Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna .....                     Bakı nəhənglərin oyununa girib... .....                     Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ .....                     Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu .....                     Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ .....                     Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır .....                     Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib .....                     Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir .....                     Xaraba günə qalan ŞABRAN... .....                     Bu da generalın .....                     Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil .....                     “Aqroservis” ASC-də TOTAL İSLAHATLAR .....                     İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? .....                     Atası partiyanı Günay Ağamalıya təhvil verir? .....                     Dövlət qurumları avtomobilləri kimdən alırlar? .....                     Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək .....                     "Amma qəlbləri yoxdur axı..." .....                     ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA .....                     Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir .....                     Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı .....                     Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS .....                     Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb .....                     Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər .....                     “Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” .....                     Sərxoş kişi yarışda idmançıları geridə qoydu .....                     "Buna susa, göz yuma bilmərəm" .....                     Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı .....                     İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? .....                     İş adamı Süleyman Babayev həbs edilib .....                     Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq .....                     Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? .....                     “Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” .....                     Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb .....                     Zakir İbrahimov nazir təyin olunur? .....                     Şərtlərə cavab verən təklif tapılmadı .....                     Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? .....                     Azərbaycanlı turist bir meyvəyə görə .....                     Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: .....                     "Razin"dəki "Akkord"un binasında FACİƏ: .....                     Qaro Paylan Ərdoğana müraciət etdi .....                 

İCRA BAŞÇISI "ÇERNOBIL ƏLİLİNİ" NECƏ EVSİZ QOYUB?
Tarix: 15-07-2013, 12:20 | Çap et
İCRA BAŞÇISI "ÇERNOBIL ƏLİLİNİ" NECƏ EVSİZ QOYUB?
“Sıraqəddin Cabbarov Saatlıya icra başçısı təyin olunan gündən şirin həyatım pozulub. Əvvəl mənzilimi əlimdən alıb məni küçəyə atdı, sonra da çalanın əhatəsində olan yarımçıq tikilidə yerləşdirdi. İllərdir ki, rütubətdən ailə üzvlərim əziyyət çəkir, qurbağaların qurultusundan əsəblərim pozulub. Bir yandan da banklara olan borcu ödəyə bilmirəm. Məni intihar həddinə çatdırıblar.”

Bu sözlər Saatlı rayonunun Məzrəli kəndində yaşayan Ağayev Namiq İman oğlunun infom.az-a müraciətindən götürülüb. O, bildirir ki, 1985-87-ci illərdə keçmiş Sovet Ordusunun tərkibində Çernobılda hərbi xidmət vəzifəsinin icrası zamanı xəstəlik tapıb. Ona qoyulan diaqnozda yazılıb: “radiasion toksiki ensefalopatiya, vegetativ-damar distoniyası sindromu, kəskin dərəcədə ifadə olunan astono-nevrotik vəziyyət, qalxanabənzər vəzinin 1-2-ci dərəcəli hiperplaziyası.”

Bir tərəfdən mütəmadi olaraq müalicə almağı, digər tərəfdən isə ailələrinin kasıb olmağı səbəbindən N. Ağayev uzun müddət şəxsi həyatında da problemlərlə üzləşib. O, həyat yoldaşı ilə gah atası, gah da qardaşı evində yaşayıb. Bu müddətdə əlil vətəndaş əlaqədar təşkilatlara müraciət edərək, mənzil problemlərinin həllində ona köməklik göstərilməsini xahiş edib. Nəhayət 2008-ci ildə Saatlı şəhərində şəhid ailələri, Qarabağ, Əfqanıstan və Çernobıl əlilləri üçün inşa edilən 32 mənzilli yaşayış evindən ona 2 otaqlı mənzil ayrılıb. Bu barədə Saatlı RİH başçısının 8 sentyabr 2008-ci il tarixli, 146 saylı sərəncamı olub, N. Ağayevə həmin evin 29 saylı mənzilinə köçmək hüququ verən 512 saylı order təqdim edilib:

“Mənzillə təmin edilən imtiyazlı şəxslərin ad-soyadları “Dönüş” qəzetində dərc edilib. Orderlər binanın açılışında paylanıldı. Qırmızı qovluqda olan orderi güllə bir yerdə icra başçısı şəxsən öz əlilə təqdim etdi. Gül solub gedib, amma qovluq da, onun içərisindəki order hələ də durur.”

Amma Çernobıl əlilinin sevinci uzun sürmür. Nədən ki, həmin günlərdə N. Ağayev Saatlı Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı ilə nigahının pozulması tələbilə iddia qaldırıb və 16 sentyabr 2008-ci ildə bu iddia təmin edilib. Elə ertəsi gün İcra Hakimiyyətinin başbilənləri keçmiş arvadının onunla birgə həmin mənzildə yaşamadığı və gələcəkdə də bu fikirdə olmayacağı barədə izahatını, habelə həmin mənzilin yaşayış şəraiti daha ağır olan digər şəhid və ya əlil ailələrindən birinə verilməyi barədə xahişini nəzərə alaraq, N. Ağayevin adına olan orderin ləğvi və onun sözügedən mənzildən çıxarılmağı barədə qərar qəbul edirlər. Qəribədir ki, Namiqə xəbərdarlıq edilmədən mənzilin qapısı plomblanır və o, faktiki olaraq öz mənzilindən istifadə etmək hüququnu itirir, bir neçə gün sonra isə polis əməkdaşlarının təzyiqi altında şəxsi əşyalarını həmin mənzildən çıxarmalı olur. RİH əməkdaşları elə belə də deyirlər: “Sənə mənzil-zad düşmür, get harada istəyirsən yaşa, kimə istəyirsən şikayət et.”

N. Ağayev iddia edir ki, mənzil Çernobıl əlili olduğu üçün ona verildiyindən, sabiq həyat yoldaşının ərizəsində göstərilənlərin və onun “humanist” təklifinin əsas götürülməyi qanunsuz olub: “Mənzil bizə mənim əlilliyimə görə verilib. Əgər bu status məndə deyil, keçmiş arvadımda olsaydı, onun izahatı və təklifi əsas yarada bilərdi. Nəzərə alınmayıb ki, komissyaya sənədləri təqdim edərkən mən onunla rəsmi nigahda olmuşam, o, bu təklifi edərkən isə artıq məndən rəsmi qaydada başanmışdı. Əgər onun dövlət tərəfindən verilən mənzillə bağlı hər hansı tələbi vardısa, bunu məhkəmə qarşısında qaldıra bilərdi. Qeyd edim ki, adıma olan order ləğv edilərkən bu faktlar İcra Hakimiyyətinə məlum olub. Mən o qadını boşayıb, başqa bir qadınla ailə həyatı qurmuşam, iki övladımız da var. Şəxsi həyatımda baş verənlər mənim mənzil üzərində olan hüquqlarımı məhdudlaşdıra bilməz. Belə çıxır ki, əvvəlki arvadımı boşamaq üçün gərək icra başçısı Sıraqəddin Cabbarovdan icazə almalı, eyni zamanda, məni mənzildən çıxarmasın deyə tezliklə evlənəcəyim barədə onun qarşısında öhdəlik götürməliydim.”

Mənzildən qanunsuz çıxarılmağı barədə N. Ağayevin ölkə başçısına, ombudsmana və digər səlahiyyətli şəxslərə etdiyi müraciətlər nəticəsiz qalıb. Yenidən ailə qurduqdan sonra ona vəd edilib ki, şəhid və əlil ailələri üçün tikilməkdə olan 16 mənzilli binadan ona yaşayış yeri ayrılacaq. Amma sözügedən ev hazır olanda, N. Ağayev bu dəfə də “oyundankənar vəziyyət”də qalır. Yenə başlayır şikayətə. Axırda ona yaşamaq üçün Saatlı rayonunun Məzrəli kəndində olan ikiotaqlı ev və 0,20 ha torpaq sahəsi təklif edilir.

“Tərtib edilən saxta sənədlərdə həmin torpaq sahəsi Saatlı Rayon İcra Hakimiyyətinin sərəncamında olduğu göstərilir. Əslində isə bu yer vaxtilə aparılan aqrar islahatı nəticəsində kolxozdan ailəmizə və qohumlarımıza düşən əmlak payıdır. Yəni “hamam suyu” ilə səxavət göstəriblər. İkincisi, həmin sahə 3 il əvvəl başqa bir əlilə verilmiş, orada ev tikintisi üçün vəsait də ayrılmışdı. Amma ev mənə təklif edilərkən hazır vəziyyətdə deyildi: nə yerinin döşəməsi vardı, nə divarının suvağı. Eləcə torpaq kərpiclə quru divarlar hörülmüş, bayır tərəf görkəmə salınmış, bir də üstü vurulmuşdu. Mənə cəmi bir min manat pul və bir maşın daş verdilər ki, get evini təmir elə. Özləri də yaxşı bilirdilər ki, mənzildən qanunsuz çıxarılmağımla bağlı etdiyim şikayət və teleqramlara görə məni bundan da çox zərərə salıblar. Həmin vəsait yaşamaq üçün evi yararlı vəziyyətə gətirməyə tələb olunan işlərin yalnız beşdə birinə çatdı. Məcbur olub banklardan kredit götürdüm. İndi üstümə yığdığım borcları qaytara bilmirəm.”

Namiqin evlə bağlı problemləri bununla bitmir. Ona ayrılan yaşayış yeri böyük bir su hövzəsinin, yerli sakinlərin dili ilə desək, çalanın lap qırağında olduğundan, yağıntı və qrunt suları evin zirzəmisinə dolub: “Elə buna görə evin özülünü iki cərgə tikinti daşı ilə hörüblər, döməməaltı atmalar da bu hündürlükdən qoyulub. Gəlib baxsınlar, zirzəmi su ilə göl vurub. Belə rütubətli yerdə sağlam adam yaşasa xəstə düşər, onda qalmış əlillik qrupu təyin edilən xəstə, ya körpə uşaq olsun. Hələ əsəbləri pozulan adama yaz-yay aylarında qurbağaların verdiyi “pulsuz konsert”i demirəm. Evimin qabağından isə asfalt ötklü yol keçir. Maşınların çıxardığı siqnal, gurultu səsi beynimə işləyir. Qalmışam çıxılmaz vəziyyətdə, bilmirəm nə edim...”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Bakı nəhənglərin oyununa girib... - İNCƏLƏMƏ
Bu gün, 05:46
Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ - QALMAQAL
Bu gün, 05:30
Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 05:27
Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ - İTTİHAM VAR...
Bu gün, 05:24
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır - NARAZILIQ VAR...
Bu gün, 05:21
Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib - TƏFƏRRÜAT
Bu gün, 05:15
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir - belə deyirlər...
Bu gün, 05:11
Xaraba günə qalan ŞABRAN... - AXI NİYƏ?..
Bu gün, 05:06
Bu da generalın TENDER ORTAĞI
Bu gün, 05:02
Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil - FAKT BUDUR!
Bu gün, 04:59
“Aqroservis” ASC-də TOTAL İSLAHATLAR - İLGİNC İDDİA
Bu gün, 04:58
İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? - ŞƏRH
Bu gün, 04:50
Atası partiyanı Günay Ağamalıya təhvil verir? - Yaxın günlərdə...
Bu gün, 04:47
Dövlət qurumları avtomobilləri kimdən alırlar? - ARAŞDIRMA
Bu gün, 04:45
Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:38
"Amma qəlbləri yoxdur axı..."
Bu gün, 04:35
ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA - SİYAHI
Bu gün, 04:31
Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir - Dövlət Departamenti
Bu gün, 04:24
Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı - TƏFƏRRÜAT
Dünən, 18:28
Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS - AYDIN OLUR Kİ...
Dünən, 18:25
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Dünən, 18:10
Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər - Mixail Qonçar
Dünən, 18:08
“Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” - İranın Azərbaycandakı keçmiş səfiri də “xoruzlandı”
Dünən, 18:03
Sərxoş kişi yarışda idmançıları geridə qoydu - GÖZLƏNİLMƏZ
Dünən, 17:59
"Buna susa, göz yuma bilmərəm"
Dünən, 17:54
Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı ÇAĞIRIŞ
Dünən, 17:52
İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? - BU NƏDİ BELƏ?
Dünən, 17:48
İş adamı Süleyman Babayev həbs edilib - Milyonlarla vergidən yayınma ittihamı
Dünən, 17:44
Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq - ÇÜNKİ...
Dünən, 17:39
Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? - ÖZÜ DEYİR Kİ...
Dünən, 17:33
“Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” – Hafiz Hacıyev
Dünən, 17:31
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb - SİYAHI
Dünən, 17:23
Zakir İbrahimov nazir təyin olunur? - İLGİNC İDDİA
Dünən, 17:20
Şərtlərə cavab verən təklif tapılmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:18
Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? - “Mənə görə deyil”
Dünən, 17:13
Azərbaycanlı turist bir meyvəyə görə BIÇAQLANDI
Dünən, 17:10
Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: - "Necə məsləhətdir..."
Dünən, 17:07
"Razin"dəki "Akkord"un binasında FACİƏ: - 17 yaşlı qız 10-cu mərtəbədən düşüb öldü
Dünən, 15:44
Qaro Paylan Ərdoğana müraciət etdi - “Ermənistanla sərhədi dərhal açın”
Dünən, 15:39
Doğrudanmı, sülh sazişi gecikib? - İNCƏLƏMƏ
Dünən, 15:35
Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? - ŞƏRH
Dünən, 15:33
Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:23
Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı
Dünən, 15:22
Pezeşkianın sözləri SEPAH-ı silkələdi: - Bakıya görə İrana gözlənilməz zərbə
Dünən, 15:18
İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi - KİV
Dünən, 15:12
Bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq? – ASTROLOQDAN PROQNOZ
Dünən, 15:08
Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub - FOTO
Dünən, 15:05
Bakı 127 illik plana razılaşdı: şifrələr açılır – Türk dünyasında həyəcan
Dünən, 14:47
İrəvana 2 “ev tapşırığı”: - Müşahidə Missiyası gəldiyi yerə qayıdır
Dünən, 14:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru