Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                 

Prezidentin ayırdığı vəsaitlər hansı yollarla mənimsənilib? - Yeyinti ittihamı...
Tarix: 12-08-2016, 11:03 | Çap et
Prezidentin ayırdığı vəsaitlər hansı yollarla mənimsənilib?
Hörmətli oxucular! Son vaxtlar “Gündəm Xəbər” qəzeti olaraq ictimai həyatımızda baş verən problemlərin varlığını ictimailəşdirdikcə, yerlərdən redaksiyamızın ünvanına daxil olan şikayət məktublarının da sayı çoxalır. Bu da onu söyləməyə əsaslar verir ki, yerli vəzifə sahiblərinin çoxu üzərinə düşən vəzifələrini lazımınca yerinə yetirmirlər və belə bir səbəblər üzündən də, yerlərdə sosial əhəmiyyət kəsb edən problemlər tüğyan etməkdəddir.
Məsələn, redaksiyamızın elektron poçtuna şikayət ərizəsi ünvanlayan və Saatlı rayonunda mənimsənilən külli miqdarda vəsaitlərin icra başçısı Siraqəddin Cabbarov tərəfindən həyata keçirildiyini bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Respublika Veteranları Təşkilatı Saatlı rayon şöbəsinin sədri, Qarabağ müharibəsi veteranı, II-ci qrup hərbi əlil, Saatlı rayonunda işıq üzü görən “Dönüs” qəzeti baş redaktorunun müavini Qurbanov Əliağa Əsədulla oğlu bildirir ki, "hal-hazırda mənim 58 yaşım var və ali təhsilli jurnalistəm. Müraciət etməkdə məqsədim istər ölkə rəhbəri cənab İlham Əliyevi, istərsə də hesablama palatasının sədri Vüqar Gülməmmədovu, Saatlı rayonunda baş verənlər barədə, yəni dövlətimizə xələl gətirən qanunsuzluqlarla bağlı məlumatlandırmaqdır. Onu da vurğulayım ki, bu gün Ulu Öndərin memarı və qurucusu olduğu Azərbaycan dövlətini söküb-dağıtmağa cəhd edənlərin sayı-hesabı həddən-ziyadə çoxdur ki, onlardan bir neçəsi də bizim rayondadır. Son aylar ərzində şəhər, rayon icra hakimiyyəti orqanlarına regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirmək məqsədilə ayrılan vəsaitlərin mənimsənilməsi, yəni həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, məni olduqca narahat etməkdədir. Cənab Prezident! Siz etdiyiniz çıxışlarınızda dəfələrlə vurğulamısınız ki, icra hakimiyyəti orqanlarına ayrılan vəsaitlər ünvanı üzrə çatdıqdan sonra, xeyli hissəsi yoxa çıxarılır. Belə bir səbəb üzündən də, görüləcək işlərin çoxu yarımçıq qalır. Yəni, bu cür neqativ halların varlığını dəfələrlə vurğulamısınız. Həmçinin onu da qeyd etmisiniz ki, baş verən neqativ hallar barədə hər kəs aidiyyəti dövlət orqanlarına məlumat verməyə çalışmalıdır. Onu vurğulayım ki, bir neçə il bundan əvvəl Sizin sərəncamnızla Saatlı rayonunun Qarayevkənd-Smadakənd və Fətəlikənd-Azadkənd kənd yollarının yenidən qurulması məqsədilə ayrılmış vəsaitlərdən lazımınca istifadə olunmadı. Odur ki, qərara gəldim ki, bu barədə Sizə lazımi məlumatlarımı çatdırım. İlk növbədə onu vurğulayım ki, bir neçə il bundan əvvəl Siz Saatlının Qarayevkənd-Smadakənd yolunun açlışında olarkən, həmin yolun yalnız 10 km-ə yaxın hissəsi çəkilmişdi. Əgər Siz Qarayevkənd kəndində həmin yolun açlışı ilə bağlı qırmızı lenti kəsdikdən sonra 5-6 km-də irəli getsəydiniz, o halda baş verənləri öz gözlərinizlə görərdiniz. Onu da vurğulayım ki, Qarayevkənd-Smadakənd yolunun çəklişi ilə bağlı mənimsənilən vəsaitlərin məbləği, heç də elə belə məbləğ deyil. Çünki, həmin yolun çəklişi zamanı lahiyə üzrə nəzərdə tutulan 13 hidrotexniki qurğudan (suötürücü) yalnız 2-si inşa olunub. Belə bir halın varlığı da, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi deməkdir. Yəqin ki, bu yöndə mütəxəssis araşdırmaları aparılarsa, o halda əsl həqiqətlər üzə çıxar. Faciəli hal odur ki, bu günədək Fətəlikənd-Azadkənd yolunun 5 km-ə yaxın hissəsinin ikinci asfalt örtüyü vurulmayıb. Yolun yenidən qurulması zamanı lahiyədə nəzərdə tutulan xeyli hidrotexniki qurğu “ixtisar” edilib ki, bu da ayrılan vəsaitlərin mənimsənilməsinə imkanlar açıb. Bundan başqa, həm FətəlikəndAzadkənd, həm də Qarayevkənd-Smadakənd yollarında şossenin müəyyən hissələri layihəyə uyğun həyata keçirilməyib. Ümumiyyətlə, yolun müəyyən hissəsi yerli-dibli yoxdur. Cənab Prezident! Mən təkcə iki kənd yolundakı yeyintilər barədə bir qədər məlumatları çatdırdım. Yəqin ki, digər yolların da yenidən qurulması zamanı bu cür hallar baş verir və nəticədə Sizin sərəncamınızla ayrılan vəsaitlərin çoxu “itbata” salınır. İnanıram ki, bu cür halların araşdırılması üçün müvafiq tapşırıqlarınızı verəcəksiniz və vəsaitləri müxtəlif yollarla mənimsəyənlər, lazımi cəzalarını da alacaqlar. 2014-cü ildə Saatlıda kanalizasiya və içməli su təsərrüfatı sisteminin tikintisinə başlanıldı. Bütün saatlılılar ən böyük problemlərinin yaxın aylarda həll olunacağına ümid bəsləsələr də, ümidləri çox keçmədi ki, özünü doğrultmadı. Yəni, kanalizasiya və icməli su təsərrüfatının tikintisi başladığı kimi, qəflətən də dayandırıldı. Tikilmiş iki sutəmizləyici qurğu işə salınsa da, bu qurğulardakı kiçik həcmli su mühərrikləri nəinki Saatlı şəhərini, heç şəhərin üçdə birini su ilə təmin edə bilmədi. Bu lahiyənin həyata keçirilməsi zamanı da, mənimsənilən yeyintilərin həcmi ölçüyəgəlməzdir! Layihənin həyata keçirilməsi zamanı mənimsənilən vəsaitlər bir yana qalsın, su xəttinin çəklişi zamanı ciddi nöqsanlara da yol verilib. Belə ki, çəkilən boruların gələcəkdə təhlükəsizliyi üçün lazımi tədbirlər görulməmiş, borunun alt və üst hissəsinə qum və qrabil örtüyünün çəkilməsinin həcmi dəfələrlə şişirdilmişdir. Bu da küllü miqdarda vəsaitin mənimsənilməsinə yol açmışdır. Ümumilikdə, şəhərin kanalizasiya sisteminin çəkilişi zamanı layihədə nəzərdə tutulan işlərin heç 10-15 faizi belə yerinə yetrilmədi. Kauçuk boruların həcmindən tutmuş, tikinti zamanı yol verilən nöqsanlaradək, fantastik məbləğdə büdcə vəsaitləri mənimsənildi. Heç inandırıcı hal deyil ki, “Azərsu” Təchizat İdarəsinin rəisi və Saatlıda həyata keçirilən belə bir tikintiyə birbaşa məsulliyət daşıyan Mirzəcan Xəlilov, bu cür həngamələrdən sonra xalq elçisi seçilsin(?!) Kanalizasiya və içməli su təsərrüfatının sifarişçisi, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, keçirilən iclaslarda “bu layihəni təsdiq etdirmək üçün kimlərin qapısını açmamışam”-söyləyir. Amma, o, bu gün heçnə olmamış kimi susur. Yəqin ki, “layihə-tortdan” onun payına yaxşı “hədiyyə” də düşüb. Cənab Prezident! Sizdən bu kimi məsələlərin araşdırılması üçün, müvafiq göstəriş verməyinizi çox xahiş edirəm! Ümumiyyətlə, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqqəddin Cabbarovun nöqsanlı və zərərli fəaliyyəti barədə faktlar yetərincədir. Mən hörmətli Mehriban xanım Əliyevanın “hərəyə bir ağac əkək!” təşəbbüsü ilə keçrilən kampaniyanın, Saatlıda necə həyata keçirilməsinin araşdırılması barədə də göstəriş verməyinizi Sizdən xahiş edirəm. Araşdırma aparılarsa o halda bəlli olar ki, İrandan Saatlıya nə qədər dekorativ ağac və gül növləri gətrilib?! Onları kim gətirib, hansı yollarla gətirib. Gətirilən ağac və gül növləri İranda neçəyə alınıb və burada hansı qiymətə hesablanıb?! Ümumiyyətlə,İrandan gətirilməli olan ağac və gül növləriniin hamısı Saatlıya gətirilibmi? Saatlının cənub hissəsində ötən əsrin ortalarından mövcud olan və bir neçə ay əvvəl icra başçısının qəzəbinə tuş gələn iki təbii göl haqqında da Sizə məlumat vermək istəyirəm! Həmin göllər təxminən 15-20 metirlik quru sahə ilə bir-birindən ayrılırdı və hər iki göl, Saatlının mərkəzindən keçən Sabir kanalının 10-15 metirliyində yerləşirdi. Vaxtilə həmin göldən həm balıqçılıq, həm də insanların istirahət üçün istifadə olunurdu. Ötən əsrin səksəninci illərinin ortalarında, Saatlı rayon Partiya Komitəsinin birinci katibi olmuş Almaz Hacıyevanın təşəbbüsü ilə, hər iki gölün birləşdiyi ərazinin arxa hissəsində pioner düşərgəsinin tikintisinə də başlanılmışdı. (həmin tiklilər hələ də qalmaqaldadır). Birinci katibin göstərişi ilə, gölün suyu Sabir kanalı vasitəsilə tez-tez dəyişdirilirdi. Gölə 10-a yaxın su velosipedi buraxılmışdı. Ötən il icra başçısı S.Cabbarov saatlıları bundan da məhrum etdi. Belə ki, o, gölü qurutdurmaqla balıqları məhv etdirdi. Yükü özüboşaldan maşınlarla hər iki gölə torpaq daşıtdırdı ki, guya həmin göldə meşə zolağı salınacaq. İrandan və respublikamızın digər regionlarıdan ağaclar gətrildi və həmin yerə də əkildi. Bu məqsədlə dövlətin minlərlə manat vəsaiti xərcləndi (bəlkə də milyonlarla). Düşündürücü hal o oldu ki, 50-60 sm hündürlükdə torpaq qatı tökülmüş, iki metrdən aşağı səviyyədə olan və qurunt sularının tuğyan etdiyi sahədə ağac bitərdimi?! Əlbəttə ki, yox! Yoxlatdırın hər birinin uzunluğu 1,2-1,5 km, eni 60-100 metr olan ərazidə, yəni S.Cabbarovun saldığı meşə zolağında bir ədəd olsun belə ağac göyəribmi? Bu, əslində dövləti cinayətdir. Görəsən dövlətin külli miqdarda ayırdığı vəsaiti mənimsəmək səlahiyyətini icra başçısına kim verib?!Mənə elə gəlir ki, atılmış belə bir addımlar hansısa maraqlar çərçivəsində atılıb. Mən hörmətli Prezidentimizə məlumat verərək onu da xahiş edirəm ki, bu cür maxinasiyaların araşdırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlarını versin. Əgər bu yöndə araşdırma aparılarsa, o halda hər şey hər kəsə bəlli olar. Saatlı rayon İcra Hakimiyyəti Aparatının 2008-ci ildən başlayaraq, rayon sakinlərinə ayrılan maddi yardımlar barədə tərtib olunmuş ödəniş cədvəllərinin araşdırılmasına da ehtiyac var. Əldə etdiyim məlumatlara görə, S.Cabbarovun göstərişi ilə verilən belə bir yardımların şişirdilməsi faktları mövcuddur və faktiki ödənişlə sənədlər arasında böyük uyğunsuzluqlar da var! Son illər Saatlı rayonunda baş verənlər, bu rayonun sakinlərində dövlətimizə və dövlətçiliymizə olan inamı azaltmaq üzrədir. Cənab Prezident! Buna səbəb, daha çox son zamanlar rayonda baş verənlər, Sizin icra başçısı təyin etdiyiniz S.Cabbarova olan etimadın itməsi ilə nəticələnib. Rayonun mərkəzi əraziləri, sanki bombardmana məruz qalmış Suriya əyalətlərinə oxşayır! İcra başçısının bir kimsə getmək istəmir. Çünki bilir ki, heç bir xeyri yoxdur və qəbul zamanı onlar təhqir və söyüşlərlə üz-üzə qalacaq. Adi iş günlərində belə, icra aparatı binasında ölü sükut hökm sürür. Nadir hallarda rayonda hər hansı tədbir keçrilir və keçirilən tədbirlər də başdansovdu keçirilir. Möhtərəm Prezident! Mən Sizin çağrışınıza səs verib bütün bunları yazmağı özümə borc bildim. Amma, hər birini də yazmağa səbrim çatmadı! Şübhəsiz ki, bütün yazdıqlarıma cavabdehəm və sadaladıqlarımın hər biri araşdırılarsa o halda lazımi köməkliklər də göstərməyə hazıram!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Bu gün, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Bu gün, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Bu gün, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Bu gün, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Bu gün, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Bu gün, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Bu gün, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Bu gün, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Bu gün, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Bu gün, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Bu gün, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Bu gün, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Bu gün, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Bu gün, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Bu gün, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Bu gün, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Dünən, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Dünən, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Dünən, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Dünən, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Dünən, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Dünən, 14:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru