YAP İQTİDARI ÜÇÜN SOS!!!
Tarix: 5-01-2012, 16:13 | Çap et
HAKİMİYYƏTİN QƏRBDƏKİ ENERJİ PULLARI RİSQ ALTINDADIR
2012-ci il İran ətrafında halqanın daha da daralmasıyla başladı.
İranın hərbi dəniz qüvvələri yanvarın 2-də Bəsrə körfəzinin Hörmüz boğazına yaxın ərazisində 10 günlük hərbi təlimlərə start verib. Təlimlərdə 200 kilometr məsafədəki hədəfi vurma qabiliyyətinə malik yeni raket sınaqdan keçirilib. Təlimlərə komandanlıq edən iranlı general Mahmud Musəvi orta və yaxın məsafəli raketlərdən fərqli olaraq yeni raketin uzaq məsafədəki hədəfləri vura biləcəyini deyib. Təlimlər sırasında İranın başqa raketləri də sınaqdan keçirəcəyi bildirilib.
İranın nədən Hörmüz boğazına yaxın ərazidə hərbi təlimlərə başlaması və yeni raketləri sınaqdan keçirməsinin səbəbi bir az sonra bəlli oldu. Tehran ABŞ hərbi gəmilərinin Hörmüz boğazına yaxınlaşacağı və Bəsrə körfəzinə daxil olacağı halda cavab addımları atacağını açıqlayıb. Açıqlamanın sonrakı hissəsində isə deyilir ki, Qərb İran neftinin ixracatına qadağa qoyarsa, Hörmüz boğazı üzərindən daşınan neft ixracatını əngəlləyəcək. Məsələ burasındadır ki, dünyada satılan neftin 40 faizi dünya bazarlarına məhz Hörmüz boğazı üzərindən daşınır. Bu boğazdan neftin daşınmasının əngəllənməsi dünyada neftin qiymətlərinin sürətlə artmasına gətirib çıxararaq, onsuz da ağır iqtisadi tənəzzül içərisində olan Qərb ölkələrinə yeni başağrısı yaradacaq.
Buna baxmayaraq, İranın hədələrini həyata keçirməsi problematikdir. Birincisi, ABŞ-ın hərbi gəmiləri hər zaman Bəsrə körfəzindən və Hörmüz boğazından keçid kimi istifadə edir və İran indiyənə qədər bunu əngəlləyə bilməyib. İkincisi, ABŞ hərbi gəmilərini bölgəyə çağıran ölkələr var. ABŞ-ın beşinci dəniz donanması Bəhreyndə qərarlaşıb. Bəsrə körfəzinin digər ərəb ölkələri də ABŞ-ın bu bölgədə hərbi varlığından məmnundurlar. Çünki, həmin dövlətlər bu yolla İranın bölgədəki hegemonluğunu neytrallaşdırmış olurlar. Odur ki, İranın ABŞ-ın bölgədəki maraqlarına qarşı ata biləcəyi addım Tehranı avtomatik şəkildə sahil ölkələri ilə də qarş-qarşıya qoyacaq.
Vaşinqton İranın hədələrindən çəkinən deyil. Əksinə ABŞ prezidenti Barak Obama İranın maliyyə sektoru və Mərkəzi Bankına qarşı sanksiyanın tətbiq edilməsi haqqında qanun layihəsini imzalayıb. Bu qanuna görə, İranın maliyyə insitutları və Mərkəzi Bankı ilə əməkdaşlıq edən dünyadakı bütün strukturlar ABŞ-ın qara siyahısına düşəcək. Avropa Birliyi də yanvar ayında eyni addımı atmağı planlaşdırır. Başqa sözlə, İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edən banklar və digər maliyyə mərkəzləri ABŞ-ın müvafiq strukturları ilə əməkdaşlıq edə bilməcəyəklər.
İran neft ixracatından gəlirin önəmli hissəsini Mərkəzi Bank vasitəsilə əldə edir. Bu banka qarşı sanksiyaların tətbiqi o deməkdir ki, İran neft ixracatında böyük problemlərlə üzləşəcək. İran iqtisadiyyatı və büdcəsi isə bütövlükdə neft satışı üzərində formalaşıb. Təsadüfi deyil ki, İranda 2012-ci ilin ilk günlərindən inflyasiya artıb, bu da insanların alıcılıq qabiliyyətinin xeyli zəifləməsinə yol açıb.
Beləliklə, 2012-nin Qərb-İran qarşıdurmasında bəlkə də həlledici il olacağını söyləmək mümkündür. Tehranın yeganı müttəfiqi olan Suriya rejimi ağır günlərini yaşayır, Qərbin siyasi və iqtisadi sanksiyaları genişlənir, üstəgəl də İranın içində qütbləşmə dərinləşir.
Rəsmi Bakı üçün Qərb-İran qarşıdurmasından kənarda qalmaq getdikcə çətinləşir. Doğrudur, Bakı Qərbin İrana qarşı mümkün hərbi əməliyyatlarında yer almayacağını və qonşusuna qarşı torpaqlarından istifadəyə icazə verilməyəcəyini dəfələrlə bəyan edib. Ancaq söhbət yalnız hərbi əməliyyatlardan getmir. Məlumdur ki, İran Mərkəzi Bankı Azərbaycanda bəzi maliyyə işləri həyata keçirir. Azərbaycanlı nazir-oliqarxlara məxsus bəzi özəl bankların da İranla maliyyə əlaqələri haqqında məlumatlar ara-sıra mətbuata sızır. Rəsmi Bakı ABŞ-ın sanksiyaları ilə üzləşməmək üçün böyük ehtimalla İranın maliyyə institutları ilə rəsmi və qeyri-rəsmi bütün əlaqələrini kəsmək məcburiyyətində qalacaq. Azərbaycanın neft və qaz satışından əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsi Qərb banklarında yerləşdirilib. Ona görə də bu maliyyə resurslarını risq altında saxlamamaq üçün İranla maliyyə əməkdaşlığına göz gəzdiriləcək. Digər tərəfdən BTM Təhlükəsizlik Şurasının yaxın həftələrdə ilk müzakirə edəcək mövzulardan biri İran olacaq. Demək, Təhlükəsizlik Şurasının yeni üzvü kimi Azərbaycan bu müzakirədən və sanksiyaların tətbiqi ilə bağlı mümkün səsvermədən də kənarda qala bilməyəcək.
“Atlas” Siyasi Araşdırmalar Mərkəzi


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36 |
|
|
|
• “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
• Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29 |
|
|
|
• İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26 |
|
|
|
• Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23 |
|
|
|
• “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20 |
|
|
|
• CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33 |
|
|
|
• Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29 |
|
|
|
• Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27 |
|
|
|
• Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24 |
|
|
|
• Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34 |
|
|
|
• Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12 |
|
|
|
• Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05 |
|
|
|
• "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41 |
|
|
|
• “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34 |
|
|
|
• İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29 |
|
|
|
• 2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25 |
|
|
|
• Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22 |
|
|
|
• Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15 |
|
|
|
• "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03 |
|
|
|
• Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01 |
|
|
|
• AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57 |
|
|
|
• “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56 |
|
|
|
• Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46 |
|
|
|
• Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44 |
|
|
|
• Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38 |
|
|
|
• “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34 |
|
|
|
• Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30 |
|
|
|
• Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27 |
|
|
|
• Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15 |
|
|
|
• İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12 |
|
|
|
• Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10 |
|
|
|
• Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06 |
|
|
|
• Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00 |
|
|
|
• Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58 |
|
|
|
• "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44 |
|
|
|
• Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31 |
|
|
|
• Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28 |
|
|
|
• Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17 |
|
|
|
• “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13 |
|
|
|
• "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09 |
|
|
|
• Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05 |
|
|
|
• Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01 |
|
|
|
• İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58 |
|
|
|
• Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55 |
|
|
|
• Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Dünən, 10:49 |
|
|
|
• Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 10:45 |
|
|
|
|