İSMƏT ABBASOVDAN PREZİDENTƏ ŞOK ŞİKAYƏT MƏKTUBU
Tarix: 11-06-2013, 12:41 | Çap et
 NARAZILIQ VAR: “KTN ŞEFİ KADRLARI KOSTYUMUNU DƏYİŞƏN KİMİ DƏYİŞİR”
DİA.AZ: - Redaksiyamıza Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyindəki müəssisələrin keçmiş rəhbərlərinin bir qrupunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Milli Məclisin sədrinə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, milli təhlükəsizlik nazirinə ünvanlanmış müraciəti daxil olub.
Müraciətdə nazir İsmət Abbasov qarşı ağır ittihamlar yer alıb. Müraciət müəllifləri Maşallah Hüseynov, Cahangir Xəlilov, Nəsib Mahmudov, Fəxrəddin İbrahimov, Sübhan Dadaşov, Hüseyn Paşayev, Fikrət Hüseynov və Aydın Məmmədovdur.
Qeyd etdik ki, müraciətdə olduqca ağır ittihamlar yer alıb. Bu səbəbdən onu bəzi ixtisar və redaktələrlə təqdim edirik.
Müraciətdə bildirilir ki, 2004-cü ildə nazir postuna təyin edilən İsmət Abbasov nazirliyin tabeçiliyindəki bütün müəssisə və obyektlərdə təftişə başlayıb: “Təftiş onunla yekunlaşdı ki, ölkədə mövcud olan 40-dan çox toxumçuluq, damazlıq və digər müəssisələrin rəhbərlərinin hərəsindən yeni naziri təbrik etmək adı ilə 10 min manat yığıldı. Elə həmin ildən etibarən hər il 40 müəssisənin hər birindən 10 min manat yığılır. Pulu ödəməkdən imtina edən müəssisə rəhbərləri dərhal işdən azad edilir, onların yerinə yeni təyin edilən şəxslərdən isə 20 min manat “şirinlik” alınır. Hazırda həmin pulların yığılmasına nazirliyin hüquqşünası, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar Həsənov nəzarət edir. Əvvəllər isə bu işlə kadrlar şöbəsinin rəisi Gülnisə Rəhimova və 1 saylı şərab zavodunun rəhbəri Sahib adlı şəxs məşğul olub”.
Şikayətçilərin yazdığına görə, Baytarlıq Xidmətinə daxil olan idarələrin, ərazi kənd təsərrüfatı idarələrinin rəhbərlərindən, bir sözlə, nazirliyin tabeçiliyindəki bütün müəssisələrdən pul toplanır. Subsidiyaların, lisenziyaların verilməsində, texnikaların və iribuynuzlu mal-qara alınmasında hər il milyonlarla manat mənimsənilir.
Müraciətdə qeyd edilir ki, 2004-cü ildən bəri İ.Abbasov nazirliyin tabeçiliyində olan müəssisələrin rəhbərlərini dəfələrlə dəyişib: “İsmət Abbasov kadrları kostyumunu dəyişdiyi kimi dəyişir. Nazir 9 sentyabr 2009-cu il tarixində keçirdiyi kollegiya iclasında 10 nəfər mütəxəssisi qanunsuz olaraq vəzifələrindən azad edib, 15 nəfərdən çox mütəxəssisə cəza verib. Belə hallar hər kollegiya iclasında baş verir. İndi onun oğlu Yunis Abbasov bu pullar hesabına Londonda firavan həyat sürür, elə danışır ki, guya “süddən çıxmış ağ qaşıqdır”. Yunis Abbasovdan çox-çox bacarıqlı oğlanlar isə Bakıda qul kimi işləyirlər. Bu əməllərinə görə, İsmət Abbasov, onun birinci müavini Aslan Aslanov barəsində lazımi tədbir görülməlidir...”
Qeyd etdiyimiz kimi, müraciətdəki çox sərt ifadələri, ağır ittihamları nəzərə alaraq, dərc etməmişdən öncə məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənməyə cəhd etdik. Müraciətdə adı çəkilən nazirliyin hüquqşünası, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar Həsənov bildirdi ki, həmin müraciətdən biri onlara da göndərilib və orada deyilənlərin heç bir əsası yoxdur. Şöbə müdiri əlavə fikir bildirməkdən imtina etdi və nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət gördü. Uzun cəhdlərimizdən sonra qurumun mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxlaya bildik. Həmkarımız isə müraciəti faksla ona göndərməyimizi xahiş etdi. Redaksiyada faks olmadığından həmkarımızın istəyi alınmadı. Sonrakı zənglərimiz isə cavabsız qaldı. Dövlət əhəmiyyətli tədbirlərin birində iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevlə görüşüb jurnalist araşdırmamıza yardımçı olmasını xahiş etdik. İlham müəllim xahişimizi məmnuniyyətlə qəbul edərək, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevə tapşıracağını söylədi. Ancaq çox təəssüf ki, mətbuat xidmətinə edilən zənglərimiz bundan sonra da cavabsız qaldı. Odur ki, müraciətdə adı çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 19:02 |
|
|
|
• ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
Dünən, 19:00 |
|
|
|
• Separatçıların “bəlkə də qaytardılar” xüslyası
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan sabitləşdirici rolu üstlənib: - Rəsmi Bakı öz təsir dairəsini sürətlə genişləndirir
Dünən, 18:03 |
|
|
|
• “Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO
Dünən, 17:55 |
|
|
|
• Peskov DEYİR Kİ...
Dünən, 17:52 |
|
|
|
• "Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... - Ermənistanda SORĞU
Dünən, 17:47 |
|
|
|
• İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Dünən, 17:43 |
|
|
|
• Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:40 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış – Trampın jesti yeni era aça bilər
Dünən, 17:30 |
|
|
|
• 244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Dünən, 15:44 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:42 |
|
|
|
• Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Dünən, 13:37 |
|
|
|
• Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Dünən, 13:32 |
|
|
|
• Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Dünən, 13:23 |
|
|
|
• Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Dünən, 13:04 |
|
|
|
• 12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Dünən, 12:58 |
|
|
|
• Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Dünən, 12:53 |
|
|
|
• "Evimi satıb kirayədə qalıram..."
Dünən, 12:51 |
|
|
|
• Təbrizdə polis idarəsinə silahlı hücum
Dünən, 12:46 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Dünən, 12:22 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Dünən, 12:17 |
|
|
|
• BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Dünən, 12:13 |
|
|
|
• Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Dünən, 12:06 |
|
|
|
• “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Dünən, 12:03 |
|
|
|
• “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Dünən, 11:55 |
|
|
|
• Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Dünən, 11:50 |
|
|
|
• "Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Dünən, 11:40 |
|
|
|
• Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:29 |
|
|
|
• 9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Dünən, 11:15 |
|
|
|
• Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Dünən, 11:11 |
|
|
|
• Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Dünən, 11:06 |
|
|
|
• İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Dünən, 11:00 |
|
|
|
• Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Dünən, 10:57 |
|
|
|
• Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Dünən, 10:53 |
|
|
|
• Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Dünən, 10:51 |
|
|
|
• Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Dünən, 10:48 |
|
|
|
• "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Dünən, 10:38 |
|
|
|
• Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Dünən, 10:26 |
|
|
|
• Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Dünən, 10:18 |
|
|
|
• “Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 10:14 |
|
|
|
• Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Dünən, 10:00 |
|
|
|
• Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Dünən, 09:53 |
|
|
|
• Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Dünən, 09:47 |
|
|
|
• 15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Dünən, 09:45 |
|
|
|
• "Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Dünən, 09:41 |
|
|
|
• “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Dünən, 09:33 |
|
|
|
• Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Dünən, 09:31 |
|
|
|
• Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Dünən, 09:18 |
|
|
|
• Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Dünən, 09:10 |
|
|
|
|