Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? .....                     Azərbaycan Suriyaya qazın həcmini artıra bilər .....                     Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır .....                     Araz Abdullayev evləndi .....                     Qarabağda göründü, üç ölkəyə göndərildi .....                     SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub .....                     “Tramp dəhlizi” üçün təhlükə .....                     Azərbaycanda bu şirkətə baş direktor seçiləcək .....                     Valideyn övladını məktəbə yola salmaq üçün .....                     “Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” .....                     Pulyeyən məmurun DASTANI... .....                     Qobu bələdiyyəsinin “mələkləri” kimdir? .....                     İran, Əməvilərin yolunu gedir .....                     Naxçıvan "canişinliyinin" siyasi reallığı .....                     Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir .....                     “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı .....                     Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər .....                     Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? .....                     Deputatın borc içində üzən şirkəti TENDER UDUR .....                     “Rusiyadan hər cür təxribat gözləmək olar” .....                     Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... .....                     Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər .....                     Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! .....                     Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib .....                     Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi .....                     Şəkidə abadlıq işləri də BAMƏZƏDİR .....                     "Babamın sarayını ermənilər otel kimi istifadə ediblər" .....                     Zəngəzur dəhlizi hamının işinə yarayır... .....                     Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər .....                     İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir .....                     Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib .....                     İŞİD terror təşkilatının qurbanıyam .....                     Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək .....                     Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər .....                     ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər .....                     DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... .....                     İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir .....                     ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər .....                     Azərbaycanda iri zavodun direktoru dəyişib .....                     Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi .....                 

AKİF MURADVERDİYEV ÖZÜ İLƏ KİMİ APARACAQ?
Tarix: 24-06-2013, 12:23 | Çap et
AKİF MURADVERDİYEV ÖZÜ İLƏ KİMİ APARACAQ?
SABİQLƏR XOF İÇİNDƏ

Xəbər verildiyi kimi, srağagün axşam saatlarında Prezident Administrasiyasının sabiq şöbə müdiri, 2005-ci ildə də sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevlə bərabər həbs olunan, amma sonradan azadlığa buraxılan Akif Muradverdiyev yenidən həbs edilib.

Dünən Milli Təhlükəsizlik Nazirliyi (MTN) Akif Muradverdiyevin saxlanmasına aydınlıq gətirib. MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, Muradverdiyev Akif Şəmsəddin oğlu 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.
Həmin tarixdə Akif Muradverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Akif Muradverdiyevin vəkili Fuad Ağayev ittihamları rədd edib və bildirib ki, çantasından tapıldığı iddia olunan əşyaların ona heç bir aidiyyəti yoxdur.
Redaksiyamıza daxil olan bir başqa məlumatda isə Akif Muradverdiyevin həbsinin bəzi sabiq yüksək vəzifəli şəxslərdə narahatlıq yaratdığı deyilir. Onlar prosesin davamlı ola biləcəyindən və özləri ilə bağlı da sərt cəza tədbirlərinə əl atılacağından narahatdırlar.
Məsələ burasındadır ki, bu il seçki ili olduğu üçün bir müddət əvvəldən bəzi sabiq məmurlar aktivləşmişdilər. Onlar üstüörtülü şəkildə hakimiyyətə ünvanlanan mesajlarda yeni vəzifə umacaqlarını dilə gətirirdilər. Belə sabiqlərin leksikonundan onların əks təqdirdə müxalifətlə yaxınlaşa bilmək istəkləri hiss olunurdu.
Məsələn, Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev YAP-ın son qurultayından kənarda qalmasına sərt reaksiya vermiş, onun reaksiyası o qədər kəskin olmuşdu ki, hətta bəzi YAP funksionerləri Haqverdiyevin ümumiyyətlə, partiyadan uzaqlaşdırılmalı olduğunu dilə gətirmişdilər.
Və yaxud: son qurultaydan sonra adı YAP Siyasi Şurasından çıxarılanlar arasında olan sabiq maliyyə naziri Əvəz Ələkbərov özü haqqında qəbul edilən bu qərarla bağlı açıqlama vermiş və demişdi: "YAP Siyasi Şurasından uzaqlaşdırılmağımla bağlı xəbəri eşidəndə çox məyus oldum". Sabiq maliyyə naziri daha sonra əlavə etmişdi: "Əvvəlcədən bu haqda heç bir məlumatım yoxdur. Və məni YAP-ın qurultayına da dəvət etməmişdilər. Bu da əlbəttə ki, məni çox məyus etdi". Ələkbərovun sözlərindən onun çox incik düşdüyünü açıq hiss etmək mümkündür.
Sabiqlərdən Maksim Musayev, Sirus Təbrizlinin, "Quska" ləqəbli Hüseyn Abdullayevin son vaxtlar tənqidi çıxışlarının dozalarını artırdıqlarını xatırlatmaq da yerinə düşərdi.
Bir müddət əvvəl saytlardan birinə qısa açıqlama verən sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin yenidən hökumətdə vəzifə alıb-almayacağı barədə suala həm lakonik, həm də incik şəkildə "perspektivdə heç nə gözləmirəm" cavabı verdiyi də yaddan çıxarılmamalıdır.
YAP-a və hökumətdəki bəzi çevrələrə sərt tənqidlər ünvanlayan Sirus Təbrizlinin, Maksim Musayevin son açıqlamalarında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin keçmiş xidmətlərini qabartması, hazırda isə onun partiyadan və hökumətdən kənarda qalmasını pisləmələri də diqqətçəkicidir. Bəziləri ehtimal edirlər ki, Əli Nağıyevlə hazırda da yaxın münasibətdə, dostluq əlaqələrində olan bu şəxslər həm də sabiq nazirin karyera baxımından indiki durumundan narazı əhval-ruhiyyədə olduğunu nümayiş etdirirlər.
Diqqətçəkici bir başqa məqam isə müəyyən KİV-lərdə müxalifətin yeni birliyi olan Milli Şuraya bəzi sabiqlərin qoşula biləcəyinə dair informasiyaların yer almasıdır. Eks məmurların məhz həmin informasiyalar fonunda fəallıq göstərməyə başlaması əlbəttə, xeyli düşündürücüdür.
Bu situasiyada Akif Muradverdiyevin həbsinin bəzi sabiq məmurlarda boş yerə xof yaratmadığını hesab etmək olar. Onlar bu həbsi həm də özlərinə bir xəbərdarlıq kimi qəbul edirlər. Ən xırda siyasi "ÇP" buraxmalarının özlərinə baha başa gələcəyindən qorxurlar.
Hər halda bu qorxunun əsaslı, yoxsa əsassız olduğunu tezliklə prosesləri izləyib görəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59
Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56
Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40
Araz Abdullayev evləndi
Bu gün, 10:34
Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23
SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58
“Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55
Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45
Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39
“Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25
Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15
Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05
İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56
Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54
Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10
“Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08
Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07
Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05
Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01
“Rusiyadan hər cür təxribat gözləmək olar” - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:58
Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 06:56
Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər - “Foreign Policy”
Bu gün, 06:48
Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! - İNCƏLƏMƏ
Bu gün, 06:46
Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:44
Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi - TƏFƏRRÜAT
Bu gün, 06:42
Şəkidə abadlıq işləri də BAMƏZƏDİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:40
"Babamın sarayını ermənilər otel kimi istifadə ediblər"
Bu gün, 06:31
Zəngəzur dəhlizi hamının işinə yarayır... - ÇÜNKİ...
Bu gün, 06:28
Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
Bu gün, 06:22
İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir – Azərbaycan da var
Bu gün, 06:19
Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Dünən, 18:03
İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Dünən, 17:55
Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Dünən, 17:54
Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Dünən, 17:52
ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Dünən, 17:23
DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Dünən, 17:18
İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Dünən, 17:12
ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Dünən, 17:07
Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:01
Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Dünən, 16:58
Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Dünən, 16:49
Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Dünən, 16:44
Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Dünən, 16:31
Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Dünən, 16:27
Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Dünən, 16:18
TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 16:07
AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Dünən, 16:05
Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:39
İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Dünən, 15:29
“Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru