Kiber hücum riski yüksəlir: Azərbaycanda təhlükə ikiqat artıb .....                     İranda MOSSAD əməliyyatı: saxlanılanlar var .....                     5 min dollarlıq dronu 1 milyonluq raketlə vururlar .....                     Müalicə üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? .....                     Rusiya ordusu martdan bəri Ukraynada 149 yaşayış məntəqəsini .....                     Bu musiqi məktəbinə yeni direktor təyin edildi .....                     1 həftədir itkin düşən kişinin meyiti quyudan tapıldı .....                     "Evimdə idman zalı düzəltmişəm" .....                     Azərbaycanda tikinti icazələri daha əlçatan olacaq .....                     Şahin Bağırov bu rəisi vəzifəsindən azad etdi .....                     26 yaşlı vəzifəli şəxs “BMW” ilə törətdiyi ağır qəzada ÖLDÜ .....                     Deputatdan Nadir Qafarzadənin bu hərəkətinə reaksiya .....                     Daha bir tanınmış cərrah əməliyyatını açıq şəkildə PAYLAŞDI .....                     Bəxtiyar Ərsayın vəzifədən getməsinin PƏRDƏARXASI .....                     Qubada kənd sakinlərini təhqir edən məmur vəzifədən AZAD EDİLDİ .....                     Paşinyan və xanımı musiqi alətində ifa etməyi öyrənir .....                     Hər 50 sakinindən 1-i şəhid düşən kəndə verilən GÖZ DAĞI... .....                     Azərbaycan üzvlük istəyir: Rusiya mane olacaq? .....                     “Tramp yolu”nu rus sərhədçiləri qoruyacaq?” .....                     Xalq artisti Ənvər Sadıqovun “Telegram” hesabı sındırıldı .....                     Rusiyada 23 il əvvəl qayınatasının qətlində təqsirləndirilən azərbaycanlıya hökm oxunub .....                     “Qarabağ”ı təbrik etsəydim, məni qınayacaqdılar” .....                     ABŞ-də məhkəmə Trampın deportasiya prosesini genişləndirmək cəhdini bloklayıb .....                     Paşinyandan Putinə Şanxay ərəfəsi demarş .....                     Sabiq teatr direktoru Məmmədəli Ağayevin MƏHKƏMƏ VİDEOSU .....                     Azərbaycan "ŞƏT ailəsi"nin mühüm üzvüdür .....                     İcra başçısının TERRORÇU ORTAĞI .....                     Rusların Azərbaycan məhsullarına qarşı davası DAVAM EDİR .....                     “Mənim əl-qolumu bağlamışdı” .....                     Separatçıların 2 sentyabr hazırlığı .....                     BU GÜN O GÜNDÜR... .....                     Serjikin adamı Bako və Levonun Xankəndində nərd oynadığı günlərə dönmək istəyir... .....                     Armen Qriqoryan Laricani ilə görüşüb .....                     "Niyə məzuniyyətdə olan həkimi əvəz edən yoxdur, biz niyə əziyyət çəkməliyik?" .....                     Paşinyanın 10 noyabr bəyanatı ilə bağlı fikirləri nəyə hesablanıb? .....                     Reklamı GƏL-GƏL deyir... görəndə DABANA TÜPÜRÜRSƏN... .....                     Ermənistanda vəziyyət gərginləşir: Paşinyan özünü belə sığortalamağa çalışır .....                     Azərbaycanlılar Ermənistan gömrüyündə yoxlanacaq? .....                     BQXK: “neytral” maskalı, siyasi məzmunlu təşkilat .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyi şefinin KEYFİYYƏTSİZ AÇIQLAMASI .....                 

İSMƏT ABBASOVUN ŞOK "AQROLİZİNQ" MAXİNASİYALARI
Tarix: 10-09-2013, 11:22 | Çap et
İSMƏT ABBASOVUN ŞOK "AQROLİZİNQ" MAXİNASİYALARI
DİA.AZ: - Bir neçə gün öncə "Aqrolizinq" ASC-də baş verən misli-bərabəri olmayan korrupsiya faktları barədə məlumat vermişdik. Məlumatlarda bildirilirdi ki, kənd təsərrüfatı naziri İsmət Abbasov yaxın adamları vasitəsilə bu sahəyə ayrılan vəsaitləri mənimsəməklə özünə sərvət toplamaqla məşğuldur. Təbii ki, bu mənimsəmələrdən nazirin yaxın adamları da külli miqdarda gəlir əldə edirlər. Belə məmurlar sırasında kənd təsərrüfatı naziri İsmət Abbasovun "sağ" əli kimi tanınan, "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədr müavini Elçin Mirzəyevin də adı keçir. Məlumatlara görə, Elçin Mirzəyev tək kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və mator yağlarından il ərzində dövlətin bu sahəyə ayırdığı milyonlarla vəsaitləri mənimsəyir. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizi dövlət tərəfindən ödənilirməsinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş vəsait hesabına istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə (istehsal etdiyi məhsulun növündən asılı olmayaraq) 40 manat məbləğində yardım verilməsi müəyyən edilir. Lakin Elçin Mirzəyevin həmin yardımları su içmək kimi mənimsəyir. Şişirdilmiş rəqəmlər hesabına aparılan hesabatlarda "Aqrolizinq" ASC-nin sədr müavini vəsaitin verilməsi qaydaları və şətlərinə əl gəzdirir. Proses təxminən belə baş verir. İstehsalçıların siyahısını tərtibi zamanı analoqu olmayan rəqəmlər göstərilir. Bundan sonra istehsalçıların becərdikləri hər hektar əkin sahəsinə və çoxillik əkmələrə görə dövlət büdcəsindən ayrılan pullar mənimsənilir. Ümumiyyətlə isə dövlət büdcəsindən hər il kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının ödənilməsinin təmin edilməsi üçün 80 milyon manat pul ayrılır. Amma həmin milyonlar təyinatı üzrə xərclənmir. DİA.AZ bildirir ki, bu barədə 30gun.az portalı xəbər yayıb.

Bundan başqa daxil olan digər məlumatlarda isə qeyd edilirdi ki, taxıl yığımı dövründə yaranmış kombayn böhranını aradan qaldırmaq üçün kənd təsərrüfatı naziri İsmət Abasov Maliyə Naziri Samir Şərifova əlavə vəsaitlərin ayrilmasi üçün müraciət edib. Maliyə nazirinin İsmət Abasovla münasibətləri gərgin olduğundan, o, əlinə düşmüş imkandan istifadə edərək kənd təsərrüfatı nazirinə tutarlı zərbə vurur. Maliyyə naziri Samir Şərifov dövlət başçısı İlham Əliyevə müraciət edib ki, kənd təsərrüfatına ayrılan vəsaitlər imkan verirdi ki, bütün ehtiyaclar ödənilsin. Maliyə naziri müraciətində xüsusi vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış subsidiyalar, digər vəsaitlər mənimsənilir, təyinatı üzrə xərclənmir. İlham Əliyev də maliyyə nazirinin müraciətinə əsaslanaraq yoxlama təyin edib. Yoxlama Maliyyə Nazirliyinə həvalə olunub. Aparılan araşdırmalar nəticəsində külli miqdarda korrupsiya faktları üzə çıxıb. Akt tərtib edilib, materiallar Respublika Prokurorluğuna göndərilib. Mütəxəssis kimi bu araşdırmaya cəlb olunmuş Kənd Təsərrüfatı Nazirliyinin texniki nəzarət şöbəsinin baş məsləhətçisi Faiq Bayramov İsmət Abasovun göstərişi ilə aktı imzalamaqdan imtina edib və təcili məzuniyyətə göndərilib. Nazir İsmət Abasov faktları ört-basdır etməyə çalışır. Çünki bu korrupsiya faktlarının onun özünə gedib çıxacağından ehtiyat edir. Məlumatlarda həmçinin bildirilirdi ki, külli miqdarda mənimsəmələrə yol vermiş Şəki “Aqroservis” xidmətinin rəhbəri Rasim Qurbanovdan, onun qardaşı, Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanovdan, “Aqrolizinq” ASC sədrinin müavini Elçin Mirzəyevdən işdən çıxarılmaları ilə bağlı ərizələri alınıb. Lakin nazir İsmət Abasov onlarin əmrlərini verməyə tələsmir, prokurorluğun araşdırmalarının sonunu gözləyir.

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 4 iyul 2013-cü ildə Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında sərəncam imzalayıb. Sərəncama əsasən taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.

Avqustun birinci dekadasında ölkədə taxıl biçini yekunlaşıb. Bu, o deməkdir ki, istehsalçı şirkət kombaynları sərəncam imzalandığı gündən göndərsə belə, yenə də bu ilin taxıl biçininə çatmayıb. Bu halda “kombaynların nə üçün alınması” sualı aktuallaşıb. 30gun.az məsələ ilə bağlı kiçik bir araşdırma aparıb.

Kənd Təsərrüfatı Nazirliyindəki mənbələrdən 30gun.az-a daxil olan məlumata görə, sərəncamda məhz bu ilin qeyd edilməsi nazir İsmət Abbasovun səyi nəticəsində baş verib. Çünki kombaynlar gələn il üçün nəzərdə tutulsaydı, satınalmalar tender yolu ilə həyata keçirilməli idi. Ancaq bu il üçün nəzərdə tutulduğundan vaxt çatışmazlığını əsas götürüb kombaynların tendersiz alınmasına qərar verilib. Bununla da İ.Abasov dövlət başçısı İlham Əliyevi aldatmış olub. Tendersiz satınalmalarda korrupsiya imkanları isə çox genişdir. Konkret faktlara keçək.

Araşdırmalarımız zamanı məlum olub ki, sözügedən kombaynların hazırda “Aqrolizinq” ASC-də qiyməti 112 min manatdır. Ancaq eyni markalı və eyni texniki göstəriciləri (125 at gücü) olan kombaynları ASC 2012-ci ildə 71 min manata lizinqlə satmışdır. Gördüyü kimi, 1 ilə qiymətlər 58 faiz qiymət bahalaşıb.

“Aqrolizinq” ASC isə bahalaşmanın səbəbini "yuxarılara" belə izah edib ki, 2012-ci ildə satılan kombaynlar Azərbaycana Yaponiya hökumətinin qrantı hesabına gətirilib. Bununla bağlı tender Yaponiyada keçirildiyindən qiymət ucuz olub. Bu il satılan kombaynlar isə, büdcə vəsaiti hesabına alınıb. Ona görə də qiymətlərdə 58 faiz artım olub.

Taxılyığan kombaynların istehsalçısı olan Finlandiyanın “Sampo Rosenflyu” şirkətinin məlumatına görə, ötən ildən indiyəcən taxılyığan kombayn qiymətlərində cəmi 2 faiz qiymət artımı olub. Belə olan halda onda görəsən niyə Azərbaycanda kombaynların qiyməti son 1 ildə 58 faiz bahalaşıb. Məlumatlara görə, “Sampo Rosenflyu” şirkəti birbaşa heç bir alıcıyla alış-veriş etmir. Satışları yalnız yerli distributorlar vasitəsilə ilə həyata keçirib.

“Sampo Rosenflyu” şirkətinin Azərbaycanda rəsmi distributoru Aydın Əzimov adlı bir şəxsdir. Bu məlumat istehsalçının internet səhifəsində də göstərilib (http://www.sampocomia.fi/world-dealers/?lang=en). Aydın Əzimovun kimliyini müəyyənləşdirmək üçün araşdırma zamanı bəlli oldu ki, A.Əzimov “Aqrolizinq” ASC-nin sədr müavinidir və İ.Abbasovun inanılmış adamlarından biri sayılır. Taxılyığan kombaynları isə o, Panamada qeydiyyatdan keçmiş İsmət Abbasova məxsus offşor şirkət vasitəsilə, istehsalçıdan alıb, qiymətləri 55-58 faiz şişirdərək “Aqrolizinq” ASC-yə satır. Bu, artıq təkzib olunmaz korrupsiya faktıdır.

Beləliklə, İ.Abbasovun kombaynların tendersiz alınmasına üstünlük verməsinin səbəbi aydınlaşır. Söhbət büdcə vəsaitlərinin offşor şirkətlər vasitəsi mənimsənilməsindən gedir.

Sadə hesablamalar aparsaq görərəik ki, 15 milyon manat yeni kombaynların alınmasına vəsait ayrılıb. 71 min manatdan hesablasaq bu pula 211 kombayn almaq olardı. Ancaq şişirdilmiş rəqəmlərlə bu pul 134 kombayn alınacaq. Rəqəmləri şişirtməklə 3 milyon manatdan çox vəsait aqrar sektor boslarının cibinə axır.

Son olaraq qeyd edək ki, İsmət Abbasovun "Aqrolizinq" maxinasiyaları bununla yekunlaşmır. 30gun.az-a bu sahədə baş verən total korrupsiya əməliyyatları barədə ilginc məlumatlar daxil olub. Məlumatlarda Maliyyə Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyinə "Kapital Bank" ASC-nin əsaslandırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən kənd təsərrüfatı məhsullarının istehsalı sahəsinə ayrılan milyonlarla vəsaitin mənimsənilməsi halları barədə geniş məlumat verəcəyik.

Araşdırmalarımız davam edir. Bizi izləyin...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kiber hücum riski yüksəlir: Azərbaycanda təhlükə ikiqat artıb - NƏ ETMƏLİ?
Bu gün, 18:00
İranda MOSSAD əməliyyatı: saxlanılanlar var - KİV
Bu gün, 17:58
5 min dollarlıq dronu 1 milyonluq raketlə vururlar - UCUZ QİYMƏTƏ DRON VURAN HAZIRLANIB
Bu gün, 17:55
Müalicə üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? - SİYAHI
Bu gün, 17:50
Rusiya ordusu martdan bəri Ukraynada 149 yaşayış məntəqəsini İŞĞAL EDİB
Bu gün, 17:45
Bu musiqi məktəbinə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 17:42
1 həftədir itkin düşən kişinin meyiti quyudan tapıldı
Bu gün, 16:05
"Evimdə idman zalı düzəltmişəm"
Bu gün, 15:51
Azərbaycanda tikinti icazələri daha əlçatan olacaq
Bu gün, 15:48
Şahin Bağırov bu rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 13:32
26 yaşlı vəzifəli şəxs “BMW” ilə törətdiyi ağır qəzada ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:23
Deputatdan Nadir Qafarzadənin bu hərəkətinə reaksiya
Bu gün, 13:01
Daha bir tanınmış cərrah əməliyyatını açıq şəkildə PAYLAŞDI – Araşdırma BAŞLADI - FOTOFAKT
Bu gün, 12:33
Bəxtiyar Ərsayın vəzifədən getməsinin PƏRDƏARXASI - İLGİNC
Bu gün, 12:30
Qubada kənd sakinlərini təhqir edən məmur vəzifədən AZAD EDİLDİ – FOTO
Bu gün, 12:27
Paşinyan və xanımı musiqi alətində ifa etməyi öyrənir
Bu gün, 12:24
Hər 50 sakinindən 1-i şəhid düşən kəndə verilən GÖZ DAĞI... – “Gülüm Naxçıvan” reallıqları
Bu gün, 12:22
Azərbaycan üzvlük istəyir: Rusiya mane olacaq? - AÇIQLAMA
Bu gün, 12:11
“Tramp yolu”nu rus sərhədçiləri qoruyacaq?” - “Zaxarovanın bəyanatı gülməlidir”
Bu gün, 12:06
Xalq artisti Ənvər Sadıqovun “Telegram” hesabı sındırıldı
Bu gün, 12:05
Rusiyada 23 il əvvəl qayınatasının qətlində təqsirləndirilən azərbaycanlıya hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:02
“Qarabağ”ı təbrik etsəydim, məni qınayacaqdılar” - “Neftçi”nin baş məşqçisi
Bu gün, 11:55
ABŞ-də məhkəmə Trampın deportasiya prosesini genişləndirmək cəhdini bloklayıb - KİV
Bu gün, 11:52
Paşinyandan Putinə Şanxay ərəfəsi demarş - Bakı da qoşulacaqmı?
Bu gün, 11:35
Sabiq teatr direktoru Məmmədəli Ağayevin MƏHKƏMƏ VİDEOSU - QƏRAR VERİLDİ
Bu gün, 11:32
Azərbaycan "ŞƏT ailəsi"nin mühüm üzvüdür - Çin səfiri
Bu gün, 11:29
İcra başçısının TERRORÇU ORTAĞI - PKK Yandaşları yenə Kəlbəcərdə?!!
Bu gün, 11:23
Rusların Azərbaycan məhsullarına qarşı davası DAVAM EDİR - TƏFƏRRÜAT
Bu gün, 11:22
“Mənim əl-qolumu bağlamışdı” - Döyülən uşaqların anası
Bu gün, 11:12
Separatçıların 2 sentyabr hazırlığı - Bakıdan sərt xəbərdarlıq
Bu gün, 11:08
BU GÜN O GÜNDÜR... - Düz 34 il əvvəl...
Bu gün, 10:43
Serjikin adamı Bako və Levonun Xankəndində nərd oynadığı günlərə dönmək istəyir... -FOTO
Bu gün, 10:26
Armen Qriqoryan Laricani ilə görüşüb - “Təsnim”
Bu gün, 10:24
"Niyə məzuniyyətdə olan həkimi əvəz edən yoxdur, biz niyə əziyyət çəkməliyik?" - ETİRAZ VAR...
Bu gün, 10:23
Paşinyanın 10 noyabr bəyanatı ilə bağlı fikirləri nəyə hesablanıb? - ŞƏRH
Bu gün, 10:17
Reklamı GƏL-GƏL deyir... görəndə DABANA TÜPÜRÜRSƏN... - FAKT BUDUR!
Bu gün, 10:08
Ermənistanda vəziyyət gərginləşir: Paşinyan özünü belə sığortalamağa çalışır - GƏLİŞMƏ
Bu gün, 09:56
Azərbaycanlılar Ermənistan gömrüyündə yoxlanacaq? - Deputat İZAH ETDİ
Bu gün, 09:54
BQXK: “neytral” maskalı, siyasi məzmunlu təşkilat - AKTUAL
Bu gün, 09:51
Təhsildə Keyfiyyət Təminatı Agentliyi şefinin KEYFİYYƏTSİZ AÇIQLAMASI - AXI NİYƏ?
Bu gün, 09:49
İrəvanın Bakıdan istədiyi kənd – Bu 6 rayonumuz təhlükə altına düşə bilər
Bu gün, 09:39
Tələbə valideynlərinə xəbərdarlıq: - Pulu əvvəlcədən verməyin!
Bu gün, 09:28
MDB Azərbaycan və Ermənistanın təşkilatın işində maraqlı olduğunu görür - Rusiyanın daimi nümayəndəsi
Bu gün, 09:26
Nəsiminin məzarını köçürmək istəyənlər “nəbz yoxlaması” aparır – Sensasion iddia
Bu gün, 09:15
Ya Həsən keçəl... ya da Keçəl Həsən..: NƏ FƏRQİ? - İlham Rəhimovun əl-üzünü NİYƏ YUYURLAR Kİ?
Bu gün, 09:14
Onların əsas hədəfi Pezeşkiandır... - ONA GÖRƏ DƏ...
Bu gün, 08:42
Təyyarəmizdən sonra səfirliyimizə açılan atəş: Rusiya həddi aşdı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:38
Neftçilərin Həmkarlar İttifaqları PROBLEMİ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Ukrayna ordusu Rusiya üçün “Qiyamət günü” hazırlayır - TƏFƏRRÜAT
Bu gün, 07:01
Vüqar Behbudov 1 milyonluq mebel aldırır - Rəhbərlik üçün: Dəmir və matraslı çarpayı da var
Bu gün, 07:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru