki müəllimin hazırlıq səviyyəsi onun simasnı müəyyən edir. Deməli, müəllimə daim xidmət göstərilməli və xidmətləri müqabilində qiymət verilməlidir. İstəyiriksə bunu metodiki xidmət adlandıraq, istəyiriksə mentorluq xidmətı və ya resurs mərkəzi. Adın nə fərqi var ki... Bəlkə, hesab edirik ki, heç bu quruma elə də bir ehtiyac yoxdur? Nə də olmasa kompüter əsrində yaşayırıq. Müəllimlərimiz özünütəhsil yolu ilə virtual aləmdən yararlanaraq, təlimlərə, kurslara, treninqlərə cəlb olunmaqla da öz metodiki hazırlıqlarını təmin edə bilər, nəzəri və praktik biliklərə yiyələnərlər. Elə isə, təhsilin idarəetmə sistemində xüsusi çəkiyə malik olan bu strukturu niyə saxlayırıq, dövlətin milyonlarını niyə havaya sovururuq ? Suallar çoxdur, cavab verən isə hələ ki yox.
Ancaq bir şeyi unuduruq ki, metodika mahiyyət etibarı ilə fəaliyyətin həyata keçirilməsinin müəyyənləşdirilmış bir üsuludur. Metodika qabaqcadan nəzərdə tutulmuş nəticələrə nail olmağa yönəldilmış praktiki fəaliyyət üsullarının məcmusudur. Metodika illər boyunca formalaşan səmərəli nətıcələrin əldə edilməsi vasitəsinə çevrilən və nəsildən-nəsilə ötürülən ənənədir. Qabaqcıl metodikaya yiyələnməyən müəllilim heç vaxt yaxşı müəllim ola bilməz. Metodika zaman keçdıkcə təkmilləşməyə, yeniləşəşməyə məruz qala bilər, ancaq bir tədris üsulu kimi mahiyətini və rolunu itirə bilməz.
Təhsil dövlətin prioritet sayılan sahəsidir. Bu mənada təhsil idarə olunmalıdr. Məhz, buna görə də “Təhsil haqqında Qanun”da və təhsilə dair digər normativ-hüquqi sənədlərdə təhsildə idarəetmənin planlaşdırma, təşkıietmə, rəhbərlik və nəzarət funksiyaları ilə yanaşı əlaqələndirmə və tənzimləmə funksiyaları da müəyyənləşdirilib. Bu funksiyalar isə öz-özlüyünə həyata keçirilə bilməz. Əgər hər hansı bir müəllim və ya müəllim qrupu dərs prosesinə öz metodu ilə, öz adekvat standartları ilə müstəqil yanaşacaqdısa belə bir xidmətn saxlanılmasına, təhsilin dövlət standartlarının hazırlanmasına, əsasnamələrə, nizamnamələrə, təlimatlara, qaydalara, nə ehtiyac var idi.
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasın”da müəllim hazırlığı sahəsində internatura modelinin tətbiqi nəzərdə tutulub. Bununla belə müəllimin ən böyük problemi öz müəllimlik nüfuzunu və səriştəsini qoruyub saxlamaq üçün qabaqcıl və səmərəli metodikalara yiyələnmək və bu məqsədə çatmaqda metodik dəstəyə böyük ehtiyacının olmasdır.
Müasirləşmək, yeniləşmək heç də o anlama gəlmir ki, uzun illərdən bəri qazanılmış təcrübədən, toplanmış potensialdan imtina edilsin, və ya qərbə üz döndərib şərqə arxa çevrilsin, yaxud əksinə. Hər iki sistemin məqbulunu təqdir, məchulundan imtina etməliyik.
Nə qədər düşünüb-daşınsaq belə, son nətıcədə müəllim hazırlığının aşağı səviyyədə olmasının, peşəkar müəllim defisitinin səbəblərindən biri kimi hər şeydən əvvəl məhz tədris metodikasına biganəliyimizdə axtarmalı olacağıq.
Reallıq isə ondan ibarətdir ki, Mərdanovun dondurduğu “Mərkəz”in donu illər keçməsinə baxmayaraq açılmır ki, açılmır...
Nadir İsrafilov - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21 |
|
|
|
• Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
• "Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02 |
|
|
|
• Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55 |
|
|
|
• Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52 |
|
|
|
• "Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47 |
|
|
|
• Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41 |
|
|
|
• Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34 |
|
|
|
• Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32 |
|
|
|
• Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29 |
|
|
|
• Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24 |
|
|
|
• Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22 |
|
|
|
• “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43 |
|
|
|
• Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40 |
|
|
|
• Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35 |
|
|
|
• Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32 |
|
|
|
• Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02 |
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42 |
|
|
|
|