Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

ŞOK: MƏXMƏRİ İNQİLAB GÖZLƏNİLİR
Tarix: 16-01-2012, 12:13 | Çap et
ŞOK: MƏXMƏRİ İNQİLAB GÖZLƏNİLİR

PARTİYA SƏDRLƏRİNDƏN BİRİ HAKİMİYYƏTİN ÖTÜRÜLMƏSİ ÜÇÜN DANIŞIQLAR APARIR

DİA.AZ: - В«Hakim düşərgənin durumu heç də ürəkaçan deyil və bu gərginlik Azərbaycanda inqilabi dəyişikliklərə səbəb ola bilərВ». Bu sözləri redaksiyamıza hökumət içindəki çox mötəbər mənbələr ötürüb. Redaksiyamıza verilən xəbərlərdə o da vurğulanır ki, artıq Azərbaycanda siyasi hakimiyyətin yenilənməsi üçün gərəkən В«geopolitik tsiklВ» başa çatmaq üzərədir və bu da həm Azərbaycanda, həm də ümumiyyətlə, Cənubi Qafqaz regionunda çox mühüm proseslərə təkan olacaq.

Faktlara keçməzdən öncə, son zamanlar regionumuzda və regionumuzla bağlı cərəyan edən olayları və bu olayları təhlil edən ekspertlərin rəylərini göz önünə gətirək.

İranın burnunun ucundakı diskomfort

Azərbaycan İranın şimal qonşusudur. Və bu gün İranla bağlı beynəlxalq konsorsiumun hansı planlarının olması da kimsəyə sirr deyil. Hətta ekspertlərin qənaətinə görə, Qərbin xəfiyyə dairələrinin həyata keçirdiyi В«Ərəb baharıВ» dalğasının da yekun hədəfi İranda rejim dəyişikliyidir. Bəli, məhz rejim dəyişikliyi.

Məlmdur ki, bu gün dünyanın əsas söz sahibi kimi dəyərləndirilən ABŞ-ın Strateji Araşdırmalar Mərkəzi tərəfindən dünya siyasi xəritəsinin gələcək halı ilə bağlı davamlı olaraq açıqlamalar verilir. Və bir neçə il əvvəl ictimailəşən xəritə 2015-ci ili xarakterizə edirdi ki, həmin xəritə ilə Türkiyənin parçalanması nəzərdə tutulsa da, İranın bütünlüyü qorunur. Təbii ki, bunu Quran ayəsi kimi qəbul etmək olmaz. Amma bu vaxta qədər baş verənlərə söykənsək, ən azından ABŞ-ın xüsusi xidmət orqanlarının belə bir niyyətdə bulunmasını təxmin etmək olar. Yəni hətta Türkiyənin parçalanmasını belə düşünən Amerika bu gün cani-dildən üzərinə yeridiyi İranın parçalanmasını düşünmür.

Amma buna baxmayaraq, İranın şəklinin dəyişdirilməsində Azərbaycanın iştirakı qaçılmazdır. Hətta İran ətrafı çəmbərin tam olaraq ABŞ-ın nəzarətində olması halında belə Vaşinqton Azərbaycan olmadan İranda istədiyi prosesləri həyata keçirə bilməz. Bunu də Qərbin analitikləri söyləyir. Çox güman burada həm Azərbaycanın tarixi torpaqlarının böyük hissəsinin İran işğalı altında olması faktı və həm də Azərbaycan türklərinin İran əhalisinin böyük çoxluğunu təşkil etməsi nəzərə alınır.

Elə buna görə də İrandakı molla rejimi Bakı ilə yola getmir. Və Qərbin hücumlarının artması fonunda rəsmi Tehran da Azərbaycana təzyiqlərini artırır. Yəni İran burada В«purjunВ» effekti nümayiş etdirir: Onu nə qədər sıxsalar, o da Azərbaycanı bir o qədər itələyəcək.

Azərbaycan isə İranla nəinki kəllə-kəlləyə gələcək səviyyədə deyil, hətta ölkəmizin xırda hərbi konfliktə qatılması be lə bizim üçün baha başa otura bilər. Amma buna rəğmən əcnəbi ekspertlər İranın Azərbaycana hər hansı hərbi müdaxiləsinin mümkünsüzlüyünə əmindirlər. Çünki bunun son nəticədə İranın çökməsinə nədən olacağı qənaəti var. Yəni keçən yazılarımızın birində qeyd etdiyimiz kimi, Azərbaycan İrana məzar olacaq.

Rəsmi Bakı yeni siyasətə ayaq uydura bilmir

Təbii ki, belə olan şəraitdə rəsmi Bakının davranışları çox mühüm əhəmiyyət kəsb edir. Yəni hər an regionda atəş səsi eşidilə bilər. Doğrudur, ilk atəş açılıb. Bir neçə ay əvvəl Azərbaycan sərhədçiləri İran-Azərbaycan sərhəddini qanunsuz olaraq keçən bir fars casusunu məhv etdilər. Rəsmi Tehran bu olayı fərqli təqdim etməyə çalışdı və casusun kimliyini gizlədərək, onun İran sərhəd qoşunlarının əsgəri olduğunu bildirdilər.

Halbuki Azərbaycan tərəfində tamam fərqli məlumatlar var idi. Və bu faktların ictimailəşməməsi günü bu gün də İranın xüsusi xidmət orqanlarının nəzarətində olan mətbuatın Azərbaycanın üzərinə yeriməsi üçün bir bəhanə rolunu oynamaqdadır.

Onu da bildirək ki, iranlı casusun sərhədçilərimiz tərəfindən öldürülməsindən molla rejimi fərqli məqsədlər üçün də istifadə etməkdədir. Məsələn, son zamanlar Tehranın təbliğat maşını tərəfindən В«əsgərimizin qisası Azərbaycandan alınmalıdırВ» şəklində sərsəm fikirlər ifraz olunmaqdadır ki, bunun əslində açıq-aşkar təhdid olması kimsə üçün sirr deyil.

Təbii ki, burada Azərbaycan iqtidarının davranışları çox ehtiyatlı mahiyyətdə görünsə də, bu hədsiz ehtiyatlılıq nə Azərbaycanın dövlət maraqlarına, nə də Qərbin regiondakı planlarına cavab vermir. Bu isə Qərbi əlavə olaraq düşünməyə vadar edir. Yəni İranın dəyişdirilməsindən öncə Azərbaycanın da dəyişdirilməsinə ehtiyac var.

Bu arada maraqlı bir məqamı diqqətinizə çatdırmaq da istəyirik. Bu günlərdə Qərbin Cənubi Qafqaz Regionu ilə bağlı araşdırma yazısı ilə çıxış edən В«Nyu York TaymsВ» qəzetində belə bir fikir vurğulanmışdı: В«ABŞ İranda hakimiyyəti bəlkə də dəyişə bilər, amma Azərbaycanda bu mümkünsüz görünürВ». Təbii ki, bu fikirlərin müəllifləri Rusiyanın Azərbaycanda israr nümayiş etdirməsini, həmçinin neçə illər ərzində Qərbin könüllü əməkdaşlıq prosesi boyunca Azərbaycan iqtidarının əlinə Qərbi sıxa bilməsi üçün rıçaqlar verməsini əsas götürüblər.

Amma istənilən halda Qərbdə artıq belə düşünürlər ki, Azərbaycan iqtidarı onların maraqları ilə tərs-mütənasiblik təşkil edir. Buna görə də Azərbaycanın şəkli-şəmalının dəyişdirilməsi qaçılmaz proses kimi səciyyələndirilir.

Qərb Azərbaycanda məxməri inqilab istəyir

Bu, Qərbin başlıca planıdır. Davamlı olaraq buna cəhdlər edilib və hər zaman Kremlin diqtəs ilə proseslərdən çıxmağa çalışan rəsmi Bakının müstəvini qanlı olaylar məcrasına yönəltmə cəhdləri fonunda Qərb geri çəkilmək zorunda qalıb. Dəfələrlə buna şahidlik etmişik. Və buradan belə bir qənaət formalaşır ki, Qərb Azərbaycana nə İraq və nə də ki Suriya gözü ilə baxmır. Qərbdə yaxşı bilirlər ki, Azərbaycan əhalisi müsəlman olsa da, ərəb deyillər. Sırf şəkildə tayfaçılıq prinsiplərini yaşadan ərəb mentalından fərqli olaraq Azərbaycan türkləri daha çox toplumsal olduqlarından burada iç savaş ehtimalları sıfıra bərabərdir. Hətta Rusiyanın təhriki ilə öz xalqına atəş açan hansısa məmurumuzun belə inadkarlıq limiti var.

Məhz buna görə də, Qərb hər zaman Azərbaycanda incə davranmağa meyilli olub. Yenə də bu niyyətindədir. Və redaksiyamıza hökumət içindəki qaynaqlardan ötürülən xgəbərlərdə də vurğulanır ki, artıq hakim komanda da dəyişikliyin atmosferinə düşüb:

В«Bu gün hakim düşərgə sanki vaxtının yetişəcəyi anı gözləməkdədir. Hər kəs dəyişikliyin olacağına tam olaraq inanır. Çünki hər kəsdə В«bu, uzun sürə belə davam edə bilməzВ» qənaəti mövcuddur. Amma hələ də В«bu dəyişiklik necə baş verəcəkВ» sualına cavab verilmədiyindən, dəyişikliyin düsturu tapılmadığından istənilən bir hərəkətlənməyə qeyri-adekvat aqressiya nümayiş etdirilir və etdirələcək dəВ».

Mənbəmiz bildirir ki, bunları nəzərə alan Qərb dairələri iqtidar düşərgəsi ilə də sıx əlaqələri olan müxalifət partiyalarından birinin rəhbərini danışıqlar masasına oturdublar:

В«Həmin partiya sədrinin üzərinə böyük missiya düşür. Plana görə, bu partiya sədri hakim düşərgədəki etimadından istifadə edərək onları dəyişikliyə razı salmalı və bunun qarşılığında şərtlərini dinləməlidir. Hələlik danışıqların ilkin mərhələsi gedir. Və danışıqların başlaması faktı onu göstərir ki, В«yuxarılarВ» hakimiyyətin dinc yolla ötürülməsinə maraq göstərirlərВ».

Əslində belə bir marağın olması reallığın nəzərə alınması faktı kimi qəbul olunmalıdır. Çünki В«yuxarılarВ» da yaxşı başa düşürlər ki, proseslərin konservləşdirilməsi artıq beynəlxalq konsorsiumun marağında deyil.

Mənbəmizin bildirdiyinə görə, bu gün hakim komandanın meqa tikinti layihələrinə baş vurması, əslində Azərbaycanın yeni qiyafətə tədarükü kimi qəbul olunmalıdır: В«Yəni bu yolla Azərbaycan iqtidarı Qərbə tutduğu yolun mahiyyətini göstərir. Amma bu keçərli olmayacaq. Çünki Qərbin regiondakı planları rəva görmür ki, Azərbaycan regiondan izolə olunmuş şəkildə, məsələn, Küveyt xanədanı kimi mövcudiyyətini qoruya bilsin. Hətta Küveyt belə, müəyyən müddət İraqın işğalı üçün bir bəhanə, bir tramplin rolunu oynadı. Odur ki, Azərbaycanın Qərbin İranla bağlı planları müstəvisində yaxasını kənara çəkməsi reallıqla uzlaşmırВ».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Bu gün, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru