“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Teymur Kərimovun cəzası 1 İL AZALDILDI .....                     Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” .....                     Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? .....                     “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, .....                     Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz .....                     Səudiyyə Ərəbistanı statusunu gücləndirdi .....                     Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                 

KƏLBƏCƏRİ İKİNCİ DƏFƏ İŞĞAL EDƏN MƏMURLAR
Tarix: 3-09-2013, 13:11 | Çap et
KƏLBƏCƏRİ İKİNCİ DƏFƏ İŞĞAL EDƏN MƏMURLAR
BU RAYONDAN OLAN MƏCBURİ KÖÇKÜNLƏRİN HAQQ SƏSİN EŞİDƏN YOXDUR

DİA.AZ: - Redaksiyamıza əraziləri erməni işğalı altında olan Kəlbəcər rayonunun məmurlarının özbaşınalıqları ilə bağlı şikayətlər daxil olub. Maraqlıdır ki, DİA.AZ-a ünvanlanan bu müraciətlərdə bəzi vətəndaşlar bizə öz iradlarını da bildirirlər. Vətəndaşlar tənqidi materiallarda Kəlbəcər RTŞ-nin müdiri Məhyəddin Abdürəhmanovla, RİH-nin məsləhətçisi Heydər Bəylərovla, icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Novruz Çıraqovla yanaşı rayonun Maliyyə şöbəsinin müdiri Salman Qasımovun, həmçinin rayonun icra başçısı Aqil Məmmədovun və digərlərinin də adlarının çəkilməsini tələb edirlər.

Bu xüsusda yeni aldığımız məlumatlarda israrla bildirilir ki, redaksiyamıza daxil olan şikayətlər əslində Kəlbəcərlilərin etirazlarını ifadə edən fikirlərin yalnız cüzi bir hissəsidir. Mənbələr DİA.AZ-a iddia edirlər ki, çoxları təqiblərdən, hədələrdən qorxaraq haqq səslərini ucaltmaqdan qorxurlar: “Bəlkə də bu gün respublikada rüşvətxorluğun, korrupsiyanın ən çox vüsət aldığı rayon məhz bizim Kəlbəcərdir. Sadəcə rayon əhalisi yuxarılarda güclü adamları olan məmurların verə biləcəkləri reaksiyadan qorxurlar. Əslində isə rayonun bütün idarələri rüşvətlə işləyirlər. Rüşvət gücünə burada istənilən problemi həll etmək olar...”

Ötən yazılarımızda biz artıq qeyd etmişdik ki, şikayətçilərin öz naraqzılıqlarını bildirdikləri məmurlar sirasında ilk olaraq adı çəkilən şəxs məsləhətçi Heydər Bəylərovdur. İlk növbədə məlumatda belə bir fakt diqqəti çəkir ki, müəlliflər H.Bəylərovun orduda xidmətdən yayınmasını iddia edirlər. Daha sonra göstərilir ki, bu vəzifəyə təyin olunmaqdan əvvəl mal-qara ticarəti ilə məşğul olan H.Bəylərovun hazırda tutduğu vəzifənin öhdəsindən gələ bilmək üçün nə müvafiq təhsili, nə sərişəsi, nə də iş təcrübəsi yoxdur. Bildirilir ki, hələ Kəlbəcər RİH-nin sabiq başçısı Vidadi Məhərrəmovun dövründən “icranın pul yığanı” kimi tanınmış Heydər Bəylərov qarşısına çıxan bütün problemləri təhdidlər, hədə-qorxular, zor və şiddət gücünə həll etməkdən fərqli bir üsul tanımır. Daha sonra məktubda qeyd olunur ki, Kəlbəcər rayon məktəblərinin direktorları bu gün də H.Bəylərova hər ay 50 manat “bac” verməkdə davam edirlər. Rayon üzrə 114 məktəbdən hər ay yığılan bu külli-miqdarda vəsaitin hara xərcləndiyindən bixəbər olan direktorlar yalnız onu bilirlər ki, bu pulu bircə dəfə gecikdirməklə, dərhal çağırılacaq şura iclasında açıq hədəfə ceviriləcəklər. Daha sonra mənbələr bildirmişdilər ki, Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Novruz Çıraqovun direktorlardan aldığı “aylığın” məbləği bundan iki dəfə də artıqdır. Yeni aldığımız məlumada isə Kəlbəcər təhsilinə qənim kəsilmiş daha iki məmurun adı çəkilir. Mənbə bu məmurlardan birinin rayonun Maliyyə şöbəsinin müdiri Salman Qasımov, digərinin isə yenə də maliyyə şöbəsinin Mamed (məktubda “maliyyə Mamed” kimi təqdim olunub) adlı başqa bir əməkdaşı olduğunu bildirir. Xatırlayırsınızsa, son dərc olunmuş yazıda Kəlbəcər RTŞ-nə ayrılmış 600 000(altı yüz min) manat vəsaitin böyük bir hissəsinin şöbənin müdiri Məhyəddin Abdürəhmanov tərəfindən mənimsənilməsi barədə məlumat da dərc olunmuşdu. Yeni aldığımız məlumatlarda iddia olunur ki, Məhyəddin müəllim üçün bu maxinasiyanı keçirməyə imkan yaratmış Salman Qasımov və maliyyə Mamed bunun müqabilində RTŞ müdirindən ümumi məbləğin 10%-ni, yəni 60 000 (altımış min) manatı nəğd şəkildə alıblar: “Kəlbəcərin maliyyə şöbəsi rayonda baş verən bütün maliyyə fırıldaqlarının başında durur. Hər hansı bir əməliyyatı maliyyə şöbəsindən pulsuz keçirmək mümkün deyil. Şöbənin müdiri Salman müəllim 20 ilə yaxın bir müddətdir ki, bu vəzifəni tutub. İcra hakimiyyətində isə guya ki, bu maxinasiyalardan bixəbərdirlər. Əslində isə bütün əməliyyatlardan icra da öz faizini alır.”

Qeyd edək ki, əvvəl aldığımız məlumatlarda da baş verən mənimsəmə hallarına rayonrəhbərliyi tərəfindən “xeyir-dua” verildiyi iddia olunurdu: “Çox maraqlıdır ki, bütün bu maliyyə pozuntuları rayon icra hakimiyyətinin, yerli hakimiyyət orqanlarının gözü qarşısında baş verir. Qarşıdan qış ayları gəlir, məktəblərə ayrılmış yanacaq pulları yeyilir, qış aylarında məktəblər istiliksiz qalır. Gözdən pərdə asmaq üçün yalandan kosmetik təmirlər edilir, yuxarılara yalan məlumatlar verilir, dövlətin qalan vəsaitini də Məhyədin müəllim kimlərləsə əlbir olub bölüşüb yeyir, dövlətin bu qədər vəsaitini mənimsəyib dağıdır.” Biz həmçinin göstərmişdik ki, bu sətirlərin müəllifi təzyiqlərə məruz qalacağı səbəbilə adının açıqlanmasına razı olmasa da, hal-hazırda RTŞ-də məsul vəzifə daşıdığını da inkar etmir.

Ötən yazılarda bilavasitə Kəlbəcər RTŞ-nin müdiri Məhyəddin Abdürəhmanovun həyata keçirdiyi müxtəlif rüşvət yığımlarından kifayət qədər faktlar təqdim olunmuşdu. Qeyd olunmuşdu ki, Məhyəddin müəllim bu vəzifəyə təyin olunan kimi şöbənin işçiləri Elçin Şirinov və Xəqani İbrahimov bu münasibətlə məktəb direktorlarından “şirinlik” adı ilə üç-dörd min manat məbləğində pul yığmağa başlayıblar ki, hal-hazırda 114 məktəbi olan rayonun 80 məktəbindən belə rüşvət pulları yığılmışdır. Hesabı vermək istəməyən direktorlar isə hədələnir, təqiblərə məruz qoyulurlar. Şöbə müdiri bütün bunları özünə yaxın olan adamların əli ilə həyata keçirir ki, əməllərini ört-basdır edə bilsin. Məktəb direktorları hesab vermədikləri halda işdən çıxarılma ilə hədələnir, onların vəzifədə qalıb işləmələri üçün hər bir direktordan isə on min manat hesab istənilir. Müqavilə əsasında işə götürülən və iki-üç ildir işləyən müəllimlərin hər birindən işlərində qalmaları üçün iki-üç min manat pul tələb edilir. Yeni aldığımız məlumatda da bu mövzu davam etdirilir. Bildirilir ki, Kəlbəcər rayonunun Mingəçevirdə fəaliyyət göstərən 118 saylı tam orta məktəbinin direktoru Məlahət İsmayılova bir müddət əvvəl yaş həddinə görə tutduğu vəzifəsindən azad olunmuşdur. Yeni direktor təyin olunan şəxs isə bu posta gəlmək üçün RTŞ müdirinə 15 000 (on beş min) manat rüşvət ödəməli olmuşdur. Gəncə ərazisində qaçqınlar üçün yeni salınmış qəsəbədə fəaliyyət göstərəcək yeni məktəbə isə əvvəllər 9 saylı məktəbə rəhbərlik etmiş Məmməd Məmmədov direktor təyin olunub. Mənbənin sözlərinə görə bu təyinat daha baha başa gəlib: “Bu təyinat üçün M.Məmmədovdan 25 min manat pul alıblar. İndi təbii ki, bu direktorlar da qoyduqları pulu çıxarmaq və daha çox qazanmaq üçün müxtəlif maxinasiyalara əl atacaqlar. Rüşvətxorluq, müxtəlif korrupsiya əməlləri hamının gözü qarşısında baş verir. Lakin büyün bunları durdurmağa heç kəs tələsmir.”

Ümid edək ki, bəlkə bundan sonra Kəlbəcərdə baş verənlərə aydınlıq gətirməyə borclu olan qurumlar təqdim olunmuş faktları araşdırmağa tələsərlər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru