QAZAXDA İCRA BAŞÇISININ ADAMI QOÇULUQ EDİR
Tarix: 22-06-2013, 11:18 | Çap et
 ERMƏNİLƏRİN BURNUNUN UCUNDA YAŞAYAN VƏTƏNDAŞI EŞİDƏN YOXDUR
DİA.AZ: - Redaksiyamıza Qazax rayonu Quşçu Ayrım kənd sakinləri, Məmmədova Gülsəhər Məsim qızı və Nuruyev Məmməd Qasım oğlu müraciət etmişlər. Qeyd edək ki, hər iki şəxs şəhid ailəsidir. DİA.AZ bildirir ki, Məmmədova Gülsəhər 75 yaşındadır və ağır yataq xəstəsidir. Nuruyev Məmməd də həmçinin yaşlı və xəstədir. Hər iki şəhid ailəsi o qədər imkansızdır ki, heç vaxtlı-vaxtında rayon mərkəzinə gəlib şikayətlərini lazımi ünvanlara da çatdıra bilmirlər. Görünür elə bundan istifadə edən qüvvlərin əlinə də fürsət verirmişlər.
Belə ki, vaxtilə ölkə başçısı sərhəd kəndlərində düşmən tərəfindən dağıdılmış evlərin bərpası üçün fərman vermişdir. Bu fərman Quşçu Ayrım kəndində bir xeyli ailəyə şamil olunmalı idi ki, burda da ilk növbədə şəhid ailələri nəzərdə tutulmalı idi. Amma sakinlərin DİA.AZ-a bildirdiyinə görə, kənddə 8 şəhid ailəsinin evi təmir edilsə də, Gülsəhər xanımın və Məmməd kişinin evi “yaddan çıxmışdır”. Çünki onlar son dərəcədə imkansız və köməksizdirlər. Məmməd Nuruyev haqqını tələb edəndə isə, kənd icra nümayəndəsi Elman Nəsibov ona kənd orta məktəbinin təmirə dayanmış binasından sökülmüş bir neçə şifer verərək “könlünü almaq istəmişdir”.
Qeyd edək ki, Məmməd Nuruyevin evi erməni postundan cəmi 70-80 metr məsafədə yerləşir və son dərəcədə uçuq-sökük vəziyyətdədir.
Hər iki şəhid ailəsi RİH-də bu işlərə birbaşa məsul olan Fərman Nağdalıyevə müraciət etsələr də heç bir xeyri olmamışdır. əksinə, Gülsəhər xanımın oğlu dəfələrlə təhdid olunmuşdur ki, bir daha heç yerə məlumat verməsin.
Onu da demək yerinə düşər ki, Elman Nəsibov haqda dəfələrlə kənd sakinləri kollektiv şəkildə yuxarı instansiyalara şikayət məktubu yazmışlar. Amma hansısa bir qüvvə onun bu vəzifədə qalmasını israrla müdafiə edir. Amma Elman Nəsibov öz ailəsini kənddə saxlamır.
Bütün bunlar da az imiş kimi bu yaxınlarda Gülsəhər Məmmədovaya məxsus olan evin 50 metr uzunluqda köhnə hasarı uçurulmuş, bağ massivi doğranmışdır. Buna səbəb isə yol çəkilişi olmuşdur. Bildiyimiz kimi prezidentin fərmanı ilə Qazax- Quşçu Ayrım yolu üçün 6 milyon 900 min manat pul ayrılmışdır və bu yol yenidən qurulur. Amma görünür bu puldan şəhid ailəsinə heç nə çatmayacaq. Yoxsa ən azından kompensasiya ödənilməsi haqda müqavilə imzalanardı.
Hər iki şəhid ailəsi redaksiyamız vasitəsi ilə aidiyyətli qurumlardan- o cümlədən prezident aparatından yardım istəyirlər. Görək onların harayını eşidən olacaqmı.
DİA.AZ sakinlər bildirib ki, məsələ ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərova şikayət olunsa da, o da adamının özbaşınalıqlarına bəraət qazandırıb. “Hər halda, bu ölkədə icra başçısı hər şeyi həll etmir” - bunu deyən şikayətçilər ölkə rəhbərliyindən kömək istəyir.
Mövzunu diqqətdə saxlayacağıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əbu-Dabi platforması ideyası İlham Əliyevə aiddir... - SÖZSÜZ Kİ...
Bu gün, 13:08 |
|
|
|
• Bəylər Əyyubov yenidən Prezidentin yanında - FOTO
Bu gün, 13:05 |
|
|
|
• Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib - KİV
Bu gün, 13:01 |
|
|
|
• Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? - ŞƏRH
Bu gün, 12:55 |
|
|
|
• Azərbaycan əhalisi ayda 265 manat ərzağa xərcləyib
Bu gün, 12:54 |
|
|
|
• Putinin göndərdiyi nazir Bakıdan əliboş qayıdıb: Əliyev onu qəbul etməyib - “VÇK-OQPU”
Bu gün, 12:44 |
|
|
|
• Nəsimidə 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO
Bu gün, 12:41 |
|
|
|
• Getdikcə azalan SƏNƏT SEVGİSİ - “Televizorda görürlər, elə bilirlər...”
Bu gün, 12:30 |
|
|
|
• “Hələ jurnalistikanın gələcəyi var” - Yadigar Məmmədli
Bu gün, 12:25 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21 |
|
|
|
• Rusiyaya işləməyə gedən azərbaycanlı yoxa çıxdı - TƏFƏRRÜAT
Bu gün, 12:20 |
|
|
|
• Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
Bu gün, 12:17 |
|
|
|
• İş adı ilə apardılar, müharibəyə göndərdilər – Goranboy sakininin şok taleyi
Bu gün, 12:15 |
|
|
|
• Moskva Paşinyanın yerinə “ağ atlı” oğlan axtarır - Qara əbalı keşiş İŞƏ YARAMADI...
Bu gün, 12:10 |
|
|
|
• “Məxsusi ana rolu yazılsa fikirləşərəm” - Şəfiqə Məmmədova niyə filmlərdə çəkilmir?
Bu gün, 12:07 |
|
|
|
• "Təzə alınan soyuducu nə tez xarab oldu?" - AXI NİYƏ?
Bu gün, 12:04 |
|
|
|
• Rusiyadakı azərbaycanlı milyarderlərlə bağlı ŞOK: -Kreml 12 il əvvəlki “silaha” əl atır?
Bu gün, 11:52 |
|
|
|
• Bakı və İrəvan axır ki, bezdi və Kremlə qarşı birləşdi - “Hill”
Bu gün, 11:49 |
|
|
|
• İranın Ermənistandakı səfirinin çərənləməsi heç bir məntiqə sığmır - İsrafil Kərimovun yazısı
Bu gün, 11:42 |
|
|
|
• Həbsxanada “3 günlük görüş”də 12 yaşlı qıza necə təcavüz oluna bilərdi? -Hər kəsi dəhşətə gətirən fakt
Bu gün, 11:39 |
|
|
|
• Zelenski Rusiyanı sərt cavab tədbirləri ilə hədələyib
Bu gün, 11:37 |
|
|
|
• Azərbaycanda rus bölmələrinin bağlanması gündəmdə deyil - Nazir
Bu gün, 11:35 |
|
|
|
• ƏMRULLAYEV RÜŞVƏTXORLARA `STAVKA` EDİR: Boğaza qədər çirkabın içində olsan da olar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:31 |
|
|
|
• “Araz-Naxçıvan” yoldaşlıq görüşündə Türkiyə klubuna böyük hesabla qalib gəldi
Bu gün, 11:18 |
|
|
|
• Paşinyan hakimiyyəti asanlıqla buraxmayacaq - ÇÜNKİ
Bu gün, 11:14 |
|
|
|
• 27 yaşlı coğrafiya müəllimi MÜƏMMALI şəkildə həyatını itirdi – SENSASİON FAKTLAR
Bu gün, 11:11 |
|
|
|
• Nazirliyin 8,7 milyonluq tenderini bu şirkət uddu - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• Kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb
Bu gün, 11:07 |
|
|
|
• Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktorunun əmlakı MÜSADİRƏ OLUNDU
Bu gün, 11:00 |
|
|
|
• Amerikasayağı demokratiya: - Görün ABŞ bu xanıma nəyə görə sanksiya tətbiq edib
Bu gün, 10:58 |
|
|
|
• İrəvanda “Daşnaksütyun”a qarşı əməliyyat aparıldı
Bu gün, 10:47 |
|
|
|
• Rüfət Manafov “AFB Bank”ın İdarə Heyəti sədrinin müavini təyin edilib - DOSYE
Bu gün, 10:46 |
|
|
|
• "Aeroflot" Tehrana bütün reyslərini ləğv edib
Bu gün, 10:40 |
|
|
|
• Sülh sazişinin imzalanmasına mane olan SƏBƏBLƏR – Erməni blogerdən SENSASİON AÇIQLAMA
Bu gün, 10:31 |
|
|
|
• “Ölkəmizin bütün ərazilərində kazino obyektlərinin açılması dövlətimizin müəyyən strateji maraqlarına uyğun gəlmir” - deputat
Bu gün, 10:24 |
|
|
|
• “Leobank” vətəndaşın başına rəsmən OYUN AÇDI... - "Kartdakı pulu nağdlaşdırsaydım, nə edəcəkdiniz?"
Bu gün, 10:22 |
|
|
|
• Yekaterinburqda həbs olunan azərbaycanlılardan birinin işi aşağı instansiya məhkəməsinə qaytarılıb
Bu gün, 10:17 |
|
|
|
• “Azərbaycan artıq Ermənistan siyasətinə təsir aləti qazanıb” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15 |
|
|
|
• Mənzil bazarında manipulyasiya - Qiymətlər niyə şişirdilir...
Bu gün, 10:14 |
|
|
|
• İranın dərin dövləti Pezeşkianın xəttindən narahatdır - FAKT BUDUR!
Bu gün, 10:12 |
|
|
|
• Rubio Lavrovala görüşmək istəyir - “Reuters”
Bu gün, 10:08 |
|
|
|
• Yeni rəis Rəşad Əhmədov məhkumları incidir - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Elvin Məmmədzadəyə yeni vəzifə VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:58 |
|
|
|
• Ramiz Mehdiyevin bankılnda rəhbərlik dəyişir - TOPLANTI OLACAQ
Bu gün, 09:38 |
|
|
|
• İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 09:28 |
|
|
|
• Yekaterinburqda saxlanılan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilməyib
Bu gün, 09:26 |
|
|
|
• Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşüb - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Ruslar miqrant bazarını görün, kimlərin hesabına doldurur... - İlk yerləşim yeri isə...
Bu gün, 09:13 |
|
|
|
• Dövlət Departamentində Qarabağ müzakirəsi - Bakıdan reaksiya
Bu gün, 09:00 |
|
|
|
• Rabitəsi keyfiyyətsiz olan AZERCELL-in özü ilə də əlaqə müşkülə dönüb... - BU NƏDİ BELƏ?
Bu gün, 08:54 |
|
|
|
|