Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                     Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? .....                     “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? .....                 

HÜSEYN ABDULLAYEVİN DOSTU DA HƏDƏFDƏ
Tarix: 2-07-2013, 11:04 | Çap et
HÜSEYN ABDULLAYEVİN DOSTU DA HƏDƏFDƏ
BU DƏFƏ “QUSKA”YA GÖRƏ MANDATINDAN OLMUŞ TAĞIYEV HƏDƏFƏ ALINIB

DİA.AZ: - "Avropa Qapıları" adı ilə qapı və mebel istehsal edən "Tağıyev" şirkəti tərəfindən istehlakçı hüquqlarının pozulması barədə bəzi vətəndaşların şikayətləri çoxaldıqca Baba Tağıyevin biznes imperiyası üçün hansı təhlükələrin mövcud olması üzə çıxır. Qeyd edək ki, bir zamanlar Milli Məclisin deputatı olmuş və eyni zamanda hazırda axtarışa verilən sabiq millət vəkili Hüseyn Abdullayevlə kifayət qədər yaxın olmuş Baba Tağıyev hələ 2009-cu ildə "Avropa qapıları" üçün yaranmış labüd təhlükəni aradan qaldıra bildi. Müvafiq orqanların vergi yoxlamaları, habelə digər monitorinqlər zamanı üzə çıxarılmış bir sıra çatışmazlıqlar aradan qaldırıldı. Çünki onda Baba Tağıyev deputat idi və biznes imperiyasının toxunulmazlığını qoruyub saxlaya bilirdi. Amma bütün bunlara baxmayaraq, "Avropa qapıları" ilə bağlı şikayətlər səngimirdi.

Belə ki, "Avropa Qapıları" adı ilə qapı və mebel istehsal edən "Tağıyev" şirkəti tərəfindən istehlakçı hüquqlarının pozulması barədə vətəndaşlar Yarməmməd Əhmədov və Məhəmmədəli Əfəndiyev tərəfindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim edilmiş materiallar əsasında aparılmış araşdırmalar nəticəsində istehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması barədə Dövlət Xidməti tərəfindən "Tağıyev" şirkətinə icrası məcburi göstəriş verildi. Göstərişin yerinə yetirilməsi barədə şirkət tərəfindən Dövlət Xidmətinə məlumat verilmədiyi üçün göstərişin icra vəziyyətinin müəyyən edilməsi məqsədilə "Tağıyev" şirkətində yoxlama aparıldı. Yoxlama nəticəsində "Tağıyev" şirkəti tərəfindən vətəndaşlar Yarməmməd Əhmədov və Məhəmmədəli Əfəndiyevlə bağlanmış müqavilələrdə nəzərdə tutulan müddətlərə əməl olunmadığı, ödəniş şərtləri pozularaq hazırlanmış məhsulların dəyərinin istehlakçılardan onların faktiki ünvanında deyil, yaşadıqları binanın həyətində tələb olunduğu müəyyən olundu. Aşkar edilmiş pozuntularla əlaqədar müəssisəyə mövcud qanunvericiliyə uyğun olaraq, 4000 manat məbləğində cərimə tətbiq edildi. Bundan sonra isə istehlakçıların hüquqlarının bərpa olunması barədə Dövlət Xidməti tərəfindən "Tağıyev" şirkətinə verilmiş icrası məcburi göstərişin yerinə yetirilməsinin təmin olunması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş əlavə tədbirlər görüldü.

Baba Tağıyevin şirkətinin müştəriləri aldatması barədə ittihamlar bununla yekunlaşmır. Uzun müddətdir ortalarda görünməyən Baba Tağıyevə məxsus "Avropa Qapıları" şirkətinin müştəriləri aldatması ciddi qanun pozuntularından xəbər verir. Sektorun ən böyük istehsalçısı hesab edilən "Avropa Qapıları" a T.S şirkətinin bazara təklif etdiyi qapı, pəncərə, ev, ofis və bağ evləri üçün mebellərin keyfiyyətini, zavodun istehsal prinsiplərini araşdırdıq. Araşdırmalar zamanı "Avropa Qapıları"nın əhaliyə təqdim etdiyi məhsulların keyfiyyətinin heç də ürəkaçan olmadığı üzə çıxdı. Belə ki, yüksək keyfiyyətlə hazırlandığı iddia edilən bu məhsullar əslində insan həyatı üçün zərərli olmaqla yanaşı, beynəlxalq standartlara əməl edilmədən istehsal olunur. Faktlara diqqət edək - 1993-cü ildən bu tərəfə şirkətin nə məhsullarının dizaynında, nə istehsal prosesində, nə də keyfiyyətində dəyişiklik baş verib. "Avropa Qapıları" şirkəti hələ də məhsullarının ekoloji keyfiyyət normasını açıqlamayıb. Baba Tağıyevin gəlir mənbəyi sayılan bu biznes strukturunun istehsal etdiyi məhsulların beynəlxalq və yerli standartlara uyğun olub-olmamağını yoxlamaq üçün keyfiyyət sınaq laboratoriyası belə yoxdur. Rəsmi internet saytında fabrikin istehsalatda Avropa texnologiyasından və avadanlığından istifadə etdiyi bildirilsə də, həmin texnologiyanın nədən ibarət olduğu, avadanlıqların adları açıqlanmır. Eləcə də ötən10 ildə şirkətin istehsal texnologiyasında hansısa reform etdiyi göstərilmir. Əslində məhsulun keyfiyyətini artırmaq məqsədilə zəruri dəyişikliklər böyük miqdarda sərmayə yatırımı tələb etdiyindən, görünür, şirkət üçün bu reformlar sərfəli olmayıb.

DİA.AZ-ın araşdırmalar nəticəsində o da məlum oldu ki, bazara bahalı mal təklif edən şirkət istehsalda keyfiyyətsiz materiallardan, zəhərli ağac növlərindən istifadə edir. Həmin məhsullar əsasən idxal olunur. Şirkət bunu özü də rəsmi internet ünvanında təsdiqləyərək bildirir ki, xammal istehsal və komplektləşdirmə üçün tələb olunan məhsullar, lak-boya materialları, həmçinin aksessuarlar İtaliya, Türkiyə, İran, Rusiya, Gürcüstan kimi xarici dövlətlərin şirkətlərindən alınır. Maraqlıdır ki, bunun üçün adıçəkilən ölkələrin hansı şirkətləri ilə razılaşıldığı açıqlanmır. Eyni zamanda idxal olunan xammalın ekoloji keyfiyyət normasına, antibakteriallığına, müxtəlif fiziki və kimyəvi təsirlərə qarşı nə dərəcədə dayanıqlı olduğuna dair sertifikatların adları çəkilmir. Bütün bunlar bir yana, şirkət komplektləşdirmə üçün tələb olunan məhsulları, lak-boya materialları, həmçinin aksessuarları İran və Türkiyədən gətirir. Xammal kimi istifadə edilən zərərli ağaclar isə Rusiyadan idxal olunur. Hansı ki, həmin ağac materialları zərərli olduğundan Rusiyanın mebel sənayesində onun istifadəsinə icazə verilmir. Şirkətin məhsullarının keyfiyyətindəki problem təkcə xammalla bağlı deyil. Materialların parlaqlığı, səthlərinin cızığa qarşı dayanıqlığı, aşınma, nəmlik dərəcəsi, qırılma (bükülmə) parametrləri, paslanmaya qarşı davamlılıqları kimi məsələlər hələ də sirr kimi qapalı saxlanılır. Görünür, şirkət istehsal prosesində bunları nəzərə almır. Digər tərəfdən təcrübə göstərir ki, qapılara iki qıfıl əvəzinə bir qıfıl qoyulur. İstehsalda təkcə zərərli ağac növlərindən deyil, keyfiyyətsiz materiallardan istifadə olunur. Nəticədə qapı, pəncərələr tez müddətdə sıradan çıxır. O cümlədən taxta məhsulları standartlara cavab vermədiyindən qapılarda əyilmə baş verir. Çox zaman quraşdırıldıqdan sonra xışıltı səsləri çıxarır. Bəzi hallarda isə qapılara qurd düşür.

O da maraqlıdır ki, şirkətin özü də məhsullarına zəmanət vermir. "Avropa Qapıları" məhsullarının zəmanət müddətini göstərmir, sadəcə zərbəyə qarşı davamlı olduğunu bildirir. Halbuki şirkətin təklif etdiyi qiymətlər məhsulların keyfiyyəti ilə bağlı daha dəqiq zəmanət sertifikatının verilməsini tələb edir.

Qeyd edək ki, Baba Tağıyevin himayəsində olan bu şirkətin fəaliyyətindəki qaranlıq məqamlar ciddi şəkildə araşdırılacaq. Əldə etdiyimiz xəbərlərə görə, yoxlamalar ciddi pozuntuları üzə çıxara bilər. Nəticə uzun müddətdir sabiq deputata məxsus olan şirkətinin onun əlindən alınması, ya da bazardakı inhisarçı mövqelərinin sarsıdılmasına səbəb ola bilər. Halbuki indiyədək hökumətdəki himayədarları vasitəsi ilə keçmiş millət vəkili bu təhlükələrdən can qurtarıb. Bir sözlə, "Avropa qapıları" bağlana bilər. Yaxşı olardı ki, şirkət öz fəaliyyətinə korrektələr etsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Dünən, 16:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru