Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib .....                     Azərbaycanlılar İrəvana, ermənilərsə Bakıya turist kimi gedəcəklər? .....                     İran Bakıya Zəngəzurla bağlı xoşagəlməz bilgi sızdırdı .....                     Putin güzəştə getmədi: Rusiya Ukrayna təslim olanadək döyüşəcək .....                     Azərbaycana hücum Rusiya üçün intihar olar .....                     Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Qazi xanımını maşınla vurub öldürən sərxoş sürücünü bağışladı .....                     "Qoca" ilə qaçan Əli Ağami qaydaları pozub .....                     "Bəlkə də o günü görə bilməyəcəm, amma bu mənim ən böyük arzumdur” .....                     Hərbçinin həyat yoldaşını maşınla vuraraq öldürən vəzifəli şəxs .....                     Moskva niyə Bakını Kiyevə silah göndərməkdə İTTİHAM EDİR? .....                     İran hər yerə BURUN SOXA BİLƏRMİŞ... .....                     "Təyyar da, Samir də böyük sənətkardır" .....                     ƏƏSMN bir gündə eyni şirkətə iki tender verdi: Naxçıvanda 635 minlik anlaşma .....                     Paşinyan çətin sınaqda: onu nə gözləyir? .....                     "Tural Rəhimli bizi başdan aldadıb" .....                     Tramp Putinlə görüşündə ərazi məsələsini qaldırmaq niyyətində deyil .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi satınalmaların təşkilində nə qədər qanunsuzluqlara yol verir .....                     Köçəryan və Sərkisyandan sonra sələfi də Paşinyanın hədəfində .....                     Yazmamaq olmur: Həşəmətli TƏBİB-in press-relizləri barədə .....                     “Meqa Sığorta” və “Meqa Həyat Sığorta”nın rəhbərliyinə təyinatlar olub .....                     İranın Zəngəzur dəhlizi narahatlığı tam absurddur .....                     Ukraynaya göndərilən humanitar yardımı bu şirkət təmin edir .....                     Ermənistada yeni Konstitusiya hazırlamaq üçün .....                     Salyanda keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxundu .....                     Tramp-Putin görüşünə Zelenski niyə çağrılmadı? .....                     Papoyan Vaşinqton razılaşması barədə: .....                     Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələr başlayacaq .....                     Azərbaycan Qiymətləndiricilər Palatası HƏDDİNİ AŞIR... .....                     "Ümid edirəm ki, burdakıların əli Bakıya çatmayacaq" .....                     Dostu Kəramət Şükürovun ölüm səbəbindən danışdı: .....                     Ermənistana göndəriləcək səfirimiz kim olmalıdır? .....                     Rusiya Ukraynada raket istehsalı zavodlarını vurub .....                     Zəngəzur dəhlizinə nəzarət edəcək ölkə .....                     "Azərsu"ya rəhmət oxudan "ADSEA"... .....                     Aliment borcuna görə həbslərin sayı getdikcə artır: .....                     Səlim Müslümovla “otkad”la işləyən avtoş sanatoriya müdiri özünə yeni “day-day” tapıb .....                     “Qarabağ” Çempionlar Liqasından .....                     Paşinyanın hansı sözü Trampı utandırııb?.. .....                     Naxçıvanda “problem axtarırsan” sözünə görə gənc oğlanı bıçaqlayan şəxsə .....                 

Qohumu həbsdə olan icra başçısı o qədərmi kasıb düşüb ki..? - İşçinin haqqını yeyir
Tarix: 18-08-2016, 09:55 | Çap et
Qohumu həbsdə olan icra başçısı o qədərmi kasıb düşüb ki..?
Artıq uzun müddətdir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun fəaliyyətindən doğan narazılıqlar ölkə mətbuatında dərc olunan materiallarda öz əksini tapmaqdadır. İlk növbədə yerli sakinlər tərəfindən mətbuata verilən açıqlamalarda, hətta Ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlığa dəstək verilməsilə bağlı verdiyi göstəriş və sərəncamlardan sonra belə, Kürdəmirdə məmur özbaşınalıqlarına hələ də son qoyulmadığı vurğulanır. Bu xüsusda hələ bir müddət bundan əvvəl aldığımız açıqlamalardan birində deyilirdi: “Kürdəmirə icra başçısı təyin edildikdən sonra Ceyhun Cəfərovun eynilə Tərtər rayonunda olduğu kimi, əsasən iş adamlarını sıxışdırmağa başlaması ciddi narazılıqların yaranmasına səbəb olub. İcra başçısı təyin edildiyi zamandan bəri rayonda ciddi şəkildə narazılıqlar baş qaldırıb. Başçı ilk gündən bütün gəlirli sahələri nəzarəti altına almağa başlayıb. Ceyhun Cəfərov gənc olmasına baxmayaraq, özünün qocaman xəracyığma sistemilə ilə rayonu idarə etməyə üstünlük verir...” Bu səpgidə məlumatlara münasibət bildirərək, biz artıq ötən saylarımızda dərc etdiyimiz yazılarda da qeyd etmişik ki, son vaxtlar bəzi rayon və bölgələrdə yerli sakinlər, xüsusən də müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda regional oliqarxlıq iddiasına düşmüş məmurların təpgisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, bu və ya digər rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, həmin rayonda yenicə formalaşdığı an, dərhal yerli icra strukturlarının yüksəkçinli məmurları tərəfindən nəzarətə götürülür. İstər istehsal sahəsinə aid olsun, istər ticarət, istərsə də xidmət sahəsinə - fərq etməz, əgər rayonda iş qurmaq istəyirsənsə, o zaman mütləq bu məmurlardan birinin “himayəsini” qəbul etməlisən. Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir. Lakin görünür bu məqam bəzi məmurları elə də narahat etmir. Daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Cəfərov da öz vəzifə səlahiyyətlərindən daha çox şəxsi mənafeyi üçün yararlanmağa üstünlük verir. Daha sonra aldığımız açıqlamada deyilir: “Rayonda əhalinin sosial tələblərinə laqeyd yanaşan Ceyhun Cəfərovun göstərişi ilə rayon bazarı da tam nəzarətə götürülüb. İndi bütün rayon başçının tam nəzarətinə keçib. Ən ciddi təzyiqlərlə sahibkarlar üzləşiblər. Sahibkarlarla görüşmək istəməyən C.Cəfərov açıq şəkildə bildirib ki, rayondakı abadlıq-quruculuq işlərində ona kömək edən sahibkarların yanında olacaq. Bu proseslərə qatılmayanlara isə, işləmək imkanı verilməyəcək...”

Lakin redaksiyamıza bu günlərdə daxil olmuş növbəti şikayət ərizəsindən belə qənaətə gəlmək olur ki, Ceyhun Cəfərovun təkcə vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi qanun pozuntuları deyil, eləcə də şəxsi həyatında törətdiyi özbaşınalıqlar vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunur. Diqqət etmisinizsə, son vaxtlar ölkə mətbuatında yüksək vəzifəli məmurlar və ya onların yaxınları tərəfindən müxtəlif təmir-tikinti işlərinə cəlb olunmuş usta və fəhlələrin zəhmət haqqlarının kəsilməsi mövzusunda yazılara tez-tez rast olunur. Özlərinə dəbdəbəli malikanələr, villalar inşa etdirən bəzi zənginlər kasıb-kusubun pulunu verməyə gələndə min-bir “oyundan” çıxaraq, bu pulu kəsməyə çalışırlar. Aydındır ki, əgər söhbət hansısa qiyməti yüz minlərlə, bəzən hətta milyonlarla ölçülən mülkün sahibindən gedirsə, bu zaman onun “maddi sıxıntılarından” danışmağa dəyməz. Hər dəfə də bu zənginlərin qənaət etmək fikrinə düşdükləri məsrəflər məhz usta və fəhlələrin zəhmət haqqlarına gəlib çıxır. Bu dəfəki şikayət ərizəsində də məhz Ceyhun Cəfərovun belə bir “qənaət sxemi” cızdığı bildirilir. Belə ki, redaksiyamıza müraciət etmiş vətəndaş Amil Nəsirov özünün və daha bir neçə nəfər briqada üzvlərinin artıq bir ildən artıqdır ki, Ceyhun Cəfərovdan öz halal zəhmət haqqlarını ala bilmədiklərini iddia edir. Şikayətçi bildirir ki, bu borc onların Bakının Mərdəkan qəsəbəsində yerləşən və Ceyhun Cəfərova məxsus olan bağ evində işləmələri nəticəsində yaranıb. Ərizədə bu barədə deyilir: “Ceyhun Cəfərov bağ evində bizi işlədib, amma pulumuzu vermir. Bir ildir ki, sürünürük. Düz bir il bundan əvvəl əvvəl mən və digər yoldaşlar Ceyhun Cəfərovun Mərdəkanda

yerləşən bağ evində təmir-tikinti işlərinə başladıq. Burada işlədiyimiz müddət ərzində bizə deyildi ki, işinizi bitirin, pulunuzu axırda alacaqsınız. Hər gün səhər saat 7-dən axşama qədər həmin bağda işlədik. Sonda bütün işimizi də qüsursuz yerinə yetirib, təhvil verdik. Dedilər ki, haqqınızı 2 gün sonra gəlib götürərsiniz. İki gün oldu 2 həftə, 2 həftə oldu 10 ay, 10 ay oldu 1 il... Hələ də bir qəpik belə ala bilməmişik...” Amma məsələnin ən maraqlı məqamı, icra başçısının işlədib pullarını vermədiyi fəhlələrə dedikləri ilə bağlıdır: “Ceyhun Cəfərovdan pulumuzu tələb etdik. Çünki biz aylarla əzab-əziyyət çəkmişik ki, o, dəbdəbəli, saray kimi evdə yaşasın. Bir icra başçısının bu qədər cılız hərəkət edə biləcəyi heç birimizin ağlına gəlməzdi. İndi bizə deyir ki, gedin, pulunuzu Tofiqə vermişəm, ondan alın. Adama deyərlər ay başçı, biz Tofiq üzü görmüşük ki, Tofiq axtarmağa göndərirsən bizi? Bizim danışığımız sizin yaxınlarınızla olub. Məsuliyyəti üzərinizə siz götürmüsünüz. Pulu da siz ödəməlisiniz. Biz sonra yenə pulumuzu tələb edəndə dedi ki, sizin pulunuzu Tofiq götürüb xaricə qaçıb. Bu qədər biabırçılıq görməmişdik. Üç-beş fəhlənin haqqını verə bilməyən bir şəxs o boyda rayona görəsən necə başçılıq edir? Biz ondan nə borc istəmirik, nə dilənmirik, nə xərac tələb etmirik. Gəlib qapısında, evində əzab-əziyyətlə işlədiyimiz, alın təri ilə qazandığımız pulumuzu istəyirik...”

Bu arada qeyd etmək yerinə düşər ki, ölkə mətbuatında yayımlanan məlumatlara əsaslanaraq, Ceyhun Cəfərovun ümumiyyətlə fəhlənin pulunu kəsməkdə böyük təcrübəsi olduğunu söyləmək olar. Belə məlumatlardan birində deyilir: “İcra başçısı Ceyhun Cəfərov yolların, küçələrin təmizlənməsi üçün təhkim edilmiş işçilərin maaşlarını kəsir. Bu səbəbdən fəhlələrin əksəriyyəti işləməkdən imtina edir. Başçı isə, rayonda və kəndlərdə dövlət idarələrində işləyən xadimələrə zorla rayonun küçələrini süpürtdürür. Onları öz işlərindən ayırıb, gətirirlər və bütün günü yolları təmizlədirlər. Etiraz edənləri işdən çıxarmaqla hədələyirlər. İnsanlar cüzi əmək haqqına öhdələrinə düşməyən işləri də görməyə məcbur edilirlər...”

Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materillara da biz qeyd etmişdik ki, bu gün dövlətimiz tərəfindən büdcə vəsaitləri hesabına həyata keçrilən yenidənqurma və abadlıq işlərinə mənfəət verməli olan biznes kimi münasibət bəsləyən, hər yeni layihədən mütləq gəlir əldə etməyi bir vəzifə imtiyazı kimi qəbul edən məmurlara hələ də bir çox rayonlarda rast gəlmək olur. Bu baxımdan, Kürdəmirdə cərəyan edən hadisələr də, rayonun icra başçısı Ceyhun Cəfərovun, rəhbərlik etdiyi orqanın fəaliyyətini məhz bu istiqamətə yönəltməsinin nəticəsidir.

Öz bağında işlətdiyi fəhlələrin əmək haqqlarını kəsməyinə gəlincə isə, əminliklə demək olar ki, bu haqsızlıq Ceyhun Cəfərovun “çoxşaxəli” fəaliyyətində olduqca kiçik epizodlardan biridir...

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:21
Azərbaycanlılar İrəvana, ermənilərsə Bakıya turist kimi gedəcəklər?
Bu gün, 13:08
İran Bakıya Zəngəzurla bağlı xoşagəlməz bilgi sızdırdı – Deputat xəbərdarlıq etdi
Bu gün, 13:01
Putin güzəştə getmədi: Rusiya Ukrayna təslim olanadək döyüşəcək - “The Telegraph”
Bu gün, 12:59
Azərbaycana hücum Rusiya üçün intihar olar - Erməni ekspert
Bu gün, 12:57
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Qazi xanımını maşınla vurub öldürən sərxoş sürücünü bağışladı - “Cavandır, uşağı var...”
Bu gün, 12:46
"Qoca" ilə qaçan Əli Ağami qaydaları pozub - Qobustana köçürüldü
Bu gün, 12:43
"Bəlkə də o günü görə bilməyəcəm, amma bu mənim ən böyük arzumdur”
Bu gün, 12:37
Hərbçinin həyat yoldaşını maşınla vuraraq öldürən vəzifəli şəxs SƏRXOŞ OLUBMUŞ
Bu gün, 12:35
Moskva niyə Bakını Kiyevə silah göndərməkdə İTTİHAM EDİR? - Russayağı ŞANTAJ
Bu gün, 12:34
İran hər yerə BURUN SOXA BİLƏRMİŞ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:31
"Təyyar da, Samir də böyük sənətkardır"
Bu gün, 12:25
ƏƏSMN bir gündə eyni şirkətə iki tender verdi: Naxçıvanda 635 minlik anlaşma - TƏFƏRRÜAT
Bu gün, 12:24
Paşinyan çətin sınaqda: onu nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 12:22
"Tural Rəhimli bizi başdan aldadıb" - İTTİHAM VAR...
Bu gün, 12:16
Tramp Putinlə görüşündə ərazi məsələsini qaldırmaq niyyətində deyil - KİV
Bu gün, 12:07
QHT-lərə Dövlət Dəstəyi Agentliyi satınalmaların təşkilində nə qədər qanunsuzluqlara yol verir - İLGİNC FAKTLAR
Bu gün, 12:03
Köçəryan və Sərkisyandan sonra sələfi də Paşinyanın hədəfində
Bu gün, 11:57
Yazmamaq olmur: Həşəmətli TƏBİB-in press-relizləri barədə - RİSALƏ
Bu gün, 11:54
“Meqa Sığorta” və “Meqa Həyat Sığorta”nın rəhbərliyinə təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:50
İranın Zəngəzur dəhlizi narahatlığı tam absurddur - ÇÜNKİ...
Bu gün, 11:48
Ukraynaya göndərilən humanitar yardımı bu şirkət təmin edir - TƏFƏRRÜAT
Bu gün, 11:43
Ermənistada yeni Konstitusiya hazırlamaq üçün İCLASLAR KEÇİRİLƏCƏK
Bu gün, 11:38
Salyanda keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxundu
Bu gün, 11:36
Tramp-Putin görüşünə Zelenski niyə çağrılmadı? – 3 səbəb
Bu gün, 11:05
Papoyan Vaşinqton razılaşması barədə: - Ermənistan şok olacaq
Bu gün, 11:03
Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələr başlayacaq - ATƏT
Bu gün, 11:02
Azərbaycan Qiymətləndiricilər Palatası HƏDDİNİ AŞIR... - İTTİHAM VAR...
Bu gün, 11:00
"Ümid edirəm ki, burdakıların əli Bakıya çatmayacaq" - NARAZILIQ VAR...
Bu gün, 10:58
Dostu Kəramət Şükürovun ölüm səbəbindən danışdı: - Nadir hallarda içirdi, amma...
Bu gün, 10:54
Ermənistana göndəriləcək səfirimiz kim olmalıdır? - Ermənişünas-alim açıqladı
Bu gün, 10:52
Rusiya Ukraynada raket istehsalı zavodlarını vurub
Bu gün, 10:42
Zəngəzur dəhlizinə nəzarət edəcək ölkə - Bakıya ən sərfəlisi
Bu gün, 10:36
"Azərsu"ya rəhmət oxudan "ADSEA"... - Suyu damcı-damcı verir, bəs dövlət büdcəsini hara xərcləyir?
Bu gün, 10:28
Aliment borcuna görə həbslərin sayı getdikcə artır: - Çoban alimentin növbəti "qurban"ı oldu
Bu gün, 10:24
Səlim Müslümovla “otkad”la işləyən avtoş sanatoriya müdiri özünə yeni “day-day” tapıb - İLGİNC FAKTLAR...
Bu gün, 10:19
“Qarabağ” Çempionlar Liqasından neçə milyon QAZANIB?
Bu gün, 10:12
Paşinyanın hansı sözü Trampı utandırııb?.. - VİDEO
Bu gün, 10:04
Naxçıvanda “problem axtarırsan” sözünə görə gənc oğlanı bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI
Bu gün, 10:02
Ölümündən qabaq Səhiyyə Nazirliyini ittiham etmişdi - FOTO
Bu gün, 09:59
Tural Gəncəliyev Müşahidə Şurasının tərkibindən çıxarılıb? - AÇIQLAMA
Bu gün, 09:55
Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya fayda gətirəcək - Paşinyan
Bu gün, 09:48
Qurban Məmmədovun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:45
İranı qarışdıran Azərbaycan xəritəsi – Pezeşkianın adamı ortaya çıxardı
Bu gün, 09:43
Bu türk ölkəsi miqrantları geri çağırır: sıra Azərbaycanda? - Ölkəmizdə əmək bazarında təlatüm gözlənilir
Bu gün, 09:40
Əliyevin Vaşinqtondakı qələbəsini etiraf etdilər: Zəngəzuru aldı - “Joqovurd”
Bu gün, 09:37
Rusiyada azərbaycanlını öldürüb Bakıya qaçdı, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 09:34
SOCAR-ın mənşəyi məlum olmayan daxili qərarları... - MƏQSƏD NƏDİR, CƏNABLAR?
Bu gün, 09:31
Rusiya sərhədçiləri Zəngəzurda qalmayacaq - ŞƏRH
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru